Bazar ertəsi günü, 23 noyabr 2026
     

Xaç daşlar - türk mədəniyyəti nümunələri...

Image


Azərbaycan tarixinin ən önəmli dövrü Albaniya dövləti ilə bağlıdır. Bu günlərdə görkəmli bir tarixçimizdən soruşduq ki, albanlar kimlərdir? Cavab verdi ki, canı canımızdan, qanı qanımızdan, soyu soyumuzdan olanlar. Onu da əlavə etdi ki, albanlar türklərin qardaşı, eyni kökdən, eyni soydan olanlardır. Ulularımızın bizə əmanət qoyub getdiyi alban abidələri, alban xaç daşları, kilsələr, tikililər, maddi mədəniyyət nümunələri bizim üçün olduqca dəyərlidir.
Ümumiyyətlə, tariximizin hər dövrü, hər mərhələsi, hər çağı əzizdir.
Bu gün Azərbaycan Respublikası, eləcə də Qərbi Azərbaycan ərazisində, Borçalıda və digər türk ellərində alban abidələri, alban mədəniyyət nümunələri kifayət qədərdir. Xaç daşlar da o çağların yadigarlarıdır. Əvvəlcədən onu da qeyd edək ki, ölkəmizdə alban mədəniyyəti qalıqları, monastırlar, eləcə də bütün nümunələr dövlət tərəfindən qorunur və alimlərimiz bu sahədə tədqiqatlar aparır.
Alimlərin yazdığına görə, alban xaç daşları Azərbaycan xalqının əcdadları tərəfindən yaradılan və Azərbaycanın maddi-mədəni dəyərləri sırasına daxil olan abidələr qrupuna daxildir.
Albanşünas arxeoloq və etnoqraflar, eləcə də tarixçilər qeyd edir ki, keçmişdə "böyük, şöhrətli və əhalisi sıx ölkə olan" Qafqaz Albaniyasının erkən xristian xatirə memarlığı və incəsənətinin təşəkkülü və inkişafı maraqlı, olduqca orijinal bir yol keçib. VII-IX əsrlərdə Qafqaz Albaniyası Cənubi Qafqazın siyasi və mədəni həyatının bütün sahələrində aparıcı rol oynayıb. Tədqiqatçılar yazır ki, orta əsr Albaniyasında qədimdən dini və qəbirüstü simvol rolunu oynayan, həllində şaquli xatirə işarəsinin obrazı təcəssüm olunmuş çoxlu memorial abidələr (menhir, fallik obraz, qadın və kişi tanrıları və sərhəd nişanəsi) məlumdur. Bu sadə və çox yayılan dəfn abidələri dünyanın modeli kimi qavranılırdı. Tədqiqatçıların verdiyi bilgiyə görə, onlar təkcə dünyaları birləşdirən ox deyil, həm də dirilər və ölülər dünyaları arasında sərhəd dirəyi olub, şaquli və üfüqi fəzanı təcəssüm etdirirdi.
Xaç daşların tarixi və mədəni əhəmiyyətini izah edən alimlərin araşdırmalarına görə, xaçların yaranmasında hələ xristianlıqdan çox-çox qabaq qədim türk tayfalarının böyük rolu olub. O zamankı insanların günəş obrazını yerdə, torpaq üzərində yaradaraq, ağac, daş üzərində yüksəyə qaldıraraq yenidən göylərə qovuşdurmaq istəyi xaçların indiki formasının meydana gəlməsinə səbəb olub.
Bununla bağlı "Vikipediya" Açıq Ensiklopediyasında yazılır ki, məhz bu səbəbdəndir ki, alban xaçları özünün daha çox klassik ənənələrinə uyğunlaşdırılır. Belə ki, alban xaçları xristianlığa qədərki elementlər və dini ayinlərlə birbaşa bağlıdır: "Xaç obrazı alban xaç daşlarında sanki müxtəlif, bir-birinə aidiyyəti olmayan dekorativ tərtibatları qovuşdurur. Alban xaçı dünyada yeganə xaçdır ki, xristianlığa qədərki inamların və kainatı dərketmənin əlamətlərini özündə cəmləşdirən işarələrə malikdir. Bu xaçların bütün kompozisiyaları göylə yerin əlaqəsi, günəş, işıq, nur və məhsuldarlıq simvolu kimi əks olunub.
