16/10/2019 14:45
728 x 90

Yol polisi tərəfindən təhlükəsizlik tədbirləri davam etdirilir - FOTO

img

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin və BDYPİ-nin “Siqnal” idarəsinin əməkdaşları tərəfindən yeni dərs ilinin başlanması ilə əlaqədar rayon ərazisində azyaşlıların iştirakı ilə baş verə biləcək xoşagəlməz hadisələrinin qarşısının alınması və məktəblilərin təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq tədbirlər həyata keçirilib.

Həyata keçirilən təhlükəsizlik tədbirləri çərçivəsində bölmə əməkdaşları tərəfindən rayon ərazisində olan köhnə və yararsız vəziyyətdə olan yol nişanları yeniləri ilə əvəzlənib, 50-dən artıq piyada keçidi rənglənib. Həmçinin bir neçə təhsil ocaqlarının qarşısında da yeni zolaqlar salınıb.

Bundan əlavə, DYPB əməkdaşları tərəfindən mütəmadi olaraq təhsil müəssisələrində uşaqlarla yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə maarifləndirici görüşlərin keçirilməsi də nəzərdə tutulub.

Son xəbərlər