DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən paytaxt sakini Naim Süleymanov saxlanıb. Onun üzərində şəxsi axtarış keçirilən zaman ümumi çəkisi 33 qram olan heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Toğrul NƏSİRLİ polis leytenantı