Bazar ertəsi günü, 23 noyabr 2026
     

Oğuz rayonunun tarixi maddi-mədəniyyət abidələri...

Image


Azərbaycanın qədim memarlıq abidələri haqqında yazarkən, ümumiyyətlə, bu mövzunu araşdırarkən qarşımıza olduqca maraqlı faktlar çıxdı. Bu abidələr ulu babalarımızın qurub yaratdığı, bugünkü və bizdən sonrakı nəsillərə miras qoyduğu daş abidələr, daş məktublardır. O abidələrə baxdıqca ulularımızın səsini eşidir, onların həyat tərzi, düşüncəsi, dünyagörüşü, sahib olduğu maddi mədəniyyət haqqında bilgi alırıq.
Bununla yanaşı, həm də fəxr edirik ki, ana yurdumuzun hər guşəsində əcdadlarımızın izlərini yaşada bilirik. Oğuz rayonu Azərbaycanın ən unikal bölgələrindən biri kimi tanınır. Oğuzun abidələri də olduqca dəyərlidir.
Oğuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oğuz abidələri ilə bağlı hazırladığı geniş məlumatdan istifadə edərək bu rayonun abidələri ilə sizi də tanış etmək istəyirik.
Oğuzda kifayət qədər tarixi maddi-mədəniyyət nümunəsi olan abidələr mövcuddur. Tədqiqatçılar yazır ki, Oğuz rayonunun müxtəlif ərazisinə səpələnən abidələri bəşər tarixinin bütün dövrlərinə aid olub, bu gün də dövlət qayğısı altındadır, hər bir abidə qorunur. Kitabxana sisteminin məlumatında qeyd edilir ki, rayon ərazisində bu günə kimi 40-dan artıq abidə məlumdur.
Məlumatlara görə, bu abidələrdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə təsdiqlənən, Oğuz rayonu ərazisində dövlət mühafizəsinə götürülən daşınmaz tarix və mədəniyyət abidələrindən 32-si siyahıya alınıb. Həmin abidələrdən 17-si ölkə əhəmiyyətli (15-i arxeoloji, memarlıq abidəsi), 15-i yerli əhəmiyyətli (13-ü memarlıq, 2-si arxeoloji abidə) abidələrdir.
Tədqiqatlara görə, Oğuz rayonu ərazisində ilk arxeolji qazıntı işləri 1915-ci ildə, düz yüz il bundan əvvəl aparılıb. 1945-ci ildə arxeoloji ekspedisiya qrupu geniş arxeoloji qazıntı işlərini davam etdirərək Kərimli kəndinin cənubunda Karqaya, Uzuntala, Qız qalası, Ocaq qoruğu adlanan ərazilərdən qədim dövrə aid çoxlu maddi-mədəniyyət nümunələri aşkar edilib. Qarabaldır, Padar, Dəymədərə, Tərkeş kəndləri ərazisində aparılan tədqiqatlar zamanı məlum olub ki, Türyançay ilə Əlican çayları arasındakı ərazidə qədim dövrlərə aid çoxlu arxeoloji abidələr mövcuddur.
Tədqiqat materiallarında qeyd edilir ki, keçən əsrin 50-ci illərində əslən Oğuz rayonundan olan, respublikamızda arxeologiya elminin əsasını qoyanlardan biri Saleh Qazıyevin rəhbərliyi ilə rayon ərazisində aparılan tədqiqatlar zamanı Qarabaldır, Xalxal, Sincan, Dəymədərə kəndlərində qədim dövrə aid çoxlu kurqanlar, daş qutu, adi torpaq qəbirlər aşkar edilib.
Oğuz Rayon Mərkəzi Kitabxanasının hazırladığı məlumatda qeyd edilir ki, 2008-ci ildə Oğuz rayonunun tarixinin maraqlı nişanələrindən biri də Yaqublu kəndi yaxınlığında Kərimli kənd bələdiyyəsinə məxsus torpaq sahəsində yerləşən qədim kurqanlar ərazisində arxeoloji qazıntı işləri aparılıb. Qeyd edilənə görə, "kurqanlar çölü" adlandırılan bu ərazidə vaxtilə mövcud olan 9 kurqandan 5-i öz ilkin formasını saxlayıb, 4-nün isə yerüstü hissəsi təsərrüfat işləri aparılarkən dağıdılıb. Son bir neçə ildə həmin bu ərazidə genişmiqyaslı arxeoloji qazıntı işləri aparılıb, eramızdan 1500 il bundan əvvələ aid qədim əşyalar tapılıb. Ekspedisiyaya Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki-Qax arxeoloji dəstəsinin rəisi Nəsib Muxtarov rəhbərlik edir. Kurqanlarda aparılan arxeoloji qazıntılar zamanı yalnız Azərbaycanın deyil, həm də regionun tarixinin öyrənilməsi üçün maraqlı, nadir arxeoloji materiallar üzə çıxarılıb. Kurqanlardan 1-nin ölçüsü 12 metrdir. Həmin ərazidən gildən düzəldilmiş quş və ilan fiqurları, eramızdan əvvəlki minilliklərə aid 100-ə qədər qab, mis, tunc, sümükdən hazırlanan ox ucları, tunc və misdən hazırlanan əşyalar, qızıldan hazırlanmış öküz maskası da aşkarlanıb. Kurqanın üstündə günbəz də tikilib. Bu gün də digər kurqanlar ərazisində arxeoloji qazıntı işləri davam etdirilir. Bu abidə yeni aşkar olunduğu üçün dövlət siyahisına alınmayıb.
