Bazar ertəsi günü, 23 noyabr 2026
     

Oğuz kəndlərində dövlət tərəfindən qorunan tarixi abidələr...

Image


(Əvvəli ötən sayımızda)
Azərbaycanın qədim memarlıq abidələri haqqında yazarkən, ümumiyyətlə, bu mövzunu araşdırarkən qarşımıza olduqca maraqlı faktlar çıxdı. Bu abidələr ulu babalarımızın qurub yaratdığı, bugünkü və bizdən sonrakı nəsillərə miras qoyduğu daş abidələr, daş məktublardır. O abidələrə baxdıqca ulularımızın səsini eşidir, onların həyat tərzi, düşüncəsi, dünyagörüşü, sahib olduğu maddi mədəniyyət haqqında bilgi alırıq.
...Tədqiqatçılar qeyd edir ki, Azərbaycan ərazisi Qafqaz Albaniyası ilə bağlı olan qədim və orta əsr memarlıq abidələri ilə zəngindir. Rayonun şimal-şərqində yerləşən məbəd öz memarlıq üslubuna görə xüsusilə fərqlənir. Onu da qeyd edək ki, özünəməxsus üslub xüsusiyyətləri və plan quruluşu olan bu abidə qədim və orta əsr memarlığının ən gözəl və maraqlı nümunəsidir. Tədqiqatçılar yazır ki, həm daxili quruluşu, həm də əzəmətli xarici görkəmi onu "dindirməyi" bacaranlara - arxeoloqlara, memarlara, inşaatçılara çox şey deyə bilər. Abidənin ilk baxışdan dəqiq memarlıq biçimi, kompozisiya aydınlığı diqqəti cəlb edir. Məbədin divarlarının hündürlüyü 6 metr olub, şərqdən giriş, qərbdən çıxış qapıları qoyulub. Binanın 5 iri pəncərəsi var. Bunlardan 3-ü şimal divarına, 2-si isə cənub divarına qoyulub. Məbəd yonulmuş müxtəlif ölçülü çay daşı və əhəng məhlulundan inşa edilib. Yalnız qapıların kənar hissələri və binanın künclərində tuf daşından istifadə olunub. Plan quruluşuna görə düzbucaqlı formaya malik olan məbədin şimal və cənub tərəflərində iki otaq (bunların arasında isə yarımdairəvi formalı üçpilləli stilobat) yerləşir. Məbədin əsasını təşkil edən zal otağının diametri təxminən 14 metrdir. Binanın tavan hissəsi isə 3 künbəzli barabandan ibarət olub, 4 enli dayaq üzərində dayanıb. Dayaqlar zalı həm də 3 hissəyə bölür. Binanın dayaqları hamar yonulmuş daşdan hörülüb. Döşəməyə də hamar daş döşənib. Binanın barabanları tuf daşından dairəvi formada tikilib. Ümumiyyətlə, abidənin kompozisiyasını, konstruktiv xüsusiyyətlərini, Azərbaycan ərazisində yerləşən digər alban abidələri ilə eyniyyət təşkil etməsini nəzərə alsaq, onun tikilmə tarixini VI əsrə aid etmək olar. Oğuz rayon tarix-diyarşünaslıq muzeyinin yerləşdiyi məbəd də dövlət tərəfindən mühafizə edilən memarlıq abidələrindəndir. Binanın tarixi dəqiq müəyyənləşdirilməsə də, bu gün də öz möhtəşəmliyi ilə əzəmətini saxlamaqdadır. Abidə 1 günbəzli tikinti qrupuna daxildir. Günbəzin barabanı daxildən və xaricdən dairəvi formadadır. Mərkəzdəki dairənin daxilində- künclərdə dörd yoğun pilon (sütun, dayaq) günbəzaltı kvadratı əmələ gətirmiş plan kompozisiyasının əsasını təşkil edir. Binanın ümumi sahəsi 112 kv. m., hündürlüyü təxminən 10-metrdir. Abidədə inşaat materialı kimi iri kvadrat formada kəsilmiş tuf daşından və kirəc məhlulundan istifsdə edilib. Onun 4 ədəd iri, 2 ədəd kiçik ensiz sahəsi var. Bu abidə 1981-ci ildə bərpa olunaraq bu günə kimi tarix-diyarşünaslıq muzeyi kimi istifadə edilir.
