Fevralın 26-dan 27-dək Respublikanın daxili işlər orqanları gün ərzində törədilmiş 23 cinayətin üstünü “isti izlər”lə açıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanıb.
Natiq CAVADOV
DİN Mətbuat Xidmətinin əməkdaşı