Salyan sakinindən külli miqdarda narkotik götürüldü - FOTO

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Marışlı kənd sakini, 37 yaşlı Daşqın Əliyev saxlanıb.
RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus pay torpağına baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 62 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Saxlanan şəxs istintaqa təhvilverilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.
Toğrul Nəsirli
polis leytenantı