Bazar ertəsi günü, 23 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Xalq artisti, bəstəkar Vasif Adıgözəlovun irsinə dövlət qayğısı...
Tarix: 28.10.2015 / 01:38
Bölmə: Layihə
Azərbaycan bəstəkarlıq məktəbi olduqca zəngindir. Dahi Üzeyir Hacıbəyovdan başlayan bu yolun saysız istedadlı yolçuları olub. Bu bəstəkarlar sırasında Vasif Adıgözəlov imzası xüsusi ilə seçilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, dövlət mükafatı laureatı, professor Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
Sənəddə qeyd edilir ki, Vasif Adıgözəlovun 80 illik yubileyi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunacaq. Artıq oktyabrın 25-dən başlayaraq yubiley tədbirlərinin keçirilməsinə start verilib. Yubileyin tədbirlər planına uyğun olaraq teatr-konsert müəssisələrində, musiqi məktəblərində, yaradıcılıq ittifaqlarında və digər mədəniyyət ocaqlarında Vasif Adıgözəlovun 80 illiyinə həsr olunan konsertlərin və tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Vasif Zülfüqar (Zülfü) oğlu Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olub. İlk musiqi təhsilini Konservatoriyanın nəzdindəki 10 illik musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirir. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirir.
Tədqiqatçılar yazır ki, V.Adıgözəlov əmək fəaliyyətinə 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlayıb. O sonralar Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, M.Maqomayev adına Dövlət Filarmoniyasının baş musiqi redaktoru, A.Zeynallı adına Bakı Musiqi Məktəbinin direktoru və s. vəzifələrdə çalışıb. 1972-ci ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında əsas işçi kimi müəllimlik edirdi. 1990-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının I katibi seçilib. 1973-cü ildə əməkdar incəsənət xadimi, 1988-ci ildə respublikanın xalq artisti fəxri adlarına layiq görülüb. 1989-cu ildən professor, 1990-cı ildə dövlət mükafatı laureatı adlarını alıb. 1995-ci ildə "Şöhrət ordeni" ilə təltif olunub. Bakı Musiqi Akademiyasında xor dirijorluğu kafedrasına rəhbərlik edib. Görkəmli sənətkar 2006-cı ildə vəfat edib.
Tədqiqatçılar yazır ki, bəstəkar iki operanın - "Ölülər", "Natəvan", 5 musiqili komediyanın - "Hacı Qara (operetta)" (həmmüəllifi R.Mustafayev), "Nənəmin şahlıq quşu", "Boşanaq - evlənərik", "Lənət şeytana", 4 oratoriya - "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915", "Qəm karvanı" 3 kantata - "Novruzum", "Təntənəli", 4 simfoniya, 6 instrumental konsert kamera-instrumental musiqinin, kino-teatr musiqisinin, romans və mahnıların müəllifidir.
Onu da vurğulayaq ki, respublikamızda Vasif Adıgözəlovun 80 illiyi şərəfinə festival düzənlənib. Oktyabrın 26-dan xalq artisti Vasif Adıgözəlovun anadan olmasının 80 illiyi altıgünlük musiqi festivalı ilə qeyd edilir.
Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən "Vasif Adıgözəlov - 80" elmi konfransı kamera konserti ilə start götürüb. Oktyabrın 27-də Azərbaycan Milli Konservatoriyasında "Vasif Adıgözəlovun yaradıcılıq irsi" adlı konsert təqdim olunub. Oktyabrın 28-də isə Beynəlxalq Muğam Mərkəzində "Vasif Adıgözəlovun mahnı çələngi" adlı konsert olacaq.
