Bazar ertəsi günü, 23 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Molla Cuma irsinə dövlət qayğısı, aşıq-şairin 160 illik yubileyi...
Tarix: 09.12.2015 / 01:37
Bölmə: Layihə
Dövlətçiliyimizin qorunması, ərazi bütövlüyümüzün pozulmaması, Azərbaycan Xalq Cumhuriyyətinin yaşaması naminə canını fəda edən şəxsiyyətlər, elm-ədəbiyyat xadimləri, el aşıqları az olmayıb. Tarixdə öz yurdunu qoruyan insanlarımızdan danışanda o dövrün aşıqlarını da xatırlamalıyıq. Bildiyimiz kimi, aşıq Nəcəf, Molla Cuma kimi aşıqlarımız erməni terrorunun qurbanı olub.
Aşıq Nəcəfin belinə qaynar samovar bağlayanların törəmələri, davamçıları 1920-ci ildə Molla Cumanı qətlə yetirib, şəhid edib. Tariximizdə bu cür bənzər hadisələr çoxdur.
Molla Cuma (Cümə) Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri kimi yaddaşlarda qalıb və onun böyük irsi qiymətli xəzinədir.
Molla Cuma aşıq ədəbiyyatının inkişafında, yeni şeir nümunələrinin yaranmasında müstəsna rol oynayıb.
Məlum olduğu kimi, keçən həftə Azərbaycan aşıq sənətinin tanınmış nümayəndəsi Molla Cumanın anadan olmasının 160 illiyi münasibətilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında yubiley gecəsi keçirildi. Dövlət səviyyəsində qeyd edilən yubiley mərasimində görkəmli aşıq-şairin xatirəsi anıldı. Onu da qeyd edək ki, tarixdə ilk dəfə Molla Cumaya dövlət səviyyəsində yubiley keçirilib. Çünki indiyə qədər görkəmli ustadın dövlət səviyyəsində yubileyi qeyd edilməyib.
Qeyd edək ki, Molla Cuma 1854-cü ildə Şəki rayonunun Layiski kəndində anadan olub, uşaqlıqdan saza-sözə xüsusi maraq göstərib, erkən yaşlarından saz ifa etməyə başlayıb, Şəki-Zaqatala-Balakən və Dərbənd bölgəsində el-oba məclislərində iştirak edib, dövrünün məşhur aşığı olaraq ad-san qazanıb. Onu da vurğulayaq ki, bu Azərbaycan ellərində XIX yüzilliyin sonları və XX yüzilliyin birinci yarısında aşıq sənətinin vüsət tapması Molla Cumanın yaradıcılığı ilə bağlı olub desək yanılmarıq. Bu bölgələrin aşıqlarının repertuarında böyük sənətkarın irsi mühüm yer tutur. Ümumiyyətlə, Molla Cumanın yaradıcılığı, yaratdığı dastan və şeir növləri, janrları çağdaş aşıqların, eləcə də bəstəkarların yaradıcılığında xüsusi yer tutur. Onun şeirlərinə çoxlu mahnılar bəstələnib. O da vurğulanmalıdır ki, Molla Cuma Azərbaycan aşıq ədəbiyyatı tarixinə yenilikçi aşıq-şair kimi daxil olub. Onun aşıq şeiri formaları üzərində apardığı təkmilləşdirmələr saz-söz ustadları tərəfindən rəğbətlə qarşılanıb.
Onu da bildirək ki, Azərbaycan Milli Elmlər Akademiyasının N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının sözlərinə görə, tədbirin keçirilməsi 2009-cu ildə UNESCO-nun "Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısı"na daxil edilmiş Azərbaycan xalqının qeyri-maddi mədəni irsinin ayrılmaz hissəsi olan aşıq sənətinin qorunub saxlanması, milli mədəniyyətimizin inkişafında rolunun artırılması və təbliğ edilməsi, habelə ustad aşıqların zəngin irsinin öyrənilməsi, gənc nəslin aşıq sənətinə marağının artırılması məqsədi daşıyır.
