çərşənbə axşamı günü, 24 noyabr 2026
     

Milli gəlinliklərə qayıdış mədəniyyət tariximizə bağlılığın mühüm ifadəsidir

Image


Yaxın keçmişlə bizi on illər ayırsa da, o illərin etnoqrafik, mədəni hadisələrinin, məişətdə baş verənlərin əksəriyyəti unudulmazdır. Son otuz-qırx ilə qədər ucqar yerlərdə, kənd və mahallarda gəlinliklər yerli dərzilər tərəfindən tikilərdi. Əsasən gəlinlik qırmızı atlasdan, ipəkdən, neylondan olardı. Gəlin köçən hər qızın öz gəlinliyi olardı. Bu gün bəzi ailələrdə keçmiş illərdən qalan gəlinliklər qorunub saxlanır.
Bilirik ki, Azərbaycan qadını qədim çağlardan bəri formalaşan geyim mədəniyyətinə malikdir. Özü də ki, hər bölgənin özünəxas geyim üslubu, naxışları, bəzək və ornamentləri olub. Milli qadın geyimləri bölgələr üzrə formaca bir-birinə yaxındır, ancaq bununla belə, hər bir bölgənin özünə uyğun geyimləri mövcuddur.
Keçən çağlarda Bakının, Şamaxının, Qubanın, Dərbəndin, Şəkinin, Qarabağın, Zəngəzurun, İrəvanın, Təbrizin, Borçalının, Gəncənin və s. bölgələrimizin qadınları milli geyimlərdən geniş istifadə ediblər.
Qeyd etdiyimiz kimi, əvvəllər gəlin köçən qızlar öz bölgələrinin geyimlərinin daha bəzəkli formasını geyinirdilər. O dövrün gəlinlik libasları indi də hazırlanır. Ancaq təəssüflər olsun ki, gəlin köçən qızlar milli geyim üslubunda olan gəlinlikləri deyil, daha çox Avropa stilində olan gəlinlikləri seçirlər. Sözümüzün canı odur ki, yerli bazarda satılan, icarəyə-kirayəyə verilən gəlinliklərin hamısı xaricdən gətirilib, müxtəlif brendlərdir.
Son illər cəmiyyətimizdə milli geyimə böyük maraq yaranıb. Qızlar çalışır ki, tədbirlərə milli geyimdə çıxsın. İndi isə belə təkliflər var ki, Azərbaycan bölgələrinin hər birinə aid öz gəlinlikləri olsun. Ölkəmizdə kifayət qədər modelyer-dizayn, geyim stilisti, sənətşünas, rəssam olduğuna rəğmən, buna hələ keçid edilməyib. Düzdür, bəzən görürsən ki, toydan əvvəl bəylə gəlin milli geyimdə fotosessiya edib, amma onlar toy salonuna Avropa üslubundakı geyimdə daxil olur.
Bilirik ki, Azərbaycan geyimlərində milli geyim mədəniyyətimizin bütün çalarları öz əksini tapıb.
Modelyer-dizaynerlər də çalışır ki, milli geyimlər cəmiyyətdə daha çox yayılsın. Bu geyimlərin gəlinlik formasında təqdimatı, eyni zamanda da istifadəsi məqbuldur.
Milli geyimlərin tikilişi ilə məşğul olan Nigar Zeynalova qəzetimizin əməkdaşına bildirib ki, o, uzun zamandır bu işlə məşğul olur. Onun dediyinə görə, hazırda milli gəlinliklərə yüksək tələbat yoxdur. Cavan qızlar daha çox fransız üslubunda olan gəlinlikləri seçir: "Onlara milli geyimləri təklif edəndə, hər kəs kimi, onlar qabarıq formalı gəlinliklər geyinmək istədiyini bildirir. Milli geyimlərin qiyməti digər gəlinliklərdən fərqli olaraq baha olur. Çünki bu növ gəlinlik paltarının parçaları ölkəyə xaricdən gətirilir. Milli gəlinliklərimiz isə özəl olaraq hazırlanır. Bu donlar əsrlərə, ənənələrə uyğun olaraq tikilir. Biz daha çox 19, 20-ci əsrlərə xas milli gəlinliklər tikirik. Milli gəlinliklərə daha çox hicablı xanımlar və milli mentalitetə dəyər verənlər üstünlük verir. Bu gün milli geyimləri daha çox xınayaxdı mərasimi və fotosessiya üçün alırlar, kirayəyə götürürlər. Bizim milli gəlinliklərimiz əsasən ağ və gümüşü rəngdə olur. Keçmişdə isə qırmızı rəngdə olub. İndi isə qırmızı donu daha çox xınayaxdıda geyinirlər.
