Bazar ertəsi günü, 23 noyabr 2026
     

Qədim Azərbaycan insanının dəfn adətləri - küp qəbirlər mədəniyyəti...

Image


Bu torpağın ilk sakinləri olan əcdadlarımız özlərindən sonra dərin izlər, möhtəşəm mədəniyyət, böyük yaşam həqiqətləri miras qoyub. Azərbaycan insanı bir neçə ictimai-siyasi formasiyanın, saysız sivilizasiyaların, dövrlərin içindən adlayıb müasir çağda inkişaf edən bir xalq kimi özünü formalaşdıra bilib. Ölkəmizdə islama qədərki dövrlərdə böyük mədəniyyət mövcud olub, müxtəlif dini inanclara tapınan insanlarımız özlərindən sonra mesajlar qoyub gediblər.
Tədqiqatçılar Azərbaycanda islama qədərki insanların həyat tərzini, məşğuliyyətini, tapındığı dinləri, eləcə də yas mədəniyyətlərini araşdırıb. Ümumiyyətlə, islama qədərki
Azərbaycan insanının böyük təkamül, inkişaf yolu keçdiyini onlardan qalan izlər də təsdiqləyir.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tədqiqatçı alim Tahir Şahbazov islama qədərki Azərbaycan insanı barədə geniş araşdırma aparıb. Tədqiqatçı qeyd edir ki, Lənkəran-Astara bölgəsi əhalisinin qədim inam və etiqadlarının öyrənilməsi tarixi də məhz sonuncunun adı ilə bağlıdır. Onun topladığı əfsanə və rəvayətlər SMOMPK məcmuəsi ilə yanaşı, "Kaspi" qəzeti səhifələrində də çap olunurdu.
Azərbaycanda islama qədərki dövrü öyrənən alimlər ortaya olduqca maraqlı faktlar çıxarır. İbtidai dövrün mədəniyyətini saf-çürük edən tədqiqatçılar qeyd edir ki, yer üzündə yaşayan insanlar öz həyat tərzləri ilə bağlı zəngin bir tarixi-kulturoloji iz qoyub gediblər. "Kayzer" saytında bu barədə məlumat yerləşdirən araşdırmaçılar yazır ki, keçmişə aid olan maddi mənbələr (əşyalar), yazılı qaynaqlar bu günə qədər qalır və tariximizi kulturoloji baxımdan öyrənməyə imkan verir. Maddi mənbələr əsasən yaşayış yerlərindən və qəbir abidələrindən əldə edilir. Yazılı qaynaqlar, kitabələr isə qayalar, daşlar, sümük və gil lövhələr, papirus və s. əşyalar üzərindədir. Maddi mədəniyyət abidələri (yaşayış yerləri, qəbir abidələri, qayaüstü təsvirlər və s.) və tədqiqat nəticəsində əldə edilmiş materiallar (əmək alətləri, silahlar, bəzək əşyaları və s.) qədim keçmişi öyrənmək üçün son dərəcə əhəmiyyətli tarixi-kulturoloji mənbələrdir. Bu abidələr vasitəsilə qədim insanların yaşayış tərzi, istifadə etdikləri əmək alətləri, adət-ənənələri, dini görüşləri haqqında məlumatlar əldə edilir, onların davranış və məişət həyatı, məşğuliyyəti və ictimai münasibətləri kulturoloji baxımdan öyrənilir və tədqiqat obyektinə çevrilir.
Bilirik ki, qədim mədəniyyətə malik olan Azərbaycanda dəfn mərasimi, qəbir yerlərinin seçilməsi, o cümlədən də tabutların hazırlanması da bu mədəniyyətin tərkib hissəsdir. Tədqiqatçılar yazır ki, müxtəlif tipli qəbir abidələri-daş qutu qəbirlər, torpaq qəbirlər, kurqanlar, küp qəbirlər, taxta qutu, katakomba və onlardan əldə edilən materiallar qədim insanların adət-ənənələri, dünyagörüşləri, dini inancları və s. haqqında geniş kulturoloji məlumatlar verir.
Tədqiqatçıların bildirdiyinə görə, qəbir abidələri insanlar arasında müxtəlif dəfn mərasimlərinin mövcud olduğunu göstərir. Mərhumun qırmızı oxra ilə boyanması, parçalanaraq, yandırılaraq dəfn edilməsi adətləri olub. Dəfn adətləri və qəbir avadanlıqları qədim insanların axirət dünyasına inamlarının olduğunu göstərir.
İslama qədərki dövrü araşdırarkən arxeoloqlara ilk informasiyanı, özü də daha səhih məlumatı qəbir daşları, qəbir növləri verir. Bir qəbir formasının tarixini araşdırmaqla böyük bir zaman haqqında məlumat əldə edirsən.
İslama qədərki Azərbaycan insanın həyat tərzini, məişət mədəniyyətini, yaradıcılığa meylliyini araşdırarkən olduqca maraqlı faktlarla qarşılaşırsan.
Qeyd etdiyimiz kimi, tarixən Azərbaycanda bir neçə qəbir növü olub, dəfn mərasimi müxtəlif formalarda həyata keçirilib. O da məlumdur ki, insanlar sosial statuslarına görə fərqli şəkildə dəfn edilib. Təbii ki, yüksək vəzifə daşıyan, varlı şəxslərin dəfni dəbdəbəli şəkildə keçirilib, kasıbın dəfni isə öz halına görə həyata keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyası Tarix Muzeyində olarkən ekspozisiyada dəfələrlə müxtəlif dövrlərə aid edilən qəbir qalıqlarına görmüşük. Hər dəfə də bizdə böyük maraq yaranıb ki, bu qəbirləri qədim insanlar necə ərsəyə gətirirmiş?
Küp qəbirləri mədəniyyəti əski zamandan ən çox məlum olan qəbir növlərindəndir. Onu da vurğulayaq ki, Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən də Qafqaz Albaniyasının paytaxtı olan qədim tarixə malik Qəbələ rayonundan tapılan küp qəbir hazırda Azərbaycan Tarix Muzeyində saxlanır, sərgilənir.
Küp qəbirləri mədəniyyəti-arxeoloji mədəniyyət e.ə. IV əsr- eramızın VIII əsrlərində Cənubi Qafqazda, xüsusilə də Qafqaz Albaniyası ərazisində yayılıb. Tədqiqatçılar yazır ki, ölülər bükülü vəziyyətdə sağ və ya sol böyrü üstə, əsasən üfiqi şəkildə dəfn olunub. Qəbir invertarları metal (tunc və başlıca olaraq dəmir alət və silahlar, bürünc, gümüş və qızıl bəzək şeyləri), ağac, daş, gil, şüşə və pastalardan ibarətdir. Nisbətən sonrakı dövrlərə aid qəbirlərdə Roma, Arşaki və Sasani sikkələrinə də təsadüf edilir. Bu mədəniyyət əkinçilik, heyvandarlıq, ovçuluq, balıqçılıq və sənətkarlıqla məşğul olan oturaq əhaliyə aiddir.
Tədqiqatçılar tarixi mənbələr əsasında məlumat verir ki, küp qəbirlər Xocalı-Gədəbəy mədəniyyəti dövründə də mövcud olub.
Küp qəbir mədəniyyətindən danışarkən alimlərin araşdırmalarına istinad edərək fikrimizi əsaslandıra bilərik. Tədqiqatçılar yazır ki, əsasən qırmızı və ya boz rəngli iri küplərdə (hünd. 1,4-2 m) dəfn adəti xarakterikdir. Azərbaycanda da küp qəbir mədəniyyətinə aid qəbiristanlıqlar Mingəçevir, Mil-Qarabağ, Şirvan, Naxçıvan və s. ərazilərdə aşkar edilib. Ölülər bükülü vəziyyətdə sağ və ya sol böyrü üstə, əsasən üfiqi şəkildə dəfn olunub. Qəbirlərdən müxtəlif saxsı qablar, bəzək şeyləri, silahlar, əmək alətləri və s. aşkar edilib. Tapıntılar Qafqaz Albaniyasının Yaloylutəpə mədəniyyəti üçün də səciyyəvi olub, forma və tərkib cəhətdən eyniyyət təşkil edir. Küp qəbirlər mədəniyyəti Azərbaycanın düzən və dağətəyi rayonları üçün xarakterikdir. Küp qəbir mədəniyyətinə mənsub əhali əkinçilik, maldarlıq, ovçuluq, balıqçılıq, sənətkarlıq və ticarətlə məşğul olub. Son dövrlərə aid qəbirlərdən Arşaki, Roma, Sasani pulları, şüşə qablar, qızıl və gümüşdən bəzəklər və s. tapılıb.
Qeyd edək ki, Sovet dövründən indiyə qədər qədim yaşayış və mədəniyət mərkəzlərindən olan ölkəmizin ərazisində yüzlərlə arxeoloji qazıntı aparılıb. Bu qazıntılar nəticəsində küp qəbir mədəniyyəti nümunələri də aşkarlanıb. Son illər də bir neçə bölgədə arxeoloqlar küp qəbir aşkarlayıb.
Xeyli müddət əvvəl Azərbaycanın Cəlilabad rayonunda nəhəng küp qəbir tapılıb. Tədqiqatçıların verdiyi məlumata görə, unikal tapıntı rayonun Göytəpə şəhəri ərazisindən keçən çayın sahilində balıq tutan yerli sakinlər tərəfindən aşkarlanıb. Belə ki, torpağın 3 metr dərinliyindən uzunluğu 2 metrə çatan küp qəbir son vaxtlar çayda sululuğun artması ilə üzə çıxıb. Qeyd edək ki, əvvəllər də Cəlilabad rayonunun ayrı-ayrı yaşayış məntəqələrinin ərazilərində küp qəbirlər aşkar olunub.
