20/10/2019 18:48
728 x 90

Evlərdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlandı – Mirzəyev Raman... - FOTO

img

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Bağbanlı kəndi ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən qızıl-zinət əşyaları oğurlayaraq zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran şəxs saxlanıb. Araşdırmalarla onun həmin kənd sakini, 19 yaşlı  Raman Mirzəyev olduğu müəyyən edilib.

Polis əməkdaşları tərəfindən R.Mirzəyevin ətrafında aparılan tədbirlər nəticəsində onun törətdiyi başqa bir cinayət hadisəsinin də üstü açılıb. Belə ki, saxlanan şəxs Xaçmaz rayonu ərazisində də analoji cinayət hadisəsi törədərək, rayonda yerləşən evlərin birinə qanunsuz daxil olmaqla oradan zinət əşyaları oğurlayıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməllərini etiraf edərək, oğurladığı qızıl-zinət əşyalarını Xaçmaz rayon ərazisində dəyərindən ucuz qiymətə satdığını bildirib.

Polis əməkdaşları tərəfindən qızılların satıldığı yer müəyyənləşdirilərək, həmin zinət əşyaları maddi sübut kimi götürülüb.

Faktlarla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Son xəbərlər