şənbə günü, 28 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Laçının işğalı - Azərbaycan dövlətçilik tarixində erməni təcavüzünün ən ağır təzahürlərindən biri kimi...
Tarix: 18.05.2015 / 02:33
Bölmə: Layihə
Laçın ağrılı bir nəğmə, ağı, sinədağlayan bir bayatı kimidir indi. Adı gələndə kürəyimiz qovuşur, ürəyimiz yaralı quş kimi çırpınır, sanki can veririk. Laçın qürur, əzəmət, qalibiyyət simvolu kimi yaddaşlarımıza köçüb. Ancaq bir anlıq ağlımıza gələndə ki, indi Laçın tora salınmış varlığımızdır, imdad diləyən ruhdur, onda başqa hallara düşürük. Laçın Güləbirdli Sarı Aşığın yurdudur. Könül oxşayan bayatılar deyən, özü də bir bayatıya çevrilən Sarı Aşığın ruhu dolaşır o yerlərdə-nigaran, sərgərdan.
Azərbaycan dövlətçilik tarixində xüsusi yeri olan qəhrəmanlar yurdu Laçın indi elə əlçatmaz olub ki... Sultan bəyin yurd-yuvası indi erməni tapdağında inildəyir. Xəyanətkar, türk düşməni Andranikin, onun tərəfdarlarının yağısı olan igidlərin, ulu babalarımızın yurdu yağı caynağındadır. Erməni işğalından illərdir əziyyət çəkir Laçın. Şuşadan sonra Laçının da işğal edilməsi, laçınlıların öz yurd-yuvalarından didərgin düşməsi doğrudan da ağırdır. 23 ildir yolları üzümüzə bağlanıb Laçının. Laçın deyəndə kimlər yada düşmür ki... Görkəmli sənətkarımız Məhəbbət Kazımov 22 il Laçınsızlığa dözsə də, sonda davam gətirə bilmədi bu ayrılığa...
Dağlar zirvəsində binələnən Laçın şəhəri Azərbaycan Respublikasının ayrılmaz hissəsidir və bu yurdun oğul və qızları Azərbaycanın dövlətçilik tarixində, mədəniyyətində, ədəbiyyatında, musiqisində silinməz izlər qoyub.
Coğrafi məlumatlara görə, Laçın rayonunun
ərazisi 1321 kv. km, əhali sayı isə 2007-ci il siyahıya alınmasına görə, 11519 nəfərdir.
Laçın-Azərbaycan Respublikasıda şəhər, Laçın rayonunun inzibati mərkəzi. Məlumatlara görə, respublikanın paytaxtı Bakı şəhəri ilə şosse yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km olub. Bəlli olduğu kimi, 18 may 1992-ci ildən erməni silahlı qüvvələrinin işğalı altındadır.
Tarixçilərin verdiyi məlumatlara görə, Laçın əvvəllər Abdallar adlanıb, 1923-cü ildən şəhər statusu alıb və 1926-cı ildən Laçın adlandırılıb. 1930-cu ildə Laçın inzibati rayonu təşkil edilərkən Laçın şəhəri onun mərkəzinə çevrilib.
Coğrafiyaşünaslar "Laçın" toponimini şərh edərkən bildirir ki, o bir oykonim kimi 1924-cü ildən xəritəmizdə özünə yer tapıb. Ona qədər isə bu ad "Yuxarı Laçın" adlı kəndin adında özünü qoruyub saxlayıb. Qismən qədim xəritələr üzərində araşdırmalar göstərir ki, Kiçik Qafqaz sıra dağlarının ən böyük silsiləsi olan Qarabağ yaylasının əsas zirvəsi ilə yanaşı Laçın adlı bir zirvə də diqqəti cəlb edir.Bu zirvə Yuxarı Qarabağ bölgəsində Böyük Kirs, Kiçik Kirs, Sarı baba zirvələri ilə üçbucaq təşkil edir. Bu zirvə Qarabağ sıra dağlarının mərkəzi hissəsində, onun cənub-qərbində yerləşir. Alimlərin araşdırmaları göstərir ki, "Laçın" adına coğrafi, tarixi və ədəbi mənbələrdə rast gəlinir. Mənbələrə baxarkən "Laçın" toponimi bir oronim-yəni dağ adı kimi bizə məlum olur. Lakin bu toponim həm də özünə bir oykonim şəklində bir növ vətəndaşlıq hüququ qazanıb. Bunu Laçın adlı kəndlərin adında görə bilərik: Şuşada Laçınlar, Kəlbəcər rayonunda Laçın adlı kəndlər, Kəlbəcər rayonundakı Laçınqaya qalası və s. buna misal ola bilər.
