Bazar ertəsi günü, 23 noyabr 2026
     

Tarixdə izi qalan abidələrimiz və memarlarımız...

Image


(Əvvəli ötən sayımızda)
Qədim tarixə malik olan Azərbaycan dövləti zaman-zaman inkişaf edib və xalqımız öz mədəniyyətini, memarlığını, elmini yaradıb. Azərbaycanda memarlıq sənətinin tarixi qədimdir. Azərbaycan memarlığı Azərbaycan ərazisində müxtəlif mədəniyyətlərə aid olan abidələr kompleksini əhatə edir.
Doğrudur, azərbaycanlıların kompakt yaşadığı, əsrlər uzunu mövcud olduğu respublikalarda da Azərbaycan memarlığının çox unikal nümunələri var.
Azərbaycan memarlığının tarixini öyrənən alimlər, tədqiqatçılar bildirir ki, X-XII yüzillərdə yaşayıb yaratmış Azərbaycan memarları haqqında bilgi verən tədqiqatçılar yazır ki, X-XII yüzillərdə yaşayıb yaratmış bir çox Azərbaycan memarları, bənnaları və memarlıq bəzəyi ustalarının adları müxtəlif tikililərin kitabələrində, daş plitələrində, dekorativ bəzək məmulatlarında və digər qaynaqlarında dövrümüzədək çatıb. Tədqiqatçılar yazır ki, Məhəmməd ibn Cəfər (Beyləqan rayonundakı "Peyğəmbər" qəbiristanlığındakı kitabəli plitə, X yüzil), İbrahim ibn Osman (Gəncə darvazası, 1063), Məhəmməd Əbubəkr oğlu (Bakıda Sınıqqala məscidi, 1078), Möhsün (XI yüzil; əsərləri məlum deyil), Bəndan ibn Möhsün (XII yüzil; əsərləri məlum deyil), Bəkir Məhəmməd (Marağada "Qırmızı günbəz" türbəsi, 1148), Əcəmi Əbubəkr oğlu Naxçıvani (Naxçıvanda Yusif ibn Küseyir türbəsi, 1162, Mömünə xatın türbəsi, 1186 və s.), Aşur İbrahim oğlu (İçərişəhərdəki İbrahim məscidinin daş mehrabı, 1171), Əmirəddin Məsud (XII yüzil; əsərləri məlum deyil),
Əbu Mənsur Musa oğlu (Urmiya ş. yaxınlığında "Üç günbəz" türbəsi, 1185), Əhməd Məhəmməd oğlu (Marağada "Göy günbəz türbəsi, 1196), Məsud Davud oğlu (Bakıda Qız qalası, XII yüzil), Cəmaləddin (indiki Ordubad rayonunun Xanağa kəndindəki Əlincəçay xanəgahında türbə, XII yüzilin sonu- XIII yüzilin əvvəli), Əhməd Əbubək oğlu (XIII yüzil, Mərənd; əsərləri bəlli deyil), Əbdülməcid Məsud oğlu (Mərdəkanda dairəvi qəsr, 1232), Zeynəddin Əburəşid oğlu Şirvani (Bakı limanında Şirvanşahların "Bayıl qəsri" iqamətgahı, 1235), Bədrəddin Təbrizi (Türkiyənin Konya şəhərində (Cəlaləddin Ruminin türbəsi, 1273), Məhəmməd ibn Mahmud (Arran; Turkiyənin Amasiya şəhərində) məscid minarəsi, 1236-46),
Mahmud ibn Maqsud (Pirsaatçay xanəgahının minarəsi, 1256),
Mahmud ibn Məsud (Bakıdakı Şəfiulla məscidi; XIV yüzil), nəqqaş Əbdülmömin Şərəfşah oğlu (Təbriz; Urmiyada məscid mehrabının oyma naxışları, 1277), Mahmud Səd oğlu (Bakı yaxınlığında Nardaran kəndindəki qəsr, Bibiheybət məscidinin minarəsi, 1305-13), Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani (Bərdə türbəsi, 1322), gəctəraş Nizam Bəndgir (Mərənd şəhərindəki Cümə məscidinin gəcdən oyma bəzəkləri, 1329), Hacı Məhəmməd (Təbriz; İsfahanda karvansara, 1331), Şahbənzər (Ağdamın Xaçındərbətli kəndində türbə, 1314), Kəştasif Musa oğlu (Nardaran Xan hamamı, 1388) və b. 10-14 yüzillərdə Azərbaycan memarlığının ən dəyərli örnəklərini yaradıb.
