Bazar günü günü, 27 sentyabr 2026
     

Fələstin probleminin tarixi kökləri

Image


Yarım əsrdən çoxdur ki, BMT səviyyəsində müzakirə edilərək qətnamələr qəbul edilməsinə, həlli yollarında bəzi təşəbbüslər, planlar irəli sürülməsinə baxmayaraq, Fələstin problemi Yaxın Şərqdə münaqişə ocaqlarından biri kimi qalmaqdadır. 1945-ci il aprelin 25-də BMT Təhlükəsizlik Şurasının yaradılması barədə danışıqlardan sonra Fələstin məsələsi ilə məşğul olmaq üçün İngiltərə-ABŞ komissiyası yaradıldı və 1947-ci ilin aprelindən 1948-ci ilin mayınadək Fələstin məsələsi BMT-də müzakirə edildi. 1947-ci il noyabrın 29-da BMT Baş Məclisinin 181 saylı qətnaməsinə görə Fələstin ərazisinin 56 faizi yəhudilərə, 42 faizi ərəblərə, ərazinin 2 faizini təşkil edən Yerusəlim şəhəri BMT-nin himayəsinə verildi. Bu qətnaməyə görə ərazidə yaradılmış hər iki dövlətin – Yəhudi dövləti və Fələstin dövlətinin vahid valyuta, nəqliyyat vasitəsindən istifadə etmək hüquqları var idi. Vahid gömrük birliyi, iqtisadi layihələr, su, enerji ehtiyatlarının buraxılması və s. nəzərdə tutulmuşdur. ABŞ və İngiltərə Baş Məclisin bu qərarından narazı olaraq Baş Məclisin qərar qəbul edən komitəsi ilə əməkdaşlıqdan imtina etdilər. 1948-ci il mayın 15-də İngiltərənin Fələstin üzərində mandat müddəti bitdi, Təl-Əvivdə İsrail yəhudi dövlətinin yaradılması elan edildi. ABŞ və İngiltərəyə arxalanan İsrail dəfələrlə ərəblərə qarşı hərbi əməliyyatlar aparmış, Fələstin dövlətinin hesab edilən torpaqları, eləcə də Misir, Suriya torpaqlarını işğal etmişdir. Təhlükəsizlik Şurasının hərbi əməliyyatları dayandırmaq barədə qətnamələrinə məhəl qoymayan İsrail ABŞ-ın dəstəyilə BMT-nin qərarlarını rədd etmiş, Fələstinə qarşı təcavüzkar siyasətini davam etdirmişdir. BMT Baş Məclisinin qaçqınların vətənlərinə qayıtması barədə 1948-ci ildə 194 saylı qətnaməsi, Təhlükəsizlik Şurasının Yerusəlimi İsrailə birləşdirərək paytaxt elan edilməsi barədə İsrailin qərarlarının qeyri-reallığını bildirən 251, 267, 271, 298 saylı qətnamələri nəticəsiz qalmışdır. Hər iki xalq, istər ərəb xalqı, istərsə də yəhudi xalqı ölkəni öz yurdları hesab edirlər. Yəhudilər bu torpaqlarla tarixi və mənəvi bağlılıq haqqı ilə, ərəblər isə bu torpaqlarda çoxəsrlik yaşayış haqqı ilə öz dövlətlərini yaratmaq istəyirlər.

Ərazidə yəhudilərin süni əksəriyyət təşkil etməsi üçün Fələstinə bir neçə yəhudi köçü olmuşdur. XIX əsrdə Böyük Britaniya, ABŞ, Fransa, Rusiya, Avstriya Yerusəlimdə öz konsulluqlarını açdıqdan sonra Avropa ilə dəniz əlaqələri yaradıldı, Yerusəlimin əhalisi çoxaldı.