Oktyabrın 29-da Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasında "Vasif Adıgözəlova ithaf" devizi ilə "Bakı-simfoniyetta" orkestrinin konserti (dirijor Cavad Tağızadə) keçiriləcək. Oktyabrın 30-da Azərbaycan Dövlət Filarmoniyasında bəstəkarın yubileyinə həsr olunmuş gecə planlaşdırılıb. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası (dirijor Yalçın Adıgözəlov) yubiley gecəsində çıxış edəcək. Festival oktyabrın 31-də Akademik Opera və Balet Teatrında Vasif Adıgözəlovun "Natəvan" operasının tamaşası ilə sona çatacaq.
Qeyd edək ki, Vasif Adıgözəlov milli musiqi mədəniyyətimizə bir-birindən dəyərli sənət nümunələri bəxş edib. Onun irihəcmli simfonik əsərlərdən tutmuş mahnılaradək müxtəlif musiqi janrlarını əhatə edən yaradıcılığı öz yüksək peşəkarlıq səviyyəsi və musiqi dilinin orijinallığı ilə diqqəti cəlb edib, geniş dinləyici kütlələrinin rəğbətini qazanıb. Bəstəkarın əsərləri nəinki ölkəmizin, həmçinin dünyanın bir çox ölkələrinin, o cümlədən Almaniya, Bolqarıstan, Meksika, Kosta-Rika, Venesuela, Kuba, Türkiyə, İran və keçmiş Sovet İttifaqının bir çox şəhərlərinin musiqi salonlarında ifa olunub, dinləyici alqışları qazanıb. Bu gün də V.Adıgözəlovun əsərləri müxtəlif beynəlxalq musiqi festivallarında səslənir, görkəmli kollektivlərin və ifaçıların repertuarına daxil edilir, respublikamızın musiqi təhsili ocaqlarında tədris olunur, disklərə yazılır. V.Adıgözəlov Azərbaycan musiqi mədəniyyətimizin tarixində heç kəsə bənzəməyən, öz fərdi üslubu ilə seçilən qüdrətli bir sənətkar idi. Onun musiqisində Azərbaycan xalqının milli qüruru öz əksini tapıb. Bəstəkarın musiqisi də özü kimi qürurludur. Bu qürur millətə və Vətənə sevgidən, dövlətçilik duyğusundan, əsil nəcabətdən, yüksək ziyalılıqdan və əlbəttə ki, şəxsiyyətin arxasında istedadla bərabər dayanan özünə inamından irəli gəlir. V.Adıgözəlovun irsi bizim milli-mədəni sərvətimizdir.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Bənövşə Rzayeva qeyd edir ki, müasir Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simalarından danışarkən bu məktəbin layiqli nümayəndəsi Vasif Adıgözəlovun yaradıcılığını xüsusilə qeyd etmək lazımdır: "Musiqi mədəniyyətimizə möhtəşəm töhfələr verən Vasif Adıgözəlov bu gün də incəsənət xadimləri, musiqiçilər tərəfindən böyük minnətdarlıqla xatırlanır, əsərləri repertuarlardan düşmür. Bu il görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı, professor Vasif Zülfüqar oğlu Adıgözəlovun anadan olmasından 80 il ötür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında" 2015-ci il 11 fevral tarixli Sərəncamında deyilir: "Vasif Adıgözəlov Azərbaycanın zəngin musiqi sənəti salnaməsinə yeni səhifələr yazmış şəxsiyyətlərdəndir. Bəstəkarın xalq mahnıları və muğam ənənələri zəminində dünya musiqisinin mühüm nailiyyətlərindən bəhrələnməklə ayrı-ayrı janrlarda meydana gətirdiyi çoxsaylı əsərlər Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutur".
Vasif Adıgözəlovun 80 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2015-ci il 18 fevral tarixli Sərəncamı ilə Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planında "Azərbaycan bəstəkarlığının inkişafında Vasif Adıgözəlovun rolu" mövzusunda konfransın keçirilməsi, görkəmli sənətkarın bəstəkar, pedaqoq və fəal ictimai xadim kimi hərtərəfli fəaliyyətinə həsr olunmuş tədbirlərin təşkili, tematik verilişlərin və qəzet materiallarının hazırlanması, musiqi məktəblərində bir dərs saatının Vasif Adıgözəlovun yaradıcılığına həsr olunması nəzərdə tutulub".
Tədqiqatçı yazır ki, bəstəkarın yaradıcılığının əsas hissəsini simfonik janrda yazılmış əsərlər təşkil edir. Onun daha bir operası isə Xurşudbanu Natəvanın 170 illik yubileyinə həsr olunan "Natəvan" operasıdır: "Bəstəkarın Xurşudbanu Natəvanın sözlərinə yazdığı "Qərənfil" əsəri instrumental solo ifaçılığında ən çox müraciət olunan əsərdir. Vasif Adıgözəlov dörd simfoniyanın, altı instrumental konsertin, beş musiqili komediyanın, "Segah" simfonik muğamın və dörd oratoriyanın müəllifidir.
Vasif Adıgözəlovun xalq musiqi nümunələrindən yüksək bəstəkarlıq bacarığı ilə yararlanmış məzmunca milli, vətənpərvər ruhda olan əsərləri musiqi fondumuzun ən qiymətli nümunələridir. Müəllifin "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala", "Qəm karvanı" oratoriyaları da məhz bu ruhda yazılmış əsərlərdəndir. Bəstəkarın "Odlar yurdu" oratoriyası 10 hissədən ibarətdir. Əsər Azərbaycan xalqının keçdiyi keşməkeşli yolu musiqinin dili ilə dinləyiciyə çatdırır, yaddaşları sanki yenidən oyadır, müasir nəslə onun keçmişini xatırladır. "Qarabağ şikəstəsi" oratoriyasında qələbə, qətiyyət və inam ifadə edilir. Bu əsər daim insanları düşündürən, həyəcanlandıran bir yaradıcılıq nümunəsidir. Əsərdə Azərbaycan xalqının öz torpaqlarını igidliklə azad etməsi yüksək bəstəkarlıq bacarığı ilə tamaşaçıya çatdırılır".
Bəstəkarın yaradıcılığında "Çanaqqala" oratoriyasının əhəmiyyətini xüsusi qeyd edən tədqiqatçının sözlərinə görə, bu əsəri V.Adıgözəlov yaradıcılığının zirvəsi saymaq olar. O qeyd edir ki, 1915-ci ildə Türkiyədə baş verən tarixi hadisəyə həsr edilmiş bu əsər türk xalqının cəsarətli oğlu Atatürkün xarici ölkələrin istilaçılarına qarşı mübarizəsindən və onun rəhbərliyi ilə müstəqil Türkiyə Respublikası yaradılmasından bəhs edilir: "Çanaqqala" oratoriyasını türk ruhunun yenilməzliyini əks etdirən musiqi abidəsi kimi qiymətləndirmək olar. Bəstəkarın "Qəm karvanı" oratoriyası bədii konsepsiyası və estetik qayəsinə görə rekviyem və memorial xarakter daşıyır. Vasif Adıgözəlovun kino musiqisi öz janr müxtəlifliyi ilə seçilir. Bu filmlərin içərisində bədii, sənədli, cizgi və musiqili filmlər var. Bütün bunlar sənətkarın özünüifadə bacarığını göstərir. "Balaca çoban" (cizgi filmi), "Aktrisanın təbəssümü", "Cazibə qüvvəsi", "Hər şey olduğu kimi-Əminə Dilbazi", "Xidmət lifti", "Həyat bizi sınayır", "Kişi sözü", "Qəribə əhvalat", "Lahıc", "Mahnı qanadlarında", "Məhəbbət oratoriyası", "Skripkanın sərgüzəşti", "Şərikli çörək", "Zülfü ocağı" və sair kimi filmlər maraqlı kompozisiyalarla yaddaşlara həkk olunub. Kinoşünaslar hər bir filmin uğurlu olmasında musiqinin rolunu yüksək qiymətləndirir. Bu filmlərin hər birinin sevilməsində görkəmli bəstəkarın yaradıcılıq zəhmətini görürük. Xüsusilə uşaqlar üçün çəkilmiş "Balaca çoban", "Skripkanın sərgüzəşti", "Şərikli