Bazar ertəsi günü, 23 noyabr 2026
     

Qədim xəttatlıq və onun yazı mədəniyyətimizdə rolu...

Image


Qədim sənət növlərindən biri xəttatlıqdır. Hələ çap maşınları icad olunmamışdan əvvəl mütəfəkkirlərin, alim və şairlərin əsərlərinin üzü xəttatlar tərəfindən köçürülərək yayılıb. Yazı mədəniyyətinin formalaşmasında xəttatların rolu olduqca böyükdür. Xəttatlıq sənəti haqqında bilgi verən alimlər qeyd edir ki, xəttatlıq islam aləmi tərəfindən mənimsənib istifadə edilən, ərəb hərflərinin müxtəlif formalarda yazılması ilə meydana gələn yazı sənətidir.
İncəsənətin bir növü sayılmasa da, ayrıca sənət qolu kimi daim inkişafda olduğu bildirilən xəttatlığın islam dünyasının mədəni dəyərlərini özündə əks etdirdiyi bildirilir. Alimlər bildirir ki, xəttatlıq hazırda islamın simvolu kimi qəbul edilir.
Mənbələrdən əldə etdiyimiz məlumata görə, xəttatlıq islam tarixinin ən ilkin mərhələsində yaranıb. Xəttatlığın tarixi hərflərin dekorativ şəkildə təsvir olunması ilə başlayıb. İslam dinində canlıların surətini yaratmaq qadağan olduğuna görə yazı sənəti daha çox inkişaf edib. Allahın kəlamına duyulan hörmət və Quranı ən gözəl şəkildə yazmaq cəhdləri xəttatlıq sənətini meydana çıxarıb. Buna bağlı olaraq təzhib, əbru və cild sənətləri meydana gəlib, hətta kağızçılıq, mürəkkəbçilik belə bir sənət qolu halına gəlib çıxıb. Xəttatlıq islamı qəbul etmiş xalqların mədəniyyət və incəsənətində vacib sahələrdən birinə çevrilmişdi. Din xadimləri bu əlifbada yaranan yazı sənətini hər cür dəstəkləyir və belə bir kultun yaranması üçün xəttatlara yardım da göstərirdilər. Dekorativ-ornamental sənətlə qovuşan bu bədii yazı mədəniyyəti kitabları, saray binalarını, məscidləri, saxsıdan, metaldan, ağacdan və parçadan hazırlanan tətbiqi sənət nümunələrini bəzəyirdi.
Tədricən xəttatlıq müsəlman dünyasında müstəqil və əsas sənət növlərindən birinə, gözəl yazmaq, savadlılıq dərəcəsinin göstəricisinə çevrilirdi. Dövlət xadimlərinin, ədib, şair və alimlərin, rəssamların həm də yaxşı xəttat olduqlarına dair çoxlu misal gətirmək mümkündür.
Xəttatlıq əvvəllər daha çox kitab yazılmasında istifadə edilib. Xətt sənəti daha sonralar memarlıqda istifadə edilməyə başlanıb.
Tədqiqatçılar yazır ki, xəttatların fəaliyyəti nəticəsində ərəb əlifbasının 6 əsas xətt növü yaradılıb: süls, nəsx, mühəqqəq, reyhani, touqi və rəqa. Bunları birlikdə klassik altılıq adlandırırlar. Bu yazı çeşidləri xəttatlıqda ən çox yayılanlardandır. Bu çeşidlər qələmlərin quruluşu, istifadə sahələrinə görə sonradan daha da çoxalıb.
Tədqiqatçılar yazır ki, islam tarixində əhəmiyyətli yerə malik olan xəttatlıq sənəti bir çox əcnəbi rəssamın da marağına səbəb olub. Dahi rəssam Pikasso xəttatlıq nümunəsini "bu həqiqi bir rəsm əsəri" kimi qiymətləndirib. Van Qoq isə məhz xəttatlıq vasitəsilə rəssamın ürəyindən keçəni nümayiş etdirə biləcəyini deyirdi.