1860-cı ildə yəhudilər şəhər divarları ətrafında ilk məhəllələrini tikdilər, sonrakı iyirmi beş ildə daha yeddi məhəllə saldılar. Beləliklə, sionist hərəkatı üçün zəmin yarandı. XIX əsrin sonu XX əsrin əvvəllərində Şərqi Avropadan ölkəyə yəhudilərin ilk axını oldu. 1500-cü ildə Fələstin ərazisində 5000 yəhudi var idisə, I Dünya müharibəsi başlayanda onların sayı 85000 idi. Britaniya ordusu Yerusəlimə gələrək Osmanlı imperiyasının ağalığına son qoydu. 1922-ci ildə Millətlər Cəmiyyəti Fələstini idarə etmək üçün Böyük Britaniyaya mandat verdi.

Yəhudilərin Fələstinə ikinci axını I Dünya müharibəsindən II Dünya müharibəsinə qədərki dövrdə oldu. 1919-1923-cü illərdə Rusiyadan kənd təsərrüfatı ilə məşğul olan 35 000-ə yaxın, 1924-1932-ci illərdə Polşadan tikinti işləri ilə məşğul olan 60 000-ə yaxın yəhudi Fələstin torpaqlarına gəldi. 1933-cü ildə Hitler Almaniyada hakimiyyətə gələndən sonra əksəriyyəti alimlərdən ibarət olan 165 000 yəhudi Fələstinə köçdü. 1939-cu ildə Böyük Britaniya yəhudilərin repatriasiyasına məhdudiyyət qoyan «Ağ kitab» nəşr etdi.

Yəhudilərin Fələstinə üçüncü axını II Dünya müharibəsindən sonra oldu. Müharibə zamanı nasistlər Avropa yəhudilərinin məhv edilməsi planını həyata keçirərək 6 milyon yəhudi, o cümlədən 1,5 milyon uşağı öldürdülər, kameralarda boğdular. 1945-1948-ci illərdə gizli yollarla Fələstinə 85 000 yəhudi gəldi. Fələstin ərəbləri yəhudilərin kütləvi axınına, dövlət yaratmaq iddiasına qarşı susmadıqları üçün Böyük Britaniya Fələstin problemini BMT Baş Məclisinə müzakirəyə çıxarmağı təklif etdi.

Yəhudilərin dördüncü axını fələstinlilərin öz yurd-yuvalarından didərgin salınmasınadan sonra oldu. 1949-cu ildə, əsasən Avropadan 50 000, 1951-ci ilin sonunda 687 000 (bunlardan 300 000-i ərəb ölkələrindən gəlmişdi) yəhudi Fələstin torpaqlarına gəldi. Burada 1959-cu ildə artıq 2 milyon yəhudi var idi.

İsrailin inkişafı ilə əlaqədar, eyni zamanda sionizmlə bağlı yəhudilərin beşinci axını XX əsrin 80-90-cı illərində oldu. SSRİ, Şərqi Avropa və Efiopiyadan 750 minə yaxın yəhudi köçdü. Beləliklə, Fələstin torpaqlarında süni surətdə yəhudi çoxluğu təşkil edildi.