çörək" filmlərinin melodiyaları insanı vəcdə gətirir. Hamımızın dəfələrlə baxdığımız "Şərikli çörək" filmində uşaqların yaşadıqları çətin həyatı öz musiqisi ilə ifadə edən Vasif Adıgözəlov insanı düşündürə bilir. Əbədi çətinlik, fərəhsiz günlər ola bilməz, qarşıda gözəl günlər durur. Bütün bunları bəstəkar filmdə öz musiqi dili ilə deyir və aşılayır. Vasif Adıgözəlovun mahnıları bu gün də sevilə-sevilə ifa olunur. Bəstəkarın "Bakı", "Təkcə səndən xoşum gəlir", "Mən gəzirəm hər yanı", "Gözləməsin, neyləsin?", "Şuşam", "Qərənfil", "Naz-naz", "Unutdu məni", "Şair, nə tez qocaldın" və başqa mahnıları hamımızın sevdiyi nəğmələrdir. Bəstəkarın sözlərinə musiqi yazdığı şairlər də çoxdur. Görkəmli bəstəkarın yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib. Adıgözəlovlar nəsli Azərbaycan musiqisinə Zülfü Adıgözəlov, Vasif Adıgözəlov, Rauf Adıgözəlov kimi görkəmli simalar bəxş edib. Bu gün bəstəkarın oğlu Yalçın Adıgözəlov bu nəslin yolunu layiqincə davam etdirir. Zəngin sənət ömrü yaşamış və daim xalqına bağlı olan Vasif Adıgözəlovun musiqisi bu gün də insanlara vətənpərvərlik, sevinc, inam, sevgi duyğuları bəxş edir. Bu mənada, sənətkar bu gün də bizim müasirimizdir. Onun musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri daim xatırlanır".
Tədqiqatçının fikirlərində böyük həqiqət var və o, V.Adıgözəlov sənətini, şəxsiyyətini çox dəqiqliklə ifadə edə bilib.
Əlbəttə, son bir neçə gün Azərbaycan musiqi ictimaiyyəti tərəfindən Vasif Adıgözəlov günləri kimi qeyd edilir. Bütün musiqi ocaqlarında Vasif Adıgözəlovun ölməz, həmişəyaşar əsərləri səslənəcək. Dövlətin yüksək qiymət verdiyi Vasif Adıgözəlovun musiqisi mədəniyyət tariximizin işıqlı səhifələrinə yazılıb.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
23.11.2026 / 22:41
Moskvanın Avropada gizli casus əməliyyatı
– 20 milyondan çox elanın arxasındakı gizli plan ortaya çıxdı
23.11.2026 / 22:16
Türkiyə NATO-dan çıxa bilər
- Fidanın ikibaşlı anonsu...
23.11.2026 / 21:59
İllər əvvəl qırılmış Moskva-Tbilisi dialoqu müəmmalı şəkildə bərpa olundu...
23.11.2026 / 21:56
Hədəf mərkəzdə, ruh yüksəkdə!”
– Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib
23.11.2026 / 21:44
Netanyahu Fələstinlə bağlı Teampın planına tam əks şərt irəli sürdü...
23.11.2026 / 21:29
Fürsətçi… YUNUS OĞUZ yazır
23.11.2026 / 21:27
“Azərbaycan Ermənistana öz qubernatorunu göndərəcək, ölkə Bakıdan idarə olunacaq...”
23.11.2026 / 21:10
Trampla Si "üçlü görüş" barədə mətbuat konfransı keçirmədi -
səbəb...
23.11.2026 / 21:06
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib
- FOTO
23.11.2026 / 21:01
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət attaşesi “Sərdar Sandıq-Mücrü Ocağı”nda
23.11.2026 / 20:50
Moskva Azərbaycana və Ermənistana yenidən vasitəçilik təklif etdi...