Tədqiqatlar sübut edir ki, Qafqaz Albaniyasının erkən xristianlıq incəsənətinin meydana çıxması və inkişafı tamamilə orijinal, özünəməxsus yolla gedib. Bütün alban yazılı daşlarının üzərindəki xristianlığa qədərki inamların və kainat qüvvələrinin qanunauyğun şəkildə yerləşməsi ilə dini-bədii qanunlara tabe edilmiş özünəməxsus təsvirlər təşkil edir ki, bu da başqa xalqların xaç təsvirlərində yoxdur. Odur ki, alban daş yazı nümunələrinin (xaç daşlarının, baş daşlarının və nişan daşlarının) bu cür orijinallığı və özünəməxsusluğu onu digər xalqların daş yazı nümunələrindən köklü surətdə fərqləndirir. Orta əsr Albaniyasının xatirə stellalarının memarlıq-kompozisiya, konstruktiv və dekorativ-plastik həlli onların məna və simvolik özümlülüyündən ayrılmazdır. Albaniyanın erkən və yetkin orta əsr xatirə plastikasında xristianlıqdan əvvəlki müəyyən dünyagörüş və simvolik təsəvvürlər əks olunurdu. Mütəxəssislər tərəfindən tədqiq edilən bütün xaç daşlarında Qafqaz albanlarının qədimdən riayət etdiyi və hələ o zamanlar mərhumun xatirəsini yad etmək kimi saxlanmış adətə görə ucaldılan adsız qəbir daşları vardı. Xalqın inamı ilə bağlı olan mənəvi mədəniyyət sahəsi xüsusi maraq doğurur. Bütün Qafqaz Albaniyasında xristianlığa qədərki inamların və dünyagörüşlərinin izləri xaçdaş və stellalarda özünü çox qabarıq şəkildə göstərir. Ocağa sitayiş, təndirlərin (odun) yanında toy və xaç suyuna salma mərasimlərinin icra olunması, dağ zirvələrinə, qayalara (Mitra kultu), meşələrə, ağaclara (həyat ağacı və idraka), bulaqlara (su kultu), qəbirlərə (əcdad kultu) və s. kultları alban xaç daşlarında izləmək mümkündür. Qədim təsəvvür və inamların çoxlu qalıqları, kosmoqonik görüşlərdə, həmçinin illik sikl bayramlarında saxlanıb. Məhz bu əlamətlər alban xaç daşlarını digər qonşuluqda yaşayan digər xristian xalqların (ermənilər və gürcülərin) eyni xarakterli stellalarından fərqləndirir". Xaç daşların növləri haqqında bizə məlumat verən albanşünas alim və etnoqraflar yazır ki, Xaçın xaç daşları əsasən Kəlbəcər, Daşkəsən, Qazax və Ağstafa rayonları ərazisində yayılıb. Bu xaç daşlar Xaçın knyazlığının yadigarlarıdır. Kəlbəcər rayonunun böyük bir hissəsi Alban Xaçın Knyazlığının tərkbində olub. Bu rayon ərazisində tədqiq edilmiş bütün stellalar memarlıq bədii obrazlarının özümlülüyü ilə fərqlənir, eyni zamanda onlar Qafqaz Albaniyasının xaç daşları və digər stella tipləri üçün səciyyəvi olan kanon və formalardan kənara çıxmayıb: "Çahartağ (dördtağlı kompozisiya) şəklində həll olunan və tağbəndli hündür stilobat üzərində qaldırılmış qədim bütxananın yaxınlığında qeydə alınan stellalarda iki dinin-xristianlıq və çox güman ki, mitraizm dinlərinin incəsənəti müşahidə olunur. Həmçinin ayrı-ayrı yerli dini təriqətlərin təsiri ehtimal olunur. Bir başdaşı alimlər D.A.Axundova və M.D.Axundov tərəfindən Kəlbəcər ərazisində dağın döşündə, yaxınlıqda aşkarlanmış tipik mitraist stellanın çıxarıldığı çahartağın özündə daha sonralar qoyulub. Xaç daşda ikiqat düzbucaqlı çərçivə içərisində antropomorf tanrı təsvir olunub. Onun başında üz əvəzinə çevrə daxilində ulduz-günəş, kosmik işıq, cənnət sferası rəmzi verilib; əlində dairə daxilində girdə ay-məhsuldarlıq rəmzi var. Qarnından aşağıda isə başındakına nisbətən bir qədər kiçik dairə daxilində daha bir ulduz - yeraltı dünya və ya ona giriş təsvir olunub. Bunlar qədim albanların şüurunda dünyanın aydın üçpilləli modelidir. İnsan fiquru isə göstərilən bütün dünyaları bir-birilə birləşdirən dünya oxudur. Bu xaç daşdan bir qədər kənarda isə xristianlıqdan əvvəlki dövrə aid daha bir stella aşkarlanıb. Bu stellada düzbucaqlı çərçivə içərisində cızma texnikası ilə qadın, güman ki, ay ilahəsi-Selena, Artemida, Ardivisura, Anahita təsvir olunub. Göstərilən stellalar bizim eranın xristianlıqdan əvvəlki dövrünə (I əsrin əvvəllərinə), bəlkə də daha qədim dövrə aiddir. Təsvir olunan stellalardan başqa Kəlbəcər rayonu ərazisində daha dörd xaç daş aşkarlanıb ki, onlardan da daha yaxşı vəziyyətdə dövrümüzə çatanı çahartağda qoyulub.
