çərşənbə axşamı günü, 24 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Daha təkmil statistika, daha yaxşı həyat...
Tarix: 13.10.2015 / 02:12
Bölmə: Layihə
Statistika dövlətçilikdə önəmli amil kimi
Statistika sözünün öz mənşəyini latın dilindəki "status - vəziyyət" sözündən, yaxud italyan dilindəki "stato - dövlət" sözündən aldığı mübahisəli məsələ olsa da, onun bu gün həyatımızın ayrılmaz tərkib hissəsinə çevrildiyi faktdır. Müasir dünyamızın istənilən sahəsində fəaliyyəti, inkişafı, ən müxtəlif nəticələri dəqiqliyilə özündə əks etdirən bu konkret elm sahəsi çox qədim tarixə malikdir.
Yazılı mənbələrə görə, "statistika" terminindən ilk dəfə 1746-cı ildə alman alimi Qotfrid Ahenval istifadə edib. Lakin maraqlıdır ki, onun statistikanın məzmunu, predmeti və vəzifələri ilə bağlı baxışları müasir statistika elminə olan baxışlardan kəskin şəkildə fərqlənib. Ondan 100 il öncə yaranmış ingilis siyasi hesab məktəbinin statistikaya baxışları isə müasir statistika elminə olan baxışlara daha yaxındır. Həmin dövrdə ingilis "Siyasi hesab" məktəbinin əsasını görkəmli ingilis alimləri Uilyam Petti (1623-1687) və Con Qraunt (1620-1674) qoymuşdu.
Uilyam Pettinin düşüncə və baxışları müasir statistikanı sistemləşdirməyə və elmi meydanlara çıxarmağa imkan verib. Elə bu istiqamətdəki xidmətlərinə görə də kapitalist istehsal üsulunun tədqiqatçıları U.Pettini "statistikanın yaradıcısı" adlandırıb.
Statistikanın ən əsas xüsusiyyəti ondan ibarətdir ki, onu yalnız kəmiyyət maraqlandırır. Yəni onun predmetini həyatda baş verən kütləvi sosial-iqtisadi hadisələrin kəmiyyət tərəflərini və onların inkişaf qanunauyğunluqlarını tədqiq etmək və onu rəqəmlərlə ifadədə çatdırmaq təşkil edir. Statistika elminin daha bir maraqlı xüsusiyyəti isə onun, ayrı-ayrı faktları deyil, kütləvi, irimiqyaslı hadisə və prosesləri tədqiq etməsidir.
Çox qədim köklərə malik bu elm sahəsi əslində olduqca sadə bir səbəbdən - əhalinin, torpaq sahələrinin, mal-qaranın, əmlakın və s. uçota alınması kimi ictimai tələbatın gündəmə gəlməsi nəticəsində ortaya çıxıb. Tarixi mənbələrə görə, Çində belə məlumatlar eramızdan əvvəl XXIII əsrdə toplanmağa başlayıb. Qədim Romada isə azad vətəndaşların və onların əmlaklarının uçotu aparılıb ki, bunlar senz adlanıb. Sonralar cəmiyyətin inkişafı, beynəlxalq əmtəə-pul münasibətlərinin, daxili və xarici ticarətin inkişafı statistika informasiyasının əhəmiyyətli dərəcədə artmasını tələb etdi. Bunlar isə, öz növbəsində, statistikanın da fəaliyyət dairəsini genişləndirdi, onun metodologiyasının əhəmiyyətli dərəcədə təkmilləşməsinə səbəb oldu. Beləliklə, IX əsrin axırlarında ilk uçot əməliyyatları aparılmağa başlandı. Bu dövrlərdə sosial-iqtisadi hadisələr haqqında məlumatlar əsasən hərbi va maliyyə məsələlərini əhatə edirdi. Bu səbəbdən də belə bir fikir hakim idi ki, statistika yalnız dövlətə aid sahədir. Lakin Gettinq Universitetinin professoru A.Şletser (1736-1809) "təsviri məktəbin nümayəndələri statistikada ancaq dövlətin siyasi quruluşunu təsvir etməlidir" baxışlarını rədd edərək sübut etdi ki, statistikanın predmeti bütün cəmiyyətdir.
Maraqlıdır ki, tarixin statistikaya aid həmin mərhələsi yalnız rəqəmlərin toplanması ilə xarakterizə olunur. Statistik məlumatların işlənməsi, təhlili kimi proqressiv addımların atılmasına isə yalnız XVII əsrin ikinci yarısından başlandı.
