çərşənbə axşamı günü, 24 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
General Səməd bəy Mehmandarov - 160
Tarix: 21.10.2015 / 02:21
Bölmə: Layihə
Onun adı ancaq Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində məşhurdur. Xalqımızın fəxri olan görkəmli dövlət, hərbi xadimlər sırasında özünə parlaq yer tutan Səməd bəy Mehmandarov unudulmazdır. Qüdrətli sərkərdə, dünya hərb tarixində xüsusi yeri olan Mehmandarov ilk müstəqil Azərbaycanın-Azərbaycan Xalq Cumhuriyyətinin ordusunu quranlardan olub.
Onun yaratdığı dəmir nizami ordu öz peşəkarlığı ilə seçilib. Səməd bəy Mehmandarov Azərbaycan dövlətçiliyi, hərb qüdrətimizin artırılması, ordu quruculuğu sahəsində böyük işlər görüb.
Dövrünün görkəmli şəxsiyyətlərindən olan generalın taleyi sonradan üzünə gülməyib. Bolşeviklərin təzyiqi ilə üzləşən general Mehmandarov ömrünü xoşbəxtliklə başa vurmayıb. Həyatında çox savaşlar, müharibələr görən Səməd bəy bolşeviklərin həyata keçirdiyi terrorun qurbanı oldu. Qırmızı terror bizim əlimizdən çox böyük insanları aldı, amma onları könüllərdən qopara bilmədi.
Azərbaycan dövləti hər zaman hərb tariximizi yaradanlara, dövlətçiliyimizin inkişafında əməyi olan insanların xatirəsinə xüsusi qayğı ilə yanaşır. General Səməd bəy Mehmandarov da dövlətimizin qiymətləndirdiyi, fəaliyyətinə qiymət verdiyi, ruhuna hörmət etdiyi şəxsiyyətlərdəndir.
Məlum olduğu kimi, 2015-ci il 29 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, 2015-ci ildə görkəmli hərbi xadim, Azərbaycan Xalq Cumhuriyyətinin hərbi naziri, general Səməd bəy Sadıq bəy oğlu Mehmandarovun anadan olmasının 160 illiyi tamam olur.
Sənəddə yazılır ki, general Səməd bəy Mehmandarov döyüş meydanlarında yüksək peşəkarlığı və zabit şərəfinə hədsiz sədaqəti ilə Azərbaycan xalqının hərb salnaməsinə unudulmaz səhifələr yazıb. Azərbaycan Xalq Cumhuriyyəti yaradılarkən ordu quruculuğu prosesinin bütünlüklə milli zəmin üzərində həyata keçirilməsi, hərbi potensialın məharətlə istiqamətləndirilməsi və konkret tarixi şəraitdə ölkənin ərazi bütövlüyünün, hərbi təhlükəsizliyinin layiqincə təşkil edilməsi məhz onun fəaliyyətinin nəticələridir.
Məlum olduğu kimi, bu günlərdə görkəmli hərbi xadim, general Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2015-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar tədbirlərin planlaşdırılması və keçirilməsi məqsədilə müdafiə nazirinin əmrilə Təşkilat Komitəsi yaradılıb. Xəbərə görə, Təşkilat Komitəsinin ilk iclasında Silahlı Qüvvələrin birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində tədbirlərin keçirilməsi ilə bağlı qarşıda duran tapşırıqlar müzakirə edilib.
Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin təklifləri də nəzərə alınmaqla hazırlanan tədbirlər planına əsasən, qarnizonlarda, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi birlik, birləşmə və hissələrdə, eləcə də ölkənin təhsil və mədəni-maarif ocaqlarında minlərlə hərbi qulluqçu və mülki əhalinin iştirakı ilə elmi-praktik konfrans, yubiley mərasimləri, yarış-müsabiqələri, viktorinalar, səyyar foto sərgilər və müxtəlif tədbirlər keçiriləcək.
İlin sonunadək davam edəcək silsilə tədbirlərə artıq Silahlı Qüvvələrdə start verilib.
