şənbə günü, 10 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Bədii qiraət ustaları arasında parlayan səs sahibi - Zülfiyyə Eldarqızı...
Tarix: 20.06.2015 / 03:14
Bölmə: Mədəniyyət
"Turan ellərinə salam söyləyin"- böyük Cəfər Cabbarlının gündoğandan günbatana qədər geniş bir üfüqə yayılan, azadlıq türküsünə çevrilən, illərlə qadağa aşırımlarını aşa bilməyən bu şeiri olduqca təsirlidir. Şeirin təsirini bədii qiraətçi ifası da artırır, daha uzaq hədəflərə ismarlayır. Bu möhtəşəm şeiri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, günümüzün tanınan bədii qiraətçilərindən olan Zülfiyyə Eldarqızının ifasında dinləmişəm ilk dəfə. Açığı, çox xoşuma gəlib, düşünmüşəm ki, aktrisa bu şeiri sadəcə şeir xatirinə deməyib, o şeiri ürəyinin süzgəcindən keçirib və bütün varlığı ilə o ovqata köklənib.
Bu gün Zülfiyyə Eldarqızının doğum günüdür. Yaşını deməyəcəyəm, çünki heç buna ehtiyac da yoxdur, axı sənət adamının yaşı olmur...
Doğum günü münasibətilə müsahibə götürmək üçün Zülfiyyə xanımı "Bakı-Xəbər"ə dəvət etdim.
- Həyatını incəsənət kimi çətin və mühüm sahəyə həsr edən bir qadın kimi bu ömrü, taleni yaşamaq sizə çətin olmadı ki?
- Əlbəttə, asan keçmədi bu illər. Çətin günlərim çox oldu. Çəkdiyim çətinliklərlə bağlı bir dəfə tanınan yazıçı-dramaturq Əli Əmirli mənə bir ağıllı söz dedi. Dedi ki, Zülfiyyə xanım, bu gün çox çətinliklər çəkirsən, arzularına nail olmaq üçün əziyyətlərə qatlaşırsan, ancaq darıxma, gün gələcək bu əziyyətlərinin qarşılığını yaxşı mənada görəcəksən.
- Yəqin hörmətli Əli Əmirli bu təsəllini sizə verərkən zəhmətinizin hədər getməyəcəyinə sizi inandırmaq istəyirmiş.
- Tamamilə razıyam. Doğrudan da elə oldu. Bu gün şükür Allaha, çəkdiyim zəhmətin bəhrəsini görürəm. Sumqayıt şəhərində doğulmuşam, hələ orta məktəbin 10-cu sinfində oxuyandan bədii qiraətlə məşğul olmağa başlamışam. Sumqayıtın mədəniyyət evində və digər yerlərdə keçirilən bütün tədbirlərdə iştirak edirdim. Onu da deyim ki, 1988-ci ildə II Ümumittifaq Xalq Yaradıcılığı Festivalının iştirakçısı olmuşam. Yaxşı yadımdadır, Xəlil Rzanın o vaxt belə bir şeiri vardı - "Kak takaya partiya". Bu şeiri dedim, inanın ki, yeniyetmə olmağıma baxmayaraq, tədbir iştirakçıları məni ayaq üstə alqışladı. Sonra ali məktəbə daxil oldum. Tələbəlik vaxtı da çox fəal olmuşam, qrup nümayəndəsi seçilmişəm. O illərdə Cəfər Cabbarlı və Səməndər Rzayev mükafatı almışam. Səməndər Rzayevin anadan olduğu kənd-sovxoz hər ay mənə təqaüd göndərirdi...
- Ali məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində qaldınız...
- Bəli. Açığı, elmi yaradıcılığa marağım böyük olub. Ona görə də taleyimi doğma universitetimlə bağladım. Bütün əldə etdiyim nailiyyətlərə, uğurlara görə xeyirxah insanlara borcluyam. Bu xeyirxah insanlar mənim doğma universitetimin müəllim və professor heyətidir.
