Bazar ertəsi günü, 15 iyun 2026
     

Sentyabrın 27-də şəhid oldu, 86 gün sonra nəşi tapıldı - Kapitan Niyət Şirəliyev..

Image


Gültəkin Şirəliyeva: "Qızının doğum günündə Niyətin şəhidlik xəbəri gəldi"

Dağlara binə gəlləm,

Getmişdim yenə gəlləm.

Oğul, üzünü görsəm

İmana-dinə gəlləm.

Şamaxı rayonunun Ovculu kəndində gözü yolarda qalan, qulağı səsdə olan, yuxusu ərşə çəkilən, ağlamaqdan usanmayan bir ana var-şəhid kapitan Niyət Şirəliyevin anası Gültəkin ana. Oğul harayındadır, oğul dağı çəkilib sinəsinə. Deyir ki, qızım, Niyətin üzünü bir də görsəm, bir də balamı bağrıma basıb qoxusunu içimə çəksəm qəm etmərəm. Oğlu şəhidlik zirvəsinə ucalandan sonra ana bir başqa cürə olub, hətta özü özünü tanımır. İgid bir bala itirib, nər kimi oğlunu Vətənə qurban verib, ağrısı da, yanğısı da tanışdır. Ahı yerləri-göyləri yandırır Gültəkin ananın.

Bir ah çəksəm qarlı dağlar əriyər

Bir ah çəksəm axan sular dayanar.

Bir ah çəksəm...ahım yandırar özümü.

Gültəkin ana ilə Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Re­dak­si­yasının ərsəyə gətirdiyi "44 gün – Tarixi zəfər" adlı çoxcildliyin III və IV cildlərinin Şamaxı rayon Mədəniyyət Mərkəzində təqdimatı zamanı söhbətləşdik. Yaradıcılıq ezamiyyətim çərçivəsində dərdləşdiyim analardan biri də o, oldu.

Bu dünyada iki övladını-Zeynəb və Nicatını yadigar, anasını gözü-yaşlı, dili ağılı qoyub əbədiyyətə qovuşan Niyət İmran oğlu Şirəliyev 1990-cı ildə Şamaxı rayonun Ovculu kəndində anadan olub.

1996-2007-ci illərdə B.Alıyev adına Ovçulu kənd tam orta məktəbində, 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb.

Niyət Şirəliyev 2011-2012-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində ixtisası üzrə biliklərini artırıb. 2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmətə başlayıb. 2014-cü ildə ona "baş leytenant" hərbi rütbəsi verilib. Niyət Şirəliyev 2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlərdə iştirak edib. 2018-ci ildən "kapitan" hərbi rütbəsi altında xidmətini davam etdirirdi.

Niyət Şirəliyev 2019-cu ildə Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissənin taboruna tabor komandirinin Maddi-texniki təminat üzrə müavini, 2020-ci ildə "N" saylı hərbi hissənin qərargah rəisi, hərbi hissə komandirinin müavini vəzifəsinə təyin olunur. Niyət Şirəliyev 2020-ci ilin iyul ayında baş tutan Tovuz döyüşlərində iştirak edib.

Onun haqqında yazılanlara diqqət yetirək: "Hərb işinə, hərbi sirrə və xüsusən də özündən yuxarı komandir heyyətinə sadiq olduğu kimi, tabeliyində olan əsgərlərə də hərbini sevdirməyi bacarıb kapitan

Şirəliyev. 2020-ci ildə Vətən müharibəsi başlayanda o da digər silahdaşları kimi ön cəbhəyə yollanıb. Səngərlərdə düşmənin canlı qüvvəsi və texnikasının məhv edilməsində böyük şücaətlər göstərərək qəhrəmancasına şəhid olub".

