Bazar ertəsi günü, 23 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycan xalqının islama qədərki yaşamı, yaratdığı mədəniyyət...
Tarix: 02.12.2015 / 01:31
Bölmə: Layihə
Bu torpağın ilk sakinləri olan əcdadlarımız özlərindən sonra dərin izlər, möhtəşəm mədəniyyət, böyük yaşam həqiqətləri miras qoyub. Azərbaycan insanı bir neçə ictimai-siyasi formasiyanın, saysız sivilizasiyaların, dövrlərin içindən adlayaraq müasir çağda inkişaf edən bir xalq kimi özünü formalaşdıra bilib. Ölkəmizdə islama qədərki dövrlərdə böyük mədəniyyət mövcud olub, müxtəlif dini inanclara tapınan insanlarımız özlərindən sonra mesajlar qoyub gediblər.
Tədqiqatçılar Azərbaycanda islama qədərki insanların həyat tərzini, məşğuliyyətini, tapındığı dinləri, eləcə də yas mədəniyyətlərini araşdırıb. Ümumiyyətlə, islama qədərki
Azərbaycan insanının böyük təkamül, inkişaf yolu keçdiyini onlardan qalan izlər də təsdiqləyir.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tədqiqatçı alim Tahir Şahbazov islama qədərki Azərbaycan insanı barədə geniş araşdırma aparıb. Onu da vurğulayaq ki, alim araşdırmanı Lənkəran-Astara bölgəsinin materialları əsasında hazırlayıb.
Tədqiqatçının fikirlərinə keçməzdən əvvəl onu da qeyd edək ki, hazırladığımız materialda müxtəlif tədqiqatçıların fikirlərindən və KİV materiallarından istifadə edirik.
Tədqiqatçı alim T.Şahbazov yazır ki, mənəvi mədəniyyət sistemində islama qədərki xalq inamları mühüm yer tutur. Güclü emosional enerjini özündə birləşdirən bu inamlar insanların fəlsəfi və estetik görüşlərini, həyat haqqında təsəvvürlərini, xeyirlə şərin mübarizəsini, təbiətə, təbiət hadisələrinə və cəmiyyətə münasibətini əks etdirir. T.Şahbazovun qeyd etdiyinə görə, tarixin ayrı-ayrı dövrlərində transformasiyaya və modernləşməyə məruz qalmasına baxmayaraq, onlar arxaik, itirilən düşüncə tərzi olmayıb, real həyatda təsdiqini tapıb və bu gün də yaşamaqda olan hadisə kimi qavranılır: "İslama qədərki inamlar xalq teatrının, musiqinin, rəssamlığın, heykəltəraşlığın, söz sənətinin ayrı-ayrı janrlarının və digər incəsənət sahələrinin inkişafına da təkan verib. Bu prosesdə Zərdüşt etiqadlarının, habelə İslam dini inamlarının təsiri və iştirakı inkaredilməzdir. Onlar üzvü bir surətdə birləşərək dini-fəlsəfi dünyagörüşün çox maraqlı bir sintezini əmələ gətirib. Xalq inamlarının öyrənilməsinin vacibliyindən bəhs edən böyük yunan tarixçisi Herodot yazıb: "Əgər dünya xalqlarının hər birinə ən yaxşı adətləri və əxlaqı seçmək imnkanı verilsəydi, o zaman hərə özünə məxsus olanı seçərdi. Çünki hər bir xalq hesab edir ki, onun adətləri, əxlaqı və həyat tərzi dünyada ən yaxşısıdır". Bu barədə görkəmli mütəfəkkir alim Mirzə Kazım bəyin fikri isə belədir: "Əfsanəsiz xalq, rəvayətsiz ölkə yoxdur: köçərilərdə onlar (əfsanə və rəvayətlər) şifahi hekayələr şəklində nəsildən-nəslə keçir; yarımmədəni xalqların inamlarının özülünü, yazılarının başlıca məzmununu, ədəbiyyat və tarixlərini təşkil edir; maariflənmiş xalqlarda xalqın müqəddəs irsi kimi təxəyyül üçün zəngin qida verir. Eyni zamanda bir xalqın əfsanəsi digəri üçün heç vaxt müqəddəs ola bilməz".
