19/09/2019 17:22
728 x 90

Binədə evlər yaran məşhur oğru Mirzəyev Azər... tutuldu

img

Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə Binə qəsəbəsindəki bir neçə evdən oğurluq edilməsi barədə müraciətlər daxil olub.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlərlə əlaqədar müvafiq araşdırmalar aparılmış, avqust ayı əzrində ayrı-ayrı vaxtlarda qəsəbə ərazisindəki 4 evdən pul, qızıl-zinət əşyaları, kompyuter, mobil telefon və təmir-tikinti alətlərinin oğurlandığı müəyyən edilib. 

3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olmuş Azər Mirzəyev qısa müddətdə müəyyən edilərək saxlanıb. 

O, törətdiyi əməlləri etiraf edib.

Araşdırma aparılır. 

Son xəbərlər