17/09/2019 05:09
728 x 90

“İsti izlərlə” 19, köhnədən qalmış 7 cinayət...

img

Sentyabrın 11-dən 12-dək Respublikanın daxili işlər orqanları gün ərzində törədilmiş 19 cinayətin üstü “isti izlər”lə açıb. 

Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanıb.

Natiq CAVADOV
DİN Mətbuat Xidmətinin əməkdaşı

Son xəbərlər