çərşənbə günü, 12 avqust 2026
     

"Bu kitablar bizim təsəlli yerimizdir, bilirik ki, biz olmayandan sonra da oğullarımız yaşayacaq" - Şamaxıda kövrək anlar yaşandı..

Image


Martın 13-də Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Re­dak­si­yası Şamaxı rayon Mədəniyyət Mərkəzində "44 gün – Tarixi zəfər" adlı çoxcildliyin III və IV cildlərinin təqdimatını keçirildi. Tədbirdə Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonundan olan şəhid ailələləri, Şamaxı rayonun icra hakimiyyətinin başçısı Tahir Məmmədov, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Qeyd edək ki, təqdimatı keçirilən bu cildlərdə Vətən uğrunda şəhid olmuş şəxslər haqqında əlifba sırası ilə ensiklopedik məlumatlar yer alıb, onların adları və xatirələri əbədiləşdirilib. Təqdimat mərasimini redaksiyanın əməkdaşı Hikmət Məlikzadə açdı və dövlət himni səsləndi, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbirdə Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək bildirdi ki, Azərbaycan dövləti şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində çox mühüm tədbirlər həyata keçirir. Azərbaycanın qəhrəman oğullarının xatirəsinin yaşadılması yolunda Respublika Xatirə Kitabı Redaksiyasının indiyə qədər nəşr etdiyi kitabların əhəmiyyətindən danışan icra başçısı qeyd etdi ki, şəhidlərdən bəhs edən bu nəşrlər onları gələcək nəsillərə tanıtmaq üçün qiymətli örnəklərdir. T. Məmmədov vurğuladı ki, Xatirə Kitabı Redaksiyasının fədakar kollektivinin zəhməti hesabına nəşr olunan "44-Gün-Tarixi zəfər" çoxcildliyi gələcəkdə qəhrəmanlıq tariximizin öyrənilməsində mühüm rol oynayacaq. İcra başçısı onu da qeyd etdi, şəhid ailələri ilə daim görüşlər keçirilir, onların qayğı və problemləri ilə maraqlanılır, onlara lazımı diqqət göstərilir. Respublika Xatirə Kitabı Re­dak­si­yasının baş redaktoru Nəzakət Məmmədova çıxışında bildirdi ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı Redaksiyası müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik tarixi salnamə və həyatımız üçün mühüm hadisədir. "Respublika Xatirə Kitabında əsasən, İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız haqqında əhatəli materiallar cildlərə salınır, bugünkü və gələcək nəsillər üçün tarixi hadisə kimi xarakterizə edilir. Respublika Xatirə Kitabının indiyədək iyirmiyə yaxın cildi çap olunub. Əbəs yerə bu kitabı yaddaşımızın abidəsi adlandırımrıq. Çünki bu kitabda tarixin səs-sədası, milli kimliyimiz örnək nüanslar kimi səciyyələnir və burada "Heç kim unudulmur, heç nə yaddan çıxmır!" prinsipi əsas götürülür. Redaksiyamız 1941-45-ci illər Böyük Vətən mühari¬bəsində həlak olan və itkin düşən Azərbaycan övladları haqqında məlumatların axtarışını və toplanmasını mütəşəkkil qay¬dada təşkil edib və bu münasibətlə on yeddi cilddə A-dan Z-yə kitab nəşr etdirib. Redaksiyanın çap etdirdiyi "Qələbə - 75 və "Qələbə - 80: Azərbaycan xalqının mübarizə əzmi" xüsusi buraxılışları da bu qəbildəndir". N. Məmmədova vurğuladı ki, redaksiya bu silsilə üzrə eləcə də "Tarixin qan yaddaşı", "223-cü