Bakı şəhər Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
Sabunçu rayonunda keçirilən əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin dələduzluq mənimsəmə maddəsi ilə məhkum olunmuş paytaxt sakini Vaqif Qəmbərov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman ümumi çəkisi 1 kiloqram 30 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. V.Qəmbərov narkotik vasitənin ona məxsus olduğunu və bir neçə ay əvvəl şəxsiyyəti istintaqa məlum olmayantanışından aldığını bildirib. O, narkotik vasitəni əldə edəndən sonra yaşadığı Ramana qəsəbəsi ərazisində gizlədib.
Faktla bağlı V.Qəmbərov barəsindəCinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Baş İdarənin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.