Tədqiqatçılar yazır ki, XIII-XV yüzillərdə memarlığın inkişafı ayrıca bir mərhələdir. Böyük inkişaf yolu keçən Şirvan-Abşeron memarlıq məktəbi abidələri üçün daş konstruksiyalar, tikililərin həcm-məkan həllinin lakonikliyi, daş üzərində oyma bitki ornamentləri səciyyəvidir. Bakıdakı Sınıqqala minarəsi (1078, Məhəmməd Əbubəkr oğlu), Qız qalası (XII yüzil, memar Məsud Davud oğlu), Mərdəkan qalaları (Dairəvi qala, 1232, memar Əbdülməcid Məsud oğlu; Dördkünc qala, XIV yüzil), Nardaran qalası (1301, memar Mahmud Səd oğlu), Ramana qalası (XIV yüzil) və s. bu məktəbin ən yaxşı abidələri sırasına daxildir. XIII yüzildə Bakı limanında tikilmiş və hazırda suyun altında qalmış Şirvanşahların "Bayıl qəsri" adlı iqamətgahı da bu dövrün maraqlı tikililərindəndir. Bürclü divarlarla əhatə olunmuş bu binalar kompleksi (1235, usta Zeynəddin Əburəşimd oğlu Şirvani və ehtimal ki, memar Əbdülməcid Məsud oğlu) üzərindəki daş oymalar, yazı və təsvirlər qurşağı ilə birlikdə nadir memarlıq ansamblıdır. Şirvan-Abşeron memarlıq məktəbinə mənsub olan tikililərdən biri də XIII-XIV yüzillərdə formalaşmış Pirsaatçay xanəgahıdır. Pir Hüseyn türbəsinin ətrafında salınmış bu dini kompleksdəki minarənin üzərində onun tikilmə tarixi (1256) və memarın adı (Mahmud ibn Maqsud) qalıb. Mərəzədəki Diribaba türbəsi (1402), indiki Qusar rayonunun Həzrə kəndindəki Şeyx Cüneyd türbəsi (1544) və Bakıda Şirvanşahlar sarayı kompleksində (1420-60) Şirvan-Abşeron memarlıq məktəbinin yetkin dövrü əksini tapıb.
Tədqiqatçılar qeyd edir ki, XIII yüzilin ortalarında Elxanilər dövlətinin yaranması memarlıq sahəsində müəyyən canlanmaya səbəb oldu. Elxanilər sülaləsinin banisi Hülakü xanın (1256-65) hakimiyyəti illərində Marağa rəsədxanası tikildi. Dövlətin paytaxtının Təbrizə köçürülməsi ilə bağlı Təbriz şəhəri önəmli memarlıq-sənətkarlıq mərkəzinə çevrildi. Təbrizin ətrafında Arquniyyə, Qazaniyyə, Rəşidiyyə kimi şəhərciklər salındı. XV yüzilin sonu-XVI yüzilin əvvəllərində Səfəvilər dövlətinin yaranması və Təbrizin paytaxt elan edilməsi, eləcə də Şirvanın inzibati mərkəz kimi əhəmiyyətini itirməsi ilə bağlı Azərbaycanın siyasi və iqtisadi həyatı ölkənin güneyində mərkəzləşdi. Tədqiqatçıların yazdığına görə, bu dövrdə şəhərlərin böyüməsi ilə bağlı bədii ənənələr yeni inkişaf mərhələsinə çatdı. Azərbaycan memarlığında Təbrizin mövqeyi xüsusilə gücləndi. XV-XX yüzillərdə memarlığın inkişafından yazan tədqiqatçılar bildirir ki, XV-XVI yüzillərdə Azərbaycan memar və nəqqaşları başqa ölkələrdə də fəaliyyət göstərmiş, müxtəlif şəhərlərdə maraqlı sənətkarlıq örnəkləri yaradıblar. Tədqiqatçıların yazdığına görə, Bursa, Qahirə, Bağdad, Dəmirqapı (Dərbənd), Herat, Səmərqənd və s. şəhərlərdəki bir sıra memarlıq abidələrində Azərbaycan memarlarının "imzaları" qalıb. Bursa şəhərindəki ünlü Yaşıl türbənin (1420-21) nəfis naxışlarla bəzədilmiş qapılarını azərbaycanlı usta Əhməd Təbrizli hazırlayıb. Türbənin yaxınlığındakı Yaşıl Camenin (1424) mehrabını Təbriz ustaları özlərinin hazırladıqları müxtəlif boyalı çinilərlə bəzəmişlər. Çaldıran vuruşmalarından (1514) sonra I Sultan Səlim tərəfindən İstanbula aparılmış Azərbaycan memarı Əli Təbrizli (Əsir Əli, Əcəm Əli təxəllüsləri ilə də tanınıb) İstanbuldakı Topqapı sarayının baş tağını və Sultan Səlim məscidini (1522) tikib.
