çərşənbə axşamı günü, 24 noyabr 2026
     

Azərbaycan peşəkar teatrının banilərindən biri Cahangir Zeynalov...

Image


Azərbaycan teatr sənətini kərpic-kərpic hörən şəxsiyyətlərin sayı çox olmasa da, sanbalı böyükdür. Fədakar insanların peşəkarlığı, teatra, xalqa, dövlətə, milli mənliyə, mədəniyyətə sonsuz məhəbbəti, qayğısı sayəsində teatrımız yaranıb. Teatr sənəti kimi çətin, məşəqqətli, əzablı bir sahəyə könül verənlər ancaq Tanrının seçdikləri ola bilər. Milli teatrımız Cahangir Zeynalov kimi Vətən, millət sevən kişilərin ürəyindən ucalıb.
Təbii, o tək deyildi, bu ağır yükə çiyin verənlər vardı, ancaq onun yaratdığı şərait bu işin daha yüksək səviyyədə alınmasına dəstək oldu.
C.Zeynalov Azərbaycan peşəkar teatrının banilərindən biri kimi hər zaman xalqımız, dövlətimiz tərəfindən hörmətlə, rəhmətlə anılır. Ona həm də ona görə yüzqat, minqat sevgi veririk ki, o, qızı, görkəmli səhnə ustadı Nəsibə xanım Zeynalovanı milli səhnəmizə bəxş edib. Kərbəlayi Cahangirdən başlanan yolu bu gün onun nəvəsi Cahangir Novruzov davam etdirir. Bu da böyük bir işdir və tarixdə artıq yaşamaq hüququ qazanıb.
Kərbəlayi Cahangir Zeynalovun irsinə Azərbaycan dövlətinin qayğısı danılmazdır. Bilirik ki, indiyə qədər müqtədir səhnə ustadı ilə bağlı saysız tədbirlər keçirilib. Gənc nəsil ustad aktyoru tanıyır və onun fəaliyyəti ilə tanışdır.
Qeyd etdiyimiz kimi, Azərbaycan dövləti C.Zeynalovun unudulmaz fəaliyyətinə böyük hörmətlə yanaşır. Bunu həm də bütövlükdə milli teatrımıza sayğı, qayğı, diqqət kimi dəyərləndirməliyik.
Bu il C.Zeynalovun 150 yaşı tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Azərbaycan professional teatrının banilərindən sayılan C.Zeynalovun anadan olmasının 150 illiyinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, 2015-ci ildə Azərbaycan professional teatrının banilərindən biri, görkəmli aktyor, teatr xadimi və pedaqoq C.Zeynalovun anadan olmasının 150 illiyi tamam olur.
Sənəddə bildirilir ki, C.Zeynalov qüdrətli sənətkar kimi ifaçısı olduğu bütün rolları öz canlı müşahidələri sayəsində daim yeni cizgilərlə zənginləşdirib və həyat həqiqətlərini realizm prinsipləri əsasında səhnədə müvəffəqiyyətlə canlandıran dolğun surətlər silsiləsi yaradıb. Onun yüksək əhəmiyyətə malik sənət məktəbinin parlaq ənənələri böyük səhnə ustaları tərəfindən layiqincə davam etdirilib. Sərəncamda milli teatr sənətinin inkişafında mühüm xidmətləri olan görkəmli sənətkar Cahangir Zeynalovun 150 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə ədibin yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.
Onu da vurğulayaq ki, milli teatrımızın ilk peşəkar aktyorlarından biri Azərbaycan realist məktəbinin banisi Kərbəlayi Cahangir Zeynalovdur. Tədqiqatçılar yazır ki, Bakıda doğulan C.Zeynalovun atası Məşədi Rza da, özü də tacirlik edib. Cahangir bəy ibtidai təhsil alıb, rus və fars dillərini mükəmməl bilirdi, geniş mütaliəsi vardı. Tədqiqatçıların yazdığına görə, səhnəyə ilk dəfə 1885-ci ildə qız rolunda çıxıb. Bakıda fəaliyyət göstərən Lanskoy, Şorşteyn, Aqriptseva kimi aktyorların truppaları ilə yaxından əlaqəsi vardı, şəhərə gələn qastrolçuların tamaşalarına müntəzəm baxırdı. Hətta 1916-1918-ci illərdə baxdığı tamaşalar barədə rəylərini, sənət haqqında mühakimələrini təcəssüm etdirən "Teatro dəftərçəsi" (Əxz etdiyim hərəkətlər) nəzəri-təcrübi fikirlərini traktat səpkisində yazıb. Müəyyən vərəqləri itmiş həmin dəftərçə Azərbaycan Dövlət Teatr Muzeyində saxlanır.
