Səudiyyə Ərəbistanının milli neft və qaz şirkəti olan “Saudi Aramco”ya məxsus Samref neft emalı zavoduna pilotsuz təyyarə ilə hücum olub.
İranın Körfəzdəki ABŞ aktivlərinə qarşı qisas hücumları davam edir. Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin verdiyi açıqlamada Samref neft emalı zavoduna pilotsuz təyyarənin düşdüyü təsdiqlənib. Qeyd edilib ki, zərərin qiymətləndirilməsi davam edir.
Bundan əvvəl Küveytin “Kuwait Petroleum” şirkəti Mina Abdullah neft emalı zavodunun pilotsuz təyyarə tərəfindən hədəfə alındığını və nəticədə yanğın baş verdiyini açıqlayıb.
Şirkət Mina Abdullah neft emalı zavodundakı bir bölmənin pilotsuz təyyarə tərəfindən hədəfə alındığını bildirib.
Hücum nəticəsində obyektdə yanğın baş verdiyi və işçilərin təhlükəsizliyini təmin etmək və obyekti qorumaq üçün bütün zəruri profilaktik tədbirlərin görüldüyü əlavə edilib.
Tahir TAĞIYEV