Milli gəlinlikləri çox az hazırlayırıq. Çünki tələbat çox deyil. İndi gənclərimizin çoxu avropasayağı müasir gəlinliklərə üstünlük verir. Ancaq mən düşünürəm ki, milli gəlinliklərimiz daha gözəldir".
Bununla belə, dizayner qeyd edib ki, qədimi milli geyimlərin tikilişi üçün kitab və çertyojlardan istifadə edir. O, tələbələrinə milli geyimləri sevdirməyi bacardığını dilə gətirib: "İndi də onlar sevə-sevə bu geyimləri tikirlər. Bu geyimlərdə o qədər incəlik, gözəllik var ki, onları sevməmək mümkün deyil. Adətlərimizi, geyimlərimizi gələcək nəsillərə normal şəkildə çatdırmaq lazımdır. Bu həm də bizim borcumuzdur".
Tanınmış türkoloq, professor Minəxanım Nuriyeva-Təkləli
qəzetimizə açıqlamasında bildirdi ki, milli geyimlərimizin məişətdə, xüsusən də etnoqrafik hadisə olan toyda istifadəsi vacibdir. Professorun sözlərinə görə, geyimlərimizi saxlamalıyıq: "Hər bölgənin öz geyimi, hər fəslin uyğun geyimi olub. Mən toy kitabımı hazırlayıram, yaxınlarda çap olunar. Orada bunlar var".
Professor qeyd edir ki, Azərbaycan milli qadın geyimləri zəngindir, qədim çağlarda da gəlin geyimi xüsusi olaraq hazırlanıb, daş-qaşla bəzədilib. Gəlin geyiminin hazırlanmasına xüsusi önəm verildiyini deyən Minəxanım Nuriyeva-Təkləli qeyd etdi ki, indiki zamanda da hər bölgəyə uyğun gəlinlik hazırlansa yaxşı olar.
Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli bizimlə söhbətində qeyd etdi ki, Azərbaycanın 7 bölgəsinin milli geyimlərini hazırlayıblar: "Biz bu geyimləri hazırlayıb onları təbliğ etmişik. Burda milli gəlinliklər olub. Onlar birrəngli deyil, bir neçə rəngdə idi. Gəlinlikləri bölgələrə ayırmışıq. Bilirsiz ki, keçmişdə gəlinlər əsasən qırmızı rəngdə gəlinlik geyiblər. Əlbəttə, bər-bəzək və təbəqə fərqi olub. Bu günlərdə belə bir təşəbbüs varsa, onu ancaq dəstəkləmək, alqışlamaq olar. Bizdə hər il Novruz bayramında yeni milli geyimlər və milli gəlinliklər hazırlanır və sərgi keçiririk".
Bəlli olduğu kimi, Azərbaycan milli geyimləri Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin çox çətin və uzun çəkən inkişaf gedişi nəticəsində yaranıb.
Tədqiqatçılar yazır ki, Azərbaycan milli geyimləri azərbaycanlıların maddi mədəniyyətini, onlara xas olan xüsusiyyətləri əks etdirir və xalqın sarsılmaz etnik nişanələrinə aiddir. Xalqın etnik, tarixi, xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif halda formalaşması, bədii bəzək naxışları, toxuculuq xalq geyimində öz əksini tapıb. Azərbaycan XVIII əsrdə Yaxın Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınırdı və Şirvan əyaləti Azərbaycanda ən iri ipəkçilik rayonu idi. Bundan başqa, Azərbaycanın Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa bölgələrində də ipəkçilik istehsalı çox inkişaf edib. Bu ərazilərdə ipəkdən çox qəşəng, bəzəkli, naxışlı, zərif qadın baş örpəkləri istehsal olunurdu.