Oğuz rayonunun tarixinin maraqlı nişanələrindən biri də Yaqublu kəndi yaxınlığında Kərimli kənd bələdiyyəsinə məxsus torpaq sahəsində yerləşən qədim kurqanlardır.
Oğuz rayonunun Calud kəndi ərazisində qədim tuf daşından tikilmiş daha bir memarlıq abidəsi - məbəd binası da var ki, bu gün də bu abidənin tarixi müəyyənləşdirilib. Abidənin bərpasına böyük ehtiyac var və binadan heç bir məqsədlə istifadə olunmur. Dövlət tərəfindən mühafizə edilir.
Digər abidələr rayonun ən böyük kəndləri - Xaçmaz və Sincan kəndlərində yerləşir. Xaçmaz kəndi ərazisində 2 məscid var ki, tarixləri XIX əsrə aiddir. Məscidlərdən biri bərpa olunaraq kənd məscidi kimi, dini məktəb kimi istifadə olunur. Xaçmazdakı digər məscid dövlət qeydiyyatında olsa da, bərpa olunmayıb, hazırda istifadə olunmur. Sincan kəndindəki məscid dövlət tərəfindən mühafizə edilərək XIX əsrə aid abidələrdən hesab edilir. Dini dərslərin tədrisində binadan istifadə edilir. Oğuz rayonunun cənub-qərbində yəhudilərə məxsus 2 qədim sinaqoq binaları var. Bu qədim ibadət binasının üzərindəki ivrit dilində yazılmış daş kitabədən bəlli olur ki, bina 1897-ci ildə inşa edilib. Bina təxminən 2007-ci ildə Oğuzda yaşayan yəhudilərin, yəhudi dini icmasının, İsraildə yaşayan yəhudilərin maliyyə dəstəyi ilə çox nəfis şəkildə bərpa edilib.
Bu qədim abidədən başqa yenə Oğuzun cənub-qərbində bir başqa sinaqoq da var ki, bu abidənin üzərindəki ivrit dilində yazılmış kitabədə tarixi 1849-cu il göstərilib. Abidə 2 mərtəbəli olub, təxminən 5 il əvvəl bərpa edilib. Binada yəhudilərə məxsus bütün dini bayramlar, mərasimlər, rituallar bu gün də olunur. Məscidlərin hər birinin öz ravini (mollası) var, həm də orada ivrit dili öyrədilir, dini dərslər tədris olunur.
Ancaq onu da qeyd edək ki, bu 2 abidənin hər ikisi də dövlət tərəfindən qeydiyyatda olan abidələr siyahısına salınmayıb.
Daha bir məbəd Oğuz rayonunun Qarabulaq kəndinin qərb hissəsində yerləşir. Bina düzbucaqlı formada inşa edilib. Kənd sakinlərinin söylədiklərinə görə, əvvəllər üçmərtəbəli olmuş, hazırda bir mərtəbəsi qalır. Məbədin tavanı dörd iri sütun üzərində dayanıb. Bu sütunlar yarımdairəvi tağlar şəklində qurulub. Binanın içəri hissəsində, baş tərəfdə keşiş dayanmaq üçün kürsü var. Kürsünün sağ və sol divarlarında işıq düşmək üçün kiçik ölçüdə üç pəncərə var. Məbədin şərq divarında gizli yeraltı yol var. İnşaat materialı kimi binanın tikintisində tuf daşından, əhəng məhlulundan, gildən istifadə edilib.
Qarabulaq kəndində yerləşən ikinci alban məbədi təxminən kəndin mərkəzində, çox da hündür olmayan təpə üzərində inşa edilib. Bina düzbucaqlı quruluşa malikdir. Binanın qərb divarında yeganə bir qapısı var. Məbəd iri bir zaldan ibarət olub, tavanı dörd sütun üzərində yarımdairəvi tağlarla qurulub. Məbədin yuxarı hissəsində keşiş dayanması üçün kürsü var. Kürsünün sağ və sol divarlarında çox güman ki, şamdanlar qoymaq üçün taxçalar düzəldilib. Hər taxçanın üst hissəsində işıq düşmək üçün kiçik pəncərələr qoyulub. Hazırda məbədin tavanının orta hissəsi uçub tökülüb.