Qırmızı Bayraqlı Belqrad Diviziyası", "Gözlə məni, ana", "Vətənin şöhrətini ucaldanlar" və s. kitablar dərc etdirib. "Redaksiyanın Azərbaycanın Milli Qəhrəmanları haqqında dərc etdirdiyi kitab da bu işin davamı kimi təzahür edir. 2017-ci ildə Respublika Xatirə Kitabı Redaksiyası Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu ilə birlikdə daha məsuliyyətli bir araşdırmaya başlayıb. Aparılan iş birliyinin məqsədi Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən Ermənistanın Azərbaycanın əzəli və əbədi torpağı olan Dağlıq Qarabağ və ətraf rayonlara hücumu, torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həmçinin naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı talelərinin araş¬dırılması işi əsas prioritet kimi qəbul olunub. Redaksiya bununla bağlı iki dildə (Azərbaycan və ingilis dilində, 4 cilddə kitab nəşr etdirib, orada itkin düşmüş və girov götürüldüyü ehtimal olunan vətəndaşlarımızın acı taleyi əks olunub. Respublika Xatirə Kitabı Redaksiyası ümummilli liderin 100 illiyi ilə əlaqədar "2023-cü il – Heydər Əliyev İli"ndə "Heydər Əliyev Xatirə kitabının yaradıcısıdır" adlı kitab nəşr etdirib. Bu kitab Tanrının xalqımıza bəxş etdiyi dahi insan, varlığı siyasətdən yoğrulmuş qüdrətli dövlət başçısı, xalqımızın xilaskarı, dövlətimizin rəmzi, dövlətçiliyimizin, Konstitusiyamızın və qanunlarımızın qarantı Heydər Əliyevə tərəfimizdən bir vəfa borcudur. 7 oktyabr 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində həmin kitabın təqdimatı keçirilib". M. Məmmədova qeyd etdi ki, Respublika Xatirə Kitabı Redaksiyası həmçinin, "Bakı Xəbər" qəzeti ilə birgə layihəsi əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!" silsiləsindən Qarabağ müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə 10 kitab nəşr etdirib, həmin kitabların təqdimatını keçirib. Layihə üzrə işlər davam etdirilir. "Redaksiya, eyni zamanda, "Vətən daşı... və ya 44 günün dastanı" adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlər geniş ictimaiyyətə təqdim olunub. Respublika Xatirə Kitabı Redaksiyası Vətən uğrunda qəhrəmanlıqla həlak olan, xalqımıza tarixi zəfər bəxş edən cəsur oğulların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə "44 gün – Tarixi zəfər" adlı 4 cilddə kitab nəşr etdirib, onların təqdimatlarını keçirib. Bu kitablar Azərbaycanın hər yerində şəhid ailələrinə çatdırılıb. Respublika Xatirə Kitabı yaddaşımızın tarix salnaməsidir və redaksiya hazırda dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı altında bugünkü və gələcək strateji işlərini də eyni məhəbbət və həvəslə davam etdirmək üçün əzmlə çalışır. Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdiril¬məsi Respublika Xatirə Kitabı Redaksiyasının ümdə işidir və redaksiya bu prosesi daim öz üzərində bir məsuliyyət kimi hiss etmiş, bu istiqamətdə araşdırma işləri aparmış və bu ənənəni hazırda da davam etdirməkdədir. Xalqımızın 30 illik həsrətinə 44 gündə son qoyan cəsur, qəhrəman və qeyrətli Azərbaycan övladları – öz canlarını Vətən üçün fəda edən, şərəf tariximizi yazan şəhid oğullar daim yaddaşımızda yaşayacaq, xatirələri həmişə bizə əziz olacaq. İllər, qərinələr ötəcək, onlar heç vaxt unudulmayacaqlar. Sağlamlıqlarını itirmiş qazilərimiz də bizim fədailərimizidr, onların hünəri ilə bu gün başımızın üstündə nikbin bir səma pərvaz edir. Bundan sonra qarşımızda duran əsas vəzifələrdən biri Respublika Xatirə Kitabı Redaksiyasının gələcəkdə görüləcək işlərə daha məsuliyyətlə yanaşmasıdır. Redaksiya Birinci Qarabağ müharibəsində həlak olmuş şəxslərin adlarının əbədiləşdirilməsi istiqamətində yeni layihə hazırlayıb, bu işi gələcək nəsillərə ötürmək, kitabın gələcək uğurunu, gələcək taleyini müəyyənləşdirmək istiqamətində atılacaq addımlara prioritet yanaşır. Son olaraq bizə yaratdığı şəraitə görə Şamaxı Rayon İcra Hakimiyyətinin və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə, əziyyəti keçən hər kəsə təşəkkürümü bildirirəm"-deyə baş redaktor bildirdi. Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonundan olan şəhid ailələlərininin qatıldığı tədbirdə Vətən müharibəsi Qəhrəmanı Elyar Vəliyevin atası Hacı Arif Vəliyev çıxış edərək dövlətin şəhid ailələrinə göstərdiyi qayğıdan danışdı. Şəhid Aqil Mirzəliyevin anası Aynurə Mirzəliyeva da çıxış edərək bildirdi ki, Xatirə Kitabı Redaksiyasın ərsəyə gətirdiyi bu kitablar analar üçün böyük təsəllidir. "Oğlum Xüsusi Təyinatlı Qüvvələrin əsgəri idi. Onun həqiqi hərbi xidməti İkinci Qarabağ müharibəsinə təsadüf etdi. Müharibə dövründə bizdən döyüşlərdə olduğunu gizlin saxlamağa çalışırdı. Telefon danışıqlarının birində mənə dedi ki, "ana, Murovu biz almışıq". Aqilin döyüşlərdə olduğunu belə öyrəndik. Xatirə Kitabı Redaksiyası bizim övladlarımızın əbədi yaşadan kitablar çap edir. Bu kitablar bizim təsəlli yerimizdir, bilirik ki, biz olmayandan sonra da oğullarımız yaşayacaq. Bu kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə şəhid anaları adından təşəkkür edirəm. Bizim oğullar yaşamalıdır. Biz şəhid analarının ən böyük arzusu odur ki, bizim övladlarımız unudulmasın. Bu kitablar onları yaşadacaq, ona görə də bizim nigarançılığımız yoxdur. Şəhid Orxan Nəbiyevin atası Rza Nəbiyev çıxışında dedi ki, şəhidlər haqqında çox kitablar yazılıb, amma Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi "44 Gün-Tarixi zəfər" kitabı fərqlidir: "Bu kitab ensiklopediyadır və tarixi sənəddir. Bizim övladlarımızın keçdiyi döyüş yolu, qəhrəmanlığı bu nəşrlərdə yaşacaq". Şəhid Yalçın Rəhimovun atası Elçin Rəhimov da çıxış etdi və bildirdi ki, şəhid valideynləri gözlərinin ağı - qarası olan övladlarını vətənə qurban verib. "Oğullarımız öz sözlərini qanları ilə deyiblər. Bu kitablar da onların özlərini və sözlərini yaşadacaq". Şəhid atası bu kitabın nəşr edilməsinə görə, Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasına təşəkkür etdi. Tədbirdə redaksiyanın "Vətən daşı... və ya 44 günün dastanı" adlı layihə əsasında şəhid Məhəbbət Quliyevə həsr etdiyi sənədli film də təqdim edildi. Sonda "44-Gün-Tarixi zəfər"in III və IV cildləri şəhid ailələrinə təqdim olundu.

