20/10/2019 18:50
728 x 90

“Xaş-xaş 2019” əməliyyatı - 593 kq narkotik bitki məhv edildi

img

“Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq Şəki Şəhər/Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Öryət kəndi ərazisindəki meşə sahəsində yabanı halda yetişmiş 2,3-4,5 metr hündürlüyündə, ümumi çəkisi 593 kiloqram olan 147 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.

Faktla bağlı ŞRPŞ-də araşdırma aparılır.

Son xəbərlər