- Siz nədənsə özünüzü çox gec təsdiq etdiniz. Aktiv olmusunuz, mükafatlar almısınız, amma bunun müqabilində o qədər də üzdə olmamısınız. Bunun səbəbi nə ilə bağlıdır?
- Əslində burada səbəblər müxtəlifdir. Amma insan var ki, səhər durur məşhurdur. İnsanı məşhur edən efirdir, müsabiqələrdir. Hesab edirəm ki, bir sənət adamının, ifaçının piarının təşkili maddiyyatdan, puldan keçir. Başımı aşağı salıb həmişə öz işimlə məşğul olmuşam. İndiyə qədər heç bir radionun, televiziyanın qapısını döyməmişəm ki, məni efirə çıxarın. Bu tamamilə xarakterimə yaddır. İkinci bir tərəfdən, elmi fəaliyyətlə məşğul oluram, universitetdə dərs deyirəm. Əsas işim tələbələrlə iş olub, eyni zamanda da bədii qiraətlə məşğul olmuşam. Son illər Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi tədbirlərdə mütəmadi olaraq iştirak edirəm, bir çox tədbirlərin aparıcısı oluram. Bu günlərdə Naxçıvanda Qurtuluş Gününə həsr ediləm böyük bir tədbir keçirildi, orada da iştirak etdim. Təbliğatımın zəif olmağına baxmayaraq, çox aktivəm, inanın ki, boş vaxtım olmur, həmişə işlə məşğulam.
- Bayaq dediniz ki, adam var bir günə məşhur olur. Ancaq o da həqiqətdir ki, çox zaman o məşhurluğun zəhmətlə deyil, pulla qazanıldığı üçün ömrü gödək olur...
- Bəli. Mən zəhmətlə çox uzun bir yol keçib bu günə gəlmişəm. Aşıq Veysəl demişkən, uzun incə bir yoldayam...
Həmişə çalışmışam ki, bu yolda özümün cığırım olsun, heç kəsi yamsılamayım, heç kəsi təkrarlamayım, özüm olum. Bəzən deyirlər ki, şeir deməyə nə var ki... Ancaq elə deyil, şeir demək elə də asan iş sayılmamalıdır. Biz universitetdə tələbələrə mətn üzərində iş prosesini öyrədirik. Mətn üzərində iş prosesinin o qədər çətinlikləri var. İnanın ki, hər sözə, hər hərfə münasibət var. Hər bir şeirə özünü kökləməlisən.
- Bura səhnənin xofunu da əlavə etsək, doğrudan da çətin işdir şeir demək... Səhnəyə çıxanda özünüzü necə hiss edirsiniz?
- Deyim ki, neçə illərdir məndə eyni əhval təkrar olunur-səhnəyə çıxana qədər çox həyəcanlı oluram. Mən özümdən yaşlı bədii qiraətçilərə bu həyəcan barədə sual vermişəm. Deyiblər ki, bu, məsuliyyət hissindən irəli gəlir. Bir hadisə danışmaq istəyirəm. Milli Qəhrəman Mübariz İbrahimov haqqında xalq artisti Vaqif Əsədov bir tədbir hazırlayırdı. Mən səhnəyə çıxmazdan on dəqiqə əvvəl heç kəslə danışmırdım ki, həyəcansız olum. Amma bir aktyorumuz var, adını çəkməyəcəyəm, lətifə danışa-danışa səhnəyə çıxdı və çox uğurla tamaşaçılar qarşısında çıxış etdi.
- Təbii ki, böyük bir təhsil ocağında çalışırsınız. Bu ali məktəbin özündə də ənənəsi çox qədim olan bədii qiraət məktəbi var. Çox peşəkar bədii qiraətçilərlə ünsiyyətdə olursunuz. Daha çox kimdən öyrənmisiniz?