Niyət müharibə zamanı vaxt tapdıqca ara-sıra ailəsi ilə əlaqə saxlayar, hər şeyin yaxşı olduğunu deyərdi, sonuncu dəfə sentyabrın 26-da həyat yoldaşı ilə danışıb. Sanki şəhid olcağı ürəyinə damıbmış, balalarını ona əmanət edib. "Bu, onun son zəngi olub. Cəsur kapitan rəhbərlik etdiyi şəxsi heyyətlə birgə Kəlbəcər ərazisində yerləşən bir sıra yüksəkliklərin düşmən tapdağından azad edilməsində əvəzsiz xidmətlər göstərib, son damla qanına qədər qəhrəmanlıqla vuruşub. Niyət Şirəliyev sentyabrın 27-si şiddətli döyüşlərin birində şəhadətə yüksəlsə də nəşi 86 gün sonra tapılaraq Şamaxının Şəhidlər xiyabanında dəfn edilib".

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Niyət Şirəliyev ölümündən sonra "Rəşadət" ordeni, "Kəlbəcərin azadlğı uğrunda", "Vətən müharibəsi iştirakçısı" "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

"Niyətdən danışmağa o qədər söz var ki…Ondan danışmağa ürəyim qalmayıb daha. Niyət mənim ilk balam olub. Çox zəhmətkeş, evə-ailəyə, anaya çox qayğıkeş, zülümkeş idi. Mən Niyətdən sonran ağzıma alıb yediyim çörəyə də, başıma tökdüyüm suya da hayıfım gəlir. Elə oğul idi, elə oğul idi, dillə deyiləsi deyil. Deyirdim ki, balam işləsə rütbəsi, vəzifəsi böyüsə mənim dərdim olmayacaq. O qədər ağıllı, zəkalı idi ki, əməyinin bəhrə verməsini istəyirdim. O altı ilə yaxındır ki, şəhid olub. İnanın, Azərbaycanın hər yerindən bizə zənglər gəlir. Deyirəm ay bala, bu qədər ona görə edibsən ki, tez gedəcəkmişsən. Hamıya yaxşılıq edib, əsgərlərinə əsl ata olub, hər birinin qayğısına qalıb. O şəhid olandan sonra bizə bir əsgəri gəlmişdi, ayağı qaldırıb altından öpdü. Dedi ki, ana, sənin elə bir oğlun var idi ki…O olmasaydı mən indi həyatda yox idim, o mənə komandir yox, ata olub.

Nəşi 86 gün qarın altında qaldı, xəritə əlində getdi. Ailəsi, iki uşağı qalıb. Qızının doğum günündə Niyətin şəhidlik xəbəri gəldi. Gəncədən getmişdi müharibəyə. Ailəsi ilə Gəncədə kirayə qalırdı. Nəşinin neytralda qaldığını o vaxt bizə demirdilər, deyirdilər ki, ön cəbhədə vuruşur. Mən şəhid olacağına inanmırdım. İki müharibədə olmuşdu, həm Aprel döyüşlərində, həm də iyun döyüşündə (Tovuz döyüşü) olmuşdu, salamat gəlmişdi. O müharibələrdə oğlum oddan-alovdan keçmişdi, hansı qəhrəmanlıqlar etmişdi, bunu hər kəs bilir. 30 yaşında öz gücü, öz zəhməti, öz həvəsi ilə qərargah rəisi olmuşdu, kapitan idi".