Tədqiqatçıların yazdığına görə, feodal Şərqinin başqa ölkələrindəki şəhərlərdə olduğu kimi, Azərbaycan şəhərlərində də hamam binaları geniş yayılmışdı. Hamamlar sanitariya-gigiyena funksiyası daşımaqla yanaşı, həm də istirahət, görüş, söhbət və stolüstü oyunlar, habelə mərasimlər yeri idi. Azərbaycan hamamlarının ən yaxşı örnəkləri Abşeronun Nardaran kəndində (1388, memar Kəştasif Musa oğlu), Bakının İçərişəhər bölməsində (Qasım bəy hamamı, XIV yüzil, Hacı Qayıb hamamı, (XV yüzil), Basqalda (XVII yüzil), Gəncədə ("Çökək hamam", XVII yüzil), Şuşada ("Merdinli" məhəlləsinin hamamı), Qubada ("Çuxur hamam"), Şəkidə ("Ağvanlar hamamı"-hər üçü XIX yüzil), Ağdamda (Abdal Gülablı kəndinin hamamı, 1900, memar Kərbalayi Səfixan Qarabaği) qalıb.
Tədqiqatçıların bildirdiyinə görə, XVIII yüzildə Azərbaycanın ayrı-ayrı xanlıqlara parçalanması, ölkənin iqtisadi cəhətdən dağınıqlığı memarlıq və inşaatın inkişafında durğunluğa səbəb oldu. Ayrı-ayrı hallarda keçmiş ənənələr əsasında tikilmiş binaların memarlıq həllində inşaat sənətinin geriləməsi özünü göstərir. Bununla yanaşı, şəhərsalma sənəti sahəsində müəyyən dönüş yarandı. İri şəhərlər və yaşayış məskənləri xanlıqların inzibati və sənətkarlıq mərkəzinə çevrildi. Tədqiqatçıların yazdığına görə, XVIII yüzildə Qarabağ xanı Pənahəli xanın tikdirdiyi Əsgəran qalası (sonra İbrahim xan tərəfindən genişləndirilib) bu dövrün ən iri müdafiə tikilisidir. Qarqar çayının sağ və sol sahillərində salınan Əsgəran qalası iki istehkamdan ibarətdir. Araşdırmaçının yazdığına görə, XVIII-XIX yüzillər xalq yaşayan evlərin maraqlı örnəkləri Zaqatala, Şəki, Ordubad, Şuşa, Quba, Qonaqkənd, Gəncə və Abşeronda qalıb.
XV-XVIII yüzillərdə Azərbaycan memar, bənna və ustaları haqqında yazan tədqiqatçılar qeyd edir ki, ustad Hacının oğlu (Mərəzədəki Diribaba türbəsi, 1402), Məhəmməd Məcid Təbrizi (nəqqaş; Bursadakı Yaşıl camenin mehrabı, 1424), Əli ibn Hacı Əhməd (ağac üzərində oyma ustası; Bursadakı camenin qapısı), memar Əli (Məhəmməd Əli; Bakıda Şirvanşahlar sarayı kompleksində 1435-ci il tarixli türbə), Hacı Əhməd (memar; Dərbənddəki "Qırxlar darvazası" və "Böyük məscid, XV yüzil), Yusif ibn Ustad Zahir (memar, Qəbələ rayonunun Həzrə kəndindəki Şeyx Bədrəddin türbəsi, 1446), Tacəddin (memar, Quba rayonunun Agbil kəndində türbə; 1446, qalıb), Xoca Əli Hasil Təbrizi (memar, Heratdakı Müsəlla ansamblının mədrəsəsi, XV yüzil), Səmsəddin (memar, Məşhəddə Şah məscidi, 1451), Nemətulla Bəvvab ibn Məhəmməd (xəttat və kaşı ustası; Təbrizdəki Göy məscidin kitabələri, 1465), Şəmsəddin Təbrizi (memar, İsfahandakı Ali məscid, 1522), Şəmsəddin Şəmaxi (memar, Qəbələ rayonunun Həzrə kəndindəki Şeyx Mənsur türbəsi, 1570), Əsir Əli (Təbriz; 1515-37 illərdə Türkiyənin İstanbul, Konya, Əskişəhər, Çorlu, Tekirdağ, Qəbzə, Trabzon, Hacılar, Bolqarıstanın Sofiya, Yuqoslaviyanın Sarayevo və b. şəhərlərində çoxlu bina tikilib; əsas işləri-İstanbulda Topqapı sarayının 2-ci baş tağı, Sultan Səlim məscidi, 1522; Sofiyada Seyfəddin Qazi məscidi Sarayevoda imarət, kitabxana, məscidlər kompleksi, 1532; Qəbzədə Çoban Mustafa məscidi və s.).
Əmirşah Vəlyənkuhi (memar, Bakıda Şirvanşahlar sarayı ansamblının Şərq darvazasının daşdan oyma bəzəkli baş tağı, 1584), Şeyx Bəhaəddin (memar və alim; Gəncənin Cümə məscidi və ətrafındakı meydanın memarlıq ansamblı, 1606), Nadir Əli ibn Ustad Yarəli (memar, Mərdəkanda türbə, XVII yüzil), Pərviz (memar, Abşeronun Buzovna kəndinin qəbiristanlığında türbə, 1641), İsmayıl Nəqqaş Ərdəbili (xəttat və nəqqaş, Ərdəbildəki Şeyx Səfiəddin kompleksinin Ali qapı baş tağının bəzəkləri, 1647), Yusif şah ibn Məlik Səfimai (memar, Şeyx Səfiəddin kompleksinin Ali qapı baş tağı, 1647), Baba Şeyxican (memar, Mərəzə kəndində karvansara, 1613), Murad Əli (memar, Nardaranda Hacı Baxşı məscidi, 1663), Əbdüləzim Səhkar (memar, Şamaxı rayonunun Kələxana kəndindəki türbələr kompleksi, XVII yüzil), Baba Əli (memar; Abşeronun Məmmədli kəndində hamam, 1663), Məhərrəm (memar, Abşeronun Binə kəndində məscid, 1697), ünyad (memar, Abşeronun Maştağa kəndində məscid, 1716), Abbasqulu (memar və nəqqaş, Şəki xanları sarayının böyük salonunun tavanının bəzəkləri, XVIII yüzil) və b. fəaliyyət göstəriblər.
Tədqiqatçıların yazdığına görə, XIX-XX əsrdə memarlığın inkişafı haqqında yazan tədqiqatçılar bildirir ki, onlardan biri də Təzə Pir məscididir. Təzə Pir məscidinin tarixindən yazan tədqiqatçılar qeyd edir ki, bu dövrdə Azərbaycan memarlığı iki yöndə-yaşayış məskənlərinin memarlıq-plan quruluşunda mühüm yer tutan bina kompozisiyası prinsipləri və Avropa memarlığı ənənələri əsasında inkişaf edirdi. Tədqiqatçılar yazır ki, XIX yüzildə yaşayış binaları istisna olmaqla, ən xarakterik bina tipi məhz ticarət binaları idi. Belə binalardan çox vaxt həm ticarət müəssisələri, həm də sənətkarlıq emalatxanası kimi istifadə edilirdi. Bakı, Gəncə, Şuşa və Qubadakı ticarət dükanları sırası bu tipli tikililərin ən bitkin örnəklərindəndir.
