Bazar ertəsi günü, 23 noyabr 2026
     

Danışan rəsmlər - milli miniatür sənətimiz...

Image


Azərbaycan mədəniyyətinin, dekorativ incəsənətinin xüsusi bir növü var ki, onun barəsində əsrlərdir heyranlıqla söhbət açılır. Bu nümunələr bütün dünyanı dolaşır və Azərbaycan rəsm ustalarının yaratdığı əsərləri daha da populyar edir. Barəsində danışdığımız miniatür sənətidir. Məlum olduğu kimi, miniatür sənəti Şərq xalqlarının çoxəsrlik incəsənət tarixinin ən maraqlı səhifələrindən biridir.
Tədqiqatçılar qeyd edir ki, doğrudur, orta əsrlərdə Azərbaycan rəssamları və xalq sənətkarları yaradıcılıq fantaziyasının zənginliyi ilə indi də bizi heyran edən və onu yaradan xalqın bədii mədəniyyətinin qədimliyini, çoxcəhətliyini, özünəməxsusluğunu sübut edən çoxsaylı memarlıq, təsviri və dekorativ sənət əsərləri yaratmışlar və onların çoxu dünya incəsənətinin qızıl fonduna daxil olub. Buna baxmayaraq, Azərbaycan xalqının dünya bədii mədəniyyəti xəzinəsinə bəxş etdiyi ən sanballı və mühüm sənət inciləri onun sənətkarlarının miniatür rəssamlığı sahəsində yaratdığı əsərlərdir. Tədqiqatçılar yazır ki, təsviri sənətin xüsusi bir növü olan miniatür öz təbiəti etibarilə kitab illüstrasiyası olaraq klassik Şərq poeziyasının (şeir) bilavasitə təsiri altında inkişaf edib.
Tədqiqatçılar qeyd edir ki, Şərq poeziyası klassiklərinin, xüsusilə onun Firdovsi və Nizami Gəncəvi kimi korifeylərinin ölməz əsərləri rəssamlar üçün tükənməz ilham qaynağı olub və onların yaradıcılığını yüksək humanist ideyalarla zənginləşdirib. Firdovsinin "Şahnamə" epopeyası, Nizaminin fəlsəfi-didaktik, romantik-məhəbbət və tarixi-qəhrəmanlıq poemaları rəssamların yaradıcılığına güclü təsir göstərmiş, ideya-estetik baxımından təkrarolunmaz, dünyəvi məzmunu ilə fərqlənən, dini mücərrədlikdən uzaq əsərlərin yaradılması üçün güclü stimul olub. Şərq poeziyası miniatür rəssamlığın humanist məzmunu və ideya istiqamətini müəyyənləşdirməklə yanaşı, həm də onun bədii formasının inkişafında müəyyən iz buraxıb. Bədii obrazlar aləmi, Şərq poeziyasının incə, əlvan bədii dili, ahəngdarlığı və musiqiliyi rəssamlara poeziya ilə dərindən həmahəng olan şərti dekorativ üslub, yüksək romantik və poetikləşdirilmiş obrazlı ifadə vasitələri, şairanə bədii quruluş yaratmağa kömək etdi. Buna görədir ki, Yaxın və Orta Şərq xalqlarının miniatür rəssamlığı həm mövzu ümumiliyi, həm də bu sənət növünün özünə xas xüsusiyyətləri ilə şərtlənən bəzi ümumi yönlərə malikdir. Ancaq ictimai həyatın inkişaf xüsusiyyətləri və hər bir xalqın estetik baxışları onun incəsənətinin xarakterində də iz buraxıb. Ona görə də ərəb Şərqinin, Türkiyə və İran, Azərbaycan, Orta Asiya və Moğol Hindistanının miniatürləri təkrarolunmaz xüsusiyyətlərlə fərqlənir.
Onu da vurğulayaq ki, bir neçə əsrdir Şərq miniatürünün şah əsərləri nəinki alim və rəssamların, eləcə də çoxlu sənətsevərin diqqətini cəlb edir. Tədqiqatçılar yazır ki, Şərq miniatürünün tədqiqinə, nisbətən yaxın zamanlarda, əsrimizin əvvəlindən başlanmasına baxmayaraq, hazırda dünya sənətşünaslığı elmində çox böyük material toplanıb. Həm materialın genişliyi, həm də anlam və elmi dərinliyi etibarilə müxtəlif səciyyəli məqalələr, elmi-kütləvi kitab və kitabçalar, əsaslı tədqiqat əsərləri meydana gəlib.