Qeyd edək ki, analoji hadisə Azərbaycanın Goranboy rayonunun Nərimanlı kəndində də baş verib. Mətbuatın yazdığına görə, həyətyanı sahədə təsərrüfat quyusu qazılarkən e.ə. IV-III əsrlərə aid küp qəbirlər aşkar edilib. Qeyd edək ki, bu barədə mətbuatda Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Regional Elmi Mərkəzinə istinadən məlumat verilib.
Tədqiqatçıların dediyinə görə, qazıntı zamanı aşkar olunan uşaq qəbrinin içərisindən kiçik ölçülü antik dövrə aid şamdan, qəddan tipli qablar, duzqabı, digər məişət əşyaları və bir ədəd gözmuncuğu hesab edilən qara rəngli muncuq tapılıb.
AMEA-nin şöbə əməkdaşları arxeoloji kəşfiyyat işlərini davam etdirərək həmin qəbiristanlığa aid yaşayış yerini qeydə alıblar. Yerli əhali arasında İsgəndər təpəsi adlanan bu abidə antik və ilk orta əsrlər dövrünə aiddir. Onun bir hissəsi 1963-cü ildə təsərrüfat işləri ilə əlaqədar dağıdılsa da, qalan ərazilərdə arxeoloji tədqiqat işlərinin aparılması nəzərdə tutulur.
Bərdədə eradan əvvəl 2-3-cü minilliyə aid küp qəbir aşkarlanması məlumatını da çoxlarımız mətbuatdan oxumuşuq. 2008-ci ildə Bərdənin Boyəhmədli kəndi ərazisində ondan artıq küp qəbir tapılıb. Həmin illərdə yayılan məlumata görə, küp qəbirləri kəndin otlaq sahəsində qoyun otaran uşaqlar aşkar edib. Yerli tarixçi Xizri Ələkbərov qeyd edirdi ki, eradan əvvəl 2-3-cü minilliklərdən etibarən insanlar küplərə qoyularaq basdırılıb. İslama qədər davam edən bu ənənə kütləvi şəkildə insanların məskunlaşdığı Bərdə ətrafında da yayılıb. Tarixçinin sözlərinə görə, insanlar ölərkən onlara məxsus əşyaları da mərhumla birgə dəfn edərmişlər. Məsələn, qadındırsa sırğa, üzük, bilərzik, daş-qaş, o cümlədən işlətdiyi nə əşya vardısa, onunla birlikdə dəfn edərmişlər.
Tarixçinin dediklərini küplərdən çıxan əşyalar da sübut edir. Belə ki, qəbirlərin aşkar olunduğu ərazidə insan sümüklərinə, saxsı qab parçalarına və müxtəlif həcmli küplərə rast gəlmək olar. Sakinlərin sözlərinə görə, analoji tapıntılar qazıntı aparan zaman kəndin müxtəlif yerlərində müşahidə olunub. Ərazidə əsasən küpə, xəncər, sümük, kəllə, qol, bud sümükləri və s. tapılıb.
Qeyd etmək lazımdır ki, indiyə qədər kəndin müxtəlif yerlərində aşkar olunan küp qəbirlər 1-1,5 m dərinlikdən çıxsa da, bu dəfə onlar torpağın səthində tapılıb. Bu da həmin ərazidə Sovet İttifaqı zamanında torpaq işlərinin görülməsi ilə əlaqədardır. Belə ki, torpağın səthini hamarlayan texnika küp qəbirləri üzə çıxarıb, bir hissəsini isə dağıdıb.
İndiyə qədər Azərbaycanın bir çox bölgələrində müxtəlif qəbir tiplərində aid olan qalıqlar aşkarlanır. Bu da qədim insanın dəfn mədəniyyəti haqqında ətraflı bilgi verir.
Bildirdiyimiz kimi, küplərdə dəfn Mil-Qarabağ, Şirvan düzlərində və dağətəyi bölgələrdə, Kür çayı sahillərində qeydə alınıb. Küplərdə dəfnetmə adəti e.ə. I minilliyin ikinci yarısında başlanıb, eramızın 8 əsrinə qədər davam edib.
İslama qədərki Azərbaycan mədəniyyəti, Azərbaycan insanının yaşamı, həyat tərzi xeyli dərəcədə fərqli olub. Bu, tarixin yaddaqalan mərhələsi və milli mədəniyyətimizin tərkib hissəsidir. Babalarımızın izlərini ölkəmizin hər yerində, tarixi torpaqlarımızda axtarırıq. Bu izlər bizi tarixi keçmişimizə yaxınlaşdırır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