Cümə günü, 06 noyabr 2026
     

“Qazilərə doğma Vətən, Şəhidlərə İlahi tən - Azərbaycan... Azərbaycan...” silsiləsindən - Xəzər sahillərində keçən ömür...

Image


Türk-Müsəlman dünyasına qarşı dini, irqi, milli... düşmənçilik zəmnində birləşmiş düşmən İttifaqının XX əsrin əvvəllərində güclənən hücumlarına hədəf olan Azərbaycan hüdudlarının amansız mübarizə cəbhələrindən biri də Lənkəran-Astara və Muğan bölgəsi olmuş, rus-hay dəstələrinin himayəçisi general-leytnant A.İ.Denikin (1872-1947) və daşnak-“bolşevik” S.Q.Şaumyan (1878-1918) qüvvələrinin yerli əhaliyə qarşı yaşatdığı soyqırım faciələri barədə kifayət qədər salnamələr mövcuddur.

Bu sırada Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi yanında Siyası Sənədlər Arxivinin 277-ci və Azərbaycan Respublikası Dövlət Arxivinin 100-cü fondlarına, Azərbaycan Cümhuriyyəti dövründə dövlətimizin hüqdudlarında həyata keçirilən soyqırım hadisəsini araşdıran Fövqəladə Təhqiqat Komissiyasının aid sənədlər, o dövrün "Azərbaycan" qəzetinin 39, 100, 101, 103 nömrəli buraxılışlarında işıq üzü görən T.M.Bayraməlibəyovun (1862-1937, 1918-ci il noyabrın 1-də Bakıda 5-ci Qafqaz İslam Türk ordusunun komandanı Nuru Paşa Killigil (1890-1949) ilə görüşüb) məqalələri, sonrakı illərdə Ə.Q.Qasımovun (1911-2001) xatirələri, M.M.Talışlının (1926-2018) “Xatirələrdə yaşayanlar” əsəri (2010)..., yerli yazar-tədqiqatçı Ə.Q.Nurullayevin “Gərmətük” kitabı (2007), Ə.Q.Nurullayev, S.Ə.Məmmədov və E.Ə.Əhədovun “Gərmətük salnaməsi” əsəri (2014) ...Cənub bölgəmizin soyqırım faciələri barədə zəngin tarixi-xronoloji bilgiləri özündə yaşadır.

Haşiyə. 1917-1919-ci illərdə Lənkəran-Muğan bölgəsinə dənizdən və qurudaan daxil olan, İngiltərə siyasi-hərbi kakimiyyəti tərəfindən himayə və təchiz edilən rus-hay silahlı dəstələri (polkovniklər İlyaşeviçin 10 min, Makaryanın 3 min və Avetisyanın 2 min nəfərlik) Pensər, Gərmətük, Mamusta, Gərgəlan, Sütəmurdov, Girdəni, Viləş, Göytəpə, Xırmandalı, Kürdəbağ, Qaröalıq, Məmmədxanlı, Həsənli, Biləsuvar...kəndlərində 2500 nəfərə qədər dinc əhalini amansızlıqla qətlə yetirmiş, maddi əmlaklarını qarət etmiş, yurd-yuvalarını yandırıb külə döndərmişlər. Bu soyqırım faciələrinin qarşısını almaq üçün Nuru paşa Camal Əfəndi paşanın (Əhməd Camal, 1872-1920) başçılığı ilə 500 nəfərlik hərbi heyəti Lənkəran-Muğan diyarına göndərmişdir....onlarla birlikdə Azərbaycan Cumhuriyyətinin Milli Ordusu da (briqada generalı Həbib bəy Hacı Yusif oğlu Səlimov (1881-1920) başda olmaqla) amansız düşmənə qarşı yerli özünümüdafiə qüvvələri ilə birlikdə mübarizə aparmışdır.

...Bosfor körfəzi sahillərində qədim İstanbul şəhərində 1898-ci ildə dünyaya gələn Həsən Əfəndi 1918-1920-ci illərdə Osmanlı Türkiyəsinin Azərbaycan Cumhuriyyətinin və xalqının hay kilsə və rus bolşevik qüvvələrinin təcavüzündən xilas etmək naminə göndərilən 5-ci Qafqaz İslam Ordusunun tərkibində olan heyət üzvlərindən biri olub. Ağır cəbhə-döyüş yollarını Bakı şəhərində uğurla başa vuran bu ordunun bir neçə tağımı Lənkəran-Muğan bölgəsində denikinçi qüvvələrin və hay-daşnak silahlılarının birləşərək Azərbaycan Xalq Cumhuriyyətinə və diyarın yerli Türk-Müsəlman qövmünə qarşı qaldırdıqları terror faciələrinin qarşısını almaq üçün buraya daxil olmuşdur.