Müasir dövrümüzdə statistikanın əhəmiyyətini dərk etmək üçün gündəlik həyatımıza və bizi əhatə edən dinamik informasiya mühitinə nəzər salmaq kifayətdir. Biz hər gün istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda baş verən ən müxtəlif kütləvi hadisələr barədə informasiya alırıq ki, çox zaman onu elə informasiya kimi qavrayıb, statistik tərəfinin fərqinə varmırıq. Məsələn, şənbə günü səhəri Ankarada hamımızı dərindən sarsıdan terakt xəbəri ilə açdıq. Xəbərin informasiya yükü o qədər ağır idi ki, biz yalnız media əhli olaraq xəbəri bölüşməklə, yazmaqla, terror hadisəsini qınamaqla, lənətləməklə məşğul olduğumuzu zənn etdik. Lakin fərqində olmadıq ki, biz bu xəbəri dönə-dönə paylaşarkən məhz onun statistik göstəricilərini qabardırıq. Məsələn: "Həlak olanların sayı 95-ə çatıb, xəstəxanalarda 246 yaralı var, onlardan 48 nəfəri reanimasiyadadır" kimi fikirləri yazdıqda biz baş verən hadisənin faciəvi nəticələrini rəqəmlərlə ifadə edirik ki, əslində elə məhz statistik göstəricilər də hadisənin əsl mahiyyətini və faciənin miqyasını təsvir etməyə yardımçı olur. Yaxud gündəlik həyatımızda il ərzində boşananların, ailə quranların, əcnəbi vətəndaşlarla ailə quranların, təqaüdə çıxanların, əlillik dərəcəsi alanların, ölkə əhalisinin doğum sayının, ölüm faizinin və daha nələrin haqqında statistik göstəricilərlə hər addımda qarşılaşırıq. Bəzən bu göstəricilər ötən illərlə müqayisəli şəkildə verilir ki, bu da ölkədə sosial həyatın hansı istiqamətində tərəqqinin yaşandığı, hansı istiqamətdə neqativliyin artdığı barədə təsəvvürün formalaşmasına, beləliklə də ölkənin sosial sferada ümumi mənzərəsinin cızılmasına yardımçı olur.
Dövlətçilik məsələlərində isə statistikanın rolunun daha önəmli olduğunu əlavə şərh etməyə ehtiyac yoxdur. Faktdır ki, bu gün beynəlxalq aləmdə dövlətlərin özünü təsdiq etməsində və nüfuz dairəsini genişləndirməsində onun dəqiq statistik göstəriciləri çox önəmli rol oynayır. Yəni istənilən dövlətin beynəlxalq aləmdə layiqli yerini tutması onun statistik göstəricilərindən asılı olur. Eyni zamanda bu göstəricilərin mötəbərliyi də xüsusi əhəmiyyət kəsb edir. Faktdır ki, müasir dünyamızda super dövlətlərin digər ölkələrin daxili işlərinə qarışması hallarına çox rast gəlinir. Bunun bir səbəbi də böyük güclərin kiçikləri idarəolunan hala gətirmək və onu öz nüfuz dairəsində saxlamaq cəhdidir. Bu zaman super güclər həmin ölkələri istənilən məsələ ilə bağlı günahkar çıxara bilər. Adətən bu halda ən çox əl atılan mövzular siyasi məhbus məsələsi və ya ölkədə insan haqlarının vəziyyətilə bağlı olur. Bu halda qınanan dövlət ortaya təkzibedilməz dəqiq statistik göstəricilər çıxarırsa, qarşı tərəfin geri çəkilməkdən başqa çarəsi qalmır. Əslində bu cür hallar ölkələrin daxilində də yaşanır. Tutaq ki, hansısa demokratik ölkədə hakimiyyətə müxalif təşkilatlar ən müxtəlif səbəblərlə - Ümumi Daxili Məhsulda geriləmə, ölkənin adambaşına düşən xarici borc nisbəti və digər bu kimi vətəndaşın yaşamına birbaşa təsir edən məsələləri qaldırmaqla ölkədə etiraz ab-havası yaratmağa çalışır. Bu zaman əlaqədar təşkilatlar və ya həmin sahəyə məsul rəsmi şəxslər konkret faktlara əsaslanan statistik göstəriciləri ortaya çıxarmaqla məsələnin üzərindən bütün sorğu işarələrini götürməyə nail ola bilir. Bəzən belə hallar ölkəmizdə də yaşanır. Xüsusilə son illərdə Ərəb dünyasında yaşanan kataklizmlərin dünya bazarında neftin qiymətlərinə təsiri mövzunu neft ölkəsi olan və iqtisadiyyatı neftə söykənən Azərbaycanda da aktuallaşdırıb. Bunun nəticəsində tez-tez yerli mətbuatda vətəndaş cəmiyyəti üzvlərinin narahatlıqlarının yer aldığı yazılar ortaya çıxır. Əslində bu hal başadüşüləndir və Azərbaycan insanının öz gələcəyindən nigarançılıq duymasının təzahürüdür. Bu zaman mütəxəssislərin dövri mətbuat səhifələrində və ya elektron KİV-də bu narahatlıqları cavablandırması yalnız ümumi sözlərdən ibarət olarsa, o heç bir halda qarşı tərəfi sözlərinin mötəbərliyinə tam inandıra bilməz. Lakin ortaya dəqiq statistika qoyulduqda və müqayisəli təhlil aparıldıqda əlavə şərhə ehtiyac qalmır. Eyni məsələni siyasi sahəyə də aid etmək olar. Tutaq ki, hansısa beynəlxalq təşkilat ölkədə insan hüquqlarının pozulmasından danışır və bunu konkret siyasi amillərlə bağlayır. Bu zaman fikirlərini əsaslandırmaq üçün ölkədə bu tip neqativ halların artdığını iddia edir. Bu halda yenə insanların köməyinə statistika gəlir. Ortaya çıxarılan rəqəmlərlə ötən illərin göstəricilərinin müqayisəli təhlili isə real mənzərəni gözlər önünə sərməklə daha artıq mübahisəyə yer qoymur.
