20/10/2019 18:51
728 x 90

Kürdəmirdə mağazadan oğurluq etmişdi… - FOTO

img

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, sentyabrın 2-də  Kürdəmir rayonu Mürtülü kənd sakini Təbriz Abışov  RPŞ-yə ərizə ilə müraciət edərək, ona məxsus mağazadan ümumi dəyəri 3000 manat olan məişət avadanlıqlarının və geyim əşyalarının oğurlandığını bildirib.

Məlumatla əlaqədar Kürdəmir  Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Karrar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Feruz Bağızadə saxlanıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi  cinayət əməlini etiraf edib.

Faktla bağlı Kürdəmir  RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Toğrul NƏSİRLİ
polis leytenantı

Son xəbərlər