Aşıq Ələsgərin saz-söz dünyası... - FOTO

Böyük söz ustası Aşıq Ələsgərin 200 illiyi münasibətilə dağlar diyarı Yardımlı rayonunun mədəni maarif ocaqlarında, təhsil müəssisələrində tez-tez müxtəlif səpkili tədbirlər keçirilir. Şəhər Uşaq Musiqi Məktəbində təşkili olunmuş tədbir də məhz bu mövzuda idi. “Aşıq Ələsgərin saz-söz dünyası” adlı tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edirdilər.
Məktəbin direktoru Zeyni Əkbərov tədbiri giriş sözü ilə açaraq Azərbaycan söz sənətində yeni cığırlar açan Aşıq Ələsgərin həyatı və zəngin yaradıcılığı barədə geniş məruzə etdi. Tədbirin musiqi yükünü isə məktəbin müəllimi Baba Babazadə gördü. O, qüdrətli söz ustadı haqqında fikirlərini bildirdi və aşığın şerlərinə sazın müşayiəti ilə bir könül həzinliyi qatdı. Sonda söz məktəbin şagirdlərinə verildi. Onların ifasında da Aşıq Ələsgərin şerləri gözəl alındı.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü