Bazar ertəsi günü, 23 noyabr 2026
     

Respublika kitabxanaçılarının müşavirəsi və kitabxana sahəsindəki məsələlərə yeni baxış...

Image


(Əvvəli ötən sayımızda)
Kitabxana hər bir xalqın mənəvi varidatı, xəzinəsi, maarif işığıdır. Azərbaycanda tarixən kitaba, kitabxana işinə böyük maraq olub.
Qeyd etdiyimiz kimi, respublika kitabxanaçılarının müşavirəsində çıxış edən rəsmi nümayəndələr bildirib ki, kitabxanaların maddi-texniki təminatının yaxşılaşdırılması, oxucuların informasiya tələbatının müasir səviyyədə təşkili prioritet məsələ olaraq qalıb.
Mövcud imkanlar daxilində nazirlik tərəfindən bir sıra kitabxanalar əsaslı təmir edilib, onlar yeni inventar və avadanlıqlarla təmin olunub. Nazirliyin dəstəyi ilə uşaq oxucularımızın informasiya tələbatını təmin etmək üçün F.Köçərli adına Respublika Uşaq Kitabxanası müasir tələblərə cavab verən yeni binaya köçürülüb, habelə kitabxana inventar və avadanlıqla təmin edilib. Bundan başqa, Balakən Rayon Mərkəzi Kitabxanası, Xaçmaz Rayon Uşaq və Gənclər Kitabxanası, Şabran Rayon Kitabxana-Multimedia Mərkəzi, Abşeron rayon MKS-nin Fatmayi kənd kitabxana filialı üçün yeni bina inşa olunub və oxucuların istifadəsinə verilib. İşğal altında və cəbhə bölgəsində olan rayonların kitabxana fondlarının bərpasını təmin etmək məqsədilə Füzuli rayonunda Mahmudlu-1 kəndində yerləşən Rayon Mərkəzi Kitabxanası şəraiti daha yaxşı və müasir səviyyədə inşa edilən I Zobucuq kəndinə, Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində yerləşən Laçın Rayon Mərkəzi Kitabxanası daha geniş və şəraiti yaxşı olan yeni binaya köçürülüb. Xocavənd rayonunun Mərkəzi Kitabxanasının müvəqqəti olaraq xocavəndlilərin kompakt yerləşdiyi Beyləqan rayonunda, Cəbrayıl Rayon Mərkəzi Kitabxanasının isə Biləsuvar rayonunda fəaliyyəti bərpa edilib, şuşalılar, xocalılar, ağdamlılar, füzulilər üçün yeni salınmış qəsəbələrdə kitabxana filialları üçün sahələr ayrılıb və onlar öz oxucularına xidmət etməyə başlayıb.
Bundan başqa, Yevlax, Şəki, Sumqayıt şəhər mərkəzi kitabxanaları əsaslı təmir edilib, modernləşdirilib, müasir inventar və avadanlıqlarla təchiz edilib.
Nazirlik tərəfindən C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasına, Respublika Gözdən Əlillər Kitabxanasına, Bakı şəhəri, Sabunçu rayon MKS-nə, Quba, Masallı, Ağdam, Ucar, Qobustan, Ağsu, Cəbrayıl, Daşkəsən, Xızı, Laçın, Şuşa, Beyləqan, Qusar, Tərtər, Füzuli rayon MKS-lərinə kompyuter, printer, skaner və s. avadanlıqlar əvəzsiz olaraq verilib. Lakin bununla belə, respublikanın əksər şəhər, qəsəbə, kənd kitabxana filialları üçün yeni binaların inşa olunmasına, mövcud binaların əsaslı təmirinə ciddi ehtiyac var. Aparılmış təhlil göstərir ki, respublikanın şəhər, qəsəbə, kənd kitabxana filiallarının 70 faizi müasir tələblərə cavab vermir, Siyəzən, Şəmkir, Ağcabədi rayon mərkəzi kitabxanalarının yerləşdiyi binalar qəza vəziyyətindədir. Yerli icra hakimiyyəti orqanları tərəfindən kitabxanaların inkişafı üçün ayrılan vəsaitin həcmi kitabxana sahəsinin sürətli inkişafına imkan vermir. Bu günə qədər respublikanın regionlarında müasir tələblərə cavab verən nümunəvi kənd kitabxanası yaradılmayıb. Kitabxana filiallarının sahəsi darısqal olduğundan, orada oxu zalı təşkil etmək qeyri-mümkündür. Bütün bunlar növbəti illərdə həllini gözləyən əsas problemlər kimi gündəlikdə qalmaqdadır. Nazirliyin tabeliyində olan 4 respublika əhəmiyyətli kitabxana, habelə bir sıra şəhər, rayon MKS-ləri 2007-ci ildən Rusiya Federasiyasının hüquqi informasiya məlumat bazasına ödənişsiz daxil olması üçün UNESCO-nun "İnformasiya hamı üçün" Proqramının Rusiya Komitəsi ilə razılıq əldə edilib və kitabxanalar ödənişsiz olaraq bu bazaya daxilolma imkanı əldə ediblər. C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının nəzdində yaradılan İctimai-Hüquqi İnformasiya Mərkəzinin işi təkmilləşdirilib, oraya çoxlu sayda hüquqi ədəbiyyat alınıb, respublikanın bir sıra şəhər, rayon kitabxanalarında hüquqi informasiya, uşaq hüququ informasiya mərkəzlərinin yaradılması işi həyata keçirilib. Ötən illər ərzində kitabxanaların beynəlxalq əlaqələrinin genişlənməsinə xüsusi yer ayrılıb, dünyanın qabaqcıl ölkələrinin kitabxana-informasiya sahəsində təcrübələrini öyrənmək məqsədilə kitabxana rəhbərləri və mütəxəssisləri bir sıra ölkələrdə təcrübə keçmişlər.
Ümumiyyətlə, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsi sahəsində aparılan işlər öz nəticəsini verib: ABŞ, İsveç, Avstriya, Fransa, İsveçrə, Türkiyə, Rusiya, Bosniya və Hersoqovina, İran, Rumıniya, Belarus, Özbəkistan, Ukrayna, İndoneziya, Çexiya və bir sıra ölkələrin kitabxanaları ilə əlaqələr yaradılıb və onlarla qarşılıqlı kitab mübadiləsi həyata keçirilib.
Nazirliyin təşkilati və maliyyə dəstəyi ilə Azərbaycan kitabxanaçıları 2008-ci ildən etibarən hər il keçirilən "Krım", "LİBKOM", "İFLA", "CENL", "SOÇİ" Beynəlxalq kitabxana konfranslarında iştirak edirlər.
Kitabxana-informasiya sahəsində beynəlxalq əlaqələrin inkişaf etdirilməsində Milli Kitabxananın üzərinə mühüm vəzifələr düşür. Ötən 3 il ərzində Estoniya, İordaniya, İsveçrə, Moldova, Macarıstan, Yunanıstan milli kitabxanaları ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə dair memorandumlar imzalanıb. Kitabxana Almaniyanın Frankfurt şəhərində hər il ənənəvi olaraq keçirilən Beynəlxalq Kitab Sərgisində də fəal iştirak edir. Bu cür kitab sərgilərinin Azərbaycanda da keçirilməsi xüsusilə önəmlidir. Nazirlik tərəfindən Azərbaycanda yüksək səviyyədə II Beynəlxalq Bakı Kitab Sərgi Yarmarkası keçirilib. Sərgi yarmarkasında nəinki Azərbaycanda, bir çox xarici ölkələrdə nəşr edilən kitablar nümayiş etdirilib. Qeyd etməliyik ki, şəhər, rayon MKS-lərinə xarici ezamiyyələr üzrə maliyyə vəsaiti ayrılmaması səbəbindən kitabxanaçılar yalnız nazirliyin maliyyə vəsaiti ilə xarici ezamiyyələrə göndərilir.
Kitabxanaçıların əməyinin stimullaşdırılması nazirliyin diqqət mərkəzində olub. Belə ki, ötən illər ərzində bir neçə qabaqcıl kitabxanaçı əməkdar mədəniyyət işçisi fəxri adı, "Tərəqqi medalı", habelə onlarla kitabxanaçı nazirliyin fəxri fərmanları və pul mükafatları ilə təltif edilmişlər.
Bundan başqa, hər il kitabxana-informasiya sahəsində təsdiq olunmuş Dövlət Proqramının icrası məqsədilə "İlin nümunəvi mərkəzləşdirilmiş kitabxana sistemi", "İlin ən yaxşı kitabxanaçısı" respublika müsabiqəsi keçirilir, qaliblər Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı və pul mükafatı ilə təltif edilir. Respublikanın kitabxana tarixində ilk dəfə olaraq qədim, unikal və nadir nəşrlərin reyestri hazırlanıb. Dövlət reyestrinə 3483 adda müxtəlif formada olan kitab abidəsi daxil edilib. Onlardan Mədəniyyət və Turizm Nazirliyinin müəssisələrində 1320 adda, nazirliyin tabeliyində olmayan digər kitabxanalarda, arxiv və muzeylərdə 1919 adda, şəxsi kolleksiyalarda isə 244 adda kitab abidəsi qeydə alınıb. Sözügedən unikal və nadir nəşrlər haqqında məlumatların gələcək nəsillərə, habelə dünya ictimaiyyətinə çatdırılması məqsədilə "Azərbaycanın kitab abidələri" DVD-si buraxılıb. Hazırda bu iş M.F.Axundov adına Milli Kitabxana tərəfindən davam etdirilir.
Müşavirədə Azərbaycanda hazırda ən aktual problem olan ölkənin kitab sərvətinin qeydiyyatı məsələsi də müzakirə olunub. Vurğulanıb ki, sovet dövründə ölkədə çap olunan bütün nəşrlərin məcburi nüsxəsindən Azərbaycan Kitab Palatasına verilirdi. Azərbaycan Kitab Palatası isə bütün bu nəşrləri qeydiyyata alır və onlar haqqında biblioqrafik məlumat hazırlayırdı. Sonradan baş vermiş məlum dəyişikliklərdən sonra Kitab Palatası fəaliyyətini dayandırdı. Hazırda respublikada nəşr olunan bütün nəşrlərin vahid qeydiyyatını aparan mərkəzin olmaması gələcəkdə Azərbaycanın kitab sərvəti haqqında məlumatların müəyyənləşməsində problemlərin yaranmasına səbəb ola bilər. Dövlət Kitab Palatasının bərpası qarşıda duran əsas prioritetlərdən olmalıdır.
Müşavirədə vurğulanıb ki, sovet dövründə əsası qoyulmuş kitabxanaların dislokasiyası müasir dövrdə özünü doğrultmayıb. Bir kənddə 3 və ya 4 kitabxana filialı yaradılıb ki, onların bina vəziyyəti, maddi-texniki təchizatı, kompyuter və müasir avadanlıq, lazımi inventar, kitab fondlarının mühafizəsi, yeni kitablarla, qəzet və jurnallarla təmin edilməsi, habelə elektron kataloq və elektron kitabxananın yaradılması və internetlə təchizatında problemlər yaratmış olur. Qeyd edilib ki, maliyyə vəsaiti mərkəzləşdirilmiş qaydada hər bir şəhər, rayon MKS-nə ayrılır. MKS-in şəbəkəsində 80, 100, hətta 120 kitabxana filialının mövcud olması nəticəsində maliyyə vəsaiti bir neçə müəssisəyə ayrılır və bu zaman səmərəlilik azalır, kitabxanalar öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmaq imkanından məhrum olur. Şəhər və rayonlarda kitabxana şəbəkəsinin hədsiz yüklənməsi kitabxana-informasiya sahəsində yeni islahatların aparılmasına rəvac verdi. Nazirlik bu məsələni həll etmək üçün kitabxanaların struktur və ştat vahidlərinə dair normativ sənədi yenidən hazırladı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 11 oktyabr tarixli Qərarı ilə "Azərbaycan Respublikasının şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin, müstəqil kitabxanaların, şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə kütləvi, uşaq və gənclər kitabxanalarının nümunəvi strukturu və ştat vahidləri" təsdiq olundu. Qərarın icrası məqsədilə respublikanın bütün şəhər və rayon MKS-lərinin strukturunun təkmilləşdirilməsi və kitabxana filiallarının birləşdirilməsi işi həyata keçirilib. İslahatların aparılması zamanı əsas meyar bir kənddə, qəsəbədə bir neçə kitabxana filialının mövcudluğu, oxucuların sayının, kitab dövriyyəsinin, habelə kitabxana filialının fəaliyyətinin müasir tələblərə cavab verib-verməməsi