Bazar ertəsi günü, 23 noyabr 2026
     

Alban xaç daşları Azərbaycan türklərinin əsrlər öncə yaratdığı maddi mədəniyyətin bir hissəsi kimi...

Image


(Əvvəli ötən sayımızda)
Azərbaycan tarixinin ən önəmli dövrü Albaniya dövləti ilə bağlıdır. Bu günlərdə görkəmli bir tarixçimizdən soruşduq ki, albanlar kimlərdir? Cavab verdi ki, canı canımızdan, qanı qanımızdan, soyu soyumuzdan olanlar. Onu da əlavə etdi ki, albanlar türklərin qardaşı, eyni kökdən, eyni soydan olanlardır.
Ulularımızın bizə əmanət qoyub getdiyi alban abidələri, alban xaç daşları, kilsələr, tikililər, maddi mədəniyyət nümunələri bizim üçün olduqca dəyərlidir.
"Vikipediya" Açıq Ensiklopediyasına alban xaç daşları ilə bağlı məqalə yerləşdirən alimlərimizin araşdırmaları olduqca dəyərli və əsaslıdır. Albanşünaslıq üzrə mütəxəssislər qeyd edir ki, memar F.Miralayev tərəfindən monastır ərazisində tədqiq edilən bir xaç daş həmin hadisələrlə bağlıdır. Daşın aşağı sağ tərəfində səciyyəvi xələt və papaq geymiş, əlində nizə tutmuş iki hörüklü monqol süvarisinin təsviri var. Mütəxəssislər qeyd edir ki, bu, yəhər-qayışlara və geyiminə görə şübhəsiz ki, monqol hərbi rəislərindən birinin təsviridir. Göyçə gölü sahilində qeydə alınan bir xaç daş da (erməni alimləri bu xaç daşı erməni xaçkarı adlandırır) bu tip xüsusiyyətlərə malikdir və sırf monqol mənşəlidir. Əlində nizə tutmuş monqol süvarisi təsvir olunan digər xaç daş üzərindəki yazıya görə, 1274-cü ildə Gəncəsər monastırının təmiri şərəfinə yaradılıb. 1295-ci ildə Qazan xan tərəfindən islam qəbul edildikdən sonra, görünür, xristian ruhaniləri birinci stellanı sındırmış, ikincisindən isə monastır yeməkxanası tikilərkən atma kimi istifadə etmişlər və o hazırda da çevrilmiş vəziyyətdə orada durur. Həmin xaç daşda təsvir olunan döyüşçünün Həsən Cəlalın qızı Ruzukanı ərə verdiyi Carmağan Boro Nouonun oğlu olduğu güman edilir".
Gəncəsər monastırı haqqında yazan tədqiqatçılar qeyd edir ki, monastırın içərisində də iki xaç daş var. Yazılana görə, onlardan biri Alban Xaçın knyazlığının hökmdarı Vaxtanq və Xorişə xatunun oğlu Həsən Cəlala həsr olunub. Həsən Cəlal xaç daşın qoyulduğu yerdə dəfn edilmədiyinə görə göstərilən xaç daş təmiz ktitor (bani) təyinatlıdır.