Molla Cumanın 160 illiyinə həsr edilən yubiley gecəsinin ssenari müəllifi və aparıcısı professor Məhərrəm Qasımlı vurğuladı ki, Molla Cumanın yaradıcılığı çox unikaldır. O həm aşıq şeiri yaradıcılığına sahibdir, həm də əruz vəznində, klassik üslubda bənzərsiz nümunələr yaradıb: "Molla Cuma olduqca unikal bir aşıq-şairdir. Molla Cumanın yaradıcılığını, irsini başqa görkəmli aşıq-şairlərdən fərqləndirən cəhətlərdən biri budur ki, onun bütün külliyyatı öz dəst-xətti ilə yazılıb, ayrı-ayrı dəftərlərdə qorunub saxlanıb. Onun əlyazmaları Əlyazmalar Fondunda qorunur. O, 40-a qədər şeir şəklində yazıb, dastanlar yaradıb. Onun qədər müxtəlif janrlarda yazan ikinci bir şair-aşığımız yoxdur. O olduqca mükəmməl təhsil alıb, ərəbi, farsı bilib. Molla Cuma haqqında danışanda ilk yadımıza "İsmi Pünhan" gəlir. Molla Cuma tarixi şəxsiyyətdir, özü də yaxın tarixdə yaşayıb, yaradıb. İsmi Pünhan kim olub? Onu bilmirik, heç özü də bunu açıqlamayıb.
Əgər İsmi Pünhanın kimliyi açıqlansaydı, maraqlı olmazdı. Molla Cuma çoxlu döşəmə, əvvəl-axır, cığalar, təsniflər, dodaqdəyməzlər, dildönməzlər yaradıb. O həm də yeganə aşıqdır ki, öz könlü ilə deyişib, hətta dastan da yaradıb bu mövzuda. "Könüllə Molla Cuma" dastanından söhbət gedəndə könülün şəxs, qadın olmadığını bilmək gərəkdir, bu, aşığın öz könlüdür. Bilirik ki, Molla Cuma sıradan bir şəxsiyyət deyildi, o, müstəqillik ideyasına bağlı olan, ideoloji işə könül verən aşıq-şair idi. Onu da vurğulayım ki, o, 1920-ci ildə erməni-bolşevik terrorunun qurbanı olub. O, istiqlaliyyətimiz uğrunda şəhid olub, daşnak-rus birləşmələrinin gülləsinə tuş gəlib".
Millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov da qeyd etdi ki, Molla Cumanın dövlətçilik tariximizdə rolu böyükdür. Onun sözlərinə görə, Şəkidə Molla Cumanın qətlə yetirildiyi yer də durur. Arzu edildi ki, daşnak-bolşevik birləşmələrinin qurbanı olan Molla Cumanın Şəkidə ev muzeyi yaradılsın, onun heykəli qoyulsun, bütün külliyyatı çap olunsun.
Onu da vurğulayaq ki, Molla Cumanın 160 illik yubileyində aşıq Qələndər Zeynalov, aşıq Altay Məmmədli, "Çeşmə" folklor qrupu, aşıq Ağamurad Şirvanlı, xanəndə Ayşən Mehdiyeva, aşıq Əhliman Şirvanlı, aşıq Samirə Əliyeva, aşıq Mehdi, aşıq Familə, "Misri" folklor qrupu, aşıq Kəmalə Qubadlı, aşıq İlham Aslanbəyli, aşıq Şaiq İncəli, aşıq Nazim Quliyev, aşıq Nəbi Əziz, aşıq Şəhriyar Qaraxanlı və aşıq Elməddin Məmmədli çıxış edərək Molla Cumanın unikal şeirlərini sazda ifa etdilər.
Əlbəttə, inanırıq ki, Azərbaycan dövləti xalq uğrunda şəhid olan Molla Cumanın xatirəsini həmişəki kimi əziz tutub ictimaiyyətin arzusunu reallaşdıracaq. Qədirbilən dövlətimiz özünün böyük oğlunun irsinə biganə deyil.
