19/09/2019 11:23
728 x 90

Baş Prokurorluq Gəncədə oğurladığı qadını üç gün vəhşiliklə zorlamış Əlinin qətlinin əsl təfərrüatlarını yenidən açıqladı

img

Baş Prokurorluğun Mətbuat xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Gəncə şəhər sakini Əli Əliyevin guya 22 nəfər tərəfindən döyülərək qətlə yetirilməsi barədə yayılmış məlumatlar həqiqətə uyğun deyil.

Belə ki, 15 aprel 2015-ci il tarixdə Gəncə şəhər sakini Əli Əliyev qonşusu Sona Qəhrəmanini gecə saatlarında bıçaqla hədələyib həyətlərindən oğurlayaraq 3 gün ərzində saxlayıb dəfələrlə zorlayıb, zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri edərək mobil telefonla videoçəkilişini aparıb.

18 aprel 2015-ci il tarixdə Sona Qəhrəmaninin qardaşı Yaqub Qəhrəmani və əmisi Əli Qəhrəmani Gəncə şəhəri ərazisində Əli Əliyevdən qisas almaq məqsədilə onu qətlə yetiriblər.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2016-ci il tarixli hökmünə əsasən Y.Qəhramani 17 il 6 ay, Ə.Qəhrəmani isə 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

Son xəbərlər