Həm də İran ərazisində məskunlaşan İngilis müdaxiləçilərindən və Xəzər dənizində qərarlaşan rus bolşeviklərindən güclü dəstək və yardım alan birləşmiş hay/daşnak qüvvələri 1917-1919-cu illərdə (xüsusilə, 1918-ci ilin mart-aprel aylarında, təsadüfi deyil ki, 1919-cu ilin 15 yanvarında irticaçı qondarma-seperatçı “Muğan Respublikası”nı yarada bilmişlər)) həm dənizdən, həm də qurudan bölgənin, xüsusilə Lənkəran, Astara və Göytəpə nahiyələrinin yaşayış məntəqələrini aramsız top atəşlərinə tutaraq yerli dinc sakinlərə qarşı amansız qətliamlar-soyqırım qırğınları törətməkdə davam edirdilər.

Türk və Milli Ordu heyəti, eləcə də yerli özünümüdafiə qüvvələri birgə müqavimət tədbirləri görərək bu qanlı olayların bölgə üzrə genişlənməsinin qarşısını almışlar.

Bu döyüşlərdə qəhrəmanlıq göstərənlərin və şəhid olanların xatirəsi əziz tutulduğu kimi, 1920-ci ildən sonra həyatını Azərbaycanla bağlayan Türk Qaziləri də hörmətlə yad edilir. Onlardan biri də Lənkəran şəhəri, S.Vurğun adına küçədə, 21 nömrəli evdə yaşayan Həsən Əfəndi idi, ona el arasında “Türk Həsən” deyirdilər. O, bölgədə asayişin qorunu saxlanılmasında, quldur dəstələrinə qarşı mübarizədə yaxından iştirak etmiş və 1927-ci ildə çayçı Kərbəlayi Süleyman Cəfərovun (1855-1921) qızı Fatimə xanımla (1910-1985) evlənmişdir. Deyilənlərə görə onun İstanbul şəhərində Unhaniyyə adlı anası, bacıları - Sadiyə, Hədiyə və Əli adlı qardaşı yaşayıb. Bu izdivacın xeyir-duasını Fatimənin əmisi Kərbəlayi İmam Nəzər verib, onların evi (indiki M.Qorki adına küçə, ev 27) iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Əhəd oğlu Aslanovun (1920-1945) evinin qonşuluğunda olub. H.Aslanov Kərbəlayi İmam Nəzərin həyat yoldaşı Kərbəlayi Gülbahara “Gomuş xala” deyərmiş (çoxlu gomuş/camış saxladıqlarına görə) və hər gün bir kasa qatıq (onun üçün kasada ayrıca hazırlanırdı) yeyərdi pəncərənin qabağında. Gələcəyin generalının “Türk Həsən”lə tanışılığı və mehriban münasibəti yaranmışdı, ona görə də, onun qatıq payını ayrıca saxlayardı.

Cənubi Azərbaycana da gedib-gələn Həsən həm də xırda ticarətlə də (ənlik-kirşan, ədviyyar məhsulları, bəzək əşyaları, parça-corab məmulatları...gətirərdi) məşğul olub. Gətirdiklərini daha çox qonşuluqda, qohum-əqrabada olan qız-gəlinlərə bağışlayardı, qalanlarını isə Astaraxanbazar (indiki Cəlilabad) həftəbazarına çıxarardı, bir neçə gündən sonra qayıdırdı. Təbiətcə/xasiyyətcə sakit və təmkinli olsa da, artıq danışmağı, uzun-uzadı sorğu-suala cavab verməyi xoşlamazdı, hətta evdə olanda da. Arada hirslənəndə belə - “şimdi yaparam səni” söyləməklə sakitləşərdi. Həyat yoldaşını “ədə” deyib çağırarmış. Və evdə xüsusilə tapşırardı ki, onun getdiyi yerlər barədə heç kimə məlumat verilməsin. Ən çox xoşladığı yemək küftə, ziyad balığının ləvəngisi idi, kənara çıxanda xanıma deyərdi ki, mən qayıdanda küftə-bozbaş hazır olsun...