Xəttatlıq sənətinin həm də yüksək savad dərəcəsinin göstəricisi olduğunu yazan tədqiqatçılar bildirir ki, görkəmli ədib, alim və rəssamların həm də yaxşı xəttat olduqlarına dair çoxlu misal gətirmək mümkündür. Xəttatlıqdan əvvəllər daha çox kitab yazılmasında istifadə olunub, sonralar bu sənətdən memarlıqda istifadə edilib. Azərbaycanda bir çox tarixi abidənin kitabələrində ərəb əlifbası ilə gözəl xətt nümunələrinə rast gəlinir. Ən çox rast gəlinən nəsx xətləridir. Yeri gəlmişkən, xəttatların fəaliyyəti nəticəsində müxtəlif xətt növləri yaradılıb. Epiqrafik abidələrdə kufi, nəsx xətləri ilə yanaşı, süls, şikəstə və nəstəliq xətlərinə də rast gəlinir. Görkəmli Azərbaycan xəttatlarından Mübarək şah Zərrinqələm Təbrizi, Şeyx Əhməd Sührəvərdi, Xacə Mir Əli ibn İlyas Təbrizi, Cəfər Təbrizi bu sənətin inkişafında xüsusi rol oynayıblar. Bu gün Azərbaycanda Tahirə Abdullayeva, Seyfəddin Mənsimoğlu, Vüqar Məmmədov, Müzafəddin Əzizov kimi tanınmış xəttatlar var.
Qədim abidələrimizdə iz qoyan xəttatlıq sənətini araşdırarkən qeyd edək ki, Azərbaycan xalqının yaşatdığı qədim sənət növləri içərisində xəttatlığın özünəməxsus yeri var. O da bildirilir ki, tarixi mənbələrə əsasən, X-XIII əsrlərdə formalaşan və daim inkişaf edən bu sənət sonralar islam aləmi tərəfindən mənimsənilib. Təsadüfi deyil ki, ərəb hərflərinin müxtəlif formalarda yazılması ilə meydana gələn bu yazı maraqlı dekorativ sənət nümunəsi kimi qəbul edilir.
Tədqiqatçılar onu da qeyd edir ki, xəttatlığın tarixi hərflərin dekorativ şəkildə təsvir olunması ilə başlanıb. "Qurani-Kərim"i ən gözəl şəkildə yazmaq cəhdləri xəttatlıq sənətinin meydana gəlməsinə səbəb olduğunu bildirmişik. Tədricən xəttatlıq müsəlman dünyasında müstəqil və əsas sənət növlərindən birinə çevrilməklə savadlılıq dərəcəsinin göstəricisi kimi məşhurlaşıb. Xəttatların fəaliyyəti nəticəsində müxtəlif xətt növləri yaradılıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru Fəxrəddin Eylazov xəttatlıq sənətinin qədim növlərindən olan və Naxçıvan Muxtar Respublikasının tarixi abidələri üzərində daha çox rast gəlinən kufi, nəsx, süls, şikəstə və nəstəliq xətləri haqqında mətbuata məlumat verib. Onun kufi xətti İraqın indiki Kufə şəhərində yayılıb. Bu səbəbdən də sonralar bu xətt "kufi" adlandırılıb. Əsasən düz və sınıq cizgilərdən ibarət olan kufi xətti əvvəllər nöqtəsiz yazılsa da, sonralar daha da təkmilləşib. X əsrədək həm epiqrafikada, həm də paleoqrafiyada geniş tətbiq olunub. Kufi xəttinin özünün 4 əsas növü var: kufi nəsx, kufi süls, kufi həndəsi və kufi şikəstə. "Qurani-Kərim"in ilk nüsxələri də məhz kufi xətti ilə yazılıb. Əcəmi Əbubəkr oğlu Naxçıvaninin xəttatlıq məktəbinin özündən sonra qoyub getdiyi abidələrdə bu xətt növləri daha çox müşahidə olunur. Bunun bariz nümunəsini Naxçıvan şəhərində əzəmətlə ucalan Möminə xatın türbəsinin giriş qapısında dəqiqliklə görmək mümkündür.
