16/10/2019 14:16
728 x 90

Astarada saxlanan İran vətəndaşının tulladığı bağlamanın sirrini polis açdı...

img

Sentyabrın 18-də Astara Rayon Polis Şöbəsinə Məcitməhəllə kəndi ərazisində İran vətəndaşının dövlət sərhədini pozduğuna görə saxlanarkən mühəndis texniki çəpərdən bir nəfərə bağlama atması barədə Dövlət Sərhəd Xidmətindən məlumat daxil olub.

Astara RPŞ və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdiyi tədbirlər nəticəsində qısa müddətdə həmin şəxsin Astara şəhər sakini D.Hüseynov olduğu müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə o, polis əməkdaşları tərəfindən saxlanıb.

Araşdırmalarla D.Hüseynovun həmin bağlamanı saxlamaq üçün həmyerlisi B.Əliyevaya verdiyi müəyyən edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində B.Əliyevanın yaşadığı evin həyətinə baxış zamanı oradan torpağa basdırılmış, içərisində 2,5 kiloqram heroin olan bağlama aşkar edilərək götürülüb.

Araşdırma aparılır. 

Son xəbərlər