şənbə günü, 10 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Böyük Səlcuqların Alp Arslan zirvəsi
Tarix: 07.07.2015 / 02:26
Bölmə: Mədəniyyət
(Əvvəli ötən sayımızda)
Ancaq gələcək qələbələrin müəllifi Alp Arslan yox, onun xələfləri olacaqdı...
"...Sultan Alp Arslan daha keçmişdən və xatirələrdən qayıtmaq istəmirdi. Saray həkimi onun otağına girəndə xəstədən səs-səmir gəlmirdi. Həkim əvvəlcə Sultanın yuxuya getdiyini zənn elədi. Nəbzini yoxladı. Böyük Cahangir yuxudaca haqq dünyasına qovuşmuş, özünün fatehlik səlnaməsində əbədiyyətə çevrilmişdi.
Bəlkə də Sultan öz yuxu və ya xəyallarında dolaşır, qılıncını siyirib, at belində hücuma keçirdi. O özünün fatehlik salnaməsində əbədiyyətə qovuşmuşdu.
Sultan Alp Arslan 23 noyabr 1072-ci ildə 43 yaşında vəfat etdi.
Onu Mərvdə - atası Çağrı bəyin yanında dəfn etdilər.
... Alp Arslandan sonra vəliəhd olan Məlikşah onun taxtına oturdu (1072-1092).
Məlikşahın iyirmi illik hakimiyyəti dövründə Səlcuqların və türklərin intibahı başlandı. Bu dövrdə elm, mədəniyyət, tədris çox inkişaf etdi. Nizam - ül-Mülk seçilmiş gənclərin dövlət idarəçiliyinə hazırlanması üçün yeni kitablar yazdı. Baş vəzir türklərin xarakterinə tam uyğunlaşmışdı və onların nə istədiyini yaxşı bilirdi. Onun siyasətlə bağlı əsərləri təkcə maraqlara deyil, həm də kişilik əlamətlərinə, meyarına uyğunlaşdırılırdı.
Baş vəzir Nizam - ül-Mülkü və Məlikşahı xaşxaşilər sui-qəsd yolu ilə aradan götürdülər"...
Bir tərəfdə nəfsinə (şeytan) uyub türk irəli gedənlərini aradan götürən xaşxaşilər, digər tərəfdə haqdan gələn ideoloji - mənəvi (ruhani!) enerjilərilə onları müdafiə edən, gücləndirən Dədələr!..
Roman müəllifi hadisələri təsvir edərkən həm elmi- publisistik bir dəqiqlik (və salnaməçi təmkini) ilə onların (tarixi hadisələrin) xronologiyasını verir, həm də həmin hadisələrə mistik müdaxilələrin əhəmiyyətli təsir göstərdiyi qənaətinə gələrək bu təsirlərin metafizik semiotikasını müəyyənləşdirməyə çalışır. Və fikrimizcə, Dədələrlə xaşxaşilərin türk tarixindəki siyasi - ruhani missiyalarının obrazlı təqdimi romanın ən maraqlı səhifələrini təşkil etməklə əsəri yalnız bədii - estetik baxımdan deyil, ideya- fəlsəfi məzmunca da zənginləşdirir.
Yunus Oğuz, indiyə qədərki tarixi romanlarında olduğu kimi, "Alp Arslan"da da türklərin möhtəşəm tarixlərilə, hər şeydən əvvəl, bir övlad (xələf!) duyğusallığıyla qürur duyur. Və romanın elə səhifələri vardır ki, müəllif özünü təsvir olunan hadisələrin - döyüşlərin, rəsmi danışıqların, qurultayların sanki iştirakçısı kimi hiss edir. Məsələn, Alp Arslanla Nizam- ül- Mülkün aşağıdakı dialoqu müəllif hisslərinin mətnə müdaxiləsi baxımından maraq doğurmaya bilməz:
..."Sakit səslə, -Daha bir məsələ qaldımı, hörmətli vəzir? - deyə soruşdu.