Bu fikirlər təsadüfi deyilməyib. Çünki qədim inam və etiqadlar xalqın tarixi keçmişinin öyrənilməsi ilə bərabər, "bu gününü dərk etməyə, tarixi-mədəni perspektivi düzgün müəyyənləşdirməyə imkan verir". Lakin təəssüflə qeyd etmək lazımdır ki, uzun illər ərzində qədim xalq inamları, mərasim və ayinlər obyektiv şəkildə nəinki öyrənilməyib, əksinə, yarıtmaz bir siyasətin təhqir və məsxərə predmetinə çevrilib. Xüsusilə Azərbaycanın keçmiş SSRİ-nin tərkibində olduğu yetmiş ildən artıq bir dövrdə istər İslam dininə, istərsə də əsrlərin dərinliklərindən süzülüb gələn xalq inam və etiqadlarına düşmən münasibət bəslənib. Din xadimləri və dindarlar təqib olunub, müqəddəs ziyarətgahlar-pirlər, ocaqlar dağıdılıb məhv edilib. "Partiya və hökumət əks milli siyasət yeridərək, süni surətdə yeni, qondarma mülki adət və ənənələr formalaşdırırdı. Dinlə bağlı olmayan qədim adət və ənənələrə, mərasim və bayramlara, İslamdan əvvəlki etiqadlara, İslam dininə qarşı mübarizə kampaniyası aparırdı. Onlar xidməti vəzifələrindən istifadə edərək hətta azərbaycanlı kişilərin papaqlarını "keçmişin qalığı" və "gerilik əlaməti" sayaraq çıxarıb yerə çırpırdılar". Bu, xalqımızın tarixi keçmişinə qarşı yönəlmiş bir mənəvi terror siyasəti idi ki, nəticələri aşağıdakı sətirlərdən də aydın görünür: iqtisadi-siyasi və mədəni həyatımızda vaxtilə mühüm rol oynamış dini mərkəzlər - came-məscidlər, xanagah, ribat, pir və s. torpaq üzərində bizə vətəndaşlıq hüququ verən maddi-mənəvi pasportlarımız - tarixi abidələrimiz dağıdılıb yerlə-yeksan edilib. Mədəniyyət irsi olan məscidlər anbara dönmüş, böyük arzu və amallarla yaşamış insanların-sələflərimizin mənalı ömür yolunun son məkanı olan qəbiristanlıqlar xarabalığa çevrilib. Və ən yaxşı halda, şumlanıb üzüm, tərəvəz plantasiyaları salınmış, binalar tikilib".
Tədqiqatçı yazır ki, keçən əsrin 90-cı illərindən sonra bu dəyərlərə xüsusi münasibət olub. Onun bildirdiyinə görə, 1991-ci ildə Azərbaycanın yenidən dövlət müstəqilliyi qazanması ilə vəziyyət tamamilə dəyişib. Tədqiqatçı yazır ki, 1995-ci ildə qəbul olunan Konstitusiya müddəaları əsasında insanların vicdan azadlığı qanunvericilik yolu ilə təsbit olundu. Xalqımızın uzun illər ərzində təqib olunmuş və yasaq edilmiş milli-mənəvi dəyərlərinə qayıdışı üçün əlverişli şərait yarandı: "Müqəddəs ziyarətgahların, qədim inanc yerlərinin bərpası və mühafizəsi dövlət əhəmiyyətli məsələ kimi ortaya qoyuldu. Bu istiqamət prioritet olaraq ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin sərəncamlarında, çıxış və məruzələrində də əksini tapdı. Onun 1995-ci ildə Bakıda keçirilən beynəlxalq konfrans və Qafqaz müsəlmanları qurultayında söylədiyi nitqin müddəaları da bunu aydın şəkildə göstərir: "Məlumdur ki, biz yetmiş il kommunist ideologiyası altında tərbiyələnərək, dinimizdən və dinin bizə bəxş etdiyi mənəvi dəyərlərdən məhrum olmuşduq. Kommunist ideologiyasının bəşəriyyətə vurduğu zərbələrdən ən böyüyü yetmiş il ərzində dinə qarşı aparılmış təbliğat və xüsusən dinin qadağan və təhrif edilməsi olub. Ancaq eyni zamanda bu tarix onu da göstərir ki, din və o cümlədən bizim mənsub olduğumuz İslam dini o qədər gücə malikdir ki, heç bir hakimiyyət, heç bir hökmdar, heç bir ideologiya onunla bacara bilməz və yetmiş illik tarix də göstərdi ki, bunu bacara bilmədi".