Ananın ürəyini göynədən xatirələr o qədər çoxdur ki, saymaqla qurtarmaz. Ana deyir ki, oğlu ilə sonuncu görüşü yadına düşəndə yaraları qan verir. "Müharibədən əvvəl təlimdə idi. Bizə ismarladı ki, qardaşım gəlib ailə-uşağımı Şamaxıya aparsın. O da dedi ki, özün gəl. Yaxşı ki, oğlum gedib onun ailəsini gətirmədi, özü gətirdi, biz də onu axırıncı dəfə gördük. Sentyabrın 19-u axşamı gəldi. Deyirdin ki, toya hazırlaşır, təyyarə ilə harasa uçacaq, elə bir vəziyyətdə idi. Nə evə-eşiyə baxdı, nə bizə baxdı, fikri-zikri bizdə deyildi. Demə fikri təlimdə imiş. Dedim ki, oğlum, qızının ad gününə don almışam. Gördüm ki, heç mənə baxmır. Heç soruşmadım ki, ay oğul, firkin hardadır, niyə beləsən? Bir az danışdı. O başdan saat beşdə oyandıb bir əsgəri vardı onu da götürüb maşını ilə çıxıb getmişdi. Yazıq balam gedəndə atası darvazanın ağzında deyib ki, oğlum, özündən muğayat ol. Bir kəlmə onu deyib ki, Polad Həşimovdan artıq deyiləm. Bir də deyir, maşınla aşağı enəndə oradan üç dəfə çönüb arxaya-ev tərəfə baxıb (ağlayır). O gedən gündən də gözümün yaşı qurumadı, sel kimi axırdı. Elə bilirdin gözümdən bulaq axır. Sən demə, balamın axırıncı gedişi imiş, bir də görüşməyəcəkmişik. Haradan bilərdim ki, belə olacaq. Vallah bala, bu yaşamaq deyil, yaşamıram ki…Elə bir oğlum gedib ki, onu dünyaya dəyişmərəm (ağlayır). O mənim hər şeyim idi. Yorğanı da mənimlə çevirirdi, şorqoğalını mənimə bişirirdi. Hayıf ay balam.

Uşaqları Bakıda olur, gedib-gəlişmimiz qaydasındadır, gəlin də arada gəlir. Keçən il toylarının il dönümündə də gəlmişdi, sonra da gəldi. Toylarının 6-cı ilində oğlum şəhid oldu.

Niyətin oğlu kənddə oyuncaq maşın sürürdü, o səsi hələ də telefonda qalıb. "Kəlbəcərə, sür, Kəlbəcərə sür" deyir. Oğlum bir löhvəyə "Kəlbəcər, Ömər aşırımı" yazıb kabinetindən asmışdı. Gedib o löhvəni gətirib evdən asmışıq. Ona baxanda hamı elə bilirdi ki, Ömər oğlunun adıdır. Amma o Kəlbəcərdəki Ömər aşırımı var. Müharibəyə gedəndə kabinetindən bir o löhvəni, bir də bir sünbül toxuyub asmışdı. Deyirəm, Niyət mənimlə sünbül dənləmişdi, bacı-qardaşını böyütmüşdü. Ona görə də mənim oğlum sünbülü heç unutmayıbmış. Belə oğullar getdi, ay qızım. O oğullar hamısı bir-birindən yaraşıqlı, ağıllı, zəhmətkeş...

Oğlum özü o qədər zülümlə böyümüşdü ki, özü kimiləri dərhal tanıyırdı. Bir gün gəlib dedi ki, ana, bir əsgər anasına zəng edib "inəyi sat mənə pul göndər" deyib, bircə dənə inəkləri varmış. Deyir ana, o əsgəri çağırıb "anana zəng et de ki, inəyi satmasın". O uşağa pul vermişdi.

Oğlum 14 il hərbidə xidmət etdi. Beş il də təhsil almışdı. Əsgərlərin qoruyub. Qurbanın birini əsgərlərinə kəsirdi, sonra da gəlib balalarına kəsirdi, o qurban tikəsindən də kəsməyənlərə paylayırdı. Elə rəhmli oğul idi. Deyirdi ana, mən əsgərlərimi yeditməmiş gələ bilmərəm. Mən özüm çətin böyümüşəm, onlar da mənim kimi kasıb uşaqlardır…"

Gültəkin ana ömrü yarımçıq qalan, oğul-qız toyu görməyən, ailəsinə ürəyincə simsarlıq edə bilməyən, öz canını vətənə fəda edən oğlu haqda göz yaşı içində danışdı. Ananın hər sözündən, kər kəlməsindən süzülən ağrı bizim də qəlbimizi yandırdı. Amma ana onunla təsəlli tapır ki, min-bir zillətlə böyüdüb boya-başa çatdırdığı oğlu Vətən yolunda şəhid olub.