-Bəli, qaldı, sultan həzrətləri. - Ələmut qalasından xəbər aldım ki, Sultan həzrətlərinə Həsən Sabbah tərəfindən sui-qəsd fətvası verilib. Nəzarəti daha da gücləndirmək lazımdır. Mənim tərəfimdən bir sıra tədbirlər görülüb, ancaq yaxşı olardı ki, siz də ehtiyatlı olasınız. Alp Arslan bu xəbərdən bir anlıq duruxub qaldı. Sanki bu xəbərin gerçək olacağına inandı. Hətta dərindən köks ötürdü. Sonra gülümsədi və:
- İşimi-gücümü atıb Ələmut qalasına vaxt ayırsam, o sarsaq Həsən Sabbaha baş qoşsam, tarix mənə gülər. - dedi.- Mən o şərəfsizə layiq olmadığı şərəfi vermək fikrində deyiləm! Onsuz da böyüklər çox vaxt rəzillərin əli ilə öz ölümünə qovuşur. Makedoniyalı İsgəndər Zülqərneyn bir ağcaqanadın dişləməsilə ölmədimi? Taleh yazısına pozu olmaz! Mənim ömrüm bitən anda Həsən Sabbahı qarşıma cənab Əzrayılın özü gətirib çıxaracaq. Amma bax, bu işi elə sizə tapşırıram, vəzir həzrətləri. Bir vaxtlar səhv etmirəmsə Həsən Sabbah sənin yanında olub. - Sultan güldü. - Onun bütün işlərindən sənin başın daha yaxşı çıxar.
Baş vəzir Sultanın hara işarə vurduğunu başa düşdü. Amma indi özünü başa düşməyən kimi göstərməsi daha münasib idi"...
Yazıçının qanında olan türk təəssübkeşliyi ona səlahiyyət verir ki, yeri gələndə türklərin çatışmayan cəhətlərindən də açıq bir şəkildə (və cəsarətlə!) bəhs etsin...
..."Nizam ül-Mülk Sultanın sözü hansı dərəyə atdığını yaxşı başa düşdü, amma özünü o yerə qoymadı.
- Sultan sağ olsun, hər kəs və hər şey yerindədir. Sizin sağlıq vəziyyətinizi nəzərə almasaq, hər şey çox yaxşıdır. Oğlunuz Məlik şah sizin qoyduğunuz qaydalarla dövləti yaxşı idarə edir.
Baş vəzir deməsə də, əslində Sultan ölkənin necə idarə olunduğunu yaxşı bilirdi. Məhz o özü təşəbbüs göstərmişdi və oğuz türkləri oturaq həyat tərzinə keçmişdilər. Çox vaxt oğuzlar döyüşür, fəth edir, dövlət qurur, amma sarayın idarə edilməsilə başqaları məşğul olurdu. Türklər saraya çəkilməyi özlərinə yaraşdırmırdılar. Onlar fəthlər üçün yaranmışdı. Bu zaman saray işləri digər millətlərdən olanlara həvalə olunurdu. Onlar da bu sahədə formalaşır, püxtələşirdilər. Hətta yazışmalar da Samani-tacik dilində idi. Sultan bunu gözəl başa düşürdü. Tarix yaradan bir xalq tarix yaza bilmirdi. Bu qaydanı, bu cür tərzi-hərəkəti nə zamansa dəyişmək lazım idi. Tarix yazmağı başqalarının ixtiyarına vermək olmazdı. O halda tarix təhrif oluna bilərdi.
Əli ilə vəziri bir az daha yaxına çağırdı və astadan:
- Düzdürmü ki, sən əslən müsəlmanlığı qəbul etmiş yəhudisən? - deyə soruşdu".
Qədim türklərdə dövlət qurmaq, ictimai - siyasi qayda - qanun yaratmaq marağının az qala bir instinkt, refleks olduğu məlumdur. Və romanda bu məsələyə, tamamilə doğru olaraq tez-tez qayıdılır... Məsələn, Alp Arslanın atası Çağrı bəyə qardaşı Toğrul bəyin də fikrini ifadə edərək əmisi Musa Yabquya deyir:
..."Başqa çıxış yolumuz yoxdur, əmi. Dünyaya yenidən hakim olmalıyıq. Biz olmasaq, onlar bizə hakim olacaqlar! Onlar bizim insanlar kimi mərd deyillər. Onlar bizi tamam məhv edəcəklər. Biz onlara hakim olmaq üçün isə öz dövlətimizi elan etməliyik. Oğuz türkləri dünyaya dövlət qurmağı öyrətdilər. Heç olarmı ki, indi özümüz dövlətsiz qalaq?! Köhnə şöhrətimizi geri qaytarmalıyıq, əmi! Yoxsa biz oğuzlar tamam məhv olacağıq. Ya qazi, ya şəhid olmalıyıq!"