Mənəvi dəyərlərə belə bir münasibət nəticədə islama qədərki inam və etiqadların elmi tədqiqinə də marağın artmasına səbəb oldu. Qısa zaman kəsiyində bu mövzuda yeni tədqiqat əsərləri meydana çıxdı, namizədlik və doktorluq dissertasiyaları müdafiə olundu, yeni nəşrlər və monoqrafiyalar işıq üzü gördü. Lakin bütün bunlar keçmiş ittifaq subyektlərində və digər xarici ölkələrdə görülən işlərlə müqayisədə, həmçinin ötən dövrlərdə mənəvi irsimizə dəymiş zərbələrin nəticələrini aradan qaldırmaq baxımından yetərli deyildi. Tarixin qalın qatları ilə səsləşən xalq inamlarının öyrənilməsi təşəbbüsünü ardıcıl olaraq davam və inkişaf etdirmək lazım idi. Təqdim olunan monoqrafiya da məhz bu ehtiyacın qanunauyğun nəticəsi kimi meydana çıxıb.
Tədqiqat obyekti olaraq Lənkəran, Astara, Masallı, Lerik və Yardımlı rayonlarını əhatə edən Azərbaycan Respublikasının cənub bölgəsinin seçilməsi də təsadüfi olmayıb, bir sıra vacib amillərlə şərtlənib. Əvvəla bölgə istər etnik tərkib, istər təbii-coğrafi şərait və istərsə də etnoqrafik baxımdan olduqca maraqlıdır. Buranın əhalisi əsasən talış və azərbaycanlılardan ibarətdir. Lakin etnik müxtəliflik yalnız rəmzi xarakter daşıyır. Çünki, demək olar, hər bir talış öz dili ilə bərabər, Azərbaycan dilində sərbəst danışa bilir. "Bu dil onların ikinci ana dilinə çevrilib. Eyni zamanda bölgədə yaşayan hər bir Azərbaycan türkü də talış dilini çətinlik çəkmədən istifadə edir. İkincisi, əsrlər boyu birgə yaşayan talışlar və azəri türkləri müştərək və olduqca zəngin bir mədəniyyət yaradıblar. Elə bir mədəniyyət ki, onun hansısa elementinin talışa, yaxud da türkə mənsubluğunu ayırd etmək olduqca çətindir. Bu isə onu sübut edir ki, etnik müxtəliflik, lakin təxminən eyni sosial-iqtisadi və mədəni inkişaf şəraitində oxşar, məzmun etibarılə identik proseslərin baş verməsi tamamilə mümkündür. Lənkəran-Astara etnoqrafik bölgəsi buna əyani sübut ola bilər".
Alimin tədqiqat obyekti seçdiyi bölgə əhalisinin ənənəvi mənəvi mədəniyyətinə, o cümlədən islama qədərki xalq inamlarına aid məlumatlara ayrı-ayrı vaxtlarda yazılan əsərlərdə və monoqrafiyalarda rast gəlinsə də, problem ardıcıl və sistemli olaraq öyrənilməyib. Bölgənin tədqiqat obyekti kimi seçilməsini şərtləndirən amillərdən biri də məhz budur. Buna baxmayaraq, təqdim olunan tədqiqat işində qarşıya qoyulmuş problem konkret coğrafi çərçivədə deyil, ümumazərbaycan kontekstində araşdırılır, yeri gəldikcə digər türkdilli, həmçinin dünyanın başqa xalqları ilə paralellər aparılır. Bu isə tədqiqat mövzusunun aktuallığını bir qədər də artırır.
T.Şahbazov bildirir ki, islama qədərki inamların, etiqad, mərasim və ayinlərin əhatə sferası geniş olduğundan, monoqrafiyada əsas diqqət bölgə əhalisinin kosmoqonik inamlarına, heyvan və bitkilərlə bağlı təsəvvürlərinə, həmçinin demonoloji görüşlərinə yönəldilib: "Məqsəd xalqın ənənəvi həyat tərzi, ictimai məişəti, təbiətə və təbiət hadisələrinə münasibəti barədə məlumatları sistemləşdirib konkret elmi nəticələr əldə etməkdir.