Tədqiqatçılar yazır ki, maddi imkanı geniş olan C.Zeynalov aktyorlara həmişə əl tutar, pul yardımı edərdi. O, indiki Hüsü Hacıyev və Dilarə Əliyeva küçələrinin kəsişməsində yerləşən Şahmat klubunun yerindəki evinin böyük bir zalını məşq üçün ayırıb. Otağın baş hissəsində xərc çəkib səhnə də düzəltdirib. Hacıağa Abbasov, Mirzağa Əliyev, Məhəmməd bəy Əlvəndi, Hüseyn Ərəblinski, Mirmahmud Kazımovski kimi aktyorlar, Soltanməcid Qənizadə, Həbib bəy Mahmudbəyov, Bədəl bəy Bədəlbəyli kimi müəllim və səhnə fədailəri dəfələrlə həmin zalda məşq edib, tamaşalar hazırlayıb. Teatrşünaslar yazır ki, məşqdən sonra iştirakçıların hamısına süfrə açılırdı və xərci Kərbəlayi özü ödəyirdi.
Tədqiqatçıların verdiyi məlumata görə, C.Zeynalov səhnədə əvvəllər Həbib bəy Mahmudbəyovla Soltanməcid Qənizadənin hazırladıqları tamaşalarda oynayıb.
Teatrşünaslar yazır ki, XIX əsrin sonlarında isə sənət dostu Nəcəfqulu Vəliyevlə birgə əsərlər tamaşaya qoyublar. 1900-cü illərdə Müsəlman Dram Artistləri Şirkətinin ("Şirkət" də deyilib) təşkilində Zeynalovun müstəsna rolu olub. "Nicat" (1906) və "Səfa" (1912), "Nəşri-maarif" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr truppalarında Kərbəlayi Cahangir əsasən aktyorluq edər və həm də tamaşalara quruluş verərdi. "Şəfa"nın teatr truppası 1912-ci ildən fəaliyyətdə idi, ancaq Cəmiyyətin özü 1910-cu ildə yaranmışdı. "Şəfa"nın kitabxanasının təşkilində böyük işlər görən C.Zeynalov onun fonduna çoxlu nüsxədə kitab bağışlamışdı.
C.Zeynalovun pedaqoji fəaliyyətindən yazan tədqiqatçılar onun bu sahədə gördüyü misilsiz işləri xüsusi qiymətləndirir. Teatrşünaslar yazır ki, Bakıda qabaqcıl elm ocaqlarından sayılan "Səfa" məktəbində Səməd Mənsur, Abbasmirzə Şərifzadə, Cəfər Bünyadzadə ilə yanaşı, C.Zeynalov da dərs deyirdi. O dəfələrlə "Səfa" teatr bölməsi idarə heyətinin rəhbərləri sırasına seçilib. Hətta 1914-cü ildə sədr vəzifəsini C.Zeynalov, müavinliyi isə Mehdi bəy Hacınski tutub.
Tədqiqatçıların yazdığına görə, C.Zeynalov ilk Azərbaycan aktyorudur ki, teatr ictimaiyyəti ona təntənəli yubiley keçirib. Səhnə fəaliyyətinin 25 illiyi münasibətilə "Nicat" cəmiyyətinin Qurban bayramı günündə (30 noyabr 1910) Tağıyev teatrında keçirdiyi yubiley təntənəsində rəsmi hissə olub, fasilələrdə xanəndə və sazəndələr çalıb-çağırıb, Mirzə Fətəli Axundovun "Lənkəran xanının vəziri" komediyası oynanıb, Mirzə Həbib rolunu C.Zeynalov ifa edirdi. Yubiley münasibətilə "Günəş", "Kaspi", "Nicat", "Səda", "Bakı", "Bürhani-Tərəqqi", "Qafqazskaya kopeyka" qəzetləri məqalələr və Nəriman Nərimanovun, Mehdi bəy Hacınskinin, Boyarski truppası aktyorlarının, redaksiya heyətlərinin təbriklərini çap edib. Yubiley gecəsindən yazan tədqiqatçılar bildirir ki, "Nicat" tərəfindən Səməd bəy Acalov, gürcü nəşri-maarif cəmiyyətindən Nasidze, bütün müsəlman dram dəstəsi adından Qulamrza Şərifzadə, "Maloross", "Kulturnıy soyuz", "Prosvita", "Nəşri-maarif", "İttihad", "Yəhudilər" cəmiyyətləri, "Yeni Fyüzat", "Molla Nəsrəddin" məcmuələri, "Səda", "Tərcüman" qəzetləri aktyoru təbrik edib, ona qiymətli hədiyyələr bağışlayıb.