İradə SARIYEVA

Şamaxı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

SON XƏBƏRLƏR

12.08.2026 / 07:47
Tramp NATO Sammitindən macəralı qayıdışına aydınlıq gətirdi - “Məxfi Xidmətin qərarı idi…”

12.08.2026 / 07:31
Berlində Rus Evinə hücumlar başladı - “… casus mərkəzi kimi istifadə olunur”…

12.08.2026 / 07:17
Türkiyə Qara dənizdə təhlükəsizlik dəhlizlərinin yaradılmasını təklif edir

11.08.2026 / 23:27
"Mən heç vaxt heç nədən qorxmamışam" - Putin

11.08.2026 / 23:05
Prezident: "Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir"

11.08.2026 / 23:04
"Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur" - Prezident

11.08.2026 / 23:02
Güntay Tolgə deyilən şəxs hansı nüfuzun sahibidir ki, Xətainin roluna kölgə sala bilsin?!...

11.08.2026 / 23:00
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb - VİDEO

11.08.2026 / 22:53
Prezident: "Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır"

11.08.2026 / 22:46
"Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək" - Prezident

11.08.2026 / 22:42
Prezident: "Bir çox beynəlxalq qurum Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir"

11.08.2026 / 22:40
"Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır" - Prezident

11.08.2026 / 22:38
Prezident İlham Əliyev: "Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub"

11.08.2026 / 22:37
"Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib" - Prezident

11.08.2026 / 22:34
Prezident: "Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır"

11.08.2026 / 22:33
"Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir" - Prezident

11.08.2026 / 22:32
Prezident İlham Əliyev: "Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir"

11.08.2026 / 22:30
"Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir" - Prezident

11.08.2026 / 22:27
Azərbaycanın "zəif bəndi" idi, yeni güc mənbəyi oldu - Hansı məkandır? O... Aydın QULİYEV yazır…

11.08.2026 / 22:24
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verdi - FOTO

11.08.2026 / 22:12
Prezident Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoydu - FOTO

11.08.2026 / 22:03
Naxçıvandakı “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açıldı - FOTO

11.08.2026 / 21:56
Prezident İlham Əliyev və Mehriban Əliyeva Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub - FOTO

11.08.2026 / 21:55
Yeni üçtərəfli bəyanat Zəngəzur dəhlizinin açılmasında son maneələri məhv edə bilər...

11.08.2026 / 21:46
Prezident və Birinci xanım “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olublar - FOTO

11.08.2026 / 21:43
“Naxçıvan” Mehmanxana Kompleksinin təməli qoyuldu - FOTO

11.08.2026 / 21:38
Putinin partiyasının ən güclü rəqibini prokuror gücünə seçkidən çıxardılar...

11.08.2026 / 21:29
Prezident və Birinci xanım yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimində iştirak edib - FOTO

11.08.2026 / 21:21
Qafqazda sülhün iki əsas qüvvəsi Trampı böyük arzusuna çatdıracaqlar...

11.08.2026 / 21:04
Türkiyə və Pakistan Yaxın Şərqdə husilərə görə müharibəyə başlayır

11.08.2026 / 20:51
ŞOK İDDİA… Kreml İrəvana bir ay vaxt verdi – ermənilər Rusiyadan qovulacaq, qaz nəqli dayandırılacaq…

11.08.2026 / 20:37
Ermənistan və Türkiyə eyni “hərbi blokda” – bu nə strategiyadır...

11.08.2026 / 20:12
Naxçıvan Regional DOST Mərkəzinin açılışı oldu - FOTO

11.08.2026 / 20:10
Prezident və Birinci xanım Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar - FOTO

11.08.2026 / 20:01
Prezident İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoydu - FOTO

11.08.2026 / 19:50
Prezident və Birinci xanım Naxçıvanda “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olublar - FOTO

11.08.2026 / 19:45
Prezident İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Liderin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər - FOTO

11.08.2026 / 19:19
Prezident İlham Əliyev Naxçıvana səfər edib - FOTO

11.08.2026 / 18:49
Məkkə sazişi “İbrahim sazişləri”nin alternativi olacaq?..

11.08.2026 / 18:33
ABŞ ordusu Oman körfəzində konteyner gəmisinə atəş açdı...

11.08.2026 / 18:19
Aİ-nin qadağasına baxmayaraq Avropa Rusiyadan qaz idxalını artır - xüsusilə də Fransa...

11.08.2026 / 18:15
Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası Vaşinqtonda müzakirə olundu

11.08.2026 / 17:52
Gürcüstan tələyə düşdü - İranın kriptovalyutalarının tranziti üçün əsas mərkəz rolu oynayıb...

11.08.2026 / 17:37
Serbiya prezidenti Donbasın Putinə tam şəkildə verilməsinin "lobbiçiliyini edir"...

11.08.2026 / 17:22
Türkiyə Erməni Patriarxlığı Paşinyan hakimiyyətinə qarşı çıxdı...

11.08.2026 / 17:09
ABŞ kəşfiyyatı Rusiyanın NATO-nu parçalaya biləcəyindən danışır...

11.08.2026 / 16:52
“Mən İranın bankiriyəm” - Tramp

11.08.2026 / 16:34
QHT Şərurda görüş keçirib

11.08.2026 / 16:17
Suraxanıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlandı

11.08.2026 / 16:02
Yasamalda soyğunçuluq edən şəxs saxlandı

11.08.2026 / 15:31
"Ermənistan Azərbaycandan qaz idxal edə bilər! - erməni deputat

11.08.2026 / 15:16
İrandan Rusiyaya “bibər” yükü aparan maşından 25 kq narkotik çıxdı...