Azərbaycanın dövlət siyasətində statistikanın əhəmiyyətindən danışarkən Nazirlər Kabinetinin Prezidentin sədrliyilə vaxtaşırı keçirilən müşavirələrinə nəzər salmaq yetərlidir. Həmin müşavirələrdə ölkə həyatının bütün sahələrinə ən yüksək səviyyədə məsul olan şəxslərin Prezident qarşısında müəyyən müddəti əhatə edən periodik hesabatları sırf statistik rəqəmlərə əsaslanır ki, bu rəqəmlərin ötən ilin və ya konkret dövrün göstəricilərilə müqayisəsi ölkənin sosial-iqtisadi həyatı ilə baclı ümumi mənzərə barədə təsəvvür formalaşdırır. Bununla isə həm də dövlət - vətəndaş münasibətlərində şəffaflıq təmin olunur ki, demokratik və sivil cəmiyyətlər üçün bu çox önəmli göstəricidir.
Azərbaycanda statistikanın yaşı o qədər çox deyil. Ölkə ərazisində statistika orqanlarının yaradılmasına 1924-cü ildən başlanıb və bu proses 1987-ci ilə kimi davam edib. 1987-ci ildə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsi Azərbaycan SSR Dövlət Statistika Komitəsinə çevrilib. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlət idarəetmə orqanlarından biri kimi Dövlət Statistika Komitəsinin (DSK) yaradılması və 1992-ci ildən başlayaraq dövlət statistika orqanlarının fəaliyyətinin keyfiyyətcə yeni inkişaf və istiqamət mərhələsinə qədəm qoyması ölkədə bu sahənin inkişafı üçün geniş imkanlar açıb. 1994-cü il 18 fevral tarixində isə o zamankı prezident Heydər Əliyevin sərəncamı ilə "Statistika haqqında" Qanun Milli Məclis tərəfindən qəbul olunub.
Bu gün Azərbaycan statistikası özünün ən məhsuldar dövrünü yaşayır. Artıq Azərbaycan Avropa İttifaqında istifadə olunan və "Birləşmiş iqtisadi hesabların Avropa sistemi" kimi məşhurlaşmış BMT variantından yararlanır. Bununla da Ümumi Daxili Məhsul (ÜDM) göstəricisinin milli hesablar sistemində əsas makroiqtisadi göstərici hesab edildiyini nəzərə alan Dövlət Statistika Komitəsi cari və müqayisəli qiymətlərlə sahə və bölmələr üzrə ÜDM-nin illik, rüblük və aylıq hesablamalarını həyata keçirir.
Hazırda ölkənin statistika sistemində 1490 nəfər qulluqçu çalışır. Onlardan 174 nəfəri Dövlət Statistika Komitəsinin mərkəzi aparatında, 1040 nəfəri isə rayon (şəhər) bölmələrində işləyir. Bu günlərdə isə bu gərgin zəhmət, böyük dəqiqlik tələb edən elm sahəsi işçilərinin peşə bayramı qeyd olunacaq. Bu münasibətlə Azərbaycan statistikasına öz töhfəsini verən hər kəsi təbrik edir, onlara ölkəmiz və xalqımız haqqında ən ürəkaçan statiskaları açıqlamağı arzulayıram.
Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
23.11.2026 / 22:41
Moskvanın Avropada gizli casus əməliyyatı
– 20 milyondan çox elanın arxasındakı gizli plan ortaya çıxdı
23.11.2026 / 22:16
Türkiyə NATO-dan çıxa bilər
- Fidanın ikibaşlı anonsu...
23.11.2026 / 21:59
İllər əvvəl qırılmış Moskva-Tbilisi dialoqu müəmmalı şəkildə bərpa olundu...