Tədqiqatçılar qeyd edir ki, Mirzağa Əliyev, Hacıağa Abbasov, Məmmədəli Vəlixanlı kimi möhtərəm aktyorların səhnəyə gəlişində Kərbəlayi Cəhangirin böyük xidmətləri olub. O, "Nicat", "Səfa", "Müsəlman Artistləri İttifaqı"nın, Hacıbəyov qardaşlarının "Opera və dram truppası"nın aralarındakı xoşagəlməz ləcliyi, çəkişmələri aradan qaldırıb, onları ümumi mədəniyyətin tərəqqisi naminə birləşməyə çağırıb. Səhnəmizdə qadınların olmamasından həmişə rahatsızlıq keçirən aktyor qızını aktrisa görmək istəyib, ancaq amansız ölüm bu arzuya kölgə salıb. Üç yaşında valideyni C.Zeynalovu itirən Nəsibə Zeynalova sonralar atasının bünövrəsini qoyduğu realist aktyor məktəbinin ən layiqli davamçısı kimi tarixləşdi.
Tədqiqatçıların verdiyi məlumata görə, 1918-ci ilin 17 martında erməni daşnakları Bakıda vəhşiliklə yanğınlar və qırğınlar törədəndə C.Zeynalov həyat yoldaşı Hüsniyyə xanımla, körpə qızı Nəsibə ilə İranın Ənzəli şəhərinə, müvəqqəti orada yaşayan qayınatası Məşədi Əbdüldayan Hüseynovun yanına gedib. Oktyabrın əvvəllərində ara sakitləşəndə o, ailəsi ilə birgə "Ərdahan" gəmisinə minib Bakıya qayıdarkən dənizdə fırtına qopub. Səkkiz gün dənizdə qalan gəmidə natəmizlikdən yatalaq (tif) xəstəliyi yaranıb və Kərbəlayi Cahangir də həmin azara tutulub. Bakıya çatandan sonra yaxın dostlarından, qohumlarından xəbərsiz dünyasını dəyişib. Aktyor son dəfə səhnəyə "İsmailiyyə" zalında oynanan "Hacı Qara" tamaşasında baş rolda çıxıb.
C.Zeynalovun milli dramaturgiyamızda oynadığı rolların tam olmayan siyahısı belədir: Mirzə Fətəli Axundovun "Hacı Qara"sında Hacı Qara, "Müsyö Jordan və dərviş Məstəli şah"da Şahbaz bəy və Məstəli şah, "Molla İbrahimxəlil kimyagər"də Molla İbrahimxəlil, "Xırs quldurbasan"da Tarverdi, "Lənkəran xanının vəziri"ndə Mirzə Həbib, Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər"ində Hacı Qəmbər, "Ağakərim xan Ərdəbil"də Ağakərim xan, "Müsibəti Fəxrəddin"də Vəli, Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" faciəsində Tavad Maqobeli, Rzaqulu Mirzə, Mirzə Cəfər xan, "Bəxtsiz cavan" ("Tamah"), "Kimdir müqəssir?", "Millət dostları" dramlarında Kişi, Hacı Səməd ağa, Mahmud, "Xəyalət"də Dərviş, Nəriman Nərimanovun "Dilin bəlası"nda Şamdan bəy və Hacı İbrahim, "Nadir şah" faciəsində Ədhəm və Cavad, İsmayıl Rüstəmbəyovun "Dövləti bisəmər", Mehdi bəy Hacınskinin "Sultan Əbdüləzizin xəli" pyeslərində Hacı Fərəc, Həsən Xeyrulla Əfəndi, Süleyman Sani Axundovun "Tamahkar"ında Hacı Murad rolları və Soltanməcid Qənizadənin "Axşam səbri xeyir olar" (Məşədi Şaban), "Xorxor" (Seyfulla), "Dursunəli və ballıbadı" (Dursunəli), Məmmədhəsən Həsənovun "Pinəçi Seyfulla" (Seyfulla), Vasaq Mədətovun "Qırt-qırt" (Ağa Murad), İsgəndər Məlikovun "Yaxşılığa yamanlıq", "Molla Nəsrəddin" (Molla Nəsrəddin) vodevillərində əsas obrazlar.