- Hamıya qulaq asıram. Ancaq üzərində işlədiyim materialı öz daxilimin süzgəcindən keçirirəm, kimisə təkrarlamaq, yamsılamaq hissindən uzağam. Bilirsiniz ki, mənim işlədiyim səhnə danışığı kafedrasında sizin də yaxşı tanıdığınız bədii qiraət ustaları var. Ağalar Bayramov, kafedra müdirimiz Azad Şükürov, Nadir Hüseynov, Məleykə xanım və başqaları. Səhnə danışığı kafedrası yeganə sənət ocağıdır ki, burada tələbələrə səhnə danışığı öyrədilir. Ən çox Nadir Hüseynovdan öyrənmişəm. Azad müəllimi də, Ağalar müəllimi də heyranlıqla dinləyirəm. Hamısı mənim üçün əzizdir. Biz Xızıda tədbirdə idik. Azad Şükürov orada Ramiz Rövşənin "Qapı" şeirini dedi, inanın ki, o səhnə indi də gözümün önündən çəkilmir. Şeiri o qədər təsirli dedi ki... Xalq artistləri Həsən Əblücün də, Mikayıl Mirzənin də lentlərinə qulaq asıram. Allah hər ikisinə rəhmət eləsin, onlar böyük məktəbdir. Mənim bir müəllim kimi formalaşmağımda isə Əzizağa Quliyevin əməyi böyükdür.
- Zülfiyyə xanım, siz teatrda da özünüzü sınamısınız. Ancaq teatrda çox az qaldınız. Niyə bağlana bilmədiniz teatra?
- Paytaxt teatrlarının birində çox az müddət işlədim. Lakin mühitə alışa bilmədim. Ali məktəb mühiti ilə teatr mühiti arasında fərqlər böyükdür. Bəlkə də 20 yaşım olsaydı, teatra alışardım. Qayıtdım universitetə. Sizə bir sirr açım, yenidən teatrların birinə dəvət almışam. Sağlıq olsun, çox güman, sentyabrdan işə başlayacağam. Ancaq hələ o teatrın adını açıqlamaq istəmirəm. Bilirsiniz, içimdə o qədər istək var ki, çox rollar oynamaq istəyirəm, daxili enerjimi üzə çıxarmaq niyyətindəyəm. Bir neçə serialda çəkildim, amma kino ilə teatrın fərqi böyükdür. Məni teatr daha çox özünə çəkir. Seriallarda adam daxilindəki enerjini bir qədər paylaya bilmir. Bunun da səbəbi, bildiyiniz kimi, rejissor yanaşmasının zəif olmasıdır. Siz əvvəlki bədii filmlərə baxmayın, çünki orada sırf peşəkarlar işləyib. İndi isə belə deyil, təəssüf ki, bir çox hallarda serialları qeyri-peşəkarlar çəkir. Ümumiyyətlə, peşəkarlar önə çəkilməlidir. Bu işlə sırf peşəkarlar məşğul olsa, bizim də seriallar Türkiyə seriallarından əskik olmaz. Hazırda bu sahədə qeyri-peşəkarlar çoxdur. Rejissorlar əsasən öz dostunu, tanışını, uşaqlıq yoldaşını gətirib çəkir. Bu da səviyyəni aşağı salır, işin keyfiyyəti qənaətbəxş olmur.
- Sizin çəkildiyiniz seriallardan biri "Bir aləm var" serialıdır. Amma razılaşaq ki, sizin rolunuz çox zəif alınıb. Əslində tamaşaçılar sizdən daha yaxşı ifa gözləyirdi. Bu obrazda özünüzü ifadə edə bilməməyinizin səbəbkarı rejissordur, yoxsa özünüz?
