Bazar ertəsi günü, 23 noyabr 2026
     

Orta əsrlərdə Azərbaycanda miniatür sənətinin, ədəbiyyat və mədəniyyətin inkişafı...

Image


(Əvvəli ötən sayımızda)
Azərbaycan mədəniyyətinin, dekorativ incəsənətinin xüsusi bir növü var ki, onun barəsində əsrlərdir heyranlıqla söhbət açılır. Bu nümunələr bütün dünyanı dolaşır və Azərbaycan rəsm ustalarının yaratdığı əsərləri daha da populyar edir.
Barəsində danışdığımız miniatür sənətidir. Məlum olduğu kimi, miniatür sənəti Şərq xalqlarının çoxəsrlik incəsənət tarixinin ən maraqlı səhifələrindən biridir.
Onu da vurğulayaq ki, orta əsrlər Azərbaycanında ədəbiyyatın inkişafı da xüsusi əhəmiyyət kəsb edir. Bu dövrdə elm, ədəbiyyat yüksək səviyyədə inkişaf edirdi.
Sənətşünasların qeyd etdiyinə görə, yaranan ictimai-iqtisadi və siyasi şəraitlə əlaqədar olaraq XV əsrdə Təbrizin öz qabaqcıl rolunu bir qədər itirməsinə baxmayaraq, o yenə də iri mədəni mərkəz və mühüm miniatür məktəbi kimi əhəmiyyətini saxlayırdı. XV əsrdə Azərbaycanın bir çox görkəmli kitab rəssamları və sənətkarları Teymurilərin hakimiyyətdə olduğu Herata cəlb edilir, orada rəhbər vəzifələr tutur və şahın xüsusi sifarişlərini yerinə yetirirdilər. Məşhur xəttat, alim, şair Cəfər Təbrizi uzun illər boyu Bəy Süngürün saray kitabxanasına başçılıq etmiş, Pir Seyid Əhməd Şərqin böyük rəssamı Kəmaləddin Behzadın müəllimi olub. Bütün bu faktlar bir daha sübut edir ki, Təbriz bu dövrdə də güclü mədəni mərkəz olub. Teymurun dövründə Səmərqəndi, Bəy Süngür və Şahruxun vaxtında Heratı bacarıqlı ustalarla təmin edib.
XV əsrdə Təbriz məktəbinin təsiri altında miniatür məktəbi Azərbaycanın digər şəhərlərində də inkişaf edirdi. Təbriz məktəbinin üslub xasiyyətləri "Mehr və Müştəri"nin 1456-cı il Şamaxı əlyazmasının Şirvanşahların paytaxtı Şamaxıda, 1468-ci ildə Şərəfəddin Hüseyn Sultani tərəfindən işlənmiş Şərq işləri antologiyasının və Sədi "Bustan"ının Əbdül Lətif Şirvani tərəfindən üzü köçürülmüş əlyazmasının miniatürlərində müşahidə edilir. XV əsr Bakı rəssamı Abdulbağı Bakuvinin ayrı-ayrı vərəqlərdəki dəzgah miniatürləri böyük maraq doğurur. XV əsrin əvvəli Təbriz miniatürü üslubunun səciyyəvi cəhətləri Nizami Gəncəvinin 1410-1420-ci illərdə Təbrizdə məşhur xəttat Əli Həsən Soltani tərəfindən köçürülmüş "Xosrov və Şirin" poemasının əlyazmasına çəkilmiş illüstrasiyalarda daha aydın ifadə olunub. Bu əlyazmanın beş miniatürü ustad Cüneyd Nəqqaşın üslubunu xatırladan əsaslı sürətdə işlənmiş kompozisiyalarla fərqlənir."Fərhad Şirinin qəsrində" və "Şirinin Bisütün dağında Fərhada baş çəkməsi" miniatürləri parlaq rəngarəng ləkələrin ritmik təkrarı və növbələnməsindən doğan dekorativ ahəngi ilə seçilir.
XV əsrin sonuna aid miniatürlər arasında Nizaminin 1482-ci il tarixli "Xəmsə" əlyazmasının illüstrasiyaları xüsusilə maraq doğurur. Sənətşünaslar bildirir ki, bu zərif nüsxə Təbrizdə Soltan Yaqub Ağqoyunlu dövrünün görkəmli xəttatı Abdul Rəhim tərəfindən köçürülüb. Bu qiymətli əlyazmanın miniatürləri XV əsrin əvvəllərinə aid olan əsərlərdən xeyli fərqlənir. Onlar kompozisiyalarına görə mürəkkəb və müxtəlif olub, zəngin koloritə malikdir. Rəssamların təbiətə marağını xeyli artırıb. Mənzərə kompozisiyanın ayrılmaz tərkib hissəsinə çevrilmişdi, miniatürün məzmununun yazılmasında müəyyən rol oynayırdı.
