13/12/2019 14:30
728 x 90

Balakən sakinləri Zaqatalada narkotiklə saxlandı

img

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Balakən rayonu Poçtbinə kənd sakini Anar Mustafayevin idarə etdiyi və sərnişin qismində həmin avtomobildə olan həmkəndlisi Bəhruz Qardaşov olan “VAZ 2106” markalı avtomobil rayon ərazisində saxlanıb. Həmin nəqliyyat vasitəsinə baxış keçirilərkən1 ədəd sellofan torbada 230 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Son xəbərlər