Alimlər qeyd edir ki, bu adın sorağı ilə ədəbi materiallara müraciət edilib və burada "Laçın" adına rast gəlinir. Hazırda, eləcə də yaxın keçmişdə bu adı axtarmaq çox asandır. Laçın adını daşıyan şəxslər hazırkı dövrdə də var. Ancaq bu adın sorağı ilə uzaq keçmişə müraciət edən alimlər bildirir ki, məşhur hind şairi Əmir Xosrov Dəhləvinin həyatından bəhs edən mənbələrdə onun atasının soyadında "Laçın" sözü diqqəti cəlb edir. Onun adı belədir: Əmir Mahmud Şəms Laçın. Tarixi mənbələrdən aydın olur ki, onun ata-babası Hindistana Orta Asiyanın işğalı ilə əlaqədar gəliblər. O zaman "Laçın" türk tayfası Türkmənistanın cənubunda Kopet dağında məskunlaşıb. Hindistanda yaşayıb-yaratmış, dövrünün ən böyük şairi Əmir Xosrov Dəhləvinin adında tayfasının adı göstərilib.
Alimlər qeyd edir ki, "Laçın" türk tayfası XIII əsrin əvvəllərində Türkmənistanın cənubundakı ərazilərdə yaşayırdılar. Monqolların hücumu zamanı Laçın tayfalarının bir hissəsi Azərbaycana pənah gətirib. Onlar Qarabağın yuxarı bölgəsində - Xaçın məlikliyində, Xəlfəlidə, eləcə də Qarqarçay, Həkəriçay hövzələri yaxınlığında məskən salıb. "Laçın" türk tayfasının bir hissəsi isə Hindistanda sığınacaq tapıb.
Orta əsrlərdə Azərbaycanda Laçın qalası və Laçın şəhəri də olub. Qarabağda Laçın qalasının olmasını Kirakos Gəncəli qeyd edib. O, yazır ki, Laçın Həsən Cəlalın qalalarından biri idi. Azərbaycanda orta əsrlərdə Laçın adlı şəhər də olub ki, bu şəhərdə pul kəsilirdi. Bu şəhər Çobani xanlarının zamanında daha da şöhrətlənib.
Laçın rayonunun memarlıq abidələri öz qədimliyi və əzəməti ilə maraq doğurub. Rayonun ərazisində 300-ə yaxın tarixi, mədəniyyət və memarlıq abidəsi, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidə, çoxlu sayda qəbirüstü abidə, stellalar, at, qoç fiqurları, süjetli daşlar aşkarlanıb, eləcə də bu ərazi çoxlu təbii sərvəti, qiymətli mineral suları ilə zəngin olub. Bu ərazidə olan abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Alimlərimizin verdiyi məlumata əsasən, bu ərazidə olan Qafqaz Albaniyası dövrü abidələrinin bir çoxu bizim eranın xristianlıqdan əvvəlki dövrünə aiddir. Bu yerlərin mürəkkəb relyefi, sərt iqlimi bir çox çay keçidlərində, yolların keçilməz hissələrində körpülərin inşasına səbəb olub. Onlar əsasən birtağlı və yaxud ikitağlı körpülərdir.
Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı rayonda mövcud olan əksər tarixi, mədəni və dini abidələr dağıdılıb. Rayonun ərazisində aşağıda adları çəkilən abidələr rayondakı abidələrin yalnız 70%-ə qədərini təşkil edir.
Abdallar (Bəylik) kənd ərazisində: Həkəri çayı üzərində körpü XVIII əsr, daş qutu-dəmir dövrü, qəbiristanlıq.
Zabux kəndi ərazisində: Sümüklü qəbiristanlığı, XVI əsrə aid Xallanlı qəbiristanlığı.