Bu sözlər Çinə tabe olmuş Göy türklərin irəli çıxanlarının xalqa müraciətini xatırladır ki, VII əsrə məxsus qədim türk (run) yazılı abidələrində də əks olunmuşdur.
Ümumiyyətlə, türklərin tarixini bilavasitə mənbələr əsasında dərindən öyrənmiş, gizlin qatlarına zaman- zaman yaxşı bələd olmuş (və bu tarixi ruhuyla mənimsəmiş!) Yunus Oğuz onu (türkün tarixini) bütöv görməyi, ayrı-ayrı hadisələri həmin bütövlük üzvü tərkib hissəsi kimi təsəvvür (və təqdim) eləməyi ustalıqla bacarır. Müəllif şüurundakı məlumat bolluğunun nəticəsidir ki, bəzən hətta "mətn"dən (və "zaman"dan) kənara çıxaraq bir-iki cümlə ilə ya sələfləri, ya da xələfləri xatırladıb bütövlüyün miqyasını genişləndirməkdən də çəkinmir.
Romanda ümumən türk dünyasına məhəbbətlə yanaşı, həmin kontekstdən kənara çıxmayan bir Azərbaycan vətənpərvərliyi də var ki, bu, müəllifin təkcə bilavasitə mənsub olduğu etnosiyasi coğrafiyaya bağlılığından, onu daha yaxşı tanımasından irəli gəlmir, həm də (və daha çox!) onunla bağlıdır ki, odlar yurdu Azərbaycan ən qədim zamanlardan bəri türk dünyasının etnomədəni mərkəzlərindən biri (bəlkə də, birincisi) olaraq etiraf edilməkdədir...
... "Sultanın yürüş əmri bir andaca saray divarlarını yalayıb dəhlizləri dolaşdı, eyvana, oradan da qalaya, küçələrə, evlərə, dükanlara, bazarlara, yollara yayıldı.
Müqəddəs Azərbaycan torpaqlarından ayrılmaq heç bir oğuz türkünün heç zaman ürəyincə olmayıb. Bu torpağın Vətən cazibəsi adlı qüvvəsinin mövcud olduğunu və digər yerlərə məxsus Vətən hissindən daha qüvvətli olmasını Oğuz dədələr də təsdiq edirdi. Buranı özünə Vətən hesab edən şəxs, milliyyətindən və dinindən asılı olmadan, bir müddət burada yaşadıqdan sonra zahirən də yerli sakinlərə oxşamağa başlayırdı. Sultan Alp Arslan artıq özünü təkcə oğuz-səlcuq türkü deyil, həm də əsl oğuz -azərbaycanlı hesab etməyə başlamışdı.
Ona görə də yazıçı qələmi heç bir şübhə yeri qoymadan Alp Arslanı Bakıya ("Baku şəhəri"nə) gətirir. Və hökmdar - sərkərdə Kaspi sahilindəki Ağ qalanı (Qız qalasını) ziyarət edir, buradan ruhi-mənəvi güc alır...
Yunus Oğuz yeni romanında türk etnoqrafiyasını, adət- ənənələrini, vərdişlər sistemini, ayinlərini, əvvəlki romanlarda olduğu kimi, təfsilatı ilə təsvir etməklə əsərə tarixi kolorit gətirir...
..."Qədim oğuz-şaman sirlərinə vaqif olan sərkərdə üçün bir anda şamana çevrilmək çətinlik törətmədi. Özü oğuz olmayan kəs Oğuz elminə vaqif ola bilməzdi. Oğuz elminin isə gerçəkləşdirməyə qadir olmadığı istək yox idi. Yazda buludlar yağışa çevrilmədən axıb keçməsin deyə kahinlər üzü göylərə sarı nələr etməzdilər!