Tədqiqatçılar yazır ki, stellanın bədii-simvolik həlli Qafqaz Albaniyasının ümumi dini-ritual kanonlarına tabe edilib: aşağı hissədə yarımdairəvi haşiyə içərisinə alınmış atlı və onun yanında başını itaətkarcasına aşağı əymiş kişi fiqurundan başlayaraq hər şey alban kanonlarına riayət edilməklə yaradılıb: "Bu kompozisiya Xaçın knyazı Həsən Cəlalın hamisi "dünyanın hökmdarı" monqol Manqu xanı təsvir edir. İtaətlə dayanmış knyazın vassal, asılı olduğu aydınlaşır. Yeraltı səltənətə simvolik girişdən yuxarıda mərkəzində günəş rəmzi-xaç olan dairəvi xonça təsvir olunub. Bu rəmzdən həyat ağacı - xaç yüksəlir, onun üstündə üç, yanlarında bir neçə kiçik xaçlar - müdriklik və idrak ağacları yerləşir. Stella üç tərəfdən dekorativ haşiyəyə alınıb. Həsən Cəlala məxsus stellanın yanında yerləşən, siluetinə görə ona çox oxşayan, lakin bir qədər başqa şəkildə traktovka olunmuş xaç daş isə güman ki, onun oğluna aiddir. Hər iki xaç daşda üçpilləli simvolika-dünyanın quruluşunun bədii izahı verilib. Lakin bu, ikinci xaç daşda o qədər də qabarıq ifadə olunmayıb. Dekorativ kəmərdən sonra aşağı hissədə böyük, zəngin naxışlar vurulmuş şüalı xonça-özgə dünyaya giriş, ondan yuxarıda simvolik dağdan-üçbucaqdan ucalan xaç-həyat ağacı yerləşir. Simvolik dağ qədimdən müqəddəs hesab olunur və təkcə Azərbaycanda deyil, türklərin yaşadığı bütün ərazilərdə dağ kultu geniş yayılıb. Günəşə sitayiş də qismən bununla bağlıdır və eyni zamanda o, ümumiyyətlə yerin toplayıcı obrazı olan ilk torpağı təmsil edir. Sonuncu traktovka əslində daha yaxındır, belə ki, göstərilən üçbucaqdan xaçın aşağı hissəsinə sarılmış ikiqollu budaqlı gövdə yüksəlir. Gəncəsər monastırındakı iki xaç daş Qafqaz Albaniyasında dini plastika və memarlığın sintezinin parlaq nümunələri olaraq daha qədim Xudavəng monastır kompleksindəki cüt xaç daşların mövzusunu təkrar edir".
Xaç daşların növlərindən biri də Cuğa xaç daşlarıdır. Tədqiqatçılar qeyd edir ki, Cuğadan ermənilər tərəfindən oğurlanaraq Ermənistana aparılmış alban xaç daşın aşağısında əlində xaç tutmuş atlı təsvir edilib.
Cuğa xaç daşları Azərbaycan Respublikasının İran İslam Respublikası ilə (Güney Azərbaycan ərazisilə) sərhədində, Araz çayı sahilində tədqiq edilib. Tədqiqatçılar yazır ki, Cuğa xaç daşlarının böyük əksəriyyəti Alban Sünik knyazlığının yadigarı olsa da, burada sonrakı dövrlərə aid xaç daşlara da təsadüf edilib: "Maraqlı və özümlü həllə malik Cuğa xaç daşlarının böyük əksəriyyətində eyni bir təsvir təkrar olunur: qarşı-qarşıya durmuş ikiqanadlı əjdahanın bədəni buynuz zirehlə örtülüb. Onların adətən açıq ağızları yana çevrilib. İki əjdaha arasında qanadlı halə və ya haləyə oxşar saçı olan kişi başı təsvir edilib. İkonoqrafik əlamətlərinə görə, o, İsanın (ə.s.) başına oxşayır. Ümumiyyətlə, bu mürəkkəb kompozisiyalarda müxtəlif din və etiqadların (zərdüştilik, mitraizm, xristianlıq və islam) birləşməsindən yaranan simvolik qrup alban sənətkarları tərəfindən təsvir edilib. Təsvirlər xristian qəbir daşlarında-xaç daşlarda yerləşdirilib, bir xaç və ya xaçlar bunu təsdiq edir. Xaç daşlardakı İsa (ə.s.) obrazını hələ də xalq arasında yaşayan obrazlar-xeyirxah əjdaha-nəhənglər mühafizə edir. Dişlərini qıcamadan ağızlarını bir az açmış əjdaha başlarının İsanın başına tərəf çevrildiyini əks etdirən təsvirlər buna sübutdur.
Bu xristian-bütpərəst kompozisiyalar bir xalq içərisində müxtəlif dinlərin mövcud olması nəticəsində yaranıb. Cənubi Qafqazda yeganə belə xalq isə Qafqaz albanları idi.