Qeyd etdiyimiz kimi, Molla Cuma 1854-cü ildə anadan olub. Təxəllüsü "Molla" olsa da, heç vaxt mollalıq etməyib. Bu təxəllüs ona savadlı olduğu üçün verilib. Molla Cumanın dəqiq elmi tərcümeyi-halı heç bir mənbədə yoxdur. Onun həyatı haqqında ən səhih mənbə şeir və dastanlarıdır. Molla Cumanın anadanolma tarixi indiyə qədər təxmini qeyd edilib. XX əsrin əvvəllərində aşıq əldə olan bütün şeirlərini bir yerə yığıb səliqə ilə köçürüb və oğlu Həsənə verib. Şeirlərindən aydın olur ki, Molla Cuma hicri tarixilə 1332-ci ildə, miladi tarixilə 1914-cü ildə 60 yaşına çatıb. Bunu nəzərə alaraq onun 1854-cü ildə doğulduğu ehtimal olunur. Onun digər bir şeirindən Şəki rayonunun Layisqi kəndində anadan olduğu və ömrünün sonuna qədər burada yaşadığı aydınlaşır. O əsasən qoşma, gəraylı və müxəmməslər yazıb. Aşığın şeirlərinin mövzusu bəşəri, saf, təmiz, ülvi məhəbbət, yaşadığı dövrdə qarşılaşdığı ziddiyyətlər, ictimai bərabərsizliklər, islam dəyərləri və s. ibarət olub.
Molla Cuma gəncliyindən başlayaraq ustad sənətkarların ədəbi irsini dərindən öyrəndiyi üçün onun yaradıcılığı getdikcə zənginləşmiş və orijinallıq kəsb edib. Belə ki, o, özündən əvvəlki poeziyanın bəzi xüsusiyyətləri ilə səsləşən əsərlər yaratmış və onlara oxşamalar yazıb. Ən başlıcası isə, o özünə qədər deyilməyən fikirləri böyük ustalıqla müxtəlif şəkildə təcəssüm etdirib.
Molla Cumanın ədəbi irsi içərisində qədim Şərq, Azərbaycan əfsanə və əsatirləri, xüsusilə islam dünyası ilə əlaqədar çoxlu şeirlər var. Bu məzmunlu şeirlər vaxtilə əlyazmasına yazıldığı üçün gəlib bizə çatıb. Həm də aşığın belə şeirlərinin hamısı əlyazmalarına köçürülüb və onların bir qismi bizə məlumdur. Aşığın bu mövzuda olan şeirlərini oxuduqda onun Qurani-Kərimə, yer üzünə gəlmiş məşhur peyğəmbərlərin, islam dünyasının şöhrətli şəxslərinin həyatına, fəaliyyətinə yaxından bələd olduğu aydınlaşır. O heç bir şeirində islamı təbliğ etmir, insanları dinə çağırmır. Ancaq islamın böyüklüyünü, müqəddəsliyini və toxunulmazlığını ürəkdən gələn sözlərlə bədii şəkildə ifadə edir. Molla Cuma bəzi din kahinləri kimi insanları bu dünyadan, həyatdən, zövq-səfadan əl çəkməyə səsləmir. Aşığa görə, islama hörmət və məhəbbət bu dünyadan əl çəkmək demək deyil. "Mədəd", "Bax", "Dünya", "Qalacaqmı" və başqa şeirlər islam dünyasına dərindən bələd olduğunu nümayiş etdirməkdədir.
Aşığın yaradıcılığında tarixi, əfsanəvi, dini şəxslərin adları sadəcə çəkilmir. Məlum olur ki, onlar haqqında olan əfsanə və xatirələrin hamısı aşığa bəlli olub: Habil, Qabil, Mənsur, Davud, Süleyman, İsa, Musa, İbrahim Xəlil, Əyyub, Yunis, Adəm, Nuh, Yəqub, Şəddad, Firon, İsgəndər, Nuşirəvan Keykavus, Xosrov Pərviz, Namrud və b. Bəzən bir-iki misra ilə böyük bir hekayətə, yaxud dini-fəlsəfi adlara işarə olunur. Molla Cuma bunların hamısını məktəbsiz, institutsuz, akademiyasız təkbaşına öyrənib.
Tədqiqatçılar yazır ki, bununla belə, Molla Cuma hər şeydən əvvəl məhəbbət aşığıdır. O özünü ən məşhur, cəfakeş, əzabkeş aşiqlərin cərgəsində sayır. Qeys, Fərhad, Yusif, Tahir, Kərəm, Qərib, Vərğa, Qənbər, Şeyx Sənan kimi aşiqlərlə özünü müqayisə edir.