Malıbəy kəndi ərazisində: qədim qəbiristanlıq.
Kosalar kəndi ərazisində IX əsrə aid Ağoğlan qəsri, qədim qəbiristanlıq.
Sultanlar (Hüsülü) kəndi ərazisində: 1761-ci ilə aid Soltan Əhməd sarayı, XIV əsrə aid qədim qəbiristanlıq.
Zeyvə kəndi ərazisində Soltanbaba türbəsi, Şeyx Əhməd türbəsi, türbə, qədim qəbiristanlıq.
Qarıqışlaq kəndi ərazisində XI əsrə aid məscid, Dəmirovlu Pir-Məbəd.
Sadınlar kəndinin mərkəzində XVII əsrə aid məbəd.
Hacılar kəndi ərazisində: qədim qəbiristanlıq, bulaq (abidə).
Vağazin kəndi ərazisində məbəd.
Quşçu kəndi ərazisində XV əsrə aid Uşaq qalası, Böyük bulaq, Korca bulaq, Sadınlar qalacığı.
Mirik kəndi ərazisində XV əsrə aid qala, məbəd.
Bozlu kəndi ərazisində qəbiristanlıq, Xaçın yalı ərazisində XV əsrə aid Xaçın daşı.
Əhmədli kəndi ərazisində XVII əsrə aid məbəd, "Vəng" qəbiristanlığı.
Minkənd kəndi ərazisində XV əsrə aid Minkənd çayı üzərində ikitağlı, Abaxeyir ərazisində birtağlı körpü. Məbəd.
Şeylanlı kəndi ərazisində birtağlı körpü.
Qaragöl ərazisində məscid, qəbiristanlıq.
Hoçaz kəndi ərazisində mağara, məbəd.
Soyuqbulaq kəndi ərazisində Bulaq (abidə), məbəd.
Zabux kəndi ərazisində körpü (1988-ci ildə dağıdılıb).
Güləbird kəndi ərazisində XV əsrə aid Qız qəbri abidəsi, dəmir dövrünə aid kurqan, orta əsrə aid qədim qəbiristanlıq, bayatı ustadı Sarı Aşığın qəbri.
Cicimli kəndi ərazisində XVI əsrə aid Məlik Əjdər türbəsi, XVI-XVII əsrlərə aid türbə, orta əsrlərə aid Çoban daşı və qədim qəbiristanlıq.
Malxələf kəndi ərazisində XVII əsrə aid Xəlifə türbəsi, qədim qəbiristanlıq. Sınıq körpü.
Aşağı Fərəcan kəndi ərazisində X əsrə aid məbəd, Fərəcan Güləbird yolunda körpü, qədim qəbiristanlıq.
Sus kəndi ərazisində XVII əsrə aid bulaq.
Seyidlər kəndi ərazisində XVII əsrə aid bulaq, qədim qəbiristanlıq, Pircançay üzərində qədim körpü.
Pircahan kəndi ərazisində XVII əsrə aid bulaq, XI əsrə aid Qovur qalası.
Korcabulaq kəndi ərazisində məbəd.
Ziyrik kəndi ərazisində dəmir dövrünə aid Rizvan meşəsində kurqan.
Ərikli kəndi ərazisində XVI əsrə aid Qaraşaqqal türbəsi, araxışda türbə və qədim qəbiristanlıq.
Piçənis kəndi ərazisində məbəd.
Şəlvə kəndi ərazisində məbəd.
Qorçu kəndi ərazisində məbəd.
Laçın şəhərində (1941-1945-ci illər) Böyük Vətən Müharibəsində həlak olanların xatirə kompleksi.
1924-cü ildən sonra rayonda inşa olunmuş körpülər, bulaqlar, abidələr və abidə kompleksləri və başqa abidələr Laçının tarixi əhəmiyyətini bir daha sübut edir. Bir məqamı da qeyd edək ki, bu abidələrin böyük əksəriyyəti bizim eradan əvvələ aiddir. Qədim türk yurdu olan Laçın özündə çox qiymətli xəzinəni qoruyurdu. İndi erməni işğalındadır və abidələrin əksəriyyətinin salamat qalması şübhə doğurur, qalanlar erməniləşdirilib. Ermənilər saxta tarixlərini belə yaradırlar.