Tədqiqatçılar yazır ki, Təbriz məktəbi, onun görkəmli sənətkarlarının, birinci növbədə, Sultan Məhəmmədin yaradıcılığı F.Marrin, F.Şults, E.Bloşe, Q.Arnold, B.P.Denike və başqalarının ilk əsərlərindən başlayaraq, 1950-80-ci illərdə İ.Şuxin, B.Qrey, B.Robinson, K.S.Velç, B.V.Veymarn, A.Q.Qazıyev, Q.A.Puqaçenkova, A.İvanov və başqa bu kimi görkəmli alimlərin daha dərin tədqiqatlarına qədər bütün ümumiləşdirici əsərlərdə öz əksini tapıb. Lakin geniş elmi materialın toplanmasına baxmayaraq, sənətşünaslıqda Azərbaycan miniatürünün inkişaf tarixi sahəsində xüsusi ümumiləşdirici əsərlər, eləcə də bu məktəbin görkəmli ustalarının yaradıcılıq tərcümeyi-halı barədə monoqrafiyalar az yazılıb.
Tədqiqatçılar qeyd edir ki, əldə edə bildikləri materialların məcmusu, ilk növbədə, rəssamın əsərlərinin onun haqqında mövcud olan pərakəndə, bəzən dolaşıq və ziddiyyətli, bəzən də səhv, ancaq bütövlükdə çox qiymətli və xeyirli ədəbi məlumatların tədqiqi görkəmli sənətkar Sultan Məhəmmədin yaradıcılığı barədə yenidən işlənmiş və təkmilləşdirilmiş monoqrafiyanı yaratmağa imkan verdi.
Müasir elmi məlumatlar baxımından Azərbaycan miniatürünün müstəqilliyi və özünəməxsusluğu, onun Yaxın və Orta Şərq xalqlarının miniatür rəssamlığı inkişafının ümumi prosesində qabaqcıl rolu və əhəmiyyəti get-gedə daha da aydınlaşır.
Hazırda dünyanın ən böyük muzey və kitabxanalarında ən dəyərli sənət inciləri kimi saxlanan Firdovsinin "Şahnamə"si və Nizaminin "Xəmsə"si, Sədi və Hafizin, Cami və Nəvainin, Xosrov Dəhləvi və Şərq poeziyasının başqa klassiklərinin Azərbaycan rəssamları tərəfindən zəngin illüstrasiyalarla bəzədilmiş təmtəraqlı əlyazmaları həmçinin xüsusi albomlarda-"Mürəkkə"lərdə toplanmış müstəqil miniatürlər sübut edir ki, Azərbaycan miniatür sənəti XVI əsrin 30-40-cı illərində özünün yüksəliş zirvəsinə çatana qədər uzun və mürəkkəb inkişaf yolu keçib.
Azərbaycan miniatürünün nə vaxt meydana gəldiyi, ilk illüstrasiyalı əlyazmaların nə vaxt yarandığı məlum deyil. Ancaq inanmaq olmur ki, Nizami Gəncəvi və Xəqani Şirvani kimi dahi şairlər, misilsiz memar Əcəmi Naxçıvani öz şah əsərini yaratdığı mədəni yüksəliş dövründə miniatür rəssamlığı olmayıb. Məlumdur ki, ilk kitab miniatürü nümunələri Azərbaycan şəhərləri Marağa və Təbrizdə yaradılıb. Bu da təsadüfi deyil, belə ki, XIII əsrin sonu XIV əsrin əvvəllərində Elxanilərin ilk iqamətgahı olan Marağa və Təbriz şəhərləri müsəlman Şərqinin ən inkişaf etmiş mədəniyyət mərkəzləri idi.
Hələ XIV əsrin əvvəlində Təbrizdə əlyazma kitablar hazırlayan bədii emalatxanaları olan şah kitabxanası fəaliyyət göstərirdi.
Tədqiqatçılar yazır ki, həddən artıq baha və əzablı zəhmət nəticəsində başa gələn əlyazma kitabları Şərqdə yüksək qiymətləndirilib. Yalnız taxt-tac sahibləri kitabxana saxlamağa qadir idi. Bir illüstrasiyalı əlyazmanın hazırlanmasına uzun illər sərf olunurdu. Kitabxanada birinci dərəcəli xəttatlardan, miniatür rəssam-müssəvilərdən, ornamentalist müzəhhiblərdən və kitab sənətinin digər ustalarından ibarət bir ştat saxlamaq lazım olurdu. Onlar bahalı materiallar-cürbəcür rənglər, dəri, duru və təbəqə qızıl və gümüş və s. ilə təmin edilməli idi. Bu sənətkarlar dini məzmunlu əlyazmaların üzünü köçürür, zəngin tərtibat verir, elmi-tarixi və ədəbi-bədii əsərlərə illüstrasiyalar çəkirdilər. Azərbaycan miniatür məktəbinin erkən nümunələri, məlum əlyazmalardakı - "Vərqa və Gülşa", "Mənafi əl-heyvan" və Rəşidəddinin tarixi əsəri "Cami ət-təvarix"dəki illüstrasiyalar Təbrizdə güclü rəssamlıq məktəbinin olduğunu sübut edir. Lakin Azərbaycan rəssamı Əbdül Mömin əl-Xoyyinin "Vərqa və Gülşa" əlyazmasına çəkdiyi illüstrasiyalarının ümumi