Ərəb dövlətləri İsrailə qarşı müharibə edəndə ABŞ, Böyük Britaniya öz maraqlarını qorudular. Fələstin ərəbləri üçün ayrılmış ərazinin çox hissəsi və Yerusəlim şəhərinin yarısı yəhudilər tərəfindən işğal edildi, İordaniya çayının qərb sahili və Yerusəlimin digər hissəsi İordaniya qoşunu tərəfindən işğal edildi, Qəzzə şəhəri Misirin nəzarəti altına keçdi. Bu zaman Böyük Britaniya İordaniyaya, ABŞ İsrailə kömək etdi. İsrail bir milyondan çox ərəbin öz yerlərinə qayıtmasına icazə vermədi. BMT komissiyası 1951-ci ildə fəaliyyətini dayandırdı. XX əsrin 60-cı illərində vəziyyət yenidən mürəkkəbləşdi. ABŞ-a arxalanan İsrail Suriya ərazisini bombaladığı üçün Suriya, Misir, İordaniya ona qarşı müdafiə haqqında saziş bağladılar. 1967-ci il iyunun 5-də bu üç dövlətə qarşı hərbi əməliyyatlar keçirən İsrail BMT Təhlükəsizlik Şurasının atəşin dayandırlıması haqqında qətnamələrinə məhəl qoymadı, Qəzzə bölgəsini, Sina yarımadasını, Yerusəlimin şərq hissəsini, İordaniya və Suriyanın bir hissəsini işğal etdi. Noyabrın 22-də BMT-nin işğal edilən ərazilərdən qoşunların çıxarılması barədə qətnaməsinə İsrail etiraz etdi. BMT-nin münaqişəni nizama salmaq üçün İsveç səfiri Qunnar Yarrinqin rəhbərliyi ilə təşkil etdiyi missiyanın və bu işgüzar diplomatın səyi heç bir nəticə vermədi. İsrailin bu hərbi əməliyyatları nəticəsində iki milyon fələstinli İordaniyaya, Suriyaya, Livana qaçdı. Fələstinlilər torpaqlarının qaytarılmasını tələb etdilər. 1973-cü il oktyabrın 22-də BMT Təhlükəsizlik Şurası vuruşan tərəflərdən dərhal hərbi əməliyyatları dayandırmaq və sülh müqaviləsi bağlamaq üçün danışıqlara başlamaq barədə qətnamə qəbul etdi. Təhlükəsizlik Şurasının 242, 338 saylı qətnamələrinə müvafiq olaraq, İsrail Misir torpaqlarından qoşunlarını çıxardı, Süveyşdən 30 km geri çəkilərək Sina yarımadasını Misirə qaytardı, İsrail və Misir qoşunları arasında BMT qüvvələri yerləşdirildi. 1967-ci ildə İsrail tərəfindən işğal edilmiş İordan çayının qərb sahilləri üç zonaya bölündü. “A” zonasında, əsasən fələstinlilərin yaşadığı Qərb sahilinin təxminən 45 faizi, həmçinin Qəzzə bölgəsi fələstinlilərin nəzarəti altına verildi; bu zonada fələstin polis qüvvələri təminən 13 min təşkil edirdi. “B” zonasında vətəndaş hakimiyyəti Fələstinə aid olsa da, nəzarət İsrail tərəfindən həyata keçirilir. Yəhudi əhalisinin məskunlaşdığı “S” zonası İsrailin tam nəzarəti altında qaldı. İsrail 1967-ci ildə tutduğu torpaqların bir hissəsini, 1973-cü ildə tutduğu torpaqların hamısını Suriyaya qaytardı. Suriya və İsrail qoşunları arasında BMT qüvvələri yerləşdirildi. 1978-ci ildə Livanın cənubu İsrail ordusu tərəfindən işğal edildi. Livan BMT Təhlükəsizlik Şurasına müraciət etdi. Təhlükəsizlik Şurası İsrail qoşunlarının Livanın cənubundan çıxarılması barədə qətnamə qəbul etdi. 1982-ci ildə İsrail Livanın üçdə birini işğal etdi, Qərbi Beyruta daxil oldu. BMT Təhlükəsizlik Şurasının 1988-ci ilin yanvarında qəbul etdiyi 607 və 608 saylı qətnamələrdə İsrailin işğal etdiyi torpaqlarda əhaliyə qarşı cəza tədbirləri tətbiq etdiyi pisləndi, ilk dəfə olaraq, işğal olunmuş ərazinin Fələstin torpaqları olduğu qeyd edildi. 1988-ci ilin noyabrında Əlcəzairdə Fələstin Milli Şurasının XIX sessiyasında Milli Şura BMT Təhlükəsizlik Şurasının 1947-ci il noyabrın 29-da qəbul etdiyi 181 saylı qətnaməni tanıdığını bildirərək paytaxtı Yerusəlim olmaqla müstəqil Fələstin dövləti yaradıldığını elan etdi. 1989-cu ildə bu dövlət 50-dən çox ölkə tərəfindən tanındı. Fələstin BMT Təhlükəsizlik Şurasının qətnaməsində göstərilən 42 faiz ərazidə haqlı olaraq öz dövlətinin yaradıldığını elan etsə də, Fələstin ərəbləri torpaqlarından didərgin salındı. 1992-ci ilin sentyabrında Fələstin Azadlıq Təşkilatının sədri Yasər Ərafatla İsrailin baş naziri İshaq Rabin arasında danışıqlar zamanı Fələstin tərəfi İsrailin mövcudluğunu rədd edən bəndləri çıxarmağı öhdəsinə götürdü. Vaşinqtonda olan bu danışıqlarda müqavilənin həyata keçirilməsində dörd mərhələdən ibarət, bölünmüş Fələstin özünüidarəsinə keçidin beş il müddətinə bir sıra prinsipləri müəyyənləşdirilmişdi. Birinci mərhələ 1994-cü ilin mayında Qəzzə bölgəsində və Hevrok rayonunda özünüidarəyə keçiddir. İkinci mərhələ 1994-cü ilin avqustunda İordaniya çayının qərb sahilində təhsil, mədəniyyət, səhiyyə, sosial təminat, birbaşa vergi və turizm sahəsində Fələstin nümayəndələrinə səlahiyyət verilməsidir. Üçüncü mərhələdə Qərb sahilindəki Fələstin özünüidarəsi özünün seçkili orqanı olan Fələstin Şurasının köməkliyi ilə genişlənməli, daxili məsələlərin həllinə şərait yaradılmalı idi. Dördüncü mərhələ son status üzrə tərəflərin danışıqları mərhələsi idi. 1996-cı ilin mayında keçirilməli olan bu mərhələdə qaçqınlar, yaşayış məntəqələri, təhlükəsizlik, sərhədlər, Yerusəlim haqqında hər iki tərəfin marağını təmsil edən bir çox məsələlər həll edilməli idi. Lakin İsrailin baş naziri İ.Rabin 1995-ci ildə ekstremist yəhudi tərəfindən öldürüldü. Baş nazir vəzifəsi xarici işlər naziri Şimon Peresə tapşırıldı. 1996-cı ilin may seçkilərində isə hakimiyyətə Likud partiyasının lideri Benyamin Netanyahu başda olmaqla millətçi, dini, mərkəzçi elementlərdən ibarət olan koalisiyalı hökumət gəldi. Yuxarıda qeyd edilən danışıqlar mərhələsi həyata keçirilmədi. 1996-cı il sentyabrın 28-də BMT Təhlükəsizlik Şurası Qəzzə bölgəsi və İordaniya çayının Qərb sahilində zorakılığın artdığını ittiham edən qətnamə qəbul etdi. 1997-ci ilin yanvarında razılaşma nəticəsində Hevrok şəhəri Fələstin Muxtariyyatının nəzarətinə verildi. 2000-ci ildə vəziyyət yenidən gərginləşdi. May ayında Fələstin Azadlıq Təşkilatının rəhbəri Y.Ərafat Mahmud Abbasın başçılığı ilə muxtariyyatın yeni hökumətini təşkil etdi. 2004-cü ildə Y.Ərafat vəfat etdikdən sonra M.Abbas Fələstin Azadlıq Təşkilatının lideri oldu.