Xaç daşların yuxarısında İsanın (ə.s.) başı göstərilən kompozisiyalar kimi eyni qanuna tabe olan bir neçə ikonoqrafik təsvirlər-özümlü sintez yolu ilə alınmış mitraist-xristian təsvirləri var. Onların birinci planında Tanrı, ikinci öküz (bəzən maral), quş, üçüncü və dördüncü planlarda isə mələklər (əgər əshabələr olarsa) təsvir olunub. Xristian xaç daşında Mitranın əbədi yol yoldaşları-şir, öküz və quşun təsvir edilməsi albanların bir hissəsinin xristianlığın yayıldığı dövrdə hələ də öz əski inamlarında qalmaları haqqında mənbələrdə verilən məlumatlarla üst-üstə düşür. İoanna Boqaslovun şərhində "...mələklər dörd canlı varlıq-qartal, buğa, şir və insan şəklində təsvir olunur. Qartal oxuyur, şir çığırır, buğa fəryad edir, insan danışır". Lakin Cuğa xaç daşlarındakı təsvirlər göstərilən simvollarla uyğun gəlmir. Belə ki, Cuğa xaç daşlarında göstərilən quş və heyvan təsvirlərinin yanında mələklər də təsvir edilib. Bundan başqa, əksər xaç daşlarda quş əsasən tovuz quşu obrazında təsvir olunub, buğa isə tez-tez maralla əvəzlənir. Alban mədəniyyətində tovuzquşu təsvirləri çox tez-tez rastlaşılan obrazlardandır. Gəncəsər monastırında əsas monastır binasının fasadında bu obraza tez-tez təsadüf edilir, Mingəçevir kilsə kompleksində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan və hazırda Azərbaycan Tarix Muzeyində sərgilənən xaç altlığında da (bəzi tədqiqatçılara görə, bu daş qurbangahdır) həyat ağacını qoruyan iki tovuz quşu təsvir edilib".
Tədqiqatçılar qeyd edir ki, mütəxəssislər tərəfindən tədqiq edilən Cuğa xaç daşlarında Mitranın bu atributları xristian tanrısının ayaqları yanında yerləşdirilib. Alimlərin yazdığına görə, xaç daşlardan birində mərkəzi tanrı fiquru sol əlində su ilə dolu kasa tutaraq sağ əlinin iki barmağı ilə onu göstərir. Albanşünaslar vurğulayır ki, Tanrının başı ətrafında üzərində üç kürə geydirilən (biri başının üstündə, ikisi isə üzünün yanlarında) elliptik halqa təsvir olunub: "Ondan başa doğru işıq şüaları gedir. Meridional şəkildə kürələr yerləşdirilən-ellips Böyük Mitranın səciyyəvi təcəssümü, sonsuz fəzanın, kosmosun simvolik təsviridir. Kosmos mifologiyanın zeniti və onu tamamlayan kateqoriyadır. Təsvir olunmuş kompozisiyanın hər iki yanında iki çatmatağlı tağça yerləşir. Onlarda diz çökmüş, əlləri və baxışları mərkəzi tanrı fiquruna yönəlmiş mələklər təsvir olunub. Ermənilər tərəfindən Cuğadan Eçmiədzinə aparılmış alban xaç daşlarının alban yazılı hissələri sındırılaraq bu abidələr erməni xaçkarları kimi təqdim edilir.
Cuğadakı başqa bir xaç daşdakı təsvir birinci xaç daşdakı təsvirə çox oxşayır. O da enli çatmatağlı tağçada yerləşdirilib. Tanrının başı ətrafında kürələr, planetlərlə ellipsvari halə, solda ikinci planda şir, onun arxasında mələk, sağda isə öküz və quş təsvir olunub. Tanrının geyimi, onun bu xaç daşın yanında yerləşən başqa bir xaç daşdakı təsviri ilə anologiya təşkil edir və o, əlində su olan kasa deyil, dördüzlü sarma tutub.