Dörd xaç daşın hər biri kompozisiya baxımından dərin oyulmuş hamar fondan, əsas və əlavə xaçları həcmli verilməyən ikinci dekorativ müstəvidən ibarətdir. Üçünün naxışlı haşiyəsi, birinin isə xaçla bir səviyyədə həll olunmuş saya çərçivəsi var. İki xaç daşın hər birində ikinci dərəcəli kiçik, həm də dərinə batırılmış dörd xaç (güman ki, dörd cəhətin rəmzi) var. Əsas xaçlar yeraltı səltənətə girişi təmsil edən bir neçə çevrədən ibarət, zəngin naxışlı, aşağıdakı xonça ilə ahəngdar bir şəkildə çarpazlaşmış simvolik dağdan (bir-birinin içində yerləşdirilmiş pilləli üçbucaqlardan yaranıb) yuxarı qalxan qollu-budaqlı həyat ağacı şəklində həll olunub".
Bu haqda "Vikipediya"da məlumat yerləşdirən alimlərimiz yazır ki, Xudavəng monastır kompleksi ərazisində kilsə zənginin aşağısında yerləşdirilmiş qoşa alban xaç daşı
Xudavəng monastır kompleksinin zəng qülləsində yanaşı qoyulmuş iki xaçdaş Xaçın xaç daşlarının ən gözəl nümunələrindən biridir. Tədqiqatçılara görə, onlardan bir-birinin üstündə iki dairəvi xonça olan birinci xaç daş olduqca maraqlı quruluşa malikdir: "Aşağıdakı böyük xonça yeraltı səltənətin və ya ora girişin rəmzidir. Yuxarıda isə onun içində meridional şəkildə əlavə dörd kiçik xonça yerləşir. Çox güman ki, bu, səmanın dörd cəhətinin-cənnət sferasının rəmzidir və yaxud planetlərin əbədi hərəkəti ilə hüdudsuz işıq fəzasını təcəssüm etdirir. Onların üstündə həyat ağacı şəklində xaç təsvir olunub. Xaç daşın bədii simvolik traktovkası incə işlənmiş qurşaqla tamamlanır. Onun mərkəzində xaçdan yuxarıda üçləçəkli tağın içərisində bürcləri, səmanın möhkəmliyini, göy cismlərinin cənnət sferasını təcəssüm etdirən üç çarpazlaşmış xonça yerləşir.
Soldakı xaç daş siluetinə görə özünün sağ tərəfdəki qonşusuna oxşar həll olunub. Onun aşağı hissəsində şəbəkəli dairələrdən toxunmuş və ustalıqla naxışlanmış böyük bir xonça yerləşir. Yuxarıda yanlarda iki kiçik xonça yerləşir ki, onlar da böyük xonça ilə birlikdə ilahi üçlüyü (ata, oğul, müqəddəs ruh) təşkil edir. İki xonça arasındakı üçbucağın təpəsində bir-birinin içərisində yerləşən iki kiçik dairə var. Üçbucaq və dairə günəşi təmsil edir, ondan həyat ağacı-məhsuldarlıq rəmzi şəklində xaç yüksəlir. Bu xaç daş birinci xaç daşa analoji olaraq incə işlənmiş qurşaqla tamamlanır. Onun üçləçəkli tağında taxtda oturmuş tanrı təsvir edilib. Hər iki xaç daş çox orijinal və təkrarsız tamamlanır. Xaçın yuxarı budağından qanadlı dairədə kiçik haça çıxır. Xaç daşda xristian simvolikası ilə ağlasığmaz tərzdə birləşmiş cüt Ahura Mitra tanrılarının aşkar rəmzinin belə təsvirləri yalnız Qafqaz Albaniyasının stellalarında müşahidə olunur.
Kilsə kəndindəki kiçik sovmənin yarımdairəvi girişi üç xaç daşla düzbucaqlı qapıya çevrilib. İki xaç daş şaquli, üçüncüsü isə atma şəklində üfüqi vəziyyətdə qoyulub. Xaç daşların üçü də alban kanonlar əsasında həll olunub. Onların həm öz aralarında, həm də Kəlbəcər rayonu ərazisində tədqiq edilmiş digər xaç daşlarla oxşarlığı var. Baş tağın sol tərəfində qoyulmuş xaç daş xüsusilə diqqəti cəlb edir. Simmetrik yerləşmiş yan zoğlar arasından həyat ağacı şəklində xaç yüksəlir. Xaçvari şəkildə yerləşərək çiçəklərlə qurtaran dörd zoğ xaçın (məhsuldarlıq rəmzi) nəbatat traktovkasını nəzərə çarpdırır. Xaçın üstündən meandr kəməri, onun da üstündən stellanın obrazını tamamlayan ikinci bir kəmər keçir. Bu kəmərin ortasında meyvəli budaqlarla əhatə olunmuş üç müqəddəs haça yerləşir".