“Türk Həsən” həbs olunduqdan sonra həmin yeməklər o evdə bir daha bişirilməyib...

Lənkəran şəhəri və yaxın kəndlərin hüzr məclislərində “Quran” oxuyar, dini-irfani söhbətləri ilə elin hörmətini qazanardı. Toy-düyün yığnaqlarında da ürək dolusu iştirak edər, rəqs etməyi xoşlardı, xüsusilə papağını arxadan qaldırıb ağır-ağır yeriməklə “Qoç Əli” rəqsini özünəxas üslubda ifa edərdi. Ömür-gün həyanına deyərdi ki, məni qohumlarınla tanış et, amma onlara gecə gedək.

Lənkəran şəhərində çəkməçi Mikayıl ilə dost olub, Sitəmurov kəndində də həmsöhbətləri var idi. 1930-cu ildə respublika Dövlət Təhlükəsizlik Xidmətinə verilmiş məlumat əsasında “Türk Həsən”i gecə ikən evdən aparırlar - Türkiyəyə göndərmək adı ilə. Lakin, üç il ərzində onu Lənkəran şəhər həbsxanasında saxlayırlar. Həmin həbsxanada qızı Səbiyyə Həsənova ilə (1928-2010) çəkdirdiyi şəkil indi ondan qalan yeganə nişanədir.

Bakı şəhərində saxlanılarkən həyat yoldaşı hər dəfə onunla görüşəndə deyirmiş ki, çıx get, İstanbula, səni orada anam-bacım qarşılayacaq. Bu təklifə Fatimənin dayısı Salman Şərifov (1888-1964) razı olmayıb, çünki bu o dövr üçün mümkünsüz idi.

Sonrakı müddətdə “Türk Həsən”in 1939-cu ildə SSRİ-Finlandiya müharibəsində iştirak etməsi barədə, hətta ayağından yaralanması barədə məlumat alınmışdır. “Türk Həsən” ailəsindən ayrılanda vədə veribmiş:

- Həyatımda bir günüm də qalsa, gəlib sizi tapacam.

1970-ci illərdə məşhur müğənni, Azərbaycanın xalq artisti Zeynəb Xanlarova Danimarkanın paytaxtı Kopenhaden şəhərində konsert çıxışlarının birində Həsən əfəndi ilə görüşümüş, onunla rəqs etmiş, lent təsvirində başında buxara papaq, əlində əsa tutan Türk Qazisini Lənkəran şəhərinin “Kiçik Bazar məhəlləsi”ndən olan dostları tanımışdır...

Amma, Vətən sayılan qəriblikdə tale də düşmən kimi amansız olmuşdur Türk Qazisinə qarşı...hər iki Vətənində ağır, məşəqqətli həyat sürməyi, qərib ölkələrdə yaşaması, Xəzər dənizi sahillərindəki ailəsinə yazdığı məktublarının ayrılıq/nisgil dolu sətirləri, ömrünü naməlum son səhifələri kimi...

Qazinin həyatda yeganə yadigarı olmuş Sədayə Həsən qızı Lənkəran qəbirstanlığında dəfn edilib, öz vəsiyyətinə görə anası Fatimə xanımın məzarında...

R.S. Qazi Həsən Camal əfəndi Yusif bəy oğlunun başçılıq etdiyi hərbi hissədə döyüşmüşdür, Camal Əfəndi Astara nahiyəsinin Kələdəhnə kəndində hay-daşnak dəstələrinə qarşı döyüşlərdə rus əsgərinin gülləsi ilə Şəhid olmuş, Pensər kəndinin “Hacı Teymur” məscidinin həyətində (onun ən yaxın dostu və silahdaşı Hacı Osman Hacı Teymur oğlu (1869-1920) olub, qəbirləri yanaşıdır) dəfn edilib...

(Yazının hazırlanmasında Türk Həsənin nəvələri Lənkəran şəhəri sakini Həqiqət Məmmədəli qızı İsmayılovanın (1948) və Günəhir kənd sakini Səadət Məmmədəli qızı Mirzəyeva/İsmayılovanın (1956) məlumatlarından istifadə olunmuşdur).

Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