Niyət Azərbaycanın igid, cəsur qəhrəmanlarından biri kimi tarixə köçdü. Canı qədər sevdiyi torpaqları azad edən başqa oğullar kimi, o, da yolunda can verdiyi torpaqlarda şəhidlik zirvəsinə ucaldı.

Torpağa, daşa, üç rəngli bayrağa çevrildi Niyət. Unudulmazlıq qazandı… Ruhu şad olsun!

İradə SARIYEVA

Şamaxı-Bakı




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Baş həkimə illər öncə açılmış cinayət işi yenidən təzələndi...

Avropa Komissiyasından Trampın kürəkəninə ağır zərbə - "dayandırın"...

Ümumi daxili məhsulla bağlı maraqlı vəziyyət yarandı - həm müsbət, həm də mənfi tərəfləri var...

SON XƏBƏRLƏR

15.06.2026 / 02:04
Tramp Putinə söz verdi - Avropanı və Kiyevi razı salmağa çalışacaq...

15.06.2026 / 01:35
Pakistan tarixi razılaşmanı dünyaya elan etdi - ABŞ və İran razılaşdı... 107 gün davam edən müharibə başa çatdı...

15.06.2026 / 00:43
DTX-nin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edilib - FOTO/VİDEO

15.06.2026 / 00:14
Prezident İlham Əliyev Trampı 80 illik yubileyi münasibətilə təbrik etdi

14.06.2026 / 23:14
Prezident İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - FOTO

14.06.2026 / 23:12
Mehriban Əliyeva 15 iyun – Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - FOTO

14.06.2026 / 20:57
Rusiyalı strateqdən Qərbə görünməmiş nüvə təhdidi... İlk hədəfi də açıqladı - yer üzündən silinəcəklər...

14.06.2026 / 20:11
Xankəndi Mədəniyyət Mərkəzində ilk konsert...

14.06.2026 / 18:23
ABŞ-ın 30-dan çox ölkədə azı 120 gizli bioloji laboratoriyası ortaya çıxdı - Kəşfiyyat rəhbərindən ŞOK ETİRAFLAR...

14.06.2026 / 18:07
Hikmət Hacıyev Armen Qriqoryanla görüşdü

14.06.2026 / 17:45
Dünya sülh gözləyərkən İsrail Beyrutu vurdu –Trampın planları pozulur, İranla saziş dalana dirənir...

14.06.2026 / 16:27
İrandakı mühafizəkarlar Tehran-Vaşinqton razılaşmasına qarşı çıxdı - Qalibaf və Ərakçi hədəfdə...

14.06.2026 / 15:10
ABŞ-İran sazişi nə vaxt imzalanacaq? – Vaşinqton bu gün deyir, Tehran isə...

14.06.2026 / 14:47
"15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır" – ŞƏRH

14.06.2026 / 14:31
İran–ABŞ memorandumunun əsas detalları açıqlandı

14.06.2026 / 14:02
DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

14.06.2026 / 13:58
İran–ABŞ sazişi üçün “rəqəmsal imza mərasimi” planlaşdırılır

14.06.2026 / 13:47
Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

14.06.2026 / 13:45
AZAL-dan qərar - Naxçıvana bu günə olan bütün uçuşlar ləğv olundu...

14.06.2026 / 12:53
Nizamidə narkokuryer 30 kiloqrama yaxın narkotiklə yaxalandı

14.06.2026 / 12:08
Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

14.06.2026 / 11:55
İranda Xameneyinin mərasimləri səbəbindən imtahanlar təxirə salına bilər

14.06.2026 / 11:32
Milli Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev dühasının təntənəsi -MDU rektoru yazır

14.06.2026 / 11:17
Mədəniyyət Nazirliyi Hidayət Orucovun vəfatı ilə bağlı başsağlığı verdi

14.06.2026 / 10:35
Ağdamda mağazaya İLDIRIM DÜŞDÜ, güclü yanğın başladı...