- Çox şadam ki, bu sualı mənə verdiniz, sual ürəyimdən oldu. Əslində Tünzalə rolu mənim xoşuma gəlirdi. Rol mənfi olsa da, personajın özünün həqiqəti vardı. On il onunla yaşayan bir kişinin onun yanında qalmasını, ailəsinin yanına getməsini istəmirdi və bunun uğrunda mübarizə aparırdı. Niyə o obrazı aça bilmədim? Burada mənim təqsirim yoxdur. Ssenari müəllifi yazmalı idi ki, mən də obrazı aça biləydim. Mənə peşəkar insanlar da irad tuturdu ki, sənin sözün çox azdır, az danışırsan... Mənə sözü az verirdilər. Bununla bağlı fikrimi ssenari müəllifinə bildirirdim, görünür, bu onun xoşuna gəlmədi. Onlarla müqaviləm birillik idi, sözüm xoşlarına gəlmədiyi üçün əməkdaşlığı dayandırdıq.
- Əlbəttə, aktyorun, aktrisanın obrazı açması üçün rejissordan çox şey asılıdır
.
- Elədir. Ramiz Rövşən, Musa Yaqub, gənc yazarlardan Xuraman Hüseynzadə və başqalarının iştirakı ilə Vaqif Azəryar bir tədbir hazırlayırdı. İş prosesində mənə verdiyi tapşırıqları yerinə yetirirdim, hər dəfə "alınmadı, mən bunu istəmirəm" deyirdi. Sonra elə oldu ki, məni başqa bir işlə əlaqədar tanışlarımdan biri kənara çağırdı, onunla söhbətim oldu, açığı çox əsəbi idim. İçəri girdim, yenidən material üzərində işə başladıq, Vaqif müəllim məni bu vəziyyətdə görəndə dedi ki, mən bu ovqatı, bu əhvalı tələb edirdim səndən. Yəni rejissor məni işlədə bildi. Rejissordan çox şey asılıdır.
- Bilirik ki, işiniz çox olur. Ancaq buna baxmayaraq, ailə də əsasdır...
- Ailəmdən çox razıyam. Həyat yoldaşım mənə həmişə arxa-dayaq olub. Övladlarım üzümü ağ edir. Qızım Ayşə İsazadə "Region" TV-nin əməkdaşıdır, oğlum Azərbaycan Dövlət Dillər Universitetində ispan dili üzrə oxuyur. Mənə heç əziyyət vermirlər.
- İndiyə qədər bir neçə diskiniz çıxıb. Onlardan hansı sizin üçün daha doğmadır, ürəyinizcədir?
- Hamısında əməyim, zəhmətim var. Lakin keçən il böyük ədibimiz Cəfər Cabbarlının 115 illiyi münasibətilə görkəmli şairin şeirlərindən ibarət "Turan ellərinə salam söyləyin" diskini buraxdım. Burada elə şeirlər var ki, onlar ilk dəfə səslənib. Diskdə Cəfər Cabbarlının sandıq şeirlərinə üstünlük verilib. Bu şeirləri mənə görkəmli ədəbiyyatşünasımız, tədqiqatçı Asif Rüstəmli verdi. Onu da deyim ki, Cəfər Cabbarlının "Ana" şeirinin bəzi bəndlərini də Asif müəllim tədqiqat nəticəsində üzə çıxardı, mən şeiri tam şəkildə səsləndirdim.
- Sizi uzun illərdir tanıyıram. Gülşən xanım Kəngərli, Həmidə xanım Ömərova və başqaları ilə dostluq etdiyinizi bilirdim. Elə adamlar var ki, ətrafı genişləndikcə köhnə dostlarla əlaqəni üzür, ya da soyuqluq göstərir. Siz necə, dostlara sadiqsinizmi?
- Bəli, Həmidə xanımla da, Gülşən xanımla da, başqa dostlarımla da köhnə qaydadadır münasibətlərimiz. Mən professor Nizami Şəmsizadənin mənim üzərimdəki zəhmətini də unutmuram. Ondan çox yaxşılıqlar görmüşəm. Dostluğa sadiq adamam, dostlarımın hamısı əvvəlkilərdir. Yeni tanıdığım adamları yaxına buraxmıram, onlarla işgüzar münasibətlərimiz var. Dostlarım isə gözümün işığıdır.