Geyimin stili onun yiyəsinin ailə vəziyyətini və yaşını əks etdirirdi. Subay qızların geyimlərı evli qadınların geyimlərindən fərqlənirdi. Cavan qızlar daha parlaq və qəşəng geyinərdilər. Kişi və qadın geyimlərı Azərbaycanın bütün etnik, tarixi zonalarında eyni idi. Bununla belə, kişi geyimlərı geyimin yiyəsinin sinfini əks etdirirdi. Burada toy geyimlərinə, xüsusən də gəlinliklərin hazırlanmasına xüsusi diqqət yetirilirdi. Gəlinlərə ağ, ya da qırmızı parçadan gözəl gəlinlik tikilərdi.
XIX əsrin sonu - XX əsrin əvvəllərində naxış tikmələr üçün istifadə olunan parçalar yerli istehsala aid qanovuz, darayi və məxmər idi. Onlar Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa və Azərbaycanın digər şəhərlərində hazırlanırdı. Naxış tikmək üçün ipək, yun saplar və yerli istehsala aid möhürlü nişancıqlardan (metal lövhəciklər) istifadə olunurdu. Boyama zamanı bitkidən alınan boyaq maddələrindən istifadə edilirdi. Naxış qoyulmuş məmulatlar ornamental motivlərin zənginliyi və rəngarəngliyi ilə seçilirdi. Azərbaycan naxışlarının ən çox sevilən motivləri qızılgül, nərgiz, qərənfil, lalə, liliya (zanbaq) və meyvə ağaclarının (nar, heyva, alça) çiçəkləri, eləcə də müxtəlif formalı sünbül və yarpaqlar idi. Naxışların həndəsi şəkilli bəzəkləri düz və sınıq xətlər, ziqzaqlar, üçbucaqlar, dördbucaqlılar, altı və səkkizguşəli gülşəkilli bəzəklər, kiçik romblar, ulduzlar və rəmzi günəş təsvirlərindən ibarət idi. Naxışlarda quş təsvir etməyi xoşlayırdılar: bülbül, tovuz quşu, göyərçin, tutuquşu, hop-hop, qarğa, qırqovul, dişi bildirçin, kəklik və s. Çox tez-tez quş cütlüklərinin təsvirinə rast gəlinirdi - ən qədim və sevilən ornament motivi idi. Quşları adətən ya bir-birini sevən tərzdə, ya da dalaşmış şəkildə (məhəbbət və ayrılıq rəmzi) təsvir edirdilər. Heyvanlar aləmindən isə naxış tikmələrdə ən çox ceyranları, tısbağaları, ilan-əjdahaları, atları təsvir edirdilər. Məişət əşyalarından isə gülab üçün kiçik qrafinlər, daraq qutular, kosmetika üçün şüşə qablar, dolçalar və s. şəklində bəzəklərə rast gəlinir. Azərbaycanda məişətdə məşhur və geniş yayılmış tikmə növləri bunlar idi: "qızıl" tikmə, sıx naxışlı tikmə, tambur naxışlı, texnikada "quş gözü", parlaq bəzəklərlə tikmə, muncuqla, möhürlənmiş piləklərlə, "kökləmə" ("sırıma"), applikasiya, spiralşəkili tikmə və file üzərində iş. Tikmələrin geniş yayılmış növlərindən biri - "quş gözü" ağ və ya rəngli ipək sapla tikilir. "Kökləmə" tikməsinə araqçının, şabkulların (gecə papağı), namaz xalçalarının, eləcə də yun geyimin bəzədilməsi zamanı təsadüf olunur. Onu adi və su tikişi ilə tikirdilər, astarla üz arasına