Tədqiqatçılar qeyd edir ki, tərcümə əsərlərindən Lev Tolstoyun "Əvvəlinci şərabçı" (Potap), Şillerin "Qaçaqlar" (Qoca Moor), Molyerin "Zorən təbib" (Eyvaz), Şəmsəddin Saminin "Dəmirçi Gavə" (Qubad və Fərhad), "Əhdə vəfa" (Zübeyr), Hüseyn Bədrəddin və Məhəmməd Rüfətin "Əmir Əbül Üla" (Rəbi), S.Lanskoyun "Qəzavat" (Qoca sərkərdə), Vano Mçedaşvilinin "Qaçaq Kərəm" (Çinovnik və Xanın katibi), Namiq Kamalın "Vətən" ("Vətən, yaxud Osmanlı müharibəsi". Şeyxülislam) tamaşalarında oynayıb.
Tədqiqatçıların bildirdiyinə görə, sadalanan rolların əksəriyyətini dəfələrlə müxtəlif quruluşlarda ifa etmiş C.Zeynalov bəstəkar Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettasında Rza bəy və Rüstəm bəy obrazlarını yüksək məharətlə yaradıb.
C.Zeynalovun rejissorluq fəaliyyətindən də danışmaq istəyirik. Teatrşünaslar yazır ki, rejissor kimi də səmərəli fəaliyyət göstərən C.Zeynalov 1913-cü ildə "Səfa"da dramaturqlardan Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər", Namiq Kamaln "Vətən", Zülfüqar bəy Hacıbəyovun "Evliykən subay", 1914-cü ildə Əbdürrəhim bəy Haqverdiyevin "Millət dostları", Molyerin "Zorən təbib", 1915-ci ildə Namiq Kamalın "Əhdə vəfa", digər illərdə müxtəlif truppalarda Cəlal Yusifzadənin "Fərhad və Şirin" (opera), Şəmsəddin Saminin "Dəmirçi Gavə", Nəriman Nərimanovun "Nadir şah Əfşar" əsərlərinə quruluş verib.
C.Zeynalov xalq folklorunun mayasından şirələnən yumordan yaradıcılıqla bəhrələnirdi.
O dövrdə dəbdə olan süni pafosla danışmaqdan, ritorikadan, boğazdan yuxarı deklomasiyaçılıqdan, saxta hərəkətlərdən cəsarətlə imtina edib. Teatrşünaslar bildirir ki, teatrda estetik savadsızlığın əleyhinə çıxaraq real oyun ifa üslubunun sistemlər toplusunu yaradıb. Oynadığı rolda doğruçuluğa, həyatiliyə, inandırıcılığa nail olmaq üçün obrazın daxili inkişaf məntiqinə əsaslanıb, müxtəlif üslubları sintez edə bilib. Tədqiqatçılar qeyd edir ki, onun aktyor məktəbi köklü və davamlı prinsiplər əsasında qurulmaqla öz poetikasının müəyyən vacib göstərici-prinsiplərini formalaşdırıb.
Tədqiqatçılar bildirir ki, rolunu nə qədər coşğun ehtirasla, çılğın temperamentlə oynasa da, heç vaxt personajın daxili sürət-ritminin inkişaf ahəngindən çıxmır, həmin rolla təqdim etmək istədiyi estetik fikrin mahiyyətindən uzaqlaşmır, həqiqət hissinə daim sadiq qalırdı. Teatrşünasların bildirdiyinə görə, obrazın (məsələn, Hacı Qara, Vəzir) ictimai-sosial mənşəyindən çıxış edərək onun cəmiyyətdə tutduğu mövqeyini özü üçün aydınlaşdırır və buna uyğun məntiqlə rolun davranışını, geyimini, danışığını müəyyənləşdirirdi. Sənətkarların dramatik rollarından danışan alimlər yazır ki, təbiətən komik olan C.Zeynalov sənətdə hər cür zahiri əyləndiriciliyin, yüngül oyunbazlığın, şitliyin əleyhinə çıxır, teatrı yüksək hisslərə çıraq tutan məbəd kimi qiymətləndirirdi. Teatrşünasların bildirdiyinə görə, el arasında həmişə özünü yüksək ləyaqətlə, ağır ağayanalıqla aparar, hər yerdə hörmət-izzəti uca tutulardı, onu müdrik ağsaqqal, xeyirxah ziyalı kimi qəbul edərdilər.
Azərbaycan teatrının bünövrəsini qoyan kişilərdən biri haqqında da yazdıq. Azərbaycan teatr sənətinin inciləri sırasında yer tutan Kərbəlayi Cahangir Zeynalov Azərbaycan mədəniyyətinə böyük töhfələr verib və bu xəzinə tükənməzdir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