O da məlumdur ki, Azərbaycanda tarixən formalaşmış vahid etnik-mədəni sistemin mövcudluğuna baxmayaraq, onun hər bölgəsi, rayonu, hətta kəndi özünün spesifik, özünəməxsus cəhətləri ilə seçilir. Bütün həyat sahələrini əhatə edən bu cəhət tədqiqat obyekti seçilən Lənkəran-Astara bölgəsində daha çox nəzərə çarpır. Qarşıya qoyulan məqsədlərdən biri də həmin özünəməxsusluqları və ümumi qanunauyğunluqları üzə çıxarmaqdır. Problemin nəzəri əsasları işlənərkən ibtidai təsəvvürlərin görkəmli tədqiqatçılarının - S.A.Tokarevin, C.Frezerin, A.F.Losevin, M.İ.Şaxnoviçin, Z.Sokolovanın, D.K.Zeleninin, İ.İ Meşşaninovun, H.A.Quliyevin, T.Bayraməlibəyovun və başqalarının əsərlərinə xüsusi diqqət yetirilib, Azərbaycan folklorunun müxtəlif janrlarına (nağıllar, əfsanələr, nəğmələr, inanclar, alqışlar, qarğışlar, atalar sözləri və məsələlər, yasaqlar və s.) və mifoloji mətnlərə müraciət olunub. Bölgə üzrə aparılmış çöl-tədqiqat işlərinin və etnoqrafik sorğuların nəticələri, ayrı-ayrı kənd və qəsəbələrdən toplanmış məlumatlar monoqrafiyanın əsas məzmununu təşkil edir. XIX əsrin ortalarına qədər Azərbaycan etnoqrafiyasına həsr olunan elmi-tədqiqat əsərləri, demək olar ki, yazılmayıb. Doğrudur, XVIII əsrdə və XIX əsrin birinci yarısında Rusiya dövlət adamlarının, hərbçilərin və yüksək vəzifəli məmurların Azərbaycana, həmçinin Lənkəran-Astara bölgəsinə səfərləri baş verir və bu səfərlərin hesabatları çap olunurdu. Lakin həmin hesabatlar elmi xarakterli olmayıb, mahiyyətcə imperiyanın iqtisadi və siyasi maraqlarına, regiondakı müstəmləkəçilik planlarına xidmət edirdi. Müstəqil milli dövlətin, milli elmin və milli kadr potensialının olmadığı bir şəraitdə isə bu tamamilə təbii sayılmalıdır...".
(Ardı var)
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi
- hücumları bərpa edəcəyik...
22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil...
İranda qışda elektrik böhranı yaşana bilər...
22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu
– hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...
22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi
- Yekun sənəd imzalanmadı...
22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb
22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
- FOTO
22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb
22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək
22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi
22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”
22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”
22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"
22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi
22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib
22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir -
“Üçüncü eşelon” kim(lər)dir?
22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları
21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı
– NATO hərəkətə keçəcəyini açıqladı...
21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN
– gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...
21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı...
Finlandiya prezidentindən sensasion iddia...
21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi
– “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”
21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir
– Pentaqondan açıqlama gəldi...
21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə
RƏSMİ REAKSİYA...
21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib
- FOTO
21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...
21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır
– dekabrın 1-dən hər addımları izlənəcək...
21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi
– Londondan gözlənilməz açıqlama...
21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi
- Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...
21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar
- FOTO
21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"
21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
- Prezident İlham Əliyev
21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq"
- Vyetnam Prezidenti
21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur"
- To Lam
21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib
- FOTO
21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj
- sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir
21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli
– Demokratlar Konqresə ultimatum verdi...
21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı
21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi
– Bessentdən Tehrana sərt mesaj...
21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı
- VİDEO
21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub
21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....
21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik"
- Vyetnam Prezidenti
21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"
21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
- FOTO
21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub
21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...
21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
- FOTO
21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım
- çıxarış almaq mümkün olacaq...
20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var
20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi
- Ukraynada sülh üçün son tarix açıqlandı...
20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...
20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır
– vaxt verildi...
20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?
20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz
- hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı
20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin
- Hay ki, hay...
20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...
20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...
20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi
– Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...
20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir -
Paşinyan mürəkkəb ssenariyə baş vurdu...
20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb
20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası
20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi -
Madyar Orbanı sildi...
20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...
20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi
- FOTO
20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...
20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır
20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular
20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı
- təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...
20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı
- TƏBİB-dən açıqlama...
20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək
20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal
- iş prokurorluğa çıxdı...
20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı
- Avropalı liderlər Moskvaya gedəcəkmi...
20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...
20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib
20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama
- Vaşinqton Kiyevsiz qərar verməyəcək...
20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir
- qiyabi təhsil ləğv edilir...
20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