Sentyabrın 22-də Xırdalan şəhər sakini E.M Abşeron RPİ-yə ərizə ilə müraciət edərək, sosial şəbəkə vasitəsilə tanıdığı Eltun adlı şəxsin onun şəkillərini sosial şəbəkədə yaydığını və həmin şəkilləri silməsi qarşılığında ondan 200 manat pul tələb etdiyini bildirib.
Abşeron RPİ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Qurbanzadə saxlanıb.
RPİ-də araşdırma aparılır.