üslubu sübut edir ki, onlar ilk əsərlər deyil və nə vaxtsa mövcud olan bədii ənənənin əsasında yaradılıb. Tədqiqatçılar qeyd edir ki, coğrafi mövqeyinə görə Azərbaycan müxtəlif mədəni cərəyanların qovuşduğu yer idi. Ona görə də Təbriz rəssamlıq məktəbinin formalaşmasında yerli ənənələr digər məktəblərin, o cümlədən uyğur rəssamlarının vasitəsilə Şərqi Türküstan, Bağdad məktəbi vasitəsilə Ərəb-Mesopotamiya ənənələri ilə çulğaşırdı. XIII-XIV əsrin əvvəlinə aid əlyazmalara çəkilən miniatürlərdə hələ üslub vəhdəti müşahidə olunmur. Məsələn "Vərqa və Gülşa" miniatürlərində Bağdad məktəbinin boyakarlıq üsulunun təsiri üstünlük təşkil edir. "Mənafi əl-heyvan" əlyazmasındakı iri planlı heyvan və quş təsvirlərində isə boyakarlıq üsulu Çin-Uyğur incəsənətinin qrafik üsulları ilə növbələnir. Tədqiqatçıların təqdim etdiyi məktəblərin ənənələrinin müxtəlif biçimlərdə təsiri eyni zamanda hələ Rəşiddədinini sağlığında hazırlanmış, "Cami ət-təvarix" əsərinin 1314-cü ildə hazırlanmış nüsxələrinə çəkilmiş miniatürlərdə müşahidə olunur. Tarixi təsvir edən çoxsaylı epizodları, mifoloji süjetləri, döyüş səhnələrinin qəhrəmanlarının təkbətək vuruşunu və qoşunların hərb səhnələrini, qalaların müdafiəsi və alınması səhnələrini, həmçinin məişət mövzularını təsvir edən çoxsaylı miniatürlərin bəziləri qrafik, digərləri isə boyakarlıq üsulunda işlənib.
Sənətşünasların yazdığına görə, ayrı-ayrı miniatürlərdə paralel mövcud olan ənənələr uzlaşır və yerli bədii ənənələrin təsiri altında yeni xüsusiyyət kəsb edir. Bu üç ənənənin üsul xüsusiyyətləri və texniki vərdişlərin üzvü qaynayıb-qarışması nəticəsində mahiyyətcə dekorativ keyfiyyət daşıyan yeni bədii quruluş yaranır. Müxtəlif bədii prinsiplərin mənimsənilməsi və yaradıcı surətdə yenidən işlənməsi, yad təsirlərin doğma ənənələrə tabe etdirilməsi tezliklə heyranedici nəticələr verdi. Artıq XIV əsrin ortalarında Təbriz məktəbinin miniatür sənətində tamamilə yeni müxtəlif bədii ənənələri uğurla yaradıcı surətdə sintezləşdirən orijinal rəssamlıq üslubu formalaşıb. 1330-1340 illərin böyük Təbriz "Şahnamə"sinin illüstrasiyaları təkcə Azərbaycan miniatürünün deyil, bütün Yaxın Şərq rəssamlığının inkişafında yeni, daha yüksək mərhələnin başlanğıcı hesab edilir. Bu nadir əlyazmanın Avropa və Amerika muzeylərinə səpələnmiş miniatürləri haqlı olaraq Şərq rəssamlığının şah əsərlərindən sayılır. Müxtəlif yaradıcılıq dəst-xətti ilə yerinə yetirilmiş müxtəlif rəssamlara məxsus bu miniatürlər bütövlükdə kompozisiyanın monumentallığı, obrazların emosional ifadəliyi, boyaların şuxluğu və parlaqlığı, kolorit zənginliyi ilə seçilir. Təbriz məktəbi heç vaxt belə qüdrəti olmamış və qəhrəmanların emosional ifadəliyi belə güclü verilməyib. Şərq miniatürünün görkəmli tədqiqatçısı İ.Şukin məhz psixoloji cəhətdən ifadəli kompozisiyaları yüksək qiymətləndirərək bu qrupu "Ehtiraslı" miniatürlər adlandırır. Sənətşünaslar yazır ki, böyük Təbriz "Şahnamə"si illüstrasiyalarının bədii quruluşunda kompozisiya və rəng həllində bəzi üslub müxtəlifliyinin müşahidə edilməsinə baxmayaraq, bütövlükdə bu nadir əlyazmanın miniatürləri XIV əsr Azərbaycan miniatürünün inkişafında vahid bədii istiqamət təşkil edir. Kitab sənətinin bu şah əsərinin illüstrasiyalarında orta əsr Şərq rəssamlığının inkişafında müəyyən mərhələni xarakterizə edən cəhətlər meydana çıxır. Bu dövrün Təbriz məktəbini yüksək qiymətləndirən alman tədqiqatçısı F.Şults onu Orta Şərq ölkələrinin miniatür sənətinin inkişafında və bir sıra rəssamlıq məktəblərinin formalaşmasında əhəmiyyətli rol oynamış "ana məktəb" adlandırır.
(Ardı var)
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