11.08.2026 / 14:43
Hörmüzün tezliklə açılacağına ümidlər azalır, neft bahalaşır

11.08.2026 / 14:24
Erməni radikallar Azərbaycanla sülhə mane olmağa çalışır...

11.08.2026 / 14:09
"Həqiqiliyinə əmin olmadığınız səhifə və saytlara ödəniş etməyin" - DİN-dən xəbərdarlıq...

11.08.2026 / 13:57
Ermənistanda hakimiyyətlə TIR sürücüləri qarşıdurmada...

11.08.2026 / 13:41
Suriyadan TARİXİ QƏRAR - Bəşər Əsəd, qardaşı və əmisi oğlu barədə ölüm hökmü çıxarıldı

11.08.2026 / 13:18
Husilər Bab əl-Məndəb boğazında Səudiyyə gəmisini vurdu...

11.08.2026 / 13:05
Toyuna hazırlaşan bəy ailəsi ilə birlikdə həlak oldu - Balakəndəki dəhşətli qəzanın TƏFƏRRÜATLARI...

11.08.2026 / 12:51
Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı

11.08.2026 / 12:34
Pianonun düymələrində saxlanmış bir Vətən: Züleyxa Abdullayevanın səsi insanlara bu cür çatır

11.08.2026 / 12:25
Sentyabrda Tehranda Xəzəryanı ölkələrin konfransı keçiriləcək...

11.08.2026 / 12:19
Tramp FİFA prezidentinin müdafiəsinə qalxdı - o, getsə...

11.08.2026 / 11:26
Rusiya Ermənistanı sıxışdırır - dekabra qədər vaxtınız var, qərar verin...

11.08.2026 / 11:15
NİİM aeroport yolundakı yeni qurğulara aydınlıq gətirdi - sürət ölçən cihaz deyil...

11.08.2026 / 10:52
Cənubi Koreya Zelenskinin çağırışını rədd etdi – silah və ya HHM sistemləri olmayacaq…

11.08.2026 / 10:24
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilir - Rusiya tarixi açıqladı…

11.08.2026 / 10:07
Ukrayna Wildberries-in Voronejdəki anbarını da vurdu…

11.08.2026 / 09:52
Rusiyadan Zaporojyeyə irimiqyaslı hücum – şəhərə raket və idarə olunan bombalar atıldı…

11.08.2026 / 09:35
Kolumbiyada böyük dağıntı... Qırmızı həyəcan siqnalı verildi - zəlzələdə ölənlərin sayı artır…

11.08.2026 / 09:14
BDYPİ sürücü və piyadalara müraciət etdi - diqqətli və ehtiyatlı olun...

11.08.2026 / 08:27
Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu

11.08.2026 / 08:05
Livan-İsrail danışıqlarının növbəti raundu sentyabrda keçiriləcək - Əl-Cəzirə

11.08.2026 / 07:54
8 Özbəkistan vətəndaşı PUA hücumunda həyatını itirdi - Mirziyoyev Nijnekamska xüsusi qrup göndərdi

11.08.2026 / 07:42
Türkiyə Parlamenti PKK-ya əfv verən qanunu təsdiqlədi - PKK “Öcalan şərti” qoydu…

11.08.2026 / 07:25
Tramp Türkiyəni yemək furqonunda tərk edib? - şok təfərrüatlar açıldı

11.08.2026 / 07:07
İtaliya və İspaniya arasında miqrant münaqişəsi böyüyür - hətta turistlər də…

10.08.2026 / 23:36
Türkiyə şirkəti Qara dənizdə gəmilərə hücuma görə, Ukraynanı Beynəlxalq Məhkəməyə verir - Rusiya isə kənarda qalır…

10.08.2026 / 23:12
Tramp İranın "hərbi təzminat" tələbinə qarşı, "50 ildə öldürülən insanlara görə qan pul" istədi…

10.08.2026 / 22:36
ABŞ, Azərbaycan və Ermənistan Sülh Sammitinin ildönümü ilə bağlı Birgə Bəyanat yaydı

10.08.2026 / 22:20
Türkiyə Ukrayna müharibəsində neytrallığına son qoyur...

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