Prezident Donald Tramp ABŞ-ın İsrailin İranın əsas təbii qaz yatağına hücumu barədə əvvəlcədən məlumatı olmadığını bildirib.
ABŞ-ı Cənubi Pars qaz yatağına hücumdan uzaqlaşdırsa da, İran Qətərə yenidən hücum edəcəyi təqdirdə "bütün yatağın kütləvi şəkildə partladılmasına" söz verən Tramp sosial media paylaşımında bildirib ki, ABŞ bu xüsusi hücum haqqında heç nə bilmirdi və Qətər ölkəsi heç bir şəkildə bununla əlaqəli deyildi və bunun baş verəcəyindən xəbəri də yox idi.
ABŞ Prezidentinİn İranın daxili enerji tələbatının böyük əksəriyyətini təmin edən dünyanın ən böyük qaz yatağına hücuma verdiyi reaksiya, əslində, iki ölkənin 28 fevralda birgə hücumlarla başlatdığı müharibədə İsrail və ABŞ arasında koordinasiyanın pozulmasının qeyri-adi bir etirafı kimi görülüb.
Tramp bildirib ki, İsrail təbii qaz yatağının "nisbətən kiçik bir hissəsinə" zərbə endirib.
Qeyd edək ki, bu hücumun ardından İran qonşu Qətərə qisas məqsədilə hava hücumu həyata keçirib ki, bu da neft qiymətlərinin fantastik şəkildə qalxmasına səbəb olub.
SAMİRƏ