çərşənbə axşamı günü, 24 noyabr 2026
     

Dünya şöhrətli müğənnimiz Rəşid Behbudovun 100 illik yubileyi...

Image


Milli musiqi sənətimizin görkəmli simalarından biri, Azərbaycan musiqisini bütün dünyada böyük sevgi ilə tərənnüm edən Rəşid Behbudovun 100 illik yubileyidir. Görkəmli müğənni, aktyor, Sosialist Əməyi Qəhrəmanı, xalq artisti Rəşid Behbudovun xatirəsi hər zaman böyük ehtiramla yad edilir. Azərbaycan dövləti Rəşid Behbudov sənətinə, Rəşid Behbudov şəxsiyyətinə, onun mədəni irsinə həmişə qayğı ilə yanaşıb.
2005-ci ildə dövlət xəttilə dünya şöhrətli Rəşid Behbudovun 90 illik yubileyi Azərbaycanın bir sıra şəhər və rayonlarında yüksək səviyyədə qeyd edildi.
2005-ci ildə Gəncədəki mərkəzi kitabxanada görkəmli müğənni, SSRİ xalq artisti Rəşid Behbudovun anadan olmasının 90 illik yubileyinə həsr olunan tədbir keçirilib. Ecazkar səsə, böyük aktyorluq məharətinə malik Rəşid Behbudovun həyat və yaradıcılığı olduqca dəyərlidir. O da məlumdur ki, hələ sovetlər birliyi zamanı Azərbaycanın və eləcə də milli musiqimizin dünyaya tanıdılmasında böyük sənətkarın xidmətləri danılmazdır.
2010-cu ildə isə Rəşid Behbudovun 95 illik yubileyi keçirildi. Yubiley tədbirləri çərçivəsində "Rəşid Behbudov və Azərbaycan bəstəkarları" mövzusunda konfranslar, tədbirlər keçirilib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə "Rəşid Behbudov Azərbaycanın ən parlaq simalarından biridir" deyə qeyd edirdi.
Rəşid Behbudovun yubileyləri hər zaman dövlət xəttilə keçirilir.
Qeyd etdiyimiz kimi, bu il R.Behbudovun 100 yaşı tamam olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin mart ayında Rəşid Behbudovun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: "2015-ci ilin dekabr ayında dünya şöhrətli musiqi xadimi, görkəmli müğənni və tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Məcid oğlu Behbudovun anadan olmasının 100 illiyi tamam olur. R.Behbudov Azərbaycanın çoxəsrlik mədəniyyəti tarixinin yetirdiyi böyük simalardandır. Özünəməxsus ifaçılıq tərzinə və həzin lirizm çalarlı ecazkar səsə malik sənətkar təkrarolunmaz yaradıcılığı boyunca sənət aləminə gətirdiyi yeniliklərlə milli musiqi salnaməsini xeyli zənginləşdirmişdir. Çoxşaxəli fəaliyyəti dövründə özünün qurduğu və bu gün də adını daşıyan Azərbaycan Dövlət Mahnı Teatrı mədəniyyətə sanballı töhfə təşkil edir. R.Behbudovun kino aktyoru kimi canlandırdığı unudulmaz obrazlar ölkə kinematoqrafiyasının parlaq səhifələridir. Vətənə və xalqa son dərəcə bağlı olan sənətkar dünyanın ən məşhur teatr səhnələri və konsert salonlarındakı rəngarəng repertuarlı saysız çıxışları ilə Azərbaycan mədəniyyətinə geniş şöhrət qazandırmışdır".
Bu ilin mart ayından imzalanan Sərəncamdan irəli gələrək respublikamızın bütün mədəniyyət ocaqlarında R.Behbudovun anadan olmasının 100 illiyi qeyd olunur. Bu il belə silsilə tədbirlər çox keçirilib və onlardan biri də Lənkəranda baş tutub. Lənkəran şəhərindəki Mərkəzləşdirilmiş Kitabxanada baş tutan yubiley tədbirində rayonun mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Musiqişünaslar qeyd edir ki, özünəməxsus ifaçılıq tərzinə və həzin lirizm çalarlı ecazkar səsə malik sənətkar təkrarolunmaz yaradıcılığı boyunca sənət aləminə gətirdiyi yeniliklərlə milli musiqi salnaməsini xeyli zənginləşdirib. Vətənə və xalqa son dərəcə bağlı olan sənətkar dünyanın ən məşhur teatr səhnələri və konsert salonlarında rəngarəng repertuarlı saysız çıxışları ilə Azərbaycan mədəniyyətinə geniş şöhrət qazandırıb.
Tələsin, insanlar, şadlıq görməyə,
Qəm-qüssə görməyə gecikin bir az.
Tələsin, insanlar, deyib-gülməyə,
Göz yaşı tökməkdən bezikin bir az...
"Tələsin insanlar" mahnısını Rəşid Behbudovun ifasında yüz dəfələrlə dinləmişik, amma hər dəfə bizə elə gəlir ki, bu mahnını ilk dəfə dinləyirik.
Azərbaycan mədəniyyətini və incəsənətini dünya arenasına çıxarmaqda misilsiz xidmətləri olan, milli musiqimizin gücü və Tanrının bəxş etdiyi ecazkar səsinin sehri ilə milyonların, milyardların qəlbini ovsunlayan bənzərsiz sənətkar R.Behbudovun irsi tükənməzdir.
R.Behbudov SSRİ-nin bütün respublikalarında, eləcə də Albaniya, Bolqarıstan, ərəb ölkələri, Hindistan, Çin, Finlandiya, İran, İraq, Türkiyə, Çili, Argentina və s. ölkələrdə dəfələrlə qastrol səfərlərində olub.