23.11.2026 / 21:56
Hədəf mərkəzdə, ruh yüksəkdə!”
– Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib
23.11.2026 / 21:44
Netanyahu Fələstinlə bağlı Teampın planına tam əks şərt irəli sürdü...
23.11.2026 / 21:29
Fürsətçi… YUNUS OĞUZ yazır
23.11.2026 / 21:27
“Azərbaycan Ermənistana öz qubernatorunu göndərəcək, ölkə Bakıdan idarə olunacaq...”
23.11.2026 / 21:10
Trampla Si "üçlü görüş" barədə mətbuat konfransı keçirmədi -
səbəb...
23.11.2026 / 21:06
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib
- FOTO
23.11.2026 / 21:01
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət attaşesi “Sərdar Sandıq-Mücrü Ocağı”nda
23.11.2026 / 20:50
Moskva Azərbaycana və Ermənistana yenidən vasitəçilik təklif etdi...
23.11.2026 / 20:37
Ermənistanla müharibədə Azərbaycana dəstək vermiş daha bir dövlətin adı açıqlandı...
23.11.2026 / 20:23
Azərbaycan xarici siyasətdə yeni vektoru fəallaşdırır...
23.11.2026 / 20:08
ABŞ-da Çin şirkətlərinə qarşı təqiblər gücləndi...
Tramp-Si görüşü boşa çıxdı...
23.11.2026 / 19:55
Hüquq-mühafizə orqanları Türkmənistanda ucuz ərzaq növbəsinə duranları qorxudur
23.11.2026 / 19:36
Aralıq dənizində Rusiya gəmisini batıran dronlarla bağlı yeni iddia
- Albaniya ittihamları rədd etdi...
23.11.2026 / 19:23
Türkiyə müharibəyə (?) hazırlaşır - 81 şəhərdə sığınacaqlar tikilir...
23.11.2026 / 19:07
Səddam Hüseynin təyyarəsi satışa çıxarıldı
– qiyməti 900 min dollardır...
23.11.2026 / 18:44
70-ci illərdə ermənilərin Türk dünyasına düşmənçiliyi bu hadisdən başlayıb...
23.11.2026 / 18:21
Azərbaycan ticarət müstəvisində Ermənistanı özündən asılı vəziyyətə salır
23.11.2026 / 17:51
Moskva-İrəvan dəmiryolu toqquşması şiddətlənir -
Ermənistanda ruslar sıxışdırılır...
23.11.2026 / 17:47
Ərəb ölkələri İrana qarşı birləşir...
23.11.2026 / 17:39
Avropa liderləri Kremldə Putinin qəbulunda -
ABŞ Avropanı nəyə sövq edir...
23.11.2026 / 17:21
AQTA Bakıda məşhur restoranın fəaliyyətini dayandırdı
23.11.2026 / 16:58
Ceyhun Bayramov italiyalı nazirlə görüşdü...
23.11.2026 / 16:40
Prezident İlham Əliyev Trampa təşəkkür etdi
23.11.2026 / 15:40
Pekindəki "üçlü görüş formatı" heç vaxt təkrar olunmayacaq -
Putin eyham vurdu
23.11.2026 / 15:38
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı
23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi
23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü -
Avropa liderləri getsin...
23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır
23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi
23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi
– Naxçıvanla quru bağlantısı reallaşır...
23.11.2026 / 13:53
Ukrayna-Rusiya savaşı Aralıq dənizinə də sıçradı
– iki rus gəmisi və helikopteri dənizdə batırıldı...
23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə
– Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...
23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...
23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə
– Moskva Haaqaya müharibə mesajı verdi...
23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı
23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış
– sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...
23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
FOTO
23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...
23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia
– Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...
23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi
23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi
23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı
23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...
23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır
23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı
– Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...
23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir
23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi
23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya
– İranın gəmilərə hücumları rekord həddə çatdı...
23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham
– onların qələbəsi İran daha da aqressivləşdirdi...
23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...
23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı
23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı -
qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…
22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi
- hücumları bərpa edəcəyik...
22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil...
İranda qışda elektrik böhranı yaşana bilər...
22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu
– hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...
22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi
- Yekun sənəd imzalanmadı...
22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb
22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib
- FOTO
22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb
22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək
22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi
22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”
22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”
22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"
22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi
22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib
22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir -
“Üçüncü eşelon” kim(lər)dir?
22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları
21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı
– NATO hərəkətə keçəcəyini açıqladı...
21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN
– gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...
21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı...
Finlandiya prezidentindən sensasion iddia...
21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi
– “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”
21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir
– Pentaqondan açıqlama gəldi...
21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə
RƏSMİ REAKSİYA...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
Tarix: 14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur -
baxın, necə...
XƏBƏR ARXİVİ