14/12/2019 06:38
728 x 90

Oğuzda 2 tondan artıq narkotik bitki yandırılıb - FOTO

img

“Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq Oğuz  Rayon Polis Şöbəsinin əməkdaşları yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Xaçmaz kəndi ərazisində 2 hektara yaxın ərazidə yabanı halda bitmiş, hündürlüyü 60-70 sm , ümumi çəkisi  2 ton 200 kq olan 4150 ədəd narkotik tərkibli çətənə bitkisi yandırılaraq məhv edilib.

Faktla bağlı Oğuz RPŞ-də  araşdırma aparılır.

Son xəbərlər