Albanşünaslarımız erməni yalanlarını ifşa edərək onların saxtakarlığını göstərir. Alimlərimiz yazır ki, erməni alimləri Cuğadakı alban xaç daşlarını erməni xaçkarları adlandıraraq onları XVII əsrə aid edir, bütün bu mürəkkəb dini-fəlsəfi təsvirlərin erməni bədii şüurunun məhsulu olduğunu iddia edirlər. Lakin bu cür qarışıq dini təsvirlərin yaradılması üçün nə erməni mifologiyasında, nə də xristian erməni mədəniyyətində baza olmayıb. Hələ SSRİ hakimiyyəti dövründə müxtəlif zamanlarda Cuğa xaç daşlarının bədii və elmi baxımdan ən dəyərliləri oğurlanaraq Ermənistana aparılıb və hazırda da Üçmüədzin kafedralının həyətində erməni xaçkarları kimi sərgilənir: "Üçmüədzinə aparılmış xaç daşlar üzərində dəyişikliklər həyata keçirilib, onların alban yazılı hissələri silinib və ya tamamilə qırılıb. Lakin Cuğada qalan bir çox xaç daşların üstündə alban yazıları indi də qalmaqdadır. Xristian dövrü alban xatirə stellalarında saxlanmış bir çox xristianlığa qədərki simvolların təsvirlərinin yaranma kökləri mütəxəssislər tərəfindən tədqiq edilmiş, onların müəyyən kanonlar əsasında yerləşməsinin səbəbləri və əhəmiyyəti müəyyənləşdirilib. Bir çox xaç daşlarının aşağısında adətən planet tanrıları kultuna məxsus ulduz, günəş, haça (göyün simvolu), içində su olan qablar və sair əhatəsində, yuxarı qaldırılan əlində xaça bənzər müxtəlif mitraist simvollar aparan atlı təsvir olunub. Bunlar, bir növ, yeraltı makrodünyadır. Bəzi atlıların başında çalma var, başqaları sxematik halə içərisindədir. Biri əlində svastikaya, ya da ki, parçalanmış ellipsə bənzər nə isə tutub, çalmalı başından ona yeraltı dünyanın şeytani əlamətlərini verən iki döyüşkən buynuz çıxıb. Görünür, bu məqsədlə hazırda Üçmüədzində saxlanan Cuğa xaç daşındakı xaçın əsasında insan kəlləsi təsviri yerləşdirilib. Altıxaçlı Cuğa xaç daşlarındakı orta xaçın əsasındakı xonçada da buna oxşar kəllə təsviri var. Mitranın tanrılar panteonu həmrahlarından birinin obrazına aid edilən və stellaların aşağı hissələrində yerləşən silahlı atlılar xristian simvolikasına maksimum yaxındır. Bunu onların əlində tutduqları Mitranın emblemindən (o həmişə kəsişən ellipslər və ya çox zaman dörd haça (dörd haça şəkilli xaçlar Kəlbəcər və Gədəbəy rayonlarının xaç daşlarında da geniş yayılıb) şəklində həll olunurdu) görmək olur.
Yenivəng xaç daşları haqqında da məqalədə fikirlər bildirən alimlərimiz yazır ki, bu tip xaç daşlar tarixi Azərbaycan ərazisinin böyük bir hissəsində yayılıb. İlk nümunələri Qərbi Azərbaycanda yerləşən Yenivəng monastırı ərazisində tədqiq edildiyindən, elmi ədəbiyyata da elə bu adla daxil olub. Yenivəng xaç daşları mütəxəssislər tərəfindən nisbi də olsa bir neçə xarakterik tipə ayrılır: birinci tip aşağıya doğru yüngülcə nazikləşir və yuxarıdan yumrulanır, xaç bütün stella hündürlüyündə olur.
Göstərilən tipin ən qədim, ölçülən və öyrənilən xaç daşı Basarkeçər şəhərinin yaxınlığındakı Böyük Məzrə kəndindədir. Böyük xaç daş (hündürlüyü 250 sm, oturacağı 120 sm, yumrulanan hissə 160 sm) 881-ci ildə alban knyazı Qriqor Nerinin qəbri üstündə qoyulub. Onun obrazının dini-simvolik və bədii həllinin əsasını pilləli dağ təşkil edir, ondan şumer həyat ağacı-xaç yüksəlir: həmin dağdan xaçın aşağı gövdəsini haşiyələyən stilizə olunmuş iki əncir yarpağı qalxır. Xaçın ortasında günəş simvolu-iki dairədən ibarət xonça və ya ən müqəddəs mərkəz yerləşir...".
(Ardı var)
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