Qeyd edək ki, Səməd bəy Mehmandarov - Rusiya İmperator ordusunun artilleriya generalı, Azərbaycan Xalq Cumhuriyyətinin hərbi naziri, sovet hərb xadimi kimi tarixə düşüb. Tədqiqatçıların yazdığına görə, Səməd bəy Mehmandarov 1855-ci il oktyabrın 16-da Lənkəranda anadan olub. Məlumata görə, Bakıda gimnaziya təhsili alıb, 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olub. 1875-ci ilin dekabrında podporuçik rütbəsi alır və üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilir. 1890-cı ildə kapitan, 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor rütbəsi alıb. Tədqiqatçılar bildirir ki, Azərbaycanın qəhrəman oğlu Rus-Yapon müharibəsində böyük rəşadət göstərib. Qəhrəmanlığına görə S.Mehmandarova 1908-ci ildə tam artilleriya generalı rütbəsi verilib. Tədqiqatçılar onu da qeyd edir ki, I Dünya Müharibəsi başlanarkən Varşava ətrafında xidmət edən general S.Mehmandarovun komandir olduğu 21-ci piyada diviziyasının tərkibində dörd alay var idi: 81-ci Abşeron alayı, 82-ci Dağıstan alayı, 83-cü Samur alayı və 84-cü Şirvan alayı. Visla çayı yaxınlığındakı İvanqorod rayonunda da 21-ci diviziya 52-ci piyada diviziyası tərkibində 205-ci Şamaxı və 206-cı Salyan alayları da var idi. Diviziya komandiri S.Mehmandarov Lodz istiqamətində aparılmış döyüşdə alman generalı Makenzonun ordusu üzərində qələbə əldə edib.
1915-ci ildə general S.Mehmandarov korpus komandiri təyin edilmişdi. 1917-ci ilin əvvəlində Rusiyanın bütün hərbi ordenləri ilə, eləcə də İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordeni ilə təltif edilib.
1917-ci il fevral burjua inqilabı baş verərkən S.Mehmandarov Qafqazda idi. Həmin ilin aprel ayında o, vəzifəsini həmişəlik tərk edib istefaya çıxmış, bir müddət Vladiqafqaz şəhərində yaşamış, sonra Azərbaycana gəlib.
General S.Mehmandarov Azərbaycan Xalq Cumhuriyyəti hökumətində 1918-ci ilin 25 dekabrından hərbi nazir vəzifəsini tutmuş və müstəqil Azərbaycanın qısa müddətdə 30 minlik ordusunu yaratmağa nail olmuşdu. 1919-cu ilin yazında ingilis hərbi hissələri Azərbaycanda olduğu dövrdə hərbi nazir S.Mehmandarov Azərbaycan Xalq Cumhuriyyəti hökuməti başçısı Nəsib bəy Yusifbəyliyə göndərdiyi rəsmi məktubda bildirmişdi ki, ingilis hərbi dəstələri Azərbaycanda məskun olduqları yerlərdə talanlar edir, kəşfiyyat işi aparırlar. Bunlara etiraz olaraq S.Mehmandarov İngiltərə hökumətinin I Dünya Müharibəsi illərində ona verdiyi ordenləri İngiltərə hökumətinə qaytarmağı Azərbaycan hökumətindən xahiş etmişdi.
Sovet hakimiyyəti qurulduqdan sonra Nəriman Nərimanovun şəxsi zəmanəti əsasında hərbi fəaliyyətini davam etdirmiş və Azərbaycanda yaradılmış hərbi komandirlər məktəbində 1921-1928-ci illərdə müəllimlik edib. Qafqaz ordusunun komandiri olmuş birinci dərəcəli ordu komandiri İ.Ç.Yakir 1925-ci ildə yazmışdı: "Mehmandarov nadir artilleriyaçıdır".
Tədqiqatçılar yazır ki, general Səməd bəy Mehmandarov 1924-1927-ci illərdə Azərbaycanda hərbi sahədə aparılan geniş islahatlarda və tədbirlərdə fəal iştirak edib.
1919-cu ilin sentyabrında Bakıda olan ingilis hərbi müxbiri Skotland Liddel öz təəssüratlarında yazırdı: "Mənə deyirdilər ki, burada qarışıqlıqla rastlaşacağam, amma heç bir qarışıqlıq görmədim... Yol boyu biz Azərbaycan ordusunun yüzlərlə cavan əsgəri ilə qarşılaşdıq, onlar iki il əvvəl gördüyüm əsgərlər deyildilər. Hətta bir ay əvvəlkilərə belə oxşamırdılar. Azərbaycan ordusu sürətlə təşkil olundu, sürətlə də lazımi şəklə düşdü. Azərbaycan dərk etdi ki, intizamsız ordu sadəcə olaraq yaşaya bilməz. Azərbaycanda dəmir intizam hökm sürür, elə bir intizam ki, Rusiyada belə yoxdur".