Nəsx xətti barədə söhbət açan AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru bildirib ki, bu xətt XII əsrdən etibarən kufi xətti təkmilləşdikdən sonra ibn Muğlə Şirazi tərəfindən ixtira edilib və bu ad ona özündən əvvəlki xətti, yəni kufi xəttini sıradan çıxardığı üçün verilib. Digər xətlərlə müqayisədə nəsx xətti özünün sadəliyi, rahat oxunuşu və asan yazılışı ilə diqqəti daha çox cəlb edir. Kufi xəttinin yerini tutan nəsx xətti meydana gəldiyi ilk gündən bədii və elmi əsərlərin yazılışında, üzünün köçürülməsində və dəftərxana işlərində geniş istifadə olunmağa başlanıb. Mədəniyyətlərin beşiyi olan Naxçıvan ərazisindəki daş kitabələrdə və yaxud əlyazmalarda bu xəttə daha çox rast gəlmək olur.
Süls xəttinin lüğəti mənası "üçdəbir" deməkdir. Ərəb əlifbasında yazılan klassik xətt növlərindən olan süls xətti X əsrdə məşhur ərəb xəttatı Əbu Əli Məhəmməd ibn Muğlə tərəfindən ixtira olunub. Bu xətt növündə hərflərin üçdəbir hissəsi əyri, qalan hissəsi isə düz cizgidə yazılır ki, bu da sözlərin bir-birinə toxunaraq yazılmasına imkan verir. Süls xətti özünəməxsus gözəlliyə malik olduğu üçün xətt ustadları onu "xətlərin anası" adlandırıblar.
Tədqiqatçı həmçinin qeyd edib ki, XV-XVI əsrlərdə Naxçıvanda da geniş yayılan nəstəliq xətti XIV əsrin sonlarında məşhur xəttat Mir Əli Təbrizi tərəfindən nəsx və təliq xətlərinin əlaqələndirilməsi nəticəsində yaradılıb. Bu xətt növü əsasən əlyazma kitablarının üzünün köçürülməsində, məktub və sənədlərin yazılmasında geniş tətbiq olunub. Sonralar daha geniş yayılan nəstəliq xətti gümüşdən, bürüncdən, saxsıdan hazırlanan qabların və bəzək əşyalarının bəzədilməsində daha çox istifadə edilib. AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda saxlanan əlyazmalarda və Naxçıvan Dövlət Tarix Muzeyində mühafizə olunan kəşkülün üzərində həkk olunan xətt nümunələri nəstəliq xəttinə aiddir. Naxçıvan şəhərində indiyədək qalan epiqrafik abidələr təsdiq edir ki, XVII-XVIII əsrlərdə kitabələrin yazılmasında bu xətdən daha geniş istifadə olunub.
Sadalanan xətt növlərindən hər biri orta əsr Azərbaycan memarlığının inkişafında dərin və silinməz iz buraxmış Əcəmi Naxçıvaninin yaratdığı memarlıq nümunələrində xüsusilə nəzərə çarpır. Naxçıvanda və ona yaxın ərazidə tikilən bir neçə abidədə Əcəmiyə xas olan xəttatlıq üsullarının bu və ya başqa şəkildə təzahürü Əcəmi məktəbində istifadə edilən xətt növlərinin hər zaman geniş şəkildə tətbiq olunduğunun əyani sübutudur.
Xatırlayaq ki, vaxtilə ölkəmizdə geniş vüsət alan və olduqca məşhur olan bu qədim sənət sonralar çap üsulunun meydana gəlməsi ilə sıradan çıxıb. Lakin buna baxmayaraq, Azərbaycan xəttatlarının xəttatlıq nümunələri gələcək nəsillər üçün bu gün də qorunur, onlar üzərində tədqiqatlar aparılır. Çünki əgər xəttatlar və xəttatlıq sənəti olmasaydı, bu gün biz həm də Nizaminin, Füzulinin, Tusinin yaradıcılığı barədə əsaslı məlumatlar ala bilməzdik.
Bu məlumatı AzərTac-ın Naxçıvan Muxtar Respublikasındakı bürosundan əldə etmişik.
