şənbə günü, 10 oktyabr 2026
     

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Image


Nataliya Şelepnitskaya: "Azərbaycan xalqı dünyanın bu qarışıq dövründə də öz insanpərvərliyini qoruyub saxlayıb"

Ukraynanın əməkdar artisti Natalya Şelepnitskaya Azərbaycan və xalqımız haqqında təəssüratlarını ən xoş sözlərlə ifadə edib. Onu öz vətənində "Ukraynanın məlahətli səsi" adlandırırlar. Ümumxalq sevgisinin göstəricisi olan bu ifadə nə musiqişünaslarda, nə sənətçi həmkarlarında, nə də ki, səviyyəli dinləyici kütləsində heç bir mübahisə doğurmur. Bu qeyri-rəsmi ad parlaq istedadın, sənətə məsuliyyətli yanaşmanın, karyerasının zirvəsində belə inkişafa canatmanın məntiqi nəticəsi olaraq əldə edilib.
Əlbəttə, geniş miqyasda tamaşaçı rəğbətinin qazanılmasında peşəkar elementlər nə qədər mühüm rol oynasa da, onların mütləq mənada həlledici olduğunu söyləmək mümkün deyil. Çünki müasir auditoriya böyük səhnədəki ifaçının şəxsi keyfiyyətlərini və əsas insani xüsusiyyətlərini onun sənəti ilə ümumiləşdirərək öz qiymətini verir. Bu baxımdan, "Ukraynanın məlahətli səsi" adının tək ünvanına çevrilmək həm sənətin, həm də insanlığın vəhdətindən yaranan misilsiz nailiyyətdir. O səsin sahibi - Ukraynanın əməkdar artisti, karyerasının zirvəsində olan, hər addımı ilə insanlıq nümunəsi göstərən Nataliya Şelepnitskaya...
Sənətçi Ukraynanın qərbində, Çar Rusiyası və Sovet dönəmində də milli özəlliklərini qoruyaraq velikorus assimilyasiyasına uğramayan bölgədə - Ternopol vilayətində doğulub. Anasının da gözəl səsi olan N.Şelepnitskayanın musiqi istedadı özünü erkən yaşlardan göstərib. Bunu fərq edən ailəsi Nataliyanın qeyri-adi səsi ilə böyük sənətə doğru addımlamasına hərtərəfli dəstək verir. Müğənni uşaqlıq illərində ailəsinin ciddi nəzarəti altında musiqi çalışmalarını belə xatırlayır: "Evdə mənim özümü musiqiyə həsr etməli olduğuma qərar verdilər və bununla da sakit uşaqlıq dövrüm başa çatdı. Məni musiqi məşğələləri ilə həddindən çox yükləyirdilər... Musiqi məktəbi, xoreoqrafiya dərnəyi, müxtəlif müsabiqələr, festivallar... Hamısını çatdırmaq və daim hazır olmaq lazım gəlirdi".
Təbii, onun belə gərgin rejimdə əzmkar çalışqanlığı, çəkdiyi əziyyət yerdə qala bilməzdi. N.Şelepnitskaya artıq müəyyən müddətdən sonra Ukrayna və keçmiş SSRİ-nin Sofiya Rotaru, Nazariy Yaremçuk, Vasili Zinkeviç kimi tanınmış sənətçiləri ilə birgə səhnəyə çıxmağın qürurunu yaşayır. Gənc müğənninin sənətdəki uğurlu startı davamlı olur. Müxtəlif beynəlxalq müsabiqələrdə Ukraynanı təmsil edən sənətçi öz adından söz etdirməyi bacarır. Tezliklə tək ölkəsinin deyil, Avropanın ən nüfuzlu salonlarında verdiyi konsertlərlə diqqət mərkəzinə düşür. Klassik və digər janrlarda ustalıqla ifa etdiyi mahnılar onu sənətinin zirvəsinə qaldırır. 2005-ci ildə Ukraynanın əməkdar artısti adına layiq görülür.
Sözsüz ki, bu yazının məqsədi sadəcə ukraynalı bir müğənninin sənət karyerasına nəzər salmaq deyil. N.Şelepnitskaya şəxsiyyətinə diqqət eyni zamanda onun Azərbaycana münasibətindən, ölkəmizə özünəməxsus bağlılığından irəli gəlir. Onunla sosial şəbəkə vasitəsilə başlayan ünsiyyətimiz tədricən dostluğa çevrildi. Söhbətimiz zamanı Azərbaycana və xalqımıza vurğunluğunu ən gözəl sözlərlə ifadə edir, rəğbətini hər imkanda büruzə verir. Sənətçi Azərbaycana ilk dəfə 2012-ci ildə - Bakıda keçirilmiş "Eurovision" mahnı müsabiqəsi çərçivəsində gəlib. Bakının möhtəşəm gözəlliyi və müsabiqənin yüksək səviyyədə təşkili N.Şelepnitskayanı sözün ən yaxşı mənasında heyrətləndirib. Bu barədə özü belə deyir:
"2012-ci ildə Azərbaycan hökumətinin dəvəti ilə "Eurovision" müsabiqəsinə dəvət olunmuş Ukrayna nümayəndə heyətinin tərkibinə mən də daxil idim. Bakıya gəldikdən sonra dəvət və gözəl şəhərinizə gələ bildiyim üçün çox sevindim. Bakının bənzərsiz gözəlliyi haqda hələ Sovet dövründən məlumatlı idim. Amma SSRİ-nin süqutundan iyirmi ildən artıq vaxt keçmişdi. Bakı bu müddət ərzində bütün parametrlər üzrə ən müasir şəhərə çevrilib. Çox möhtəşəmdir. Bakı haqqında təəssüratlarım inanılmazdır: gözəl şəhər, yaxşı qəlbli, gülərüz, qonaqpərvər insanlar...