1920-ci ilin Novruz bayramı günlərində Ermənistanın daşnak hərbi hissələri Xankəndi qarnizonuna hücum etdi. Bu hücum dəf edildikdən sonra onlar Qarabağa yeganə keçid olan Əsgəran qalasını ələ keçirdilər və Xankəndində olan Azərbaycan ordu hissələrini mühasirəyə aldılar. Belə bir vəziyyətdə Azərbaycan rəhbərliyi ölkənin şimalında olan milli ordunun böyük bir hissəsini general Həbib bəy Səlimovun komandanlığı altında Qarabağa göndərməyə məcbur oldu. Nəticədə daşnak ordusu hissələri və Qarabağın erməni qiyamçıları darmadağın edilərək yuxarı Qarabağ düşməndən azad olundu. Hərbi nazir general Səməd bəy Mehmandarov bu qələbə münasibətilə Azərbaycan əsgərlərinə müraciətində demişdi: "Qəhrəman əsgərlər! Mən şəxsən Almaniya cəbhəsində bir çox müharibələrdə olmuşam, fəqət, sizin qədər qəhrəmanlıq göstərən əsgərlərə nadir halda təsadüf etmişəm. Siz mənim ümidlərimi qüvvətləndirdiniz. Siz qanınızla gənc Azərbaycan Ordusunun namusunu mühafizə etdiniz".
Onu da vurğulayaq ki, mətbuatda Səməd bəy Mehmandarovun 1920-ci il 28 apreldən sonrakı həyatı barədə oğlu Pirin fikirləri yer alıb: "Atam aprelin 27-də parlamentin iclasından evə qayıdıb özümüzlə aparmaq üçün anamın hazırladığı çemodanları gördükdə dedi: "Bunları boşalt, çünki biz heç yerə gedəsi deyilik". Anam təəccüblə soruşdu: "Necə yəni gedəsi deyilik? Bilmirsən ki, səni güllələyəcəklər?". Atam anama cavab verdi ki, parlamentin son iclasında "Hümmət" fraksiyasının lideri Əliheydər Qarayev mənə yaxınlaşıb əmin etdi ki, "Səməd bəy, başınızdan bir tük belə əskik olmayacaq. Bizimlə qalıb işləməyinizi təklif edirəm". Anam yenə etiraz edərək dedi: "Bəs oğlunun taleyi, gələcəyi? Axı qatar Biləcəridə gözləyir". Atam bu dəfə daha qətiyyətlə bildirdi ki, biz heç yana getməyəcəyik.
Deyilənə görə, həmin gün Biləcəridə Müsavat hökumətinin rəhbərlərini Tiflisə aparacaq qatar atama görə saat yarım gözləmişdi. Mehmandarov Şıxlinski ilə birgə Nəriman Nərimanovun köməyi sayəsində ölümdən xilas edilərək Moskvaya göndərilir. Şıxlinski Ali Artilleriya Məktəbində gələcəyin marşalları Qovorov, Yakovlev, baş artilleriya marşalı Voron və başqalarına dərs deyib. Mehmandarov Hərbi Akademiyada taktikadan dərs deyib. Bir ildən sonra Bakıya qayıdan generallar Azərbaycan Komandirlər Məktəbində dərs deyiblər. 1928-ci ildə səhhətinə görə istefaya çıxan general Səməd bəy Mehmandarova dövlət 100 manat pensiya kəsmişdi. Generalın həyat yoldaşı Yelizaveta Nikolayevna və yeganə oğlu Pir o zaman sürgünə göndərilir, qocalmış və əldən düşmüş Mehmandarov isə Bakıda qalır. Ömrünün son üç ilində islam tarixi və fəlsəfə ilə məşğul olur. Şahidlərin dediyinə görə, sovet hökuməti onu Müsavat hökumətinin hərbi naziri işlədiyi binanın - sonralar "Azneft" kimi tanınan o tikilinin ətrafını süpürməyə məcbur edirmiş. Hamıya görk olsun deyə...
1931-ci ildə Bakıda vəfat edən Səməd bəy Çəmbərəkənd qəbiristanlığında (indiki Şəhidlər Xiyabanında) dəfn edilir. 1939-cu ildə bolşevik Kirova heykəl qoyulanda həmin qəbiristanlıq dağıdılır və yerində istirahət parkı salınır. İmkanı olanlar əzizlərinin qəbrini bu ərazidən başqa yerə köçürür. Azərbaycanın dünya şöhrətli generalının qəbrinə isə sahib çıxan tapılmır...
General S.Mehmandarov dövrünün görkəmli şəxsiyyətlərindən biri olub. O, türk və fars dillərini yüksək səviyyədə bilirdi.
Tədqiqatçılar Səməd bəy Mehmandarov haqqında yazırlar: "Rus imperiyasının qoşunları Mancuriya ərazisində yerləşdirilmişdi. Həmin illərdə rus-yapon münasibətləri artıq kəskin vaziyyət almışdı. Qoşunlara rəhbərlik güclü şəxslərdən təşkil edilsə də, yapon casuslarını sıradan çıxarmaq müşkül məsələ idi. Hazırlanan hücum planları nə qədər gizli saxlansa da, son anda məxfiliyin pozulduğu ortaya çıxırdı. 1901-ci ildə podpolkovnik Səməd bəy Mehmandarovun artilleriya batalyonu Mancuriya ərazisində idi. Onun taktikasının yüksək səviyyədə olduğunu və verilmiş hərbi tapşırıqların öhdəsindən həmişə uğurla gəldiyini bilən ordu generalı Rennenkampf çox götür-qoy edəndən sonra adyutantına tapşırıq verdi: - Podpolkovnik Mehmandarovu yanıma çağırın!
Az keçməmiş ortaboylu, qara saqqalı səliqə ilə daranmış ciddi görkəmli podpolkovnik qərargaha daxil oldu və məruzə etdi:
- Əmrinizlə hüzurunuzdayam!
- Cənab Mehmandarov, xunxuzları sıradan çıxarmasaq, müharibəni uduzacağıq. Buna görə də komandanlıq sizə etimad göstərib mühüm tapşırığı həyata keçirmək üçün əmr verir: Siyan-Sin rayonunda yapon casuslarını sıradan çıxarmalısınız.
- Oldu cənab general! - Mehmandarov cavab verdi.
Generalın yanından çıxdıqdan sonra Səməd bəy Mehmandarov artilleriya batareyasına qayıtdı. Çox düşünüb-daşındıqdan sonra qərara gəldi ki, ən yaxın silahdaşları olan zabitlərə belə etibar etmədən görüləcək işlərin planını təkcə özü hazırlasın və bu planı həyata keçirilməsi lazım bildiyi an açıqlasın. Gecə hamı yatdıqdan sonra kağız üzərində mürəkkəblə təkcə özünün anlaya biləcəyi cızmaqaralar etməyə başladı. Sonra da guya həmin "plan"ı stolun üstündə "unudub" yatmağa getdi. Ertəsi gün hücuma hazırlıq məqsədilə topların yerləşməsinə nəzarət edən Mehmandarov "plan"da qeyd olunan nöqtələrə az sayda uzaqvuran top yerləşdirdi. Əməliyyata başçılıq edəcəyini bildirib hər bir detalı diqqətlə düşündü. Şər qarışandan sonra isə düşmənin arxasına keçib çoxsaylı toplarını gecə ilə qazılan səngərlərdə gizlədib üzərini sıx ağac budaqları ilə örtdürdü. Ertəsi günü qızğın döyüş başladı. Rusların zəif atəşini görən yaponlar irəliləməyə başladılar. Elə bu vaxt podpolkovnik Mehmandarov hücum əmri verdi:
- Artilleriya, düşmən üzərinə atəş!
Gözlənilməyən hücumdan özünü itirmiş yaponlar pərən-pərən düşdülər.
Qısa zaman ərzində quldurların dəstəsini sıradan çıxaran podpolkovnik Mehmandarov xunxuz generalı Gembeyini də əsir götürdü. Onun göstərdiyi şücaət haqqında soraq imperator II Nikolaya da çatdı. Döyüşdə fərqlənənlər təltif edilərkən podpolkovnik Mehmandarov III dərəcəli "Müqəddəs Vladimir" ordeni ilə mükafatlandırıldı. Təntənəli təqdimetmə mərasimində II Nikolay ona yaxınlaşdı və qırmızı döşəkçə üzərində gətirilən brilyantlarla bəzədilmiş qızıl qılıncı Mehmandarova təqdim etdi. Təqdimat mərasimi bitdikdən dərhal sonra Səməd bəy Mehmandarov qulluq etdiyi Uzaq Şərqə yollandı".
Səməd bəy Mehmandarov Azərbaycan hərb tarixində müstəsna rol oynayıb və görkəmli şəxsiyyətin 160 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
23.11.2026 / 22:41
Moskvanın Avropada gizli casus əməliyyatı
– 20 milyondan çox elanın arxasındakı gizli plan ortaya çıxdı
23.11.2026 / 22:16
Türkiyə NATO-dan çıxa bilər
- Fidanın ikibaşlı anonsu...
23.11.2026 / 21:59
İllər əvvəl qırılmış Moskva-Tbilisi dialoqu müəmmalı şəkildə bərpa olundu...
23.11.2026 / 21:56
Hədəf mərkəzdə, ruh yüksəkdə!”
– Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib
23.11.2026 / 21:44
Netanyahu Fələstinlə bağlı Teampın planına tam əks şərt irəli sürdü...
23.11.2026 / 21:29
Fürsətçi… YUNUS OĞUZ yazır
23.11.2026 / 21:27
“Azərbaycan Ermənistana öz qubernatorunu göndərəcək, ölkə Bakıdan idarə olunacaq...”
23.11.2026 / 21:10
Trampla Si "üçlü görüş" barədə mətbuat konfransı keçirmədi -
səbəb...
23.11.2026 / 21:06
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib
- FOTO
23.11.2026 / 21:01
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət attaşesi “Sərdar Sandıq-Mücrü Ocağı”nda
23.11.2026 / 20:50
Moskva Azərbaycana və Ermənistana yenidən vasitəçilik təklif etdi...
23.11.2026 / 20:37
Ermənistanla müharibədə Azərbaycana dəstək vermiş daha bir dövlətin adı açıqlandı...
23.11.2026 / 20:23
Azərbaycan xarici siyasətdə yeni vektoru fəallaşdırır...
23.11.2026 / 20:08
ABŞ-da Çin şirkətlərinə qarşı təqiblər gücləndi...
Tramp-Si görüşü boşa çıxdı...
23.11.2026 / 19:55
Hüquq-mühafizə orqanları Türkmənistanda ucuz ərzaq növbəsinə duranları qorxudur
23.11.2026 / 19:36
Aralıq dənizində Rusiya gəmisini batıran dronlarla bağlı yeni iddia
- Albaniya ittihamları rədd etdi...
23.11.2026 / 19:23
Türkiyə müharibəyə (?) hazırlaşır - 81 şəhərdə sığınacaqlar tikilir...
23.11.2026 / 19:07
Səddam Hüseynin təyyarəsi satışa çıxarıldı
– qiyməti 900 min dollardır...
23.11.2026 / 18:44
70-ci illərdə ermənilərin Türk dünyasına düşmənçiliyi bu hadisdən başlayıb...
23.11.2026 / 18:21
Azərbaycan ticarət müstəvisində Ermənistanı özündən asılı vəziyyətə salır
23.11.2026 / 17:51
Moskva-İrəvan dəmiryolu toqquşması şiddətlənir -
Ermənistanda ruslar sıxışdırılır...
23.11.2026 / 17:47
Ərəb ölkələri İrana qarşı birləşir...
23.11.2026 / 17:39
Avropa liderləri Kremldə Putinin qəbulunda -
ABŞ Avropanı nəyə sövq edir...
23.11.2026 / 17:21
AQTA Bakıda məşhur restoranın fəaliyyətini dayandırdı
23.11.2026 / 16:58
Ceyhun Bayramov italiyalı nazirlə görüşdü...
23.11.2026 / 16:40
Prezident İlham Əliyev Trampa təşəkkür etdi
23.11.2026 / 15:40
Pekindəki "üçlü görüş formatı" heç vaxt təkrar olunmayacaq -
Putin eyham vurdu
23.11.2026 / 15:38
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı
23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi
23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü -
Avropa liderləri getsin...
23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır
23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi
23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi
– Naxçıvanla quru bağlantısı reallaşır...
23.11.2026 / 13:53
Ukrayna-Rusiya savaşı Aralıq dənizinə də sıçradı
– iki rus gəmisi və helikopteri dənizdə batırıldı...
23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə
– Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...
23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...
23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə
– Moskva Haaqaya müharibə mesajı verdi...
23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı
23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış
– sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...
23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
FOTO
23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...
23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia
– Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...
23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi
23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi
23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı
23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...
23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır
23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı
– Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...
23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir
23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi
23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya
– İranın gəmilərə hücumları rekord həddə çatdı...
23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham
– onların qələbəsi İran daha da aqressivləşdirdi...
23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...
23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı
23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı -
qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…
22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi
- hücumları bərpa edəcəyik...
22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil...
İranda qışda elektrik böhranı yaşana bilər...
22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu
– hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...
22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi
- Yekun sənəd imzalanmadı...
22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb
22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
- FOTO
22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb
22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək
22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi
22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”
22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”
22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"
22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi
22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib
22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir -
“Üçüncü eşelon” kim(lər)dir?
22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları
21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı
– NATO hərəkətə keçəcəyini açıqladı...
21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN
– gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...
21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı...
Finlandiya prezidentindən sensasion iddia...
21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi
– “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”
21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir
– Pentaqondan açıqlama gəldi...
21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə
RƏSMİ REAKSİYA...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