2003-cü ilin noyabrında ABŞ prezidenti Corc Buş “Böyük Yaxın Şərq” ideyasını irəli sürdü. Vaşinqtonun bu ideyasına görə Böyük Yaxın Şərq qərbdə Mərakeşdən, şərqdə Pakistana qədər, şimalda Türkiyədən, cənubda Sudana qədər ərazini əhatə etməli idi. 2004-cü ilin iyununda Amerikanın turist adası olan Si-Aylenddə keçirilən “böyük 8-liyin” görüşündə ABŞ bu ideyanı dəstəkləməyi təklif etdi. ABŞ-ın bu təşəbbüsü Yaxın Şərq regionunda “demokratiyanı dəstəkləyən ocaqlar” yaratmaq istəyi və demokratiyanı yaymaq pərdəsi altında ərəb dünyasını parçalamaq cəhdi ilə bağlı idi. Lakin demokratik islahatı xariclə əlaqələndirmək olmaz, demokratiyanı kənardan gətirmək mümkün deyildir. Beləliklə, ABŞ-ın “ərəb baharı” siyasəti və həmçinin İsrail ilə birlikdə 2026-cı ildə İrana hücumu “Böyük Yaxın Şərq” ideyası ilə bağlıdır.

Ramilə Dadaşova

Siyasi elmlər doktoru, dosent,

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq

münasibətlər və geosiyasət şöbəsinin müdiri




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