Eyni zamanda, mən Azərbaycanın "Eurovision" kimi nüfuzlu müsabiqənin təşkilinə necə məsuliyyətlə yanaşdığını qeyd etməyə bilmirəm. Təşkilatçılıq bütün detallarına qədər fantastik idi. Birinci səfərim başa çatmadan qərara aldım ki, elə ilk fürsətdə Bakıya yenidən gələcəyəm".
N.Şelepnitskaya Bakıda olduğu bir neçə gün ərzində şəhərin musiqi həyatı ilə tanış olmağa, yerli ifaçıları dinləməyə də imkan tapıb:
"Biz sənətçi olaraq, getdiyimiz yerlərin milli xüsusiyyətləri, o cümlədən yerli musiqi ilə maraqlanır, görüb-öyrənməyə çalışırıq. Bakı da istisna deyildi. Ölkəniz və paytaxtınız özünün musiqi ənənələri ilə hər zaman seçilib, keçmiş İttifaq miqyasında çox sayda, bizim də sevərək dinlədiyimiz tanınmış bəstəkar və ifaçılarınız olub. Bakıda olarkən Azərbaycanın gözəl sənətçilərinin konsertini izləməyə imkan tapdım. Onların içində ən çox xatırladığım müxtəlif musiqi alətlərində yüksək peşıkarlıqla çalıb-oxuyan dörd qardaş oldu. İndi adlarını dəqiq xatırlaya bilməsəm də, onların ifası məndə çox xoş ovqat yaratdı. Həmin konsert də, onların ifası da olduqca xoşuma gəldi.
Onu da müşahidə etdim ki, Azərbaycanda ən müxtəlif janrlarda çox güclü ifaçı nəsli yetişib. İstər klassik, istər populyar, istərsə də digər janrlarda çox yüksək səviyyəli ifaçıların olduğunu öyrəndim. Bu, əlbəttə ki, sevindiricidir. Belə ifaçıların mövcudluğu, bir istedadlı nəslin digəri ilə əvəzlənməsi xalqın böyük mədəni potensialından xəbər verir. İnanıram ki, bu qədər istedadlı insanlara malik olan Azərbaycan xalqının musiqi ənənəsi gələcəkdə də harmonik surətdə inkişaf edəcək".
N.Şelepnitskaya Azərbaycanlı məşhur ifaçılar haqqında ürək dolusu danışır. Onların sırasında isə daha çox Müslüm Maqomayevi, Rəşid Behbudovu, Polad Bülbüloğlunu fərqləndirir: "Desəm ki, keçmiş SSRİ-də Azərbaycandan olan bu müğənniləri tanımayan yox idi, qətiyyən yanılmaram. Onlar öz sənətləri ilə nəinki İttifaqda, şişirtmədən deyirəm ki, dünyada məşhur idilər. Rəşid Behbudovun fəqrli dillərdə ifa etdiyi mahnılar maraqla qarşılanırdı, çox sərbəst tərzdə oxuyurdu, sevilirdi. Bildiyim qədərilə, ömrünün son vaxtlarına qədər səhnədə oldu. Müslüm Maqomayev və Polad Bülbüloğlu ondan sonrakı nəslin nümayəndələri olaraq sənətdə çox erkən parlayıblar. Hər ikisi öz müasir həmkarları ilə birlikdə o dövr üçün yeni səhnə dəbi, ifa üslubu müəyyənləşdirən müğənnilərdən olub.
Sovet televiziyası və radiosunda onların ifasını çox izləmişəm. Müslüm Maqomayev həqiqətən nəhəng sənətkar olub, hər yeni mahnısı hadisə kimi qarşılanıb. Onun haqqında əfsanəyə bənzər əhvalatlar dolaşırdı... Mahnıları indi də dillərdən düşmür, müxtəlif müğənnilər tez-tez onların repertuarlarına müraciət edir. Etiraf edək ki, onlar mənsub olduqları xalqı dünyada tanıdan gerçək əfsanədirlər. Bu hər bir xalqa nəsib olan xoşbəxtlik deyil.
Bayaq da dedim, Azərbaycanda yeni, çox istedadlı ifaçılar nəsli yetişib. İnanıram ki, onların arasında öz sələfləri kimi dünya miqyasında uğur qazanan sənətçilər çox olacaq".
