17/09/2019 05:06
728 x 90

Qusar polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsi saxladı - FOTO

img

Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi növbəti uğurlu əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxs saxlanıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısında şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər üç dəfə məhkumluq həyatı yaşamış 57 yaşlı Azər Məmmədkərimov Qusar rayonu Avaranqışlaq kəndi ərazisində saxlanaraq RPŞ-nə gətirilib. Burada hal şahidlərinin iştirakı ilə keçirilən şəxsi axtarış zamanı ondan 29 ədəd kağız bükümdə narkotik maddə olan heroin, 8 ədəd kağız bükümdə güclü təsiredici psixotrop maddə olan metamfetamin, eləcə də iki ədəd metadon həbi aşkar olunaraq götürülüb.

İlkin dindirilmədə A.Məmmədkərimov narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər