18/10/2019 06:02
728 x 90

Ucar sakinindən külli miqdarda narkotik götürülüb - FOTO

img

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

​DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Qaracalı kənd sakini, 58 yaşlı Cəmil Mikayılov saxlanıb.

RPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 414 ədəd çətənə kolu və ümumi çəkisi 5 kiloqram olan qurudulmuş marixuana  aşkar edilərək götürülüb.

Saxlanan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

Toğrul NƏSİRLİ
polis leytenantı

Son xəbərlər