"R.Behbudov nadir bir insandır, nadir şəxsiyyətdir. Azərbaycan mədəniyyəti tarixində bənzərsiz bir incəsənət ustasıdır"-deyə Azərbaycan Respublikasının sabiq Prezidenti, mərhum Heydər Əliyev bildirirdi. R.Behbudov sənətinə yüksək dəyər verən Heydər Əliyev bu böyük sənətkarı hər zaman qiymətləndirirdi.
Xalq artisti, sənət dostu Lütfiyar İmanov da R.Behbudov sənətinə yükək qiymət verirdi: "Sevimli sənətkarımızın Azərbaycan şəlalələrinin şırıltısı kimi könül aşan
ecazkar səsinin xoş sədası hələ bundan sonra da neçə-neçə ürəkləri fəth edəcək".
"Eşq olsun ürəyində xalqını gəzdirən, əməllərində xalqının ruhunu yaşadan Vətən oğullarına! Belə oğullar hər yeni nəsillə birgə yenidən doğulur, ömrü xalqın ömrünə qarışır, yaşı da şərtiləşir" - deyə xalq şairi Bəxtiyar Vahabzadə
bildirirdi. O, Rəşid sənətinin böyüklüyünü bir daha bəyan edirdi.
Qeyd edək ki, Rəşid Məcid oğlu Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlib. Anası Firuzə xanım Vəkilovlar nəslinə mənsub idi. Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmir yolu Texnikumuna daxil olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb.
Tədqiqatçılar yazır ki, hərbi xidməti zamanı ordu ansamblının solisti olan R.Behbudov əsgəri xidmətdən sonra Tiflis estrada qruplarından birində solistlik edir və tezliklə bəstəkar A.Eyvazyanın rəhbərlik etdiyi Ermənistan Dövlət Caz Orkestrində solistliyə başlayır. 30-cu illərdə Ermənistan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyur. 1939-cu ildə həmin teatrın truppası ilə birlikdə Moskvada Ermənistan incəsənəti günlərində iştirak edir. 1942-ci ildə kollektivlə birgə Krım cəbhəsinə yollanır. 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alır. 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə R.Behbudov "Stalin mükafatı" ilə təltif olunur. 1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və Tələbələrin Ümumdünya Festivalında çıxış edir.
Onu da bildirək ki, "Arşın mal alan" filmindən sonra R.Behbudov yenidən filmə çəkilir. 1955-ci ildə görkəmli rejissorumuz Lətif Səfərovun ekranlaşdırdığı "Bəxtiyar" filmində baş rola çəkilən R.Behbudov burada həm bir aktyor, həm də müğənni kimi özünü ifadə edə bilib. Bilirik ki, R.Behbudov haqqında ayrı-ayrı dönəmlərdə çoxlu verilişlər, sənədli filmlər çəkilib. Bunların hər biri Azərbaycan tamaşaçısı üçün çox dəyərlidir.
1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edir və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olur.
Tədqiqatçılar qeyd edir ki, bütün sovet respublikaları ilə yanaşı, Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən R.Behbudov Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynayıb. R.Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazıb.
Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib. Məzarı I Fəxri Xiyabandadır.
Qeyd edək ki, 1959-cu ildə R.Behbudova SSRİ xalq artisti adı verilib, 1978-ci ildə Azərbaycan SSR Dövlət mükafatına,
24 aprel 1980-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb, həmin vaxt "Lenin", "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif edilib.
R.Behbudovun ifa etdiyi hər bir əsər, mahnı yaddaşlarda yaşayır. Bilirik ki, bir sıra bəstəkarların əsərlərinin ilk ifaçısı və həmin əsərlərə dünya şöhrəti qazandıran R.Behbudov olub. Tədqiqatçılar bildirir ki, Azərbaycan musiqi və estrada sənətinin müxtəlif janrlarını birləşdirərək incəsənətimizin yeni, orijinal və pozulmaz səhifələrini yazdı. Dahi sənətkarın yadigar və nişanə qalan Mahnı Teatrı bu gün böyük müğənninin adını daşıyır və yaşadır. R.Behbudov elə böyük ürək sahibi idi ki, həmişə özündən sonra gələnləri düşünürdü. İndi onun yaratdığı bu sənət məbədində məhz Rəşid məktəbinin davamçıları fəaliyyət göstərir. R.Behbudov Azərbaycan incəsənətinin dünyada tanınan iki-üç simasından biri olub.
Vətənpərvər, Azərbaycansevər olan sənətkar ölkəmizin müstəqillik qazanmasına fədakarlıqla əmək verən sənətkarlardan olub. Azərbaycan naminə dünyanın ən müxtəlif ölkələrində konsertlər verən R.Behbudov anamız Azərbaycanı yüksək səviyyədə təbliğ edib.
Böyük müğənninin, dahi sənətkarın yaratdığı məktəb bu gün də mövcuddur, yüzlərlə musiqiçi, müğənni onun yolunu davam etdirir. Sevindirici haldır ki, böyük sənətkarı dünyanın bir çox yerində tanıyır, ifasında səslənən əsərləri dinləyirlər.
Ölməz R.Behbudov yüz yaşına çatsa da, hələ də ürəklərdə, könüllərdə gənclik eşqi, həvəsi ilə oxuyan böyük sənətkar kimi yaşayır.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

23.11.2026 / 22:41
Moskvanın Avropada gizli casus əməliyyatı – 20 milyondan çox elanın arxasındakı gizli plan ortaya çıxdı

23.11.2026 / 22:16
Türkiyə NATO-dan çıxa bilər - Fidanın ikibaşlı anonsu...

23.11.2026 / 21:59
İllər əvvəl qırılmış Moskva-Tbilisi dialoqu müəmmalı şəkildə bərpa olundu...

23.11.2026 / 21:56
Hədəf mərkəzdə, ruh yüksəkdə!” – Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib

23.11.2026 / 21:44
Netanyahu Fələstinlə bağlı Teampın planına tam əks şərt irəli sürdü...

23.11.2026 / 21:29
Fürsətçi… YUNUS OĞUZ yazır

23.11.2026 / 21:27
“Azərbaycan Ermənistana öz qubernatorunu göndərəcək, ölkə Bakıdan idarə olunacaq...”

23.11.2026 / 21:10
Trampla Si "üçlü görüş" barədə mətbuat konfransı keçirmədi - səbəb...

23.11.2026 / 21:06
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - FOTO

23.11.2026 / 21:01
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət attaşesi “Sərdar Sandıq-Mücrü Ocağı”nda

23.11.2026 / 20:50
Moskva Azərbaycana və Ermənistana yenidən vasitəçilik təklif etdi...

23.11.2026 / 20:37
Ermənistanla müharibədə Azərbaycana dəstək vermiş daha bir dövlətin adı açıqlandı...

23.11.2026 / 20:23
Azərbaycan xarici siyasətdə yeni vektoru fəallaşdırır...

23.11.2026 / 20:08
ABŞ-da Çin şirkətlərinə qarşı təqiblər gücləndi... Tramp-Si görüşü boşa çıxdı...

23.11.2026 / 19:55
Hüquq-mühafizə orqanları Türkmənistanda ucuz ərzaq növbəsinə duranları qorxudur

23.11.2026 / 19:36
Aralıq dənizində Rusiya gəmisini batıran dronlarla bağlı yeni iddia - Albaniya ittihamları rədd etdi...

23.11.2026 / 19:23
Türkiyə müharibəyə (?) hazırlaşır - 81 şəhərdə sığınacaqlar tikilir...

23.11.2026 / 19:07
Səddam Hüseynin təyyarəsi satışa çıxarıldı – qiyməti 900 min dollardır...

23.11.2026 / 18:44
70-ci illərdə ermənilərin Türk dünyasına düşmənçiliyi bu hadisdən başlayıb...

23.11.2026 / 18:21
Azərbaycan ticarət müstəvisində Ermənistanı özündən asılı vəziyyətə salır

23.11.2026 / 17:51
Moskva-İrəvan dəmiryolu toqquşması şiddətlənir - Ermənistanda ruslar sıxışdırılır...

23.11.2026 / 17:47
Ərəb ölkələri İrana qarşı birləşir...

23.11.2026 / 17:39
Avropa liderləri Kremldə Putinin qəbulunda - ABŞ Avropanı nəyə sövq edir...

23.11.2026 / 17:21
AQTA Bakıda məşhur restoranın fəaliyyətini dayandırdı

23.11.2026 / 16:58
Ceyhun Bayramov italiyalı nazirlə görüşdü...

23.11.2026 / 16:40
Prezident İlham Əliyev Trampa təşəkkür etdi

23.11.2026 / 15:40
Pekindəki "üçlü görüş formatı" heç vaxt təkrar olunmayacaq - Putin eyham vurdu

23.11.2026 / 15:38
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi

23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü - Avropa liderləri getsin...

23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır

23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi

23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi – Naxçıvanla quru bağlantısı reallaşır...

23.11.2026 / 13:53
Ukrayna-Rusiya savaşı Aralıq dənizinə də sıçradı – iki rus gəmisi və helikopteri dənizdə batırıldı...

23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə – Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...

23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...

23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə – Moskva Haaqaya müharibə mesajı verdi...

23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı

23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış – sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...

23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi FOTO

23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...

23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI

23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia – Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...

23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi

23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı

23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...

23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı – Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...

23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir

23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya – İranın gəmilərə hücumları rekord həddə çatdı...

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