Xəttatlıqda geniş yayılan Kufi xətti haqqında daha ətraflı məlumat verən tədqiqatçılar qeyd edir ki, Kufi xətti-ərəb xətt növü və kvadrat formada qədim ərəb məktubudur.
Tədqiqatçılar yazır ki, Kufi xətti qədim tarixə malikdir. Kufi xətti VII əsrdə Hiyrə və Yəməndə meydana gəlib, sonralar ərəblərlə yanaşı, iranlılar tərəfindən də geniş istifadə olunmağa başlanıb. Ərəb qrafikası ən qədim Kufi xətti əsasında (adından bəlli olduğu kimi Kufə şəhərində) İmam Əli tərəfindən yaradılıb. İlk "Quran" nüsxələri də məhz bu xətlə yazılıb.
Azərbaycanda xəttatlıq sənətinin inkişafından danışan tədqiqatçılar bildirir ki, ölkəmizdə xəttatlıq sənəti Mübarək şah Zərrinqələm Təbrizinin işlərindən başlanır. Tədqiqatçılar yazır ki, o, XIII əsrin məşhur ərəb xəttatı Cəmaləddin Müstəsiminin yetirdiyi altı şagirddən biri idi. Bunlar xəttatlıq tarixinə "altı usta" adı ilə daxil olublar. Həmin "altılıq"a daha bir azərbaycanlı usta - şeyx Əhməd Sührəvərdi də daxil idi. Mübarək şah Zərrinqələm klassik xətlərin altısını da yaxşı bilirdi və onun həmin xətlərlə yazan xeyli ardıcılları vardı.
XIV əsrdə Azəbaycanda bütün müsəlman dünyasında məşhurlaşan bir xəttat - Xacə Mir Əli ibn İlyas Təbrizi (1330-1405) yetişib. Tədqiqatçılar qeyd edir ki, Azərbaycanın xəttatlıq tarixində ömrünü ağacişləmə sənətinə həsr etmiş usta Hacı Əhməd oğlunu (XIV əsr, Təbriz), usta Babanı (XVIII əsr, Bakı), usta Abuzər Bədəlovu (XVIII - XIX əsrlər, Şahbuz), usta Əhmədi (XIX əsr, Lənkəran), usta Məhəmmədi (XIX əsr, Gəncə) və s. onlarla sənətkarı misal göstərmək olar.
XV əsrin ən görkəmli xəttatlarından sayılan Cəfər Təbrizi mənşəcə Azərbaycan türklərindən olan, Azərbaycanın böyük xəttatlarından biri, nəstəliq, təliq və süls xətləri ilə yanaşı, həm də klassik xətlərdə yazmağı bacaran onlarla məşhur xəttatın müəllimi olub. Tədqiqatçıların yazdığına görə, Cəfərin Təbrizinin həyatı Orta Asiyanın Teymur tərəfindən istilası dövrünə düşür. Təbrizdə Cəfər Təbrizi Azərbaycan hökmdarı, Teymurun oğlu Miranşahın sarayında fəaliyyət göstərib. Bir müddət sonra isə o da bir sıra digər usta, rəssam və xəttatlarla birlikdə Herata, Teymurun o biri oğlu Şahruxun yanında çalışmağa gəlir. Burada Şahruxun oğlu Baysunqurun yanında işləyib, kiçik bir kitabxana-emalatxanaya rəhbərlik edib. Orada 40-a yaxın xəttat əlyazmaların üzünü köçürməklə məşğul olub. Bunlardan başqa, emalatxanada miniatürçülər, qızıl suyu ilə işləyənlər, dəri aşılanması və bəzədilməsi üzrə ustalar, bərpaçı və cildçilər də vardı.
Cəfər Təbrizi tez-tez kitabxanada görülmüş işlər haqqında Baysunqur Mirzəyə hesabatlar təqdim edirmiş. Həmin hesabatlardan biri (iyun, 1427) hazırda İstanbuldakı Topqapı Sarayının muzeyində saxlanır. Hesabatda kitabxananın fəaliyyətinin təsviri ilə birlikdə 18 miniatürçü, xəttat, cildçi, tərcüməçi və qızıl suyu ilə işləyən usta və digərləri haqqında məlumatlar da var.
