Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçirib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində yivli silah saxlamaqda şübhəli bilinən Zaqatala şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş və hazırda elektron qolbaq daşıyıcısı Əşrəf Hacızadə saxlanıb. Onun şəhər ərazisində yaşadığı evə baxış keçirilən zaman “Belka” markalı odlu silah aşkar edilərək götürülüb. O, ifadəsində həmin silahı satmaq məqsədində olduğunu bildirib.
Faktla bağlı Zaqatala RPŞ-də Ə.Hacızadə barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.