Artsak xaç daşlarından yazan tədqiqatçıların verdiyi məlumata görə, Qarabağ ərazisində aşkarlanan və ermənilər tərəfindən oğurlanaraq Eçmiədzinə aparılan xaçvari Artsak xaç daşı haqda yazan alimlərimiz qeyd edir ki, bu tip xaç daşlar əsasən Xocalı, Ağdərə, Tərtər, Gədəbəy, Şuşa və digər rayonlar ərazisində aşkarlanmış və tədqiq edilib. Tədqiqatçılar yazır ki, onlardan ən maraqlı nümunələrdən biri 1633-cü ildə hazırlanan xaçvari Artsak xaç daşıdır: "Bu xaç daş da Qafqaz Albaniyasının hər yerində qəbul olunmuş kanonlar çərçivəsində həll olunub. Göstərilən xaç daş SSRİ vaxtında qanunsuz olaraq Azərbaycan SSR ərazisindən Ermənistan SSR ərazisinə aparılıb və hazırda da Ermənistan respublikasının Üçmüədzin şəhərində saxlanır. Onun formasının daş xaç şəklində olmasına baxmayaraq, stellanın obrazında əsas bədii və simvolik dominantını xaçın ortasındakı üç dairədən ibarət böyük xonça təşkil edir. Orta dairə səkkiz bərabər hissəyə bölünmüş həndəsi hörmə şəklində həll olunub. Xonçanın mərkəzində bərabəryanlı xaç (erkən alban xaçı) təsviri var, onun da kəsişmə nöqtəsində kiçik dairəvi xonça yerləşir. Bütün kompozisiya xristian qəbir daşının sintezləşdirilmiş obrazında birləşən günəş, işıq və məhsuldarlıq simvolu kimi həll olunub. Günəş emblemi arxasındakı həyat ağacı-xaç, həmçinin günəşi təmsil edən simvolik pilləli dağdan yüksəlir. Bu isə qədim Azərbaycan ərazisində əzəldən bəri tətbiq olunan səciyyəvi üslubdur.
XIV əsrə aid başqa bir Artsak xaç daşı isə tamamilə başqa bir üslubda icra olunub. Stellanın bütün səthi çoxlu tematik təsvirlərlə bəzədilib. Dekor prinsipi onu Cuğanın alban xaç daşları ilə, xaçın şəkli və hörmə naxışları isə Kəlbəcərin çahartağ xaç daşları ilə oxşardır. Stellanın yuxarı hissəsindəki qanadlı dairədə (qanadlı dairə Ahura-Mazdanın rəmzidir) tanrının dini-simvolik təsvirləri verilib. Onun hər iki yanında üç mələk və iki əshabə, aşağıda isə biri çox sınmış iki şeytan sifəti təsvir olunub. Stellanın yuxarı üçdə birində, hər iki yanda enli çərçivədə iki atlı-solda nizə ilə əjdahanı öldürən Müqəddəs Georgi, sağda isə yuxarı qaldırılmış əlində məşəl tutan atlı təsvir olunub. Xaçın hər iki tərəfində iki uçan insan fiquru verilib, onlar pis qaldığından, kimləri təsvir etdiyini müəyyənləşdirmək mümkün olmayıb. Təsvir olunan heykəllər kompozisiyası xristian və mitraist-zərdüştilik simvolikasının birləşdiyinə parlaq sübutdur. Stellanın aşağı hissəsində yastı fəza şəklində zəngin ornamentli xonça-günəş təsviri verilib. Günəş dairəyə alınıb, ondan budaqlanmış həyat ağacı-xaç qalxır. Bu xaç daş da SSRİ vaxtında qanunsuz olaraq Azərbaycan SSR ərazisindən Ermənistan SSR ərazisinə aparılmış və hazırda Ermənistan respublikasının Üçmüədzin şəhərində saxlanır. 1511-ci ildən alban katolikoslarının iqamətgahı olan Gəncəsər monastırı ərazisində də Azərbaycan tarixinin həmin dövrünü özündə əks etdirən və qiymətli tarixi abidələr kimi dəyərləndirilən xaç daşlar saxlanıb. Azərbaycan monqollar tərəfindən işğal olunarkən (1235-1236) Gəncəsər monastırının inşaatçısı və sahibi, Xaçın knyazı Həsən Cəlal onların müttəfiqi olur. Çünki monqolların da əksəriyyəti xristian idi...".
(Ardı var)
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