Alp Arslan astadan yağış nəğməsini oxumağa başladı. Dualar, ahəstə rəqs, mimika və jestlər işə düşdü. Sonra tonqal başına hərlənərək kösövlərin üstünə xüsusi otlar, metal qırıntıları səpdi. Sərkərdələr ağac başına keçirilmiş ayı və pələng başının sümüklərini tonqala sarı tutdular.
Bir azdan bütün düşərgə oyandı, oxuyub, rəqs etdilər.
Alp Arslan sonda yalın əlini uzadıb, tonqalın içərisindən bir yanar kösöv götürdü, üzünü göylərə tutub boz qurd kimi uladı.
Sanki bura canavar düşərgəsi idi; işıldayan baxışlar göylərə doğru dikilmişdi. Elə bil eyni anda minlərcə boz qurd ulayırdı"...
Heç şübhə etmirik ki, Yunus Oğuzun "Alp Arslan" romanı da görkəmli yazıçının bundan əvvəlki romanları kimi türk etnosunun möhtəşəm tarixinin yeni nəsil tərəfindən daha yaxşı öyrənilməsi, mənimsənilməsi kimi mühüm (və müqəddəs!) işə uğurla xidmət edəcək, Böyük Səlcuqların Alp Arslan zirvəsi barədə daha geniş təsəvvür yaradacaqdır.
Nizami Cəfərov,
filologiya elmləri doktoru, professor, millət vəkili
DİGƏR XƏBƏRLƏR
Tarix: 08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...
Tarix: 08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək
- XƏBƏRDARLIQ...
Tarix: 07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ:
SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ
Tarix: 07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək
Tarix: 06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...
Tarix: 06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu:
Tarixi irslik və müasir parametrlər...
Tarix: 05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...
Tarix: 03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim
Tarix: 30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
Tarix: 29.09.2026 / 11:02
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
Tarix: 29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub
- FOTO
Tarix: 26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...
Tarix: 08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
SON XƏBƏRLƏR
10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı -
terrorçu Hassuna görə
10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi -
Ukrayna şokda…
10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış -
11 sentyabr örnəyi…
09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur...
Hicab yalnız məsciddə və məişətdə uyğundur...
09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı
09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…
09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi
– bu əxlaqsızlıqdır…
09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...
09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi...
"əks halda məhvə gedirsiniz"...
09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb
- Deputat əla dedi...
09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...
09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...
09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb
09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...
09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...
09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...
09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...
09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...
09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...
09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb
- Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...
09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI
09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir
09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub
09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...
09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək
09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər
09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...
09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib
09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...
09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…
09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək
09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır
09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…
09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...
09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib
- FOTO/YENİLƏNDİ
09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir"
- Prezident
09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"
09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...
09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər"
Prezidentdən xəbərdarlıq...
09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…
09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir"
- Prezident
09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"
09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar
09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib
- FOTO/YENİLƏNDİ
09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub
- FOTO
09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır
- qanun layihəsi Milli Məclisə təqdim olundu...
09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb
09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb
09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"
09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
- YENİLƏNİB
09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...
09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu
– qırıcılar İran dəstəkli üsyançıları bombaladı…
09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır”
- Paşinyan
09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı…
DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...
09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
- Prezident
09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"
09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
- Prezident
09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"
09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib -
həm də seçki öncəsi…
09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı
- 133 dollar...
09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
- FOTO/YENİLƏNdİ
09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib
- FOTO
09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər
09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı
09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq -
ABŞ-də…
08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...
08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..
08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı
08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb
08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub?
- Tramp inanmır, ancaq…
08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
- FOTO
08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış
- öncə oğul, saatlar sonra isə ata minaya düşdü...
08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...
08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər
08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...
08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı
08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir
- Rusiyadan xəbərdarlıq…
08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü
08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir
- İllərdir belədir...
08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
XƏBƏR ARXİVİ