23.11.2026 / 20:37
Ermənistanla müharibədə Azərbaycana dəstək vermiş daha bir dövlətin adı açıqlandı...
23.11.2026 / 20:23
Azərbaycan xarici siyasətdə yeni vektoru fəallaşdırır...
23.11.2026 / 20:08
ABŞ-da Çin şirkətlərinə qarşı təqiblər gücləndi...
Tramp-Si görüşü boşa çıxdı...
23.11.2026 / 19:55
Hüquq-mühafizə orqanları Türkmənistanda ucuz ərzaq növbəsinə duranları qorxudur
23.11.2026 / 19:36
Aralıq dənizində Rusiya gəmisini batıran dronlarla bağlı yeni iddia
- Albaniya ittihamları rədd etdi...
23.11.2026 / 19:23
Türkiyə müharibəyə (?) hazırlaşır - 81 şəhərdə sığınacaqlar tikilir...
23.11.2026 / 19:07
Səddam Hüseynin təyyarəsi satışa çıxarıldı
– qiyməti 900 min dollardır...
23.11.2026 / 18:44
70-ci illərdə ermənilərin Türk dünyasına düşmənçiliyi bu hadisdən başlayıb...
23.11.2026 / 18:21
Azərbaycan ticarət müstəvisində Ermənistanı özündən asılı vəziyyətə salır
23.11.2026 / 17:51
Moskva-İrəvan dəmiryolu toqquşması şiddətlənir -
Ermənistanda ruslar sıxışdırılır...
23.11.2026 / 17:47
Ərəb ölkələri İrana qarşı birləşir...
23.11.2026 / 17:39
Avropa liderləri Kremldə Putinin qəbulunda -
ABŞ Avropanı nəyə sövq edir...
23.11.2026 / 17:21
AQTA Bakıda məşhur restoranın fəaliyyətini dayandırdı
23.11.2026 / 16:58
Ceyhun Bayramov italiyalı nazirlə görüşdü...
23.11.2026 / 16:40
Prezident İlham Əliyev Trampa təşəkkür etdi
23.11.2026 / 15:40
Pekindəki "üçlü görüş formatı" heç vaxt təkrar olunmayacaq -
Putin eyham vurdu
23.11.2026 / 15:38
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı
23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi
23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü -
Avropa liderləri getsin...
23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır
23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi
23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi
– Naxçıvanla quru bağlantısı reallaşır...
23.11.2026 / 13:53
Ukrayna-Rusiya savaşı Aralıq dənizinə də sıçradı
– iki rus gəmisi və helikopteri dənizdə batırıldı...
23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə
– Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...
23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...
23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə
– Moskva Haaqaya müharibə mesajı verdi...
23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı
23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış
– sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...
23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
FOTO
23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...
23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia
– Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...
23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi
23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi
23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı
23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...
23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır
23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı
– Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...
23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir
23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi
23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya
– İranın gəmilərə hücumları rekord həddə çatdı...
23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham
– onların qələbəsi İran daha da aqressivləşdirdi...
23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...
23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı
23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı -
qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…
22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi
- hücumları bərpa edəcəyik...
22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil...
İranda qışda elektrik böhranı yaşana bilər...
22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu
– hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...
22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi
- Yekun sənəd imzalanmadı...
22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb
22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
- FOTO
22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb
22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək
22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi
22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”
22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”
22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"
22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi
22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib
22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir -
“Üçüncü eşelon” kim(lər)dir?
22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları
21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı
– NATO hərəkətə keçəcəyini açıqladı...
21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN
– gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...
21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı...
Finlandiya prezidentindən sensasion iddia...
21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi
– “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”
21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir
– Pentaqondan açıqlama gəldi...
21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə
RƏSMİ REAKSİYA...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