20/10/2019 18:44
728 x 90

Sulutəpədə oğurluq – 17 min manat, 20 min dollar...

img

Sentyabrın 10-da saat 16 radələrində Binəqədi rayonu Sulutəpə qəsəbəsində yaşayan M.Emrəlinin evindən pəncərədən girmək yolu ilə 17.000 manat və 20.000 ABŞ dolları, habelə 3 ədəd mobil telefon və 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət daxil olub.  

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib və bu cinayət əməlini törədən 2 nəfər qısa müddətdə müəyyən edilib.    

DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Kriminalistik Tədqiqatlar İdarəsi və 40-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat–axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qazax rayon sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuş N.Vəliyev və bir yeniyetmə saxlanıb.

Araşdırma aparılır. 

Son xəbərlər