14.06.2026 / 08:15
İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

13.06.2026 / 22:50
Tramp rəsmən elan etdi – İranla saziş sabah imzalanacaq...

13.06.2026 / 20:21
İsraildən Trampa çağırış - Livan, Suriya və Qəzzadan çəkilməyəcəyik...

13.06.2026 / 20:11
Saxlanılan gömrükçülərin üçü buraxıldı - RƏİS MÜAVİNİ HƏBS EDİLDİ

13.06.2026 / 20:05
Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsidir

13.06.2026 / 19:47
Ramiz Mehdiyevin ailə bankı BOKT-a çevrildi…

13.06.2026 / 19:25
ABŞ-İran sülh sazişi Trampın 80 illik yubileyində imzalana bilər - Britaniya mediasından ŞOK İDDİA...

13.06.2026 / 19:08
Mingəçevir Dövlət Universiteti Beynəlxalq RUR reytinqində: İlk iştirakdan uğurlu nəticə

13.06.2026 / 18:57
İrandan ABŞ-la imzalanacaq sazişilə bağlı yeni açıqlama – Tehranın bloklanmış milyardları necə qaytarılacaq? – DETALLAR ortaya çıxdı...

13.06.2026 / 17:45
Azərbaycanla ABŞ TRIPP-in icrasını müzakirə etdi

13.06.2026 / 16:15
Putindən Qərbə növbəti xəbərdarlıq - heç vaxt buna cəhd etməyin...

13.06.2026 / 15:57
Şahbaz Şərif dünyanın gözlədiyi xəbəri elan etdi - ABŞ-İran sülh sazişi 24 saat ərzində imzalana bilər

13.06.2026 / 15:32
ABŞ ordusunun İranda uranı ələ keçirmək planı... Tramp əməliyyatı son anda dayandırdı, İranın “intihar tələsi” ortaya çıxdı...

13.06.2026 / 13:37
Bakıda restoranın dolabından beş min dollar oğurlandı

13.06.2026 / 13:24
Putinin nümayəndəsi Baydenin oğlunu ailənin Ukraynadakı “qaranlıq işlərini” açıqlamağa çağırdı...

13.06.2026 / 13:20
Əli Əsədov Ünal Üstel ilə görüşüb

13.06.2026 / 12:50
Ağdamda 33 il sonra “Son zəng” çalındı

13.06.2026 / 11:55
Prezident İlham Əliyev Kral III Çarlza məktub ünvanlayıb

13.06.2026 / 11:35
Şuşada TDT ölkələrinin Rəqabət Forumu keçirildi

13.06.2026 / 10:12
Emin Əmrullayev məzunları təbrik etdi

13.06.2026 / 09:29
Tramp ABŞ-İran sülh razılaması ilə bağlı konkret tarixi açıqladı - saziş Cenevrə və ya Vyanada imzalana bilər...

13.06.2026 / 08:45
Hindistan ABŞ-a nota verdi...

12.06.2026 / 22:49
ABŞ-İran sülh sazişinin razılaşdırılmış yekun mətni hazırdır - Pakistan bütün dünyaya elan etdi...

12.06.2026 / 22:12
Fransa mediası Azərbaycana qarşı çirkin kampaniyaya başladı - MEDİA-dan sərt açıqlama...

12.06.2026 / 22:03
Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı

12.06.2026 / 21:56
Paşinyan Zəngəzur dəhlizində neft-qaz kəmərini şübhə altına aldı...

12.06.2026 / 21:12
Paşinyan KTMT-dən çıxmaqla bağlı daha bir bəyanat verdi...

12.06.2026 / 21:03
PUA ilə İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

12.06.2026 / 20:47
Belə də kənd həyatı olar? - cəmi 19 faiz... Kəndlərimiz simasını itirir...

