07/04/2020 13:38
728 x 90

Nəsimi rayonunda iki cinayətkar taksi sürücüsünü və aptekdə satıcını soydular və… - FOTO

img

Nəsimi Rayon Pois İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində soyğunçuluqla məşğul olan şəxslər tutulub. Belə ki, paytaxt sakini Rahil Əliyev polisə şikayət edərək bildirib ki, idarə etdiyi “VAZ 21012” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman nəqliyyat vasitəsinə müştəri kimi əyləşən naməlum şəxs onu qorxudaraq 100 manat dəyərindəki “Samsung” markalı mobil telefonunu və 25 manat nağd pulunu əlindən alıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Elvin Əliyev saxlanıb. O, ifadəsində etdiyi cinayəti etiraf edib.

Nəsimi RPİ əməkdaşlarının həyata keçirdiyi digər bir əməliyyat nəticəsində Tbilisi prospekti 13 ünvanında yerləşən aptekin kassasından soyğunçuluq yolu ilə 2000 manat oğurlayan şəxs saxlanıb. Əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Sumqayıt şəhər sakini Vüsal Hüseynov tutularaq istintaqa təqdim edilib.

Qeyd edək ki, hadisə zamanı V.Hüseynov aptekə daxil olaraq satıcıdan əvvəlcə müxtəlif növ dərman vasitələri istəyib. Bundan sonra o, satıcının başının qarışıq olmasından istifadə edərək kassadakı pulu ələ keçirib. Araşdırma zamanı V.Hüseynov paytaxtın digər ərazilərində də eyni üsulla bir neçə aptekdən oğurluq etdiyi məlum olub.

Qeyd edilən faktlarla bağlı hər iki şəxs barəsində Nəsimi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Elvin Əliyev və Vüsal Hüseynovun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.

Son xəbərlər