Laçın Tarix və Diyarşünaslıq Muzeyi haqda da danışmaq istəyirik. 1200 kv/metr sahəni əhatə edən Laçın Tarix və Diyarşünaslıq Muzeyi 1974-cü ildə yaradılıb.
Tarixçilərin "Vikipediya" Açıq Ensiklopediyasına yerləşdirdiyi məlumatlara görə, Laçın Tarix və Diyarşünaslıq Muzeyi-Azərbaycan Respublikasının Laçın rayonunda 1974-cü ildən 1992-ci ilin may ayına qədər fəaliyyət göstərib, işğal olunan muzeylər siyahısına daxil olan yüksək bədii və tarixi səciyyə daşıyan eksponatlarla zəngin olan ən əhəmiyyətli muzeylərdən biri.
Muzeyin memarlıq quruluşunu təsvir edən tarixçilər qeyd edir ki, muzeyin yerləşdiyi bina tarix və mədəniyyət abidəsi kimi qiymətləndirilirdi. Bu bina sovet hakimiyyətinin ilk illərində Pedaqoji Texnikum üçün nəzərdə tutulsa da, sonralar burada VIII illik məktəb fəaliyyət göstərib. Muzeyin ümumi sahəsi 1200 kv/metrdən çox idi. Muzey bir dəhlizdən, 24 otaqdan, 1 nümayiş salonundan və 72 kv/metrlik bir fonddan ibarət idi. Muzeyin həyətində müxtəlif əsrlərdə hazırlanmış bədii daş nümunələri, süjetli oymalar, at və qoç heykəlləri və bir çox məişət əşyaları açıq havada nümayiş etdirilirdi. 1983-cü ildən 1992-ci ilə qədər muzey tərəfindən geniş şəkildə ekspoziyalar təşkil olundu. Muzeyin əsas fondunda 5 mindən artıq eksponat toplandı. Yardımçı fondla birlikdə muzeydə ümumilikdə 10 minə yaxın əşya olub. 1989-cu ildə Laçın Tarix-Diyarşünaslıq Muzeyi Ümumittifaq muzeylərə baxış müsabiqəsində qalib seçilib və direktoru ilə birgə xüsusi medalla təltif olunub. 1992-ci ildə Laçın rayonu işğal olunarkən muzeyin eksponatlarını çıxarmaq mümkün olmayıb.
Muzeyin statusu haqda məlumat verən alimlər yazır ki, Laçın Muzeyi 1974-1992-ci illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərirdi.
Ermənistan Respublikası silahlı qüvvələri 1992-1994-cü illərdə Azərbaycan ərazilərini işğal etdikdən sonra Laçın muzeyi tamamilə dağıdıldı, eksponatları talan edilərək Ermənistan Respublikasının İrəvan şəhərinə aparıldı. Muzeyin ərazisində arxeoloji qazıntılara start verildi.
Muzey 1992-ci ildən Bakı şəhərində məskunlaşıb və yenidən eksponatların toplanması işini aparır. Muzey rəhbərliyinin tarixçilərə verdiyi məlumata görə, muzeydə xalqımızın maddi mədəniyyətinə dair çox qiymətli əşyalar olub. Eyni zamanda bu eksponatlar bölgənin özünəməxsus xüsusiyyətlərini özündə əks etdirib. Muzeydə müharibə, əmək veteranları ilə görüşlər keçirilib. Hələ o dövrdə muzeyin fəaliyyəti geniş şəkildə işıqlandırılıb. Laçın rayonu işğal olunduqdan sonra muzey ermənilər tərəfindən dağıdılıb və eksponatlar erməniləşdirilərək turistlərə nümayiş etdirilir. Muzey rəhbərliyinin bu faktla bağlı abidələrin qorunması ilə əlaqəli beynəlxalq təşkilatlara müraciət etməsinə baxmayaraq, bu günədək məsələyə aydınlıq gətirilməyib.
İşğalın fəsadlarından danışan alimlər bildirir ki, muzey kompleksi tamamilə dağıdılaraq yerlə yeksan edilib.