- Ad gününüzdür. Bir arzunuz, istəyiniz varmı?
- Sizdən?
- Ümumiyyətlə.
- Binəqədi Rayon İcra Hakimiyyətindən bir xahişim var. Bizim binanın lifti qəza vəziyyətindədir, çox təvəqqe edərdim ki, hər hansı bir faciə yaşanmamış, o liftə bir əncam çəksinlər. Bina sakinləri Rayon İcra Hakimiyyətinə məktub yazıb, problemlə onları tanış edib, lakin hələ problem həll edilməyib. Liftimiz düzəlsə, bu mənim üçün çox böyük ad günü hədiyyəsi olar...
- Qəribə istəkdir. Düşündüm ki, fəxri ad, mükafat umacaqsınız, amma başqa bir istəyiniz oldu.
- Bilirsiniz ki, illərdir dövlət tədbirlərində çıxışlar edirəm, dövlətə, dövlətçiliyə, xalqa bağlı adamam. İşim göz qabağındadır. Elə hallar olur ki, aparıcısı olduğum tədbiri çəkən jurnalistlər məni əməkdar artist kimi təqdim edir. Mən də deyirəm ki, əməkdar artist deyiləm, bədii qiraətçiyəm, məni belə təqdim edin...
DİGƏR XƏBƏRLƏR
Tarix: 08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...
Tarix: 08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək
- XƏBƏRDARLIQ...
Tarix: 07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ:
SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ
Tarix: 07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək
Tarix: 06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...
Tarix: 06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu:
Tarixi irslik və müasir parametrlər...
Tarix: 05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...
Tarix: 03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim
Tarix: 30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...
Tarix: 29.09.2026 / 11:02
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
Tarix: 29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub
- FOTO
Tarix: 26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...
Tarix: 08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
SON XƏBƏRLƏR
10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı -
terrorçu Hassuna görə
10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi -
Ukrayna şokda…
10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış -
11 sentyabr örnəyi…
09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur...
Hicab yalnız məsciddə və məişətdə uyğundur...
09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı
09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…
09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi
– bu əxlaqsızlıqdır…
09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...
09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi...
"əks halda məhvə gedirsiniz"...
09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb
- Deputat əla dedi...
09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...
09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...
09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb
09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...
09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...
09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...
09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...
09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...
09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...
09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb
- Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...
09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI
09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir
09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub
09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...
09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək
09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər
09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...
09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib
09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...
09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…
09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək
09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır
09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…
09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...
09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib
- FOTO/YENİLƏNDİ
09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir"
- Prezident
09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"
09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...
09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər"
Prezidentdən xəbərdarlıq...
09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…
09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir"
- Prezident
09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"
09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar
09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib
- FOTO/YENİLƏNDİ
09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub
- FOTO
09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır
- qanun layihəsi Milli Məclisə təqdim olundu...
09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb
09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb
09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"
09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
- YENİLƏNİB
09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...
09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu
– qırıcılar İran dəstəkli üsyançıları bombaladı…
09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır”
- Paşinyan
09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı…
DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...
09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
- Prezident
09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"
09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
- Prezident
09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"
09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib -
həm də seçki öncəsi…
09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı
- 133 dollar...
09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
- FOTO/YENİLƏNdİ
09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib
- FOTO
09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər
09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı
09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq -
ABŞ-də…
08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...
08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..
08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı
08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb
08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub?
- Tramp inanmır, ancaq…
08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
- FOTO
08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış
- öncə oğul, saatlar sonra isə ata minaya düşdü...
08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...
08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər
08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...
08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı
08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir
- Rusiyadan xəbərdarlıq…
08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü
08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir
- İllərdir belədir...
08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...
Populyar xəbərlər
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.
Tarix: 16.09.2026 / 08:29
Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib
- FOTO
Tarix: 20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…
XƏBƏR ARXİVİ