12.06.2026 / 20:22
Xəzərdə 22 yaşlı gənc 13 kq marixuan ilə tutuldu

12.06.2026 / 20:15
Tramp İranı bombalamağı növbəti dəfə təxirə saldı... Neçə dəfə olar?!

12.06.2026 / 19:46
Dövlət proqramı Prezidentin tənqid etdiyi problemlərin həllinə yol açır...

12.06.2026 / 19:34
Fuat Oktay Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

12.06.2026 / 18:12
Netanyahu Prezident İlham Əliyevə məktub ünvanlayıb

12.06.2026 / 18:10
1992-93-cü illərdəki "dövlət səriştəsizliyinə" son qoyulmasaydı...

12.06.2026 / 17:43
Trampın qızı və kürəkəni Kuşnerə görə Albaniyanı "Flaminqo inqilabı" bürüdü...

12.06.2026 / 17:43
Müxalifətin xalqı Paşinyana qarşı səfərbər etmək cəhdləri iflasa uğrayır...

12.06.2026 / 17:30
Bakıda dəyişkən iş rejiminin "antitıxac effekti" yetərincə inandırıcı görünmədi...

12.06.2026 / 17:20
Rusiya Ermənistan məhsullarına qadağaları genişləndirdi - siyasi gərginlik artır...

12.06.2026 / 17:18
"Yeni Şafak"dan şok xəbər - Türkiyə iki istiqamətdə Ermənistanla sərhədi açır, ticarət 1 milyard dollara çatacaq...

12.06.2026 / 17:14
Prezident Əliyev tənqid etdi, ardınca proses başladı...

12.06.2026 / 16:59
Taksilərdə gediş bahalaşır, amma qazanan sürücülər yox, xarici şirkətlərdir...

12.06.2026 / 16:49
"Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur" - Emin Hüseynov

12.06.2026 / 16:39
Merts qəti şərt qoydu - Ukraynada sülh yalnız bu formatda mümkündür, başqa heç cür...

12.06.2026 / 16:33
Region müşavirələri aqrar bölmədə yeni mərhələ başlada bilər...

12.06.2026 / 16:30
Nazirlik və Agentliklərdə müşavir postlarını bu qədər şişirtmək büdcəyə izafi basqı yaradır...

12.06.2026 / 16:18
ABŞ və İran tarixi razılaşmanın bir addımlığında - dörd təyyarə Vaşinqtondan Cenevrəyə yola düşdü... mümkün SAZİŞ MƏTNİ SIZDIRILDI...

12.06.2026 / 15:49
Epşteyn işi çərçivəsində Konqresin sorğu-sualı Tramp ailəsinə çatır...

12.06.2026 / 15:29
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun layihəsi ilk oxunuşda qəbul olundu

12.06.2026 / 15:22
İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirildi - YENİLƏNİB

12.06.2026 / 15:17
Deputat sosial şəbəkələrdə saxta ekspertlərlə bağlı təklif irəli sürdü

12.06.2026 / 15:00
“...Ənənəvi memarlıq ilə futuristik şəhərsalma prinsipləri unikal şəkildə vəhdət təşkil edir” - Rizvan Qarabağlı

12.06.2026 / 14:31
Uşaqlarımızın əxlaqına ən çox təcavüz edən sosial şəbəkələr...

12.06.2026 / 13:42
Cinayətlə mübarizə üzrə Koordinasiya Şurasının iclası keçirilib

12.06.2026 / 13:35
Göygöldə yeni Dövlət Proqramının müzakirəsinə dair müşavirə keçirildi - YENİLƏNDİ

12.06.2026 / 13:20
Tramp İranla bağlı 10-dan çox dövlətin adını öz “şərikləri” kimi çəkdi, birinin də səsi çıxmadı...

Regionların tərəqqisində Qarabağ və Şərqi Zəngəzurun xüsusi çəkisi sürətlə artır

XƏBƏR ARXİVİ