Oğuz abidələrinin tarixini araşdıran tədqiqatçılar qeyd edir ki, əksəriyyəti tarixi-memarlıq abidələridir. Oğuz rayonunun möhtəşəm abidələrindən biri Xaçmaz Gavur qalasıdır. Govur qala Xaçmaz kəndinin şimal-qərbində, Ərmənət kəndinin şimalında, Qaladağın zirvəsində yerləşir. Bu qala XVII əsr ədəbiyyatında Xaçmaz Govur qalası adı ilə məlumdur. Tarixi mənbələrdən məlum olub ki, 1578-1583-cü illərdə Şirvan və Dağıstan torpaqları uğrunda İranla Türkiyə arasında müharibələr olub. A.Bakıxanovun verdiyi məlumata görə, İran sərkərdəsi Zülqədər Məmmədqulu ilə Türkiyə sərkərdəsi Əbubəkr Mirzənin qoşunları arasında Xaçmaz qalasının qarşısında vuruşma olub.
Tədqiqatçılar qeyd edir ki, Xaçmaz Gavur qalasının yerləşdiyi dağ çay səthindən təxminən 2 km yüksəkdir. Şimal tərəfdə bu dağ Böyük Qafqazın yamacları ilə birləşir. Dağın üstü ilə qalaya fayton yolu gedir. Cənub və şərq tərəflərdən isə ancaq piyada yolu var. Xaçmaz Gavur qalası çay daşı və kirəc məhlulu ilə tikilib, iki mərtəbəlidir. Qala 7 bürcdən ibarət olub xüsusi su kəməri vasitəsilə içməli su ilə təchiz edilib. Qala XVI əsrə qədər fəaliyyət göstərib. Sadə memarlıq üslubunda tikilib. Qalanın yuxarı hissəsi dağılıb. Darvazası kiçik ölçülüdür. Onun eni 1,5 m, hündürlüyü 3 m-dir. Oradan qalanın içərisinə ancaq piyada və atlı daxil ola bilər. Qalanın bugünkü qalıqlarına görə müəyyən etmək olar ki, burada 12-yə qədər otaq olub. Qala 7 bürcdən ibarətdir ki, bu bürclərdən ev kimi istifadə edilib.
Tədqiqatçılar qeyd edir ki, 1965-ci ildə qalanın 2 sahəsində qazıntı işləri aparılıb. Ərazidən çoxlu şirli və şirsiz saxsı məmulatlar əldə edilib: dopu formalı qablar, novçalı bardaq, səhəng, su tünglərinin hissələri və s. tapılıb.
Tədqiqatçılar yazır ki, rayondakı Muxas qülləsi Muxas kəndindən şimalda, Daşağıl keçidi qarşısında yerləşir. Orta əsrin gözətçi məntəqələri kimi Muxas qülləsi də yadelli işğalçılardan, qəfil basqınlardan qorunmaq üçün tikilib. Qəfil düşmən basqınlarını ilk dəfə buradan görüb el-obaya xəbər verirmişlər. Bəd xəbəri tez çatdırmaq üçün gecə tonqallardan, gündüzlər tüstüdən və çaparlardan istifadə ediblər. Abidənin şimal, cənub və qərb tərəfləri düzbucaqlı, şərq tərəfi isə yarımdairəvidir. Qüllənin bu formada tikilməsi yerləşdiyi sahənin quruluşuna uyğundur. Perimetri 24,7 m-dir. Qüllə qalığının hündürlüyü 11,6 m, diametrinin qalınlığının hündürlüyü 11,6 m, divarlarının qalınlığı aşağı hissədə 1,5 m, yuxarı hissədə 1 m-dir. Qüllənin qərb divarının hündürlüyündə qapı yeri var. O, kvadrat formalı olub, qüllənin içərisinə doğru iki pillə ilə enir.
Muxas qülləsi üçmərtəbəli olub. Onun birinci və ikinci mərtəbələri yaxşı qalmış, üçüncü mərtəbəsinin yuxarı hissəsi uçub dağılıb.