Beş mindən çox qiymətli eksponat talan edilərək Ermənistan Respublikasına aparılıb. Muzeyin həyətində müxtəlif əsrlərdə hazırlanmış bədii daş nümunələri, süjetli oymalar, kənd təsərrüfatı alətləri, müxtəlif heyvan fiqurları, at və qoç heykəlləri, nehrə, qazan, tuluq və bir çox digər məişət əşyalar sındırılaraq məhv edilib.
2009-cu ildən ermənilər muzeyin ərazisində arxeoloji qazıntı işlərinə başlayıb, hazırda da bu işlər davam etdirilir.
Milli-mədəni dəyərlərin qorunmasını və mühafizəsini təmin edən hüquqi sənədlər qəbul edilib. "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyası. "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyası.
UNESCO-nun Ali Konvensiyası tərkibinə daxil olan ölkələrə mədəni tarixi dəyərlərin qorunması haqqında tövsiyələri, 1972-ci il. "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyası. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanunu, Bakı şəhəri, 10 aprel 1998-ci il.
Bu sənədlər də erməniləri çirkin əməllərindən daşındırmır. Özlərinə aid olmayan torpaqları müvəqqəti əldə edərək orada özbaşınalıq edirlər. Amma unudurlar ki, nə qədər saxtalaşdırsalar da, nə o torpaqların, nə də abidələrin, dağın, daşın, gülün-çiçəyin ruhunda erməni izi yoxdur, ola da bilməz. Laçın qədim-qayım Azərbaycan yurdudur. Əzəmətli ordumuzun o yurda və işğalda olan başqa yurd yerlərimizə daxil olmasına az qalıb. Zəfər, qələbə bizimdir. Şanlı Azərbaycan dövləti ərazi bütövlüyünü təmin edəcək.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 24.08.2016 / 01:18
Bölgələrimizdə multikulturalizm tədbirləri azərbaycançılığın əyani nümayiş forması kimi...
Tarix: 19.08.2016 / 02:28
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 18.08.2016 / 01:39
Təsviri incəsənət tariximizin örnəkləri azərbaycançılıq nümunələri kimi...
Tarix: 16.08.2016 / 15:36
Alimlərimizin multikulturalizm - mədəni müxtəlifliyin problemlərinin tədqiqinə azərbaycançılıq müstəvisində metodoloji yanaşmaları...
Tarix: 11.08.2016 / 01:34
Azərbaycançılığın ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz həyat tərzinə çevrilib
Tarix: 10.08.2016 / 01:11
Azərbaycançılığın ayrılmaz parçası olan multikulturalizm Azərbaycanda həyat tərzidir...
Tarix: 09.08.2016 / 17:07
Mirzə Fətəli Axundovun fəlsəfi baxışları və Azərbaycan tolerantlıq tarixində onun yeri...
Tarix: 06.08.2016 / 01:49
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 05.08.2016 / 01:42
Mirzə Fətəli Axundovun fəlsəfi baxışlarının Azərbaycan tolerantlığında yeri...
Tarix: 04.08.2016 / 01:29
Azərbaycan kinosu və azərbaycançılıq təbliğatı...
Tarix: 03.08.2016 / 02:14
Azərbaycan kinosu və azərbaycançılıq...
Tarix: 02.08.2016 / 02:00
Aşıq sənəti - azərbaycançılığın mühüm ifadə formalarından biri kimi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..
28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi -
ərəb ölkələri ilə tək-tək razılaşma...
28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?
28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki…
Qalıq yeməkləri təyyarəyə götürüblər…
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
- FOTO
27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya
- tələblər açıqlandı
27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı
– həkimlə bağlı iş yenidən açılır...
27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi
27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi
27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı
- FOTO
27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”
27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal
- Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...
26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq
- Aralıq dənizini müharibə zonasına çevrilməyin…
26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi
26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?)
- PJAK-la müharibə...
26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam
26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...
26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov
26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...
26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə
- Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…
26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir
26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır
- 3 noyabr dərs olmadı...
26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər
- FOTO
26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir
26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı -
Müəmma…
26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...
26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)
26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...
26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...
26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var
- nə baş verir...
26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri
26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...
26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