nazik yun və ya pambıq qat qoyurdular. Mirvari və muncuqla tikmələr böyük maraq oyadır ki, onlarla ta qədimdən kostyum ünsürlərini, məişət əşyalarını və s. bəzəyirdilər. Parlaq bəzəklərlə tikmə - bəzəklərin parça üzərində rəngli ipək saplarla çəkilmiş rəsmin cizgiləri üzərində tikilməsidir. Applikasiya və spiral tikmənin nisbətən cavan üsullarıdır. Nadir hallarda təsadüf olunan file üzərində iş və mereyka (şəbəkəli haşiyə naxışı) daha sonra yayılıb və tətbiq dairəsi geniş deyil. Əl işinin bu növü daha çox salfet, dəsmal və üz üçün örtüklərin bəzədilməsi üçün səciyyəvidir. Bu gün Azərbaycanın bir çox şəhərlərində tikmə sahəsində qədim məktəblər qorunub saxlanır, Azərbaycan ustalarının əl işləri beynəlxalq sərgi və muzeylərin ekspozisiyasını bəzəyir. Bütün növ tikmələrin daha qədimi qızılı tikmədir. Əsas kimi çox möhkəm parçalardan istifadə olunurdu. Ən yaxşı material birrəng qırmızı, zoğalı, bənövşəyi və yaşıl rəngli məxmər idi. Həmçinin müxtəlif tonlarda olan nazik mahud, parça, tirmə, atlas və tumac dəri də tikilirdi. Qızılı tikmə üçün qızılı və ya gümüşü saplardan istifadə olunurdu. Belə növ tikmə bir terminlə adlanırdı: güləbatın. Çox zaman qızılı tikmə ilə üst qadın geyimini, baş geyimlərini, ev məişət əşyalarını, at üçün bəzəkləri və daha xırda məmulatları bəzəyirdilər. Hətta belə bir adət vardı ki, gəlinin cehizinə qızılı tikmə ilə tikilmiş müxtəlif məişət təyinatlı əşyalar daxil edilirdi. Rəngli ipək saplarla tikilən naxışlar arasında daha çox yayılanı tambur tikiliş tikmə idi. Tambur tikmələrinin istehsal mərkəzi XIX əsrdə Şəki şəhəri olub. Tambur tikmələri üçün əsas rolu nazik yerli və ya xaricdən gətirilən qırmızı, qara və tünd - göy rəngli məxmər və mahud parça oynayırdı. Mürəkkəb və qəribə (qəşəng) naxış tünd fonda parlaq ipək saplarla tikilirdi. Bir çox kişilər bu tətbiqi sənət sahəsində qeyri-adi ustalıq göstərmişlər. Dəzgahda dartılmış parça üzərində sənətkar əvvəlcə rəsmin cizgi xətlərini tikir, sonra bütün içini doldururdu. Tambur tikmələri üçün iynə "qarmaç" adlanırdı. Tambur tikmələri ilə qadın geyimləri, böyük yastıq üzləri, hamam xalçaları, örtüklər bəzədilirdi.
Təbii, burada gəlinliklərə də diqqət yetirilir, varlı adam bahalı, kasıb adam isə öz imkanlarına uyğun gəlinlik seçirdi. Qeyd edildiyi kimi, ölkəmizdə parça istehsalına diqqət yetirilirdi. Bu parçalardan isə xüsusi dərzixanalarda bər-bəzəkli gəlinliklər tikilər, süslənərdi. Bildirək ki, bəzi bölgələrin gəlinliklərinin şəkilləri, təsvirləri sənətşünasların kitablarında öz əksini tapır. Hesab edirik ki, bundan sonra Azərbaycanda hər bölgəyə aid gəlinliklərin kütləvi hazırlanması, tikilməsi, yerli bazara çıxarılması vacibdir. Çünki bazarda bu geyimlər olsa, istər-istəməz, ona meyl yaranacaq. Bu da onu göstərir ki, Azərbaycanda milli geyimləri milli dəyərə, əsas etnoqrafik elementə, ştrixə çevirmək mümkündür.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