Muxas qülləsi müşahidə məqsədilə çay daşı və kirəc məhlulundan hazırlanıb. Abidə ərazisində 1965-ci ildə iki sahədə, qüllənin qərb və şərq divarlarının dibində kəşfiyyat qazıntısı aparılıb. Buradan çoxlu sayda şirsiz və şirli saxsı məmulatları tapılıb. Alimlər belə qənaətə gəlmişlər ki, Muxas qülləsi gözətçi məntəqəsi məqsədi daşıyıb. Muxas qülləsinin təxminən 40 km cənub-şərq tərəfdə yerləşən qədim Qəbələ şəhəri xarabalıqlarının varlığına əsasən, demək olar ki, bu qüllə bir qarovul məntəqəsi kimi Qəbələ hakimlərinin əlində olmuş və şimal tərəfdən Daşağıl keçidi vasitəsilə olan hərbi təhlükənin qarşısını almaqda müşahidə əhəmiyyəti daşıyıb. Muxas qülləsi özünün memarlıq xüsusiyyətlərinə və arxeoloji materiallarının öyrənilməsinə əsasən, demək olar ki, təxminən IX əsrdə tikilmiş və ondan XIV əsrə kimi istifadə edilib.
Tədqiqat materialında gedən məlumata görə, Azərbaycanın qəhrəmanlıq tarixi və memarlıq mədəniyyətinin gözəl nümunələrindən biri də Oğuz rayonunun Yuxarı Filfilli kəndindəki Surxay xan qalasıdır. Qala düzbucaqlı formada olub, hündür qaya üzərində ucaldılıb. Eni 1 metrə yaxın, hündürlüyü təxminən 10 m. olan qala divarları qayanın düz uçurumunda bənd edilib. Bildiyimiz kimi, qədim zamanlarda tikilən qalalar böyük hərbi əhəmiyyət daşıyıb. Odur ki, tikildiyi yerlər hərbi nöqteyi-nəzərdən seçilib. Hündür, əlçatmaz yerdə qaya başında ucaldılıb. Bu xüsusiyyətlər Surxay xan qalasına da aiddir. Qala əsasən çay daşından və kərpic məhlulundan hörülüb. Yalnız qərb hissəsində qoyulmuş giriş qapısı və otaqdan-otağa keçid qapılarının kənar hissələri qırmızı kərpicdən inşa edilib. Əfsus ki, qalanın divarları bir neçə yerdən dağıdılıb.
Üst hissəsindən baxanda aydın olur ki, qala 5 otaqdan ibarət olub. Otaqların üstü tacbənd formada tamamlanıb, yan divarları isə müdafiə məqsədilə 1 metr hündürə qaldırılıb. Bu divarlarda 4 tərəfdən çoxlu mazğal yerləri qöyulub. Otaqların üstü illər keçdikcə müxtəlif təsirlər nəticəsində uçub içəri tökülüb. Daxili divarların bəzi hissələrinin də uçması nəticəsində ayrı-ayrı otaqlara gedən yolların çoxu kəsilmiş, torpaqla, dolub.
Bütün müdafiə qalaları kimi, Surxay xan qalasının da gizli yolu olub. Bu yol adətən mühasirədən çıxmaq, yaxud həmin yol vasitəsilə ətrafla əlaqə yaradarkən düşməni duyuq salmamaq üçün nəzərdə tutulub. Yeraltı gizli yol Surxay xan qalasında uçurum hissəsindəki divarda qurulub.
Qalaya yeraltı su kəməri də çəkilib. Bu isə yadellilərin hücumları zamanı əhalinin müdafiə üçün qalaya çəkilməsi və uzun müddət burada yaşamasına dəlalət edir. Qalanın ətrafındakı yaşayış evlərinin xarabalıqları bu gün də qalmaqdadır. Qala ərazisində aparılmış arxeoloji qazıntılar zamanı çoxlu məişətdə istifadə olunan maddi-mədəniyyət nümunələri, o cümlədən Surxay xanın adı yazılmış mis cam tapılıb. Bütün bunlar bir daha sübut edir ki, qal Dağıstan feodalı Surxay xan tərəfindən tikilmiş, Nadir şahın Dağıstana və Azərbaycana hücumları zamanı dağıdılıb. Xaçmaz kəndinin Daşüz adlanan ərazisində yerləşən körpü haqqında da mənbələrdə məlumatlar var. Məlumatlara görə, körpü el arasında Hacı Rəşid körpüsü adlanır, mənzərəli bir yerdə, Sarısu adlanan kiçik bir çay üzərində tikilib. Körpü çatma tağlıdır.
Yəni iri dairə qövsünün kəsişməsindən yaranıb. Körpünün inşasında əsas tikinti materialları kimi səliqə ilə hamarlanmış iri kvadrat formalı tuf daşı və kirəc məhsulundan istifadə olunub. Körpü bir aşırımlı olub, çayın özünə yol açdığı təbii kiçik qayalar üzərində tikilib. Uzunluğu 12 m-ə yaxın, eni 4,5 metr-dir. Körpünün aşırımının eni 5 metrə yaxındır. Tağın suyun səthindən hündürlüyü isə 7-dir. Körpünün üstünə torpaq döşənib. Hacı Rəşid körpüsü bu gün də öz görkəmini tamamilə saxlayıb
(Ardı var)
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