əsas götürülüb. Aparılan islahatlar nəticəsində müasir normalara cavab verməyən kitabxana filialları digər aktiv kitabxana filiallarına birləşdirilir. İslahatlar aparılana qədər nazirliyin kitabxana-informasiya şəbəkəsində 4300-ə yaxın kitabxana filialı mövcud olmuşdusa, islahatlardan sonra bu göstərici 3500-ə qədər endirilib. Müşavirədə vurğulanıb ki, respublikanın bir sıra şəhər və rayonlarında bu islahatlar aparılmayıb. İndiyədək Sabirabad, Samux, Gədəbəy, Daşkəsən, Goranboy, Saatlı, Qax, Zaqatala rayonlarında və Yevlax şəhərində kitabxana filiallarının birləşdirilməsi layihəsi icra olunmayıb. Bu gün Gəncə və Sumqayıt şəhər, Ağstafa, Quba, Masallı, Astara, Ağdaş, Kürdəmir, Bərdə, Qazax, Xaçmaz, Ucar, Şamaxı, Qusar, Füzuli, Ağsu kitabxanaları öz fəaliyyət növləri və metodlarına görə fərqlənir. Buna baxmayaraq, bir sıra kitabxanaların işində problemlər mövcuddur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 11 oktyabr tarixli Qərarına əsasən, kitabxanalarda multimedia mütəxəssisi ştatı yaradılıb. Lakin buna baxmayaraq, kitabxanalar kompyuter avadanlığı ilə lazımi səviyyədə təchiz olunmayıb. Kitabxanalarda işləyən mütəxəssislərin əksəriyyəti hələ də lazımi səviyyədə kompyuter biliklərini mənimsəməyib. Bu səbəbdən kitabxanaların informasiyalaşması işi ləngiyir. Kitabxanaların fəaliyyətini yaxşılaşdırmaq üçün Beyləqan, Füzuli, Neftçala, Ucar, İsmayıllı, Quba, Xaçmaz, Salyan və b. rayonlarda 2012-ci il "Kitabxanalar ili" elan edilib, sözügedən rayon kitabxanaları kitabxana-informasiya sahəsinə dair təşəbbüslər, layihələr həyata keçirir.
Azərbaycan kitabxanaları müasir oxucunun tələbatına cavab vermək üçün öz fəaliyyətini köklü surətdə dəyişdirməli, əhalinin informasiya tələbatını tam ödəmək iqtidarında olmalı, informasiya cəmiyyətinin qurulması işində dövlətimizin ən yaxşı köməkçisinə çevrilməlidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də kitabxana sisteminin formalaşmasına, yenidən qurulmasına, yeni ədəbiyyatla təmin olunmasına, kitabxanaların maddi-texniki bazasının gücləndirilməsinə töhfələri böyükdür.
Məlum olduğu kimi, ölkə başçımızın "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə imzaladığı Sərəncam bu sahənin inkişafı istiqamətində atılan dəyərli addımdır.
Dövlət Proqramında öz əksini tapan mühüm məsələlər kitabxana sisteminin təkmilləşməsinə, yüksək səviyyədə qurulmasına xidmət edir. Bir neçə ildir ölkə başçısının imzaladığı Dövlət Proqramının icrası həyata keçirilir. Sirr deyil ki, kitabxanalarımızın həm görkəmi dəyişib, həm maddi-texniki bazası, həm də burada kitabxana işini dərindən bilən mütəxəssislər çalışır. Təqdir ediləsi hal ondan ibarətdir ki, hazırda istənilən ədəbiyyatı kitabxanalarımızdan tapmaq olur. Halbuki, illər əvvəl tələbələr dərs vəsaitləri tapmaq üçün bəzən bütün şəhərin kitabxanalarını axtarmalı olurdu. Çox nadir hallarda kitab əldə olunurdu. Onu da əsasən Milli Kitabxanadan tapmaq olurdu.
Məlumdur ki, Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra milli dəyərlərə söykənən ideologiya zəminində ölkədə bütün sahələrdə inkişaf hiss edilir, qeyd etdiyimiz kimi, bu özünü kitabxana sistemində də göstərir. İnformasiya əsri olan XXI yüzillikdə mədəniyyət ocağı, informasiya mərkəzi funksiyasını daşıyan kitabxanalar da öz yeni dövrünü yaşayır. Bu kitabxanalar arasında Mirzə Fətəli Axundov adına Milli Kitabxananı xüsusi qeyd etmək lazımdır. Milli Kitabxana müstəqillik illərində daim diqqət mərkəzində saxlanıb, dövlət qayğısı ilə əhatə olunub.
(Ardı var)
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