Baysunqur öldükdən sonra Cəfər onun qardaşı Əla əd-Dövlənin yanında çalışır. Cəfər 1413-1452-ci illərdə yaradıcılıqla daha fəal məşğul olub. Sonralar məşhur xəttat kimi tanınmış şagirdləri Əzhər Təbrizi və Şah Mahmud Zərrinqələm Hafinəs nəstəliqi ondan öyrənmişlər. Onun şagirdləri arasında klassik xətlərlə yazan ustalar da vardı.
Tədqiqatçılar yazır ki, Şahzadə Baysunqurun sarayında yaşadığı dövrdə Cəfər Təbrizi bir sıra kitabların üzünü köçürmüşdü ki, onlar da xəttatlıq tarixinə yaxşı məlumdur. Firdovsinin "Şahnamə"si (1430), Sədinin "Gülüstan"ı (1427), Nizami Gəncəvinin "Xəmsə"si (1431) onun nəstəliq xətti ilə üzünü köçürdüyü kamil xəttatlıq nümunələrindəndir. Bu nüsxələr Parisin, Dublinin, Tehranın, İstanbulun, Sankt-Peterburqun məşhur kitabxana və muzeylərində saxlanır.
Dahi sənətkar 1480-ci ildə 65 yaşında Herat şəhərində dünyasını dəyişib.
Cənubi Azərbaycanın maarif və mədəniyyətini şərh edən tədqiqatçılar yazır ki, XVI-XVII əsrlərin Azərbaycan mədəniyyətinin inkişafında mühüm mərhələ olduğunu görərik. Ədəbiyyat və incəsənət xadimləri I Şah İsmayılın himayəsi şəraitində fəaliyyət göstərirdilər. Azərbaycan Səfəvilər dövlətinin banisi, nüfuzlu siyasi xadim və sərkərdə olmuş Şah İsmayıl həm də görkəmli şair idi. O dövrlərdə rəngkarlıq, xəttatlıq, memarlıq güclü surətdə inkişaf etmişdi. XV əsrdə formalaşmış Təbriz miniatür məktəbi dünya rəssamlığında mövcud olan 5 aparıcı rəssamlıq məktəbindən biri idi. Bu məktəbin görkəmli nümayəndələrindən biri Sultan Məhəmməd idi. Onun miniatürləri dünya muzeylərində mühafizə olunur. Bu məktəb Kəmalləddin Behzad, Mir Müsəvvər Təbrizi, Mövlana Müzəffər Əli və digər istedadlı rəssamlar yetişdirib.
Təbrizdə toxunan xalçalar hələ orta əsrlərdən hər yerdə şöhrət tapıb. Londonun "Viktoriya-Albert" muzeyində saxlanan Şeyx Səfi xalçası Təbrizdə toxunub, o öz dövrünün (1539) ən iri və əsrarəngiz xalçası adını qazanıb. Şah İsmayıl Xətai tərəfindən Təbrizdə əsası qoyulmuş şah kitabxanası özünəməxsus "incəsənət akademiyası" idi. Burada mahir ustalar, xəttatlar, rəngkarlar, zərgərlər, cildçilər, naxışçılar fəaliyyət göstərirdilər. İncəsənətin aparıcı sahələrindən biri elə xəttatlıq, kitab üzü köçürmə işi idi. Kitab nəşri texnologiyası Şərq xalqlarına məlum deyildi. Şah İsmayılın varisləri də ədəbiyyat və incəsənətin himayəçiləri idilər. Onların özləri də yaradıcılıqla məşğuldu. İrandakı bir çox memarlıq abidələrini, o cümlədən Təbriz və İsfahandakı bütün memarlıq abidələrini türklər tikmişlər. Pəhləvi rejimi dövründə Güney Azərbaycanda incəsənətin heykəltəraşlıq və rəssamlıq kimi sahələrinin inkişafına mane olmaqdan əlavə, bir sıra mövcud tarixi abidələr sıradan çıxarılıb, bir çoxları isə fars abidələri kimi qələmə verilib.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