Sənətçi Bakı haqqında əlavə təəssüratları barəsində həvəslə danışır. Azərbaycan paytaxtının müasir meqapolislə tarixi məkanların çulğalaşdığı əsrarəngiz paytaxt şəhəri olduğunu deyir. Bakı gəzintisində qarşılaşdığı maraqlı məkanlar onun yaddaşında dərin iz buraxıb: "Eurovision" müsabiqəsi zamanı bizi şəhərlə yaxından tanış etdilər, görməli yerlərə, tarixi məkanlara apardılar. İçəri şəhəri gəzdirdilər, çox xoşuma gəldi. Bizə orada bu gün də sevilə-sevilə baxılan "Brilyant əl" filminin çəkildiyi küçəni, həmin yeri də göstərdilər. Adam bir anlıq o illərə - qayğısız, sakit, firavan, insanlığın itib-batmadığı dövrə qayıtdı. İçəri şəhərdə bu gün də unikallığını, əzəmətini itirməyən qədim daş tikililər Bakının möhtəşəm keçmişini göz önündə canlandırır. Bu mənzərə qarşısında heyrətlənməmək olmur. Bakının ultramüasir tikililəri insanda müsbət emosiya doğurur. Bizim "Üç əkiz" adlandırdığımız "Alov qüllələri" isə gündüz də, gecə də eyni dərəcədə əzəmətlidir. O binaların gecə effektinə saatlarla tamaşa etmək olar. Bakını - bu tarixi və müasir şəhəri çox sevdim".
Amma sənətçini daha çox məmnun edən Azərbaycan xalqının qonaqpərvərliyi, diqqəti, səmimiyyəti olub: "İnsanlarınız çox istiqanlı, ürəyiaçıq, diqqətcildirlər - hər addımda bunun şahidi olurduq. Başqa ölkədən olduğumuzu bildikdə bizə nədə kömək edə biləcəkləri ilə maraqlanırdılar. Çox böyük diqqətlə əhatə olunurduq. Bakıda olduğumuz günlərdə bu münasibət bir an da dəyişmədi.
Eyni diqqət, səmimiyyət, yardım etmək istəyi... Bizə yaxınlaşan yerli sakinlərin səmimiyyətini gördükcə maraqların dəyərləri üstələdiyi bir vaxtda belə insanların varlığına çox sevinirdim. Azərbaycan xalqı dünyanın bu qarışıq dövründə də öz insanpərvərliyini qoruyub saxlayıb. Ən xoş sözlərə layiq olan xalqınızı ürəkdən sevdim. O gözəl insanların arasında yenidən olmaq istərdim".
N.Şelepnitskaya Azərbaycanın yaşadığı ağrıları da bilir. Bakıda olarkən Azərbaycanın Ermənistanın hərbi təcavüzünə məruz qalması, 1 milyondan artıq azərbaycanlının öz ölkəsində məcburi köçkünə çevrilməsi haqqında xeyli məlumat alıb. Vətəni Ukraynada 1 ildir davam edən müharibə ona Azərbaycanın son 25 ildə çəkdiyi əziyyətləri, Ermənistanın təcavüzü nəticəsində yaranan ağır problemləri daha aydın şəkildə dərk etdirib. O, bir ifaçı olaraq, sənəti ilə bütün Yer üzündə sabitlik və firavanlığın, müharibəsiz, azad həyatın təmin olunmasına töhfə vermək istəyir. N.Şelepnitskaya müharibələrin, insan qırğınının əleyhinə çıxdığını, toqquşmalara son qoyulması üçün əlindən gələni etməyə hazır olduğunu deyir. Sənətçi hələ Ukraynanın müharibəyə sürüklənməsindən əvvəl də bu istiqamətdə fəaliyyət göstərib. Onun səyləri Beynəlxalq Sülh Federasiyası tərəfindən yüksək qiymətləndirilib və dünyada sülhün bərqərar olunmasına yönəlik səylərinə görə fəxri "Sülh elçisi" seçilib. Tanınmış ifaçı ona göstərilmiş bu etimadı doğrultmaq üçün hər bir fədakarlığa hazır olduğunu səmimiyyətlə bəyan edir.
Vətəni Ukraynanın, Azərbaycanın, münaqişələrin davam etdiyi yaxın-uzaq ölkələrin tezliklə müharibəsiz həyata qovuşmalarını arzulayan N.Şelepnitskaya yenidən ölkəmizə gəlmək istəyini bildirərək, xalqımıza səslənib:
"Sizi çox sevirəm, mənim əziz azərbaycanlılarım. Çox gözəlsiniz, sizə ürəkdən sülh, xoşbəxtlik, sevgi, çiçəklənmə arzulayıram. Mən aramızda yaranmış bu dostluğa görə hədsiz şadam. Ümid edirəm və inanıram ki, sizinlə tezliklə görüşəcəyik".
Araz ZEYNALOV, "Gün.az" saytının redaktoru
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.





VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