Qədim alban qəbiristanlığı da Qarabulaq kəndinin mərkəzində kiçik təpə üzərində yerləşir. Qəbiristanlığın ərazisində təxminən iyirmiyə qədər sənduqə formalı baş daşları var.
Abidə Oğuz rayonunun Malıx deyilən ərazisindən təxminən 1 km cənub-qərbdə hündür bir təpə üzərində inşa edilib. Qala divarları ilə əhatə olunmuş ərazi 1 ha-a yaxındır. Qalanın divarları bəzi yerlərdə sıldırım qayalıqda, bəzi hissələri isə təpənin kənarları ilə uzanıb gedir. Qalanın bu gün qalan tikililərinin əsas hissələri künc hissələrindədir. Qalanın cənub-qərb hissəsindəki künc divarında iki sıra mazğal yerləri bu gün də qalmaqdadır. Qala qalıqlarından bəlli olur ki, divarların hörülməsində çay daşından, əhəng və gil məhlulundan istifadə edilib. Qalaya uzanan yola baxdıqda dəqiq müəyyən etmək olur ki, çox da enli olmayan bu yol fayton yolu olub. Xarabalıqları qalmış bu qalanın heç bir mənbədə adı çəkilmədiyi üçün elmi araşdırmaya, arxeoloji qazıntı işləri aparılmasına ehtiyac var.
Oğuz rayonunun tarixinin maraqlı nişanələrindən biri də Yaqublu kəndi yaxınlığında Kərimli kənd bələdiyyəsinə məxsus torpaq sahəsində yerləşən qədim kurqanlardır. Məlumat üçün onu da qeyd edək ki, "Kurqanlar çölü" adlandırılan bu ərazidə vaxtilə mövcud olmuş 9 kurqandan 5-i öz ilkin formasını saxlamış, 4-nün isə yerüstü hissəsi təsərrüfat işləri aparılarkən dağıdılıb. Son 2 ildə həmin bu ərazidə genişmiqyaslı arxeoloji qazıntı işləri aparılmış, eramızdan 1500 il bundan əvvələ aid qədim əşyalar tapılıb.
Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki-Qax arxeoloji dəstəsinin rəisi Nəsib Muxtarovun rəhbərlik etdiyi ekspozisiya kurqanlarda aparılan arxeoloji qazıntılar zamanı yalnız Azərbaycanın deyil, həm də regionun tarixinin öyrənilməsi üçün maraqlı, nadir arxeoloji materiallar üzə çıxarıb. Kurqanlardan 1-nin ölçüsü 12 metrdir. Həmin ərazidən gildən düzəldilmiş quş və ilan fiqurları, eramızdan əvvəlki minilliklərə aid 100-ə qədər qab, mis, tunc, sümükdən hazırlanmış ox ucları, tunc və misdən hazırlanmış əşyalar, qızıldan hazırlanmış öküz maskası da aşkarlanıb. Arxeoloqlar belə bir qənaətə gəlmişlər ki, kurqanlar tunc dövrünün sonu, ilk dəmir dövrünə aiddir. Kurqanın üstündə günbəz də tikilib.
Oğuz rayonunda son illər davamlı olaraq müxtəlif kurqanlar ərazisində arxeoloji qazıntı işləri davam etdirilir.
Oğuz Azərbaycanın qədim yaşayış məskənlərindən biri kimi özündə olduqca zəngin mədəniyyəti qoruyur. Azərbaycanda dövlət səviyyəsində abidələrin mühafizəsinə xüsusi diqqət yetirilir. Oğuzun gözəl təbiəti, turizm üçün əlverişli olması həm vətəndaşlarımızı, həm də turistləri rayona çəkir. Onlar burada qədim çağlardan qalan abidələrlə, kurqanlarla tanış olur. Əlbəttə, ululardan əmanət qalan maddi-mədəniyyət abidələrini dövlətlə yanaşı, vətəndaşlar da, ictimaiyyət də qorumalı, onun qeydinə qalmalıdır. Çünki hər bir abidə tarixdən tarixə mirasdır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