Tədqiqatçıların yazdığına görə, bu çağda Azərbaycanda xəstəxanalar və demək olar ki, bütün şəhərlərdə kiçik tibb müəssisələri də tikilib. 1860-cı illərdə Salyanda memar Q.Hacıbababəyovun layihəsi ilə tikilmiş xəstəxana XX yüzilin əvvəllərinədək fəaliyyət göstərib. XIX yüzilin II yarısında tikilməyə başlanmış teatr binaları Azərbaycan memarlığında tamamilə yeni qurğu tipi idi. İlk teatr binası Şamaxıda (1858, memar Q. Hacıbababəyov), sonralar isə Bakıda Tağıyev Teatrı (indiki Azərbaycan Dövlət Musiqili Komediya Teatrı; 1883, P.İ.Konqnovitski; 1980-cı illərin sonunda sökülüb) və Mayılov Teatrı (indiki Azərbaycan Dövlət Opera və Balet Teatrı; 1911, memar N.G.Bayev; 1985-ci ildə teatrın binası yanıb, 1986-87-ci illərdə həmin layihə üzrə yenidən bərpa edilib).
Tədqiqatçıların yazdığına görə, XIX yüzilin I yarısında irihəcmli və monumental dini binalar tikilib. Bu dövrdə Azərbaycanda keçmiş ənənələri müəyyən dərəcədə davam etdirən məhəlli xarakterli memarlıq məktəbləri yarandı. Məscid binalarının xarici simasının səciyyəvi xüsusiyyətləri Azərbaycan ərazisində Bakı-Abşeron, Quba-Qusar, Gəncə-Qarabağ, Şəki-Zaqatala, Lənkaran və Naxçıvan kimi yerli memarlıq məktəblərini müəyyənləşdirməyə imkan verir.
Bakıdakı Bəy məscidi (İçərişəhərdə; 1895, memarlar Məhəmməd Haşim əl-Bakuvi və Mirəli ən-Naqi bin Seyyid Hüseyn), Qasım bəy məscidi (1896, memar Məşədi Mirzə Qafar İsmayılov), Təzə Pir məscidi (1905-14), "İttifaq", yaxud Göy məscid (1912-13), Əmircanda M.Muxtarovun məscidi (1909; hər üç məscidin memarı Z.Əhmədbəyovdur) kapitalizm dövrü üçün ən xarakterik tikililərdir. Milli memarlıq abidələri ilə zəngin olan və sabit memarlıq ənənələrinə malik Qarabağ zonasında Avropa memarlığı dərin kök sala bilməyib, yerli üslublar arasında itib-batıb. XIX yüzilin ortalarında Qarabağda özünəməxsus memarlıq məktəbi yaranıb və onun ən görkəmli nümayəndəsi Kərbəlayi Səfixan Qarabaği olub. Müasir tədqiqatçıların yazdığına görə, memarlıq üsullarında yerli ənənə və prinsiplərə axıradək sadiq qalan Kərbəlayi Səfixan Bərdədə İmamzadə kompleksini yenidən qurub (1868), Ağdamda məscid (1868-1870), Şuşada Aşağı məscid (1874-1975), Yuxarı məscid, yaxud Cümə məscidi (1883) və məhəllə məscidləri, indiki Füzuli şəhərində Hacı Ələkbər məscidi (1890), həmin rayonun Horadiz (1891-1908) və Qoçəhmədli (1906) kənd məscidləri Odessada Tatar məscidi (1870-ci illər), Aşqabadda Qarabağlılar məscidi (1880-ci illər) və s. binalar tikilib.
Əlbəttə, bu abidələrin hamısı tarixin bizə yadigarı, əjdadlarımızın əmanətidir. Azərbaycanın hər yerinə gözəllik verən bu abidələri hər birimiz qorumalıyıq. Bilirik ki, Azərbaycan dövləti keçən əsrlərdən qalan abidələrin, sarayların, qalaların, türbələrin, məscidlərin və digər bu tip tikililərin mühafizəsini həyata keçirir. O abidələr dövlətin ayırdığı vəsait hesabına bərpa edilir. Xalqımız da dövlətin bu işlərinə dəstək verməlidir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