23.11.2026 / 22:41
Moskvanın Avropada gizli casus əməliyyatı – 20 milyondan çox elanın arxasındakı gizli plan ortaya çıxdı

23.11.2026 / 22:16
Türkiyə NATO-dan çıxa bilər - Fidanın ikibaşlı anonsu...

23.11.2026 / 21:59
İllər əvvəl qırılmış Moskva-Tbilisi dialoqu müəmmalı şəkildə bərpa olundu...

23.11.2026 / 21:56
Hədəf mərkəzdə, ruh yüksəkdə!” – Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib

23.11.2026 / 21:44
Netanyahu Fələstinlə bağlı Teampın planına tam əks şərt irəli sürdü...

23.11.2026 / 21:29
Fürsətçi… YUNUS OĞUZ yazır

23.11.2026 / 21:27
“Azərbaycan Ermənistana öz qubernatorunu göndərəcək, ölkə Bakıdan idarə olunacaq...”

23.11.2026 / 21:10
Trampla Si "üçlü görüş" barədə mətbuat konfransı keçirmədi - səbəb...

23.11.2026 / 21:06
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - FOTO

23.11.2026 / 21:01
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət attaşesi “Sərdar Sandıq-Mücrü Ocağı”nda

23.11.2026 / 20:50
Moskva Azərbaycana və Ermənistana yenidən vasitəçilik təklif etdi...

23.11.2026 / 20:37
Ermənistanla müharibədə Azərbaycana dəstək vermiş daha bir dövlətin adı açıqlandı...

23.11.2026 / 20:23
Azərbaycan xarici siyasətdə yeni vektoru fəallaşdırır...

23.11.2026 / 20:08
ABŞ-da Çin şirkətlərinə qarşı təqiblər gücləndi... Tramp-Si görüşü boşa çıxdı...

23.11.2026 / 19:55
Hüquq-mühafizə orqanları Türkmənistanda ucuz ərzaq növbəsinə duranları qorxudur

23.11.2026 / 19:36
Aralıq dənizində Rusiya gəmisini batıran dronlarla bağlı yeni iddia - Albaniya ittihamları rədd etdi...

23.11.2026 / 19:23
Türkiyə müharibəyə (?) hazırlaşır - 81 şəhərdə sığınacaqlar tikilir...

23.11.2026 / 19:07
Səddam Hüseynin təyyarəsi satışa çıxarıldı – qiyməti 900 min dollardır...

23.11.2026 / 18:44
70-ci illərdə ermənilərin Türk dünyasına düşmənçiliyi bu hadisdən başlayıb...

23.11.2026 / 18:21
Azərbaycan ticarət müstəvisində Ermənistanı özündən asılı vəziyyətə salır

23.11.2026 / 17:51
Moskva-İrəvan dəmiryolu toqquşması şiddətlənir - Ermənistanda ruslar sıxışdırılır...

23.11.2026 / 17:47
Ərəb ölkələri İrana qarşı birləşir...

23.11.2026 / 17:39
Avropa liderləri Kremldə Putinin qəbulunda - ABŞ Avropanı nəyə sövq edir...

23.11.2026 / 17:21
AQTA Bakıda məşhur restoranın fəaliyyətini dayandırdı

23.11.2026 / 16:58
Ceyhun Bayramov italiyalı nazirlə görüşdü...

23.11.2026 / 16:40
Prezident İlham Əliyev Trampa təşəkkür etdi

23.11.2026 / 15:40
Pekindəki "üçlü görüş formatı" heç vaxt təkrar olunmayacaq - Putin eyham vurdu

23.11.2026 / 15:38
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi

23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü - Avropa liderləri getsin...

23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır

23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi

23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi – Naxçıvanla quru bağlantısı reallaşır...

23.11.2026 / 13:53
Ukrayna-Rusiya savaşı Aralıq dənizinə də sıçradı – iki rus gəmisi və helikopteri dənizdə batırıldı...

23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə – Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...

23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...

23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə – Moskva Haaqaya müharibə mesajı verdi...

23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı

23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış – sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...

23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi FOTO

23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...

23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI

23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia – Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...

23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi

23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı

23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...

23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı – Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...

23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir

23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya – İranın gəmilərə hücumları rekord həddə çatdı...

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