DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Xoylu kənd sakini Abbas Səfərov ona məxsus, ümumi dəyəri 960 manat olan 6 baş xırdabuynuzlu heyvanın kənd ərazisindəki fermasından oğurlandığını bildirib.
Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, 2 mart 2020-ci il tarixində vətəndaşa məxsus heyvanları fermadan Goranboy rayon Şadılı kənd sakinləri, 28 yaşlı Fərid Cəfərov və 25 yaşlı Telman İsgəndərov oğurlayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.