23.11.2026 / 22:41
Moskvanın Avropada gizli casus əməliyyatı – 20 milyondan çox elanın arxasındakı gizli plan ortaya çıxdı

23.11.2026 / 22:16
Türkiyə NATO-dan çıxa bilər - Fidanın ikibaşlı anonsu...

23.11.2026 / 21:59
İllər əvvəl qırılmış Moskva-Tbilisi dialoqu müəmmalı şəkildə bərpa olundu...

23.11.2026 / 21:56
Hədəf mərkəzdə, ruh yüksəkdə!” – Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib

23.11.2026 / 21:44
Netanyahu Fələstinlə bağlı Teampın planına tam əks şərt irəli sürdü...

23.11.2026 / 21:29
Fürsətçi… YUNUS OĞUZ yazır

23.11.2026 / 21:27
“Azərbaycan Ermənistana öz qubernatorunu göndərəcək, ölkə Bakıdan idarə olunacaq...”

23.11.2026 / 21:10
Trampla Si "üçlü görüş" barədə mətbuat konfransı keçirmədi - səbəb...

23.11.2026 / 21:06
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - FOTO

23.11.2026 / 21:01
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət attaşesi “Sərdar Sandıq-Mücrü Ocağı”nda

23.11.2026 / 20:50
Moskva Azərbaycana və Ermənistana yenidən vasitəçilik təklif etdi...

23.11.2026 / 20:37
Ermənistanla müharibədə Azərbaycana dəstək vermiş daha bir dövlətin adı açıqlandı...

23.11.2026 / 20:23
Azərbaycan xarici siyasətdə yeni vektoru fəallaşdırır...

23.11.2026 / 20:08
ABŞ-da Çin şirkətlərinə qarşı təqiblər gücləndi... Tramp-Si görüşü boşa çıxdı...

23.11.2026 / 19:55
Hüquq-mühafizə orqanları Türkmənistanda ucuz ərzaq növbəsinə duranları qorxudur

23.11.2026 / 19:36
Aralıq dənizində Rusiya gəmisini batıran dronlarla bağlı yeni iddia - Albaniya ittihamları rədd etdi...

23.11.2026 / 19:23
Türkiyə müharibəyə (?) hazırlaşır - 81 şəhərdə sığınacaqlar tikilir...

23.11.2026 / 19:07
Səddam Hüseynin təyyarəsi satışa çıxarıldı – qiyməti 900 min dollardır...

23.11.2026 / 18:44
70-ci illərdə ermənilərin Türk dünyasına düşmənçiliyi bu hadisdən başlayıb...

23.11.2026 / 18:21
Azərbaycan ticarət müstəvisində Ermənistanı özündən asılı vəziyyətə salır

23.11.2026 / 17:51
Moskva-İrəvan dəmiryolu toqquşması şiddətlənir - Ermənistanda ruslar sıxışdırılır...

23.11.2026 / 17:47
Ərəb ölkələri İrana qarşı birləşir...

23.11.2026 / 17:39
Avropa liderləri Kremldə Putinin qəbulunda - ABŞ Avropanı nəyə sövq edir...

23.11.2026 / 17:21
AQTA Bakıda məşhur restoranın fəaliyyətini dayandırdı

23.11.2026 / 16:58
Ceyhun Bayramov italiyalı nazirlə görüşdü...

23.11.2026 / 16:40
Prezident İlham Əliyev Trampa təşəkkür etdi

23.11.2026 / 15:40
Pekindəki "üçlü görüş formatı" heç vaxt təkrar olunmayacaq - Putin eyham vurdu

23.11.2026 / 15:38
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi

23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü - Avropa liderləri getsin...

23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır

23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi

23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi – Naxçıvanla quru bağlantısı reallaşır...

23.11.2026 / 13:53
Ukrayna-Rusiya savaşı Aralıq dənizinə də sıçradı – iki rus gəmisi və helikopteri dənizdə batırıldı...

23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə – Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...

23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...

23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə – Moskva Haaqaya müharibə mesajı verdi...

23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı

23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış – sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...

23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi FOTO

23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...

23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI

23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia – Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...

23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi

23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı

23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...

23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı – Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...

23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir

23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya – İranın gəmilərə hücumları rekord həddə çatdı...

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