Filologiya üzrə fəlsəfə doktoru Göyərçin Mustafayeva yazır ki, Azərbaycan ədəbiyyatının mühüm sahəsini folklor, xalq yaradıcılığı təşkil edir. Qədim dövrlərdən başlayaraq inkişaf edən bu zəngin yaradıcılıq ənənəsi əsrlər boyu davam etdiyi kimi, hazırda da öz yolu ilə getməkdə, yaşamaqda, davam etməkdədir: "Klassik Azərbaycan şeiri və aşıq poeziyasının görkəmli nümayəndələrindən biri də Molla Cumadır. Molla Cuma həyatı, yaradıcılığı, poetik aləmi etibarilə olduqca maraqlı, ədəbiyyatımızda hələ də sirri açılmamış qalan "İsmi Pünhan"a həsr edilmiş bir-birindən gözəl şeirlər qoyub gedən bir şəxsiyyət olub. Şair zəngin ədəbi irs qoyub gedib. Onun irsinin öyrənilməsinə gec başlanmış, xalq yaddaşında yaşayan yüzlərlə şeiri itib-batıb. Molla Cuma irsini filologiya elmləri doktoru, professor Paşa Əfəndiyev araşdırıb. Professor altmışıncı illərdə bir neçə dəfə Şəki, Qax, Zaqatala, Balakən rayonlarının kəndlərinə getmiş, ayrı-ayrı şəxslərdən aşığın şeirlərindən ibarət əlyazmalar əldə edib. O, qocalarla, aşıq sənətini sevən insanlarla görüşmüş, söhbət aparmış, onların dilindən çoxlu şeirlər, xatirələr yazıb. Bu axtarışlardan sonra, 1966-cı ildə Paşa Əfəndiyevin toplayıb-tərtib etdiyi birinci "Molla Cuma" şeirlər kitabı işıq üzü görmüş, 1983-cü ildə ikinci "Molla Cuma" - "Seçilmiş əsərlər" kitabı nəşr olunub. Bu, professorun Molla Cuma irsinə verdiyi yüksək qiymətin bəhrəsi, folklor araşdırıcısı alimin şairin yaradıcılığına xüsusi diqqəti idi desək, yəqin ki, səhv etmərik".
Fələk məni döndəribdi Məcnuna,
İnsan salmaz insanı bu zülüma.
Göynüyün ətrafın bu Molla Cuma
Hər günə dörd yolla ziyarət eylər.
Tədqiqatçı yazır ki, Molla Cuma incə zövqə malik, insanın daxili aləmini, ruhu hisslərini gözəl, təsirli ifadələrlə əks etdirməyə bacaran lirik bir şair olub: "Molla Cuma irsi öyrənilməli və qorunub saxlanmalıdır. Şairin ədəbi irsində hələ də öyrənilməli, araşdırılmalı məqamlar çoxdur və öz tədqiqatçısını gözləməkdədir".
Bəli, tədqiqatçı doğru qeyd edir. Molla Cuma irsinin yenidən tədqiqata cəlb edilməsi vacib bir məsələ kimi aşıqşünasların qarşısında durur. Çox ümid edirik ki, Molla Cuma irsinə aşıqşünaslıqda, ədəbiyyatşünaslıqda yenidən qayıdılacaq.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi
- hücumları bərpa edəcəyik...
22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil...
İranda qışda elektrik böhranı yaşana bilər...
22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu
– hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...
22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi
- Yekun sənəd imzalanmadı...
22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb
22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
- FOTO
22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb
22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək
22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi
22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”
22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”
22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"
22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi
22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib
22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir -
“Üçüncü eşelon” kim(lər)dir?
22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları
21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı
– NATO hərəkətə keçəcəyini açıqladı...
21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN
– gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...
21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı...
Finlandiya prezidentindən sensasion iddia...
21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi
– “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”
21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir
– Pentaqondan açıqlama gəldi...
21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə
RƏSMİ REAKSİYA...
21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib
- FOTO
21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...
21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır
– dekabrın 1-dən hər addımları izlənəcək...
21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi
– Londondan gözlənilməz açıqlama...
21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi
- Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...
21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar
- FOTO
21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"
21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
- Prezident İlham Əliyev
21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq"
- Vyetnam Prezidenti
21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur"
- To Lam
21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
- FOTO
21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj
- sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir
21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli
– Demokratlar Konqresə ultimatum verdi...
21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı
21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi
– Bessentdən Tehrana sərt mesaj...
21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı
- VİDEO
21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub
21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....
21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik"
- Vyetnam Prezidenti
21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
- FOTO
21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub
21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...
21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
- FOTO
21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