XV əsr miniatürləri bütövlükdə XIV əsr əsərlərindən həm texniki həlli, həm də ifa tərzinə görə fərqlənir. Qrafik üsul boyakarlıq üsulunu əvəz edir. Kəskin cızılmış kontur xətləri, incə və ifadəli rəsm rəssamın təsvir dilinin əsasını təşkil edir. Rəng daha çox dekorativ səciyyə daşıyır. Parlaq, təmiz rənglərin bir-birini əvəz etməsi onların təzadlı, düzgün və ritmik təkrarlanması koloriti daha da zənginləşdirir, miniatürün emosional təsir gücünü artırır. Üslubun bu cəhətləri XV əsrin sonuna aid miniatürləri XVI əsr Təbriz məktəbinin əsərlərini yaxınlaşdırır. Feodal münaqişələrinə son qoyulması, Azərbaycanın XVI əsrin əvvəlində şimal və cənub vilayətlərinin mərkəzləşmiş güclü Səfəvilər dövlətinin tərkibində birləşməsi məhsuldar qüvvələrin, şəhərlərin, şəhər mədəniyyətinin, ticarət və sənətkarlığın inkişafına şərait yaratdı.
Sənətşünaslar qeyd edir ki, Azərbaycan şəhərləri Təbriz, Bakı, Şamaxı və Ərdəbil ölkənin iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayırdı. Əgər Teymur dövründə işğal olunan ölkələrin ən yaxşı yaradıcı qüvvələrinin zorla cəmləşdirildiyi Səmərqənd "Yer kürəsinin fərəhnak mərkəzi" hesab olunursa, XV əsrdə görkəmli şair və dövlət xadimi Əlişir Nəvainin himayəsi məşhur rəssam Kəmaləddin Behzadın rəhbərliyi altında ədəbiyyat və incəsənət sürətlə inkişaf etdiyi dövrdə Teymurilər Heratı bütün Orta Şərqdə bədii mərkəzə çevrilmişdisə, XVI əsrin əvvəllərindən etibarən Səfəvilər dövlətinin paytaxtı Təbriz yenidən Orta Şərq xalqlarının bədii mədəniyyətinin əsas mərkəzi olur.
XVI əsrdə Təbriz karvan yollarının ən mühüm nöqtəsi, Avropa-Asiya ticarətinin əsas birjası rolunu oynayırdı. Səfirliyin Səfəvi dövləti hakimləri tərəfindən Qərbi Avropaya sürgün edilən üzvlərindən biri Oruc bəy Bayat, Don Juan Persidski Təbrizi "Şərqin paytaxtı", tarixçi Xandəmir isə onu "dünyanın ən abad şəhəri" adlandırırdı.
Bu dövrdə Səfəvilər dövlətinə Şah İsmayıl və onun oğlu Təhmasib kimi savadlı bir sənətsevər hökmdarların başçılıq etməsi mədəniyyət və incəsənətin inkişafı üçün lazımi imkan və şərait yaradırdı. Onlar elm və incəsənət xadimlərinə himayədarlıq edir, xalq sənətkarlarını mükafatlandırırdılar. Məlumdur ki, Şah İsmayıl yalnız Xətai təxəllüsü ilə gözəl, lirik şeirlər, "Dəhnamə" poemasını Azərbaycan dilində yazan istedadlı şair olması ilə yanaşı, xəttatlıq sənətini də dərindən öyrənmişdi.
Şah İsmayıl sarayı bir çox cəhətdən şair və mesenat, sənətsevər Lorentso Mediçinin Florensiya sarayını xatırladırdı. Şah İsmayılın sarayında görkəmli Azərbaycan şairi Həbibinin başçılıq etdiyi ədəbi məclis fəaliyyət göstərirdi. Sarayda tez-tez musiqili və dəbli axşamlar, alimlərin disputları, şairlərin görüşləri və idman yarışları təşkil olunurdu.
Şah İsmayılın oğlu Təhmasib şah da sənətin qədir-qiymətini bilən idi. Hələ uşaqlıqda o, rəssamlıqla məşğul olurdu. Sənətşünaslar yazır ki, Qazı Əhmədin dediyinə görə, Təhmasib bir çox əsərlər, o cümlədən Qəzvində "çıxıl sütun" eyvanında məişət səhnələrini təsvir edən şəkillər çəkib. Təhmasib həmçinin xəttatlıqla da məşğul olurdu. On yaşlı Təhmasibin 1524-1525-ci illərdə üzünü köçürdüyü şair Arifinin "Quy və Çovqan" əlyazması hazırda Sankt-Peterburqda Saltıkov-Şedrin adına kitabxanada saxlanır. Sənətşünaslar o dövrün tarixçi alimi İsgəndər Münşinin yazdığına istinad edərək bildirir ki, şah Təhmasib sənəti çox sevirdi. Böyük bir ölkənin hakimi olan şah daim dövlət işləri ilə məşğul olsa da, rəssamlığı unutmurdu və asudə vaxtını ona sərf edirdi. O yalnız hakimiyyətinin son illərində bütünlüklə dövlət işləri ilə məşğul olurdu və incəsənətə diqqət yetirməyə də vaxt tapırdı.
XVI əsr tarixçisi Şərəf xan Bidlisi xəbər verir ki, şah Təhmasib öz oğlanlarını tərbiyə edərkən "Onlara hərb elmini tədris edir, kamandan ox atmağı, zovqan oynatmağı öyrədirdi və deyirdi: vaxt gələr, rəssamlıqla da məşğul olarsınız, çünki o zövq tərbiyə edir".
Tədqiqatçılar yazır ki, Birinci Səfəvilər - Şah İsmayıl və Təhmasibin dövründə Təbrizdə və Azərbaycanın digər şəhərlərində elm, o cümlədən, astronomiya, tarixşünaslıq, fəlsəfə inkişaf edirdi. Əsrin əvvələrində Şah İsmayılın təşəbbüsü ilə Marağa rəsədxanası bərpa edildi.
XVI əsrdə Azərbaycan poeziyası sürətlə inkişaf etdi. Onun zirvəsini böyük mütəfəkkir şair Füzulinin yaradıcılığı təşkil edirdi. Xalq aşıq poeziyası da inkişafda idi. Onun ən görkəmli nümayəndəsi aşıq Qurbani idi. Klassik və folklor musiqisi, teatr tamaşaları öz inkişafını davam etdirirdi.
Xalça sənətinin "Şeyx Səfi" kimi şah əsərləri, dünyanın ən iri muzeylərini bəzəyən süjetli xalça və parçalar, keramika bədii metal nümunələri dekorativ-tətbiqi sənətlərin yüksək inkişafını göstərir.
XVI əsrdə kitab öz inkişafının zirvəsinə çatdı. Səfəvilər sarayı zəngin kitabxanası, şəkilli əlyazmaları yaratmaq üzrə bədii emalatxanaları ilə görkəmli xəttatların, nəqqaşların, miniatürçü rəssamların, tərtibatçıların, cildçilərin və digər kitab sənəti ustalarının əsas fəaliyyət mərkəzinə çevrildi. Qeyd etməliyik ki, kitab Şərqdə həmişə yüksək ictimai marağın artması ilə əlaqədar olaraq xüsusi əhəmiyyət kəsb edib. Şah İsmayılın, sonralar isə Təhmasibin hakimiyyəti dövründə şah kitabxanasında misilsiz fırça ustası Sultan Məhəmmədin ümumi rəhbərliyi altında Ağa Mirək İsfahani, Mir Müsəvir, onun oğu Mir Seyid Əli, Soltan Məhəmmədin oğlu Mirzə Əli, Dost Məhəmməd, Müzəffər əli və başqalarından ibarət bir dəstə istedadlı rəssam - Şah Mahmud Nişapuri, Şeyx Məhəmməd və başqa xəttatlar - məşhur Behzad, Qasım Əli, Şeyxzadə və başqa Herat rəssamları, dövrün tanınmış kitab ustaları fəaliyyət göstərirdilər.
Onların çoxu savadlı, hərtərəfli inkişaf etmiş şəxsiyyətlər idi və bədii fəaliyyətləri incəsənətin yalnız bir sahəsi ilə məhdudlaşmırdı. Bu sənətkarlar tarix və ədəbiyyata gözəl bələd idilər. Bəzi məşhur miniatürçü rəssamlar gözəl şair Mirzə Seyid Əli, Şahqulu Sadiq bəy Əfşar, xəttat dekorativ sənət ustaları olmuşlar. Bu fırça ustaları həm XVI əsr Təbriz məktəbinin inkişafında, həm də bütövlükdə Şərq rəssamlığı tarixində böyük rol oynayıb. Bu istedadlar kəhkəşanına isə ustad Nizaməddin Sultan Məhəmməd rəhbərlik edirdi.
Ümumiyyətlə, orta əsrlərdə mədəniyyətimiz, ədəbiyyatımız, təsviri sənətimiz olduqca yüksək səviyyəyə çatıb və inkişaf edib. O dövrdən miras qalan nümunələr bugünkü nəslin qürur yeri, dövlətin təbliğ etdiyi və qayğı göstərdiyi